Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə28/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   24   25   26   27   28   29   30   31   ...   101

 90 
 
 
Şəkil  2.1.  Müxtəlif  mənşəli  bərk  buğda  (T.durum  Desf.) 
sortlarının  10  atm.  təzyiqli  saxaroza  məhlulunda 
cücərmə qabiliyyətinə görə qruplaşması  


 
91 
 
 
Şəkil  2.2.  Müxtəlif  mənşəli  bərk  buğda  (T.durum  Desf.) 
sortlarının  0.2  M  NaCl  məhlulunda  cücərmə  qa-
biliyyətinə görə qruplaşması 
 
 


 92 
Şəkil  2.2-dən  göründüyü  kimi,  öyrənilən  nümunələr  3  əsas 
sinifdə birləşmişlər. Alt qrupda Arandəni, Persion  Nəsimi sort-
ları birləşmişlər. Bu nümunələrin  nəzarətə  görə cücərmə qabiliy-
yəti 60.0%-dən aşağı olmuş, odur ki, onlar duzluluğa həssas sort-
lar kimi qiymətləndirilmişlər. Orta qrupda Xoranka, Ray 91, Leu-
komelan,  Romeo,  Moldoviya  hibridi,  Zedan  3d  56,  Xoranka  46 
sortları  qruplaşmışdır. Bunların NaCl  məhlulunda cücərmə  qabi-
liyyəti  59.0-71.0  %  arasında  olmuş  və  beləliklə,  yuxarıda  qeyd 
edildiyi kimi, bu sortlar orta davamlı hesab olunurlar.  
3-cü  qrupda  Qırmızı  buğda,  Leukurum  79,  Aysberq 
Odesskaya,  Odesskaya  49.81,  Vezio,  Elan,  Cəfəri,  Kalvin, 
Febo, Timiryazevskiy karlik, Jemçuk Odesskaya, Muğan, Mü-
rəkkəb  hibrid,  Giorgio  302,  Bərəkətli  95,  Ağ  buğda,  Jaxino, 
Xarkovskaya  46,  Bəxt,  Mirvari,  Şirvan,  Qarabağ,  Bərəkət, 
Karol,  Şərq,  Zaparoji  803,  Şirvan  3,  Orzini,  Yerli  549  və 
Yaqut sortları birləşib ki, onların da cücərmə qabiliyyəti 77.0-
100.0%  arasında  olmuşdur.  Bu  nümunələr  isə  duzluluğa  da-
vamlı sortlar hesab edilmişlər. 
 
 
2.4. Quraqlıq stresinin arpa bitkisi yarpaqlarında  
          xlorofilin sintezinin depressiya dərəcəsinə təsiri 
 
Bitki  yarpaqlarında fotosintetik piqmentlərin miqdarı fo-
tosintetik  aparatın  fəaliyyətində  və  onun  məhsuldarlığında 
əsas rol oynayan amildir və fotosintetik məhsuldarlıqla xloro-
fil  piqmentlərinin  miqdarı  arasında  mürəkkəb  əlaqə  mövcud-
dur. Quraqlıq stresi  isə  xlorofilin miqdarının dəyişməsi, onun 
strukturunun  pozulması  və  işıq  udma  qabiliyyətinin  azalma-
sına  səbəb  olur  [28].  Tropik  bitkilərlə  aparılan  tədqiqatların 
nəticəsində  xlorofilin  toplanma  dinamikası  ilə  yarpaqlarda 


 
93 
suyun miqdarı arasında müsbət korrelyasiyanın olduğu müşa-
hidə edilmişdir. Müəyyən edilmişdir ki, yarpaqların böyüməsi 
ilə  xlorofilin  və  suyun  miqdarı  artır.  Yarapaqların  qocalması 
zamanı  isə su  və  xlorofilin miqdarı azalır [72]. Petinova  görə 
quraqlıq  zamanı  xloroplastlarda  suyun  miqdarının  sabitliyi 
bitkilərin qurumağa qarşı müqavimətini göstərir [89].  
Xlorofilin miqdarı və bitki toxumalarının su saxlama qa-
biliyyəti arasındakı asılılıq, su və protoplazmanın yüksək poli-
merli  komponentləri  arasında  dialektik  birliyi  göstərir.  Digər 
tərəfdən, funksional mübadilə (fotosintez) su saxlama qabiliy-
yətinin  göstəriciləri  ilə sıx əlaqəlidir. Ona görə də canlı toxu-
maların,  hüceyrələrin  su  saxlama  qüvvəsinin  və  onların  key-
fiyyət xarakteristikalarının dəyişilməsi mübadilənin əsas tərəf-
ləri – funksional və plastik mübadilə arasındakı qarşılıqlı  əla-
qəni əks etdirir [72].  
Quraqlığın  daha  ğüclü  təsiri  zamanı  yaşıl  plastidlərin 
dağılması  baş  verir  ki,  bu,  təbii  olaraq  xlorofilin  miqdarının 
azalmasına səbəb olur. Zəif quruma və ya bitkilərin quraqlığa 
adaptasiyası  zamanı  xlorofilin  miqdarının  artması  isə  uyğun-
laşmasının  nəticəsi  ola  bilər.  N.N.Qortikova  və  D.J.Sapoj-
nikov  müəyyən  etmişlər  ki,  buğda  yarpaqlarında  ğüclü  qu-
ruma  nəticəsində  xlorofillogendən  xlorofilin  əmələ  gəlməsi 
zəifləyir. 
A.S.Veçer  və  A.İ.Tarçevskaya  görə  də  torpaq  quraqlı-
ğının  təsiri  nəticəsində  yarpaqlarda  xlorofil  “a”  və  xlorofil 
“b”-nin miqdarı azalır. Lakin bir sıra müəlliflər yaşıl piqment-
lərin miqdarının torpaq rütubətliliyinin müəyyən həddə qədər 
azalması zamanı artdığını müəyyən etmişlər [79]. 
Zelepuxinə  görə  xlorofilin  miqdarı  yarpaqlarda  möhkəm 
birləşmiş  suyun  miqdarı  ilə  müsbət  korrelyasiya  olunur.  Mü-
əllifə  görə  ekstremal  faktorların  təsiri  nəticəsində  yarpaq 


 94 
toxumalarında  xlorofilin  miqdarının  artmasına  “tormozlan-
manın müdafiə fazası” kimi baxmaq lazımdır ki, bu müddətdə 
hüceyrə  strukturunun,  o  cümlədən,  xlorofilıin  intensiuv  bər-
pası baş verir [72]. 
Alma və armud bitkiləri ilə aparılmış təcrübələrdə müəy-
yən olunmuşdur ki, piqment  sistemində dəyişikliklər  lipopro-
teidlərlə labil birləşmiş xlorofilin, ilk növbədə xlorofil “a”-nın 
miqdartının azalmasına  səbəb olur, əksinə xlorofil  “b”  və  ka-
rotinoidlərin miqdarı quruma zamanı daha yüksək stabilliyi ilə 
fərqlənir. Bu bir daha göstərir ki, quraqlığın təsirinə məruz qa-
lan bitkilərdə  adaptasiya  əlamətləri əmələ  gəlir  ki, onlar bitki 
toxumalarının  qurumaya  qarşı  davamlılığını  şərtləndirir.  Bu 
davamlılıq bilavasitə plastid aparatı ilə əlaqədardır [79]. 
30%  rütubətlilik  fonunda  təcrübələrdə  müəyyən  olun-
muşdur ki, quraqlığa davamlı bitkilərdə zəif davamlı bitkilərlə 
müqayisədə daha çox birləşmiş xlorofil vardır. Müəlliflərə gö-
rə ümumi xlorofilin miqdarının artması və möhkəm birləşmiş 
formanın bitki yarpaqlarındakı xüsusiyyətləri bitkilərin su qıt-
lığına  qarşı  uyğunlaşdırıcı  reaksiyalarıdır.  Təcrübələrdən  alı-
nan nəticələrə görə həssas sortlarla müqayisədə bəzi bitkilərin 
quraqlığa  davamlılığı  piqment  sisteminin  az  dəyişilməsi  ilə 
xarakterizə olunur. Piqment sistemində dəyişikliklər, əsassən, 
labil  əlaqəli  xlorofil  “a”-nın  hesabına  baş  verir,  xlorofil  “b” 
daha davamlıdır, az dəyişir və bu, xlorofil “a” ilə müqayisədə 
xlorofil “b”-də su molekullarının rabitə enerjisinin daha möh-
kəm olması ilə əlaqədardır [79]. 
Bitkilərin quraqlıq  stresinə davamlılığın diaqnostik üsul-
lardan  biri  də,  stres  təsirindən  yarpaqlarda  xlorofil  (a+b)-nin 
miqdarında  baş  verən  dəyişmələrin  öyrənilməsinə  əsaslanır. 
Tədqiq  etdiyimiz  iki cərgəli  və çox cərgəli arpa sortnümunə-
lərinin yarpaqlarında, quraqlıq stresi təsirindən xlorofil (a+b)-


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə