Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 499,77 Kb.
Pdf görüntüsü
səhifə11/12
tarix22.07.2018
ölçüsü499,77 Kb.
#58404
1   ...   4   5   6   7   8   9   10   11   12

 

22 


zaman  Türkiyənin  tərəfində  olacağına  inanan  şair  bu  şeirində  bir  vətən 

fədaisi kimi çıxış edir.  

Dissertasiyanın  III  fəslinin  II  yarımfəsli  “Sosial-siyasi  gerçəkliyin 

poetik  mənzərəsi  və  ifadə  üsulları”  adlanır.  Bu  fəsildə  siyasi  və  sosial 

gerçəkliyin  ifadə  şəkillərinə  aydınlıq  gətirilmiş,  M.A.Ersoy  və  S.Vurğun 

poeziyası müqayisəli şəkildə araşdırılmışdır. 

XX  əsr  həm  Azərbaycan,  həm  də  Türkiyə  tarixi  üçün  bir  sıra  tarixi, 

ictimai-siyasi  proseslərlə  yadda  qalmışdır.  Azərbaycanda  1918-ci  ildə  ilk 

olaraq Azərbaycan Demokratik Cümhuriyyəti qurulmuşdu, təəssüf ki, ömrü 

az oldu və Azərbaycanda Sovet hakimiyyəti quruldu. Eləcə də qardaş ölkə 

olan Türkiyə tarixində də bir sıra hadisələr baş verdi, bir imperiya süquta 

uğrayaraq,  yeni  bir  cümhuriyyət  yaradıldı.  Bu  tarixi  proseslər,  əlbəttə  ki, 

çətin  və  gərgin  mübarizə  şəraitində  baş  vermişdi.  Birinci  Dünya 

müharibəsinin başlanması ilə Osmanlı imperiyası daha gərgin bir dövrünü 

yaşadı.  Baş  verən  hücumların  qarşısını  almaq  üçün  türklər  milli-azadlıq 

hərəkatına  qoşuldular.  Bu  milli-azadlıq  hərəkatına  türkün  böyük  öndəri 

Mustafa  Kamal  Atatürk  rəhbərlik  edirdi.  Türkiyə  müstəqil  cümhuriyyət  

olanadək  bir  sıra  müharibələrin  savaş  meydanına  çevrilmişdi.  1923-cü  il 

oktyabrın  29-da  Türkiyə  Böyük  Millət  Məclisi  Türkiyə  Cümhuriyyəti 

yarandığını  elan  etdi.  Mustafa  Kamal  Atatürk  isə  bu  cümhuriyyətin  ilk 

prezidenti  seçildi.  Mehmet  Akif  Ersoyun  müəllifi  olduğu  “İstiqlal  marşı” 

şeiri isə bu Cümhuriyyətin rəsmi himni olaraq qəbul edildi.  

Böyük şairimiz Səməd Vurğun yaradıcılığının mühüm bir qismi sovet 

dövrünə  təsadüf  edir.  Sovet  dövrünün  təlqin  elədiyi  ideologiyaya  inanan 

şairimizin  əsərlərinin  bir  qismində  kommunist  yönümlü,  kollektiv 

təsərrüfata  rəğbət,  yeni  yaranan  sovet  cəmiyyəti  uğrunda  mübarizə  və  s. 

leytmotivlər öz bədii əksini tapmışdır. Buna görə biz şairimizi nə qınaya, nə 

də ittiham edə bilərik. Hər bir yaradıcı şəxsiyyət öz dövrünün övladıdır və 

quruluşun  təlqin  elədiyi  şəkildə  yazmağa  məcburdur.  Doğrudur,  bu  gün 

bəzi  əsərlər  dövrümüzlə  səsləşmir,  zamanla  ayaqlaşmır,  çünki  sovetin  “iç 

üzünü”, “mənfur siyasətini” zamanla görmüş olduq, ancaq bütün bu əsərlər 

Səməd Vurğun kimi bir dühanın qələminin bədii məhsuludur. Bizlər istər-

istəməz,  bu  əsərləri  şairin  yaradıcılıq  külliyyatından  çıxarıb  kənarlaşdıra 

bilmərik. O dövrdə şair məhz sovet ideologiyasını özünə rəhbər tutmuşdu, 

kim  bilir,  bəlkə  də  Səməd  Vurğun  xalqımızın  müstəqillik  qazanmaq 

uğrunda etdiyi mücadilənin şahidi olsaydı, sovetin xalqımızın başına açdığı 

müsibətləri görmüş olsaydı, yaradıcılıq istiqamətini dəyişmiş olardı. Sovet 

ideologiyasına  olan  aludəçilik  hətta  şairin  bir  sıra  qələm  dostları  ilə 

arasında  narazılığa  səbəb  olmuşdur.  Bütün  bunlara  baxmayaraq,  şairin 




 

23 


sovet  ideologiyasına  xidmət  edən  əsərləri  o  illərin  ideologiyasına 

inamından irəli gəlirdi.  

Həm  Səməd  Vurğun,  həm  də  Mehmet  Akif  Ersoy  öz  yaradıcılığında 

qadın hüquqsuzluğuna qarşı tənqidi münasibət bəsləmişlər. Hər iki sənətkar 

qadının  cəmiyyətdəki  mövqeyini  yüksək  qiymətləndirir  və  onların 

nüfuzunu  təqdir  edirdi.  Şairlərimiz  üçün  qadın-ana  məfhumu  eyniyyət 

təşkil edir və hər ikisi hörmətə layiq şəxsiyyət kimi təqdir olunur.  

Böyük  şairimiz  Səməd  Vurğunun  əsərləri  zamanın  tələbinə  uyğun 

olaraq yazılmışdır. Şair öz əsərlərində milliliyə və xəlqiliyə böyük üstünlük 

verirdi.  Bəzi  tənqidçilər  Səməd  Vurğunun  əsərlərində  dinin  əleyhinə  olan 

məqamlara rast gəlindiyini bildirməklə şairin İslam dini əleyhinə olduğunu 

göstərməyə çalışmışlar. Lakin bu, əslində belə deyildi. İslam dininə sitayiş 

edən  böyük  şairimiz  ola  bilməzdi  ki,  dinin  əleyhinə  olsun.  Sadəcə  sovet 

dövrünün  tələbi  ilə  şair  bəzi  məqamları  üstüörtülü,  dolayı  yolla  təqdim 

etməyə  çalışmışdır.  Məsələn,  şair  “Komsomol  poeması”nda  məscidə  it 

bağlanması  əhvalatını  təsvir  etməklə  insanların  dini  inanclarına  xələl 

gətirənləri  əslində  tənqid  etmişdir.  Mirpaşanın  məscidə  it  bağlamasını 

pisləyən  Bəxtiyar  yoldaşını  bu  yalnış  addımı  atdığı  üçün  danlayır.  Xalqın 

əsrlərdən bəri olan inancına xələl gətirməyi Bəxtiyar əslində düzgün hesab 

etmir. 


Səməd Vurğun həmişə Allaha inanan, İslama sitayiş edən bir şəxsiyyət 

olmuşdur. Lakin şair dövr və zamanın, eləcə də, quruluşun tələbinə uyğun 

olaraq, öz hisslərini sətiraltı mənada büruzə verməyə çalışmışdır.  

Səməd Vurğunun poeziyasının mühüm tərkib hissəsini isə onun cənub 

mövzusunda  yazdığı  əsərləri  təşkil  edir.  Səməd  Vurğunun  güney 

mövzusunda  yazdığı  əsərlər  sırasında  “Körpünün  həsrəti”,  “20  bahar”, 

“Təbriz gözəlinə”, “Yandırılan kitablar” şeirləri mühüm yer tutur. 

Həm Səməd Vurğun, həm də Mehmet Akif Ersoy xalqın milli-mənəvi 

dəyərlərini  yaşadanlar  sırasında  olmuşlar.  Hər  iki  ədib  yaşadığı  illər 

boyunca  millətini  sevən  bir  ziyalı  kimi  xalqını  tərənnüm  etmiş  və 

vətənpərvərlik mövqeyi nümayiş etdirmişlər. 

Dissertasiyanın  “Nəticə”  hissəsində  tədqiqat  işindən  əldə  olunan 

nəticə  və  qənaətlər  öz  əksini  tapmışdır.  Burada  M.A.Ersoy  və  S.Vurğun 

peoziyasındakı  milli-mənəvi  ideal  məsələləri  ümumiləşdirilmiş  şəkildə 

təsvir edilmişdir: 

- Hər iki şair öz yaradıcılığında bir sıra mühüm və o dövr üçün aktual 

olan məsələlərə toxunmuşdur.  

-  Həm  Mehmet  Akif  Ersoyun,  həm  də  Səməd  Vurğunun    yaradı-

cılığında mənəviyyat məsələləri olduqca güclüdür. 



Yüklə 499,77 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə