Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 499,77 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix22.07.2018
ölçüsü499,77 Kb.
#58404
1   ...   4   5   6   7   8   9   10   11   12

 

20 


Sana gelmez bu ufuklar, seni almaz bu cihan... 

Ey şehid oğlu şehid, isteme benden makber

Sana ağuşunu açmış duruyor Peygamber.

1

 

Bütün sülhpərvər insanlar kimi müharibə əleyhinə olan Mehmet Akif 

Ersoy “Çanaqqala şəhidlərinə” şeirində müharibəni qətiyyətlə pisləmişdir.  

 Səməd  Vurğunun  “Adsız  qəhrəman”,  “Mənə  belə  söyləyirlər”, 

“Qəhrəmanın  ölümü”,  “İslam”  şeirləri  vətən  uğrunda  canından  keçən 

qəhrəmanlara  ithaf  olunmuşdur.  “Adsız  qəhrəman”  şeirində  şair  vətən 

uğrunda gedən döyüşlərdə canından keçən igidlərin ümumiləşmiş obrazını 

canlandırmışdır. Şair adsız qəhrəmanlara müraciətlə yazır: 



Siz ey, Odlar ölkəsinin adsız ölən ərənləri! 

İnsan oğlu bu aləmə gözə açdığı gündən bəri 

Azadlığın məşəlinə qurban olmuş pərvanə tək

Lakin ellər baş endirir qəhrəmanlar güzarına! 

Adsız ölən igidlərin o pərişan məzarına 

Çiçək səpir qucaq-qucaq, gül dağıdır ətək-ətək.  

Siz ey, vətən torpağının vaxtsız ölən övladları! 

Ey ağ saçlı bir millətin baş şöhrəti, dünya varı!..

2

  

 Tarixdən  bəlli  olduğu  kimi  Birinci  Dünya  müharibəsinin  Osmanlı 

dövləti üçün ağır nəticələri olmuşdur. Ölkə iqtisadiyyatı tənəzzülə uğramış, 

Türkiyə  ərazisinin  “Antanta”  dövlətləri  tərəfindən  işğalı  labüd  olmuşdu. 

“Antanta” birliyinə daxil olan dövlətlər Türkiyəni dövlət kimi tamamilə öz 

aralarında  bölüşdürüb  xəritədən  silmək  niyyətində  idilər.  Bu  dövlətlərdən 

İngiltərə,  Fransa,  İtaliya  və  Yunanıstan  öz  işğalçı  niyyətlərini  həyata 

keçirməyi  panlaşdırırdılar.  İzmir  ərazisinin  Yunanıstana  verilməsi  barədə 

qərar  qəbul  edilmiş,  bundan  başqa  ingilis  qoşunları  Kilikiya  ərazisini, 

fransızlar isə Şərqi Trakya və Qara dəniz boğazlarına yaxın əraziləri işğal 

etmişdilər. Bir sözlə, Mustafa Kamal Atatürk tərəfindən yeni cümhuriyyət 

qurulana qədər Türkiyənin hərbi-siyasi və iqtisadi vəziyyəti acınacaqlı idi. 

Həmin  dövrdə  yadelli  işğalçılara  qarşı  mübarizə  aparan  igid  vətən 

övladlarını ilhamlandırmaq, ruhlandırmaq üçün Ersoy “Cəng şərqisi” kimi 

şeir  qələmə  almışdır.  Mehmet  Akif  Ersoy  bu  şeirində  siyasi  motivlərə  də 

toxunur.  Tarixdən  məlum  olduğu  kimi,  Osmanlı  dövləti  1912-1913-cü 

illərdə  dörd  dövlətlə  müharibə  etmişdir.  Tarixdə  “Balkan  müharibələri” 

adlanan bu savaşa Mehmet Akif Ersoy kimi vətənpərvər bir şair biganə qala 

bilməzdi.Mehmet  Akif  Ersoyun  vətənpərvərlik  duyğularını  əks  etdirən 

                                                 

1

 Qədim dövrdən bu günə qədər Türkiyə türk ədəbiyyatı. Tarix-Adlar-Mətnlər. Ankara: T.C. 



Ankara Valiliği Ostim Çıraklık Eğitimi Merkezi Müdürlüğü Matbaası, 1999, s. 309 

2

 Vurğun S. Seçilmiş əsərləri. 5 cilddə. II cild. Bakı: Şərq-Qərb, 2005, s. 110 




 

21 


“Cəng  şərqisi”  şeirində  müəllif  türk  əsgərlərini  düşmənlərlə  mübarizə 

aparmağa  səsləyir.  Hər  misrası ilə  vətən  uğrunda  müdafiəyə  səslənən  şair 

əsgərləri  mətin  və  dözümlü  olmağa  çağırır.  İgid  türk  övladlarını  bütün 

maneələri  dəf  etməyə  səsləyən  şair  bu  şeirində  türk  əsgərinin  şücaətindən 

də bəhs etmişdir.  

Səməd  Vurğunun  “Sovqat”,  “Qızxanımın  hünəri”,  “Uşaq  bağçası”, 

“Tarla  nəğməsi”,  “İlham  pərisi”,  “Göyərçin”  və  s.  şeirləri  də  müharibə 

illərində  qələmə  alınmışdır.  Bu  şeirlərdə  insanlar  vətənpərvərliyə  səslənir, 

qanlı-qadalı  illərdə  vətən  uğrunda  əlindən  gələni  əsirgəməyən  insanlar 

təqdir olunurdu.  

 “Ordunun  duası”  şeirində  M.A.Ersoyun  “ənənəvi”  vətən  sevgisi 

tərənnüm  olunmuşdur.  S.Vurğunun  “Vətən  ordusu”  şeirində  də 

M.A.Ersoyun  “Ordunun  duası”  şeirindəki  ruh  hakimdir.  Hər  iki  şeirdə 

müəlliflər vətən uğrunda mübarizəyə hazır olan əsgərləri ruhlandırır, onları 

əzmkarlığa səsləyir. 

M.A.Ersoy  və  S.Vurğun  öz  yaradıcılığında  müharibəni  qətiyyətlə 

pisləyən  mövqedən  çıxış  edərək,  mübarizə  aparan  igidləri  təqdir  edən 

əsərlər  qələmə  almışlar.  Türk  və  müsəlman  təfəkküründən  qaynaqlanan 

M.A.Ersoyun və S.Vurğunun müharibə ilə bağlı düşüncələri eyniyyət təşkil 

edir.  Hər  iki  şair  müharibəni  qətiyyətlə  pisləməklə  bərabər  bu  mövzuda 

yazılmış şeirlərində əzmkarlıq nümayiş etdirərək, mübarizə aparan igidləri 

daha  da  ruhlandırır  və  qələbənin  onların  tərəfində  olacağına  inam  hissi 

yaradır. Ümumtürk kontekstindən bəhrələnən vətənpərvərlik, yurd sevgisi, 

torpaq  uğrunda  mübarizə  əzmi,  qəhrəmanlıq  öz  başlanğıcını  hələ  qədim 

zamanlardan – qədim türk qəhrəmanlıq epos və dastanlarından,  ümumtürk 

yazılı abidələrindən götürür və bu baxımdan hər iki ədibin vətən sevgisinin 

eyni kökdən qidalandığını söyləmək mümkündür. 

Məlum olduğu kimi, həm Səməd Vurğun, həm də Mehmet Akif Ersoy 

öz  ölkələrinin  himnlərinin  söz  yazarı  olmuşlar.  Türkiyə  Cümhuriyyətinin 

himninin  sözlərinin  müəllifi  Mehmet  Akif  Ersoy,  1944-1978-ci  illərdə 

mövcud  olmuş  Azərbaycan  SSR  himninin  sözlərinin  müəllifi  isə  Səməd 

Vurğun  (Süleyman  Rüstəmlə  birlikdə)  olmuşdur.  Səməd  Vurğunun  sovet 

ideologiyasına  olan  inamı  himnin  sözlərində  nəzərə  çarpır.  1978-ci  ildən 

etibarən  isə  şair  Hüseyn  Arif  şeirin  müəyyən  misralarını  ixtisar  edərək, 

sosializm, sovet ideologiyası və himnin digər misralarında öz  əksini tapan 

Stalinlə bağlı olan hissələri dəyişdirmişdir. 

Mehmet  Akif  Ersoy  da  öz  növbəsində  Türkiyə  Cümhuriyyətinin 

himninin  daha  dəqiq  desək,  “İstiqlal  marşı”nın  müəllifidir.  Onun    qələmə 

aldığı  “İstiqlal  marşı”  şeiri  ən  məşhur  şeirlərindən  biridir.  Azadlığın  hər 



Yüklə 499,77 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə