Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə26/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   22   23   24   25   26   27   28   29   ...   101

 84 
inkişafı  zamanı  sudan  effektiv  istifadə  olunmasını  və  su  qıtlığı 
şəraitində və ya duz stresi təsiri altında onların davamlılığının tə-
yin edilməsidir.  
Məlumdur  ki,  toxumlar  cücərən  zaman  mühitin  yüksək  os-
motik  təzyiqinə  məruz  qalır  və bitkinin  bir çox  fizioloji  xüsusiy-
yətləri  toxumların  sorucu  qüvvəsi  ilə  təyin  olunur.  Fermentativ 
sistemlərin  aktivliyi,  sitoplazmatik  quruluşların  yeni  üzvi  maddə 
əmələ gətirməsi, hüceyrədaxili osmotik təzyiqin artma qabiliyyəti 
və  s.  kimi  proseslər bunlara  misal ola  bilər. Müəyyən  edilmişdir 
ki, bitkilərdə nəmliyin 60%-i biokolloidlərin şişməsinə, 40%-i isə 
osmotik  mexanizmin  təsirinə  sərf  olunur.  Şübhəsiz  ki,  cücərən 
toxumların sorucu qüvvəsi cavan orqanizmin çox mürəkkəb, fizi-
oloji-biokimyəvi xüsusiyyətlərinin nəticəsidir. Süni şəraitdə “fizi-
oloji  quraqlıq”  saxarozanın  yüksək  osmotik  təzyiqli  məhlulunda 
cücərmə faizi quraqlığa qarşı  davamlılığın  təyinində etibarlı  gös-
tərici  kimi  istifadə  edilə bilər.  Elecə də 0.2 M NaCl  məhlulunda 
laboratoriya şəraitində bitki toxumlarının cücərmə qabiliyyəti bit-
kilərin duzluluğa davamlılığının ilkin göstəricisi hesab olunur. 
 
2.3.1. Stres amillərin yabanı və mədəni buğda  
növləri toxumlarının cücərmə qabiliyyətinə təsiri 
 
Diploid  və tetraploid buğdaların quraqlığa davamlılığını  ilkin 
qiymətləndirmək  məqsədilə  bu  bitkilərin  toxumları  laboratoriya 
şəraitində 10 atm. təzyiqli saxaroza və 0.2M NaCl məhlulunda 3-7 
gün müddətində  cücərdilmiş, cücərtilər 3, 5, 7-ci  günlər sayılaraq, 
nəzarətə görə faizlə hesablanmışdır. Alınan nəticələr cədvəl 2.3-də 
göstərilmişdir. Cədvəldən göründüyü kimi, T.boeoticum növünə aid 
toxumlar  saxarozanın  məhlulunda  nəzarətdə  olduğu  qədər,  yəni 
100% cücərti  verdiyi halda, 0.2 M NaCl məhlulunda bu  göstərici 
52.0%  olmuşdur.  T.monococcum,  T.dicoccoides,  T.dicoccum  far-


 
85 
rum, T.dicoccum  rufum-a  aid  olan  nümunələrin  toxumları  isə  hər 
iki  şəraitdə  100%  cücərmə  vermişlər.  T.dicoccum  atratum  növ-
müxtəlifliyinin  toxumları  saxaroza  məhlulunda  nəzarətə  görə 
93.0%,  NaCl  məhlulunda  isə  99.0%  cücərmə  qabiliyyətinə  malik 
olmuşdur.  T.turgidum  dreishianum  növmüxtəlifliyinin  toxumları 
saxaroza  məhlulunda  99.0%,  NaCl  məhlulunda  isə  96.0%,  T.tur-
gidum  alboyadurum  saxaroza  məhlulunda  89.7%,  NaCl  məhlu-
lunda 97.9%, T.turgidum salomonis növmüxtəlifliyi saxaroza məh-
lulunda  99.2%,  NaCl  məhlulunda  98.0%,  T.turgidum  lusitanicum 
saxaroza məhlulunda 100%, NaCl məhlulunda 97.6% nəzarətə görə 
cücərmə  qabiliyyətinə  sahib  olmuşdur.  T.polonicum  növü  saxaro-
zada 72.0%, NaCl  məhlulunda 93.0%, T.persicum növü  isə  saxa-
roza məhlulunda 100%, NaCl məhlulunda isə 90.0% nəzarətə görə 
cücərmə qabiliyyətinə malik olmuşdur.  
 
Cədvəl 2.3 
 
Diploid və tetraploid buğda növ və növmüxtəlifliklərinin  
10 atm. saxaroza məhlulunda və 0.2 M NaCl məhlulunda 
cücərmə qabiliyyəti 
 
№ 
Nümunənin adı 
Toxumların cücərmə qabiliyyəti %-lə 
Nəza-
rət 
Saxa-
roza 
Nəza-
rətə 
görə  
%-lə 
Na
Cl 
Nəza-
rətə 
görə  
%-lə 

T.boeoticum Boiss. 
100 
100 
100 
52 
52 

T.monococcum L. 
100 
100 
100 
100 
100 

T.dicoccoides 
Koern.) Schweinf. v. 
arabicum 
100 
100 
100 
100 
100 

T.dicoccum Schuebl. 
v. farrum
100 
100 
100 
100 
100 


 86 
Cədvəl 2.3-ün davamı 
 

T.dicoccum Schuebl. 
v. rufum 
100 
100 
100 
100 
100 

T.dicoccum Schuebl. 
v. atratum 
100 
93 
93 
99 
99 

T.turgidum L. v. 
dreishianum  
50 
49.5 
99 
48 
96 

T.turgidum L. v. 
alboyadurum 
49 
44 
89.7 
48 
97.9 

T.turgidum L. v. 
salomonis 
50 
49.6 
99.2 
49 
98 
10  T.turgidum L. v. 
lusitanicum 
43 
43 
100 
42 
97.6 
11  T.polonicum L. 
50 
36 
72 
46.5 
93 
12  T.persicum Vav. 
50 
50 
100 
45 
90 
 
 
 
2.3.2. Təsərrüfat əhəmiyyətli bərk buğda (T.durum Desf.) 
sortlarının stresə davamlılığının toxumların  
cücərmə qabiliyyətinə görə dəyərləndirilməsi 
 
Bərk  buğdanın  (T.durum  Desf.)  41  sort  nümunəsinə  aid 
toxumlar 10 atm. təzyiqli  saxaroza  və 0.2 M NaCl məhlullunda 7 
gün ərzində cücərdilib və cücərtilər 3, 5 və 7-ci günlər sayılaraq nə-
zarətə görə faizlə hesablanmışdır. Alınan nəticələrə görə nümunələr 
davamlı,  orta  davamlı  və  həssas  sortlar  kimi  qiymətləndirilmişdir 
(Cədvəl 2.4). Alınan nəticələr göstərmişdir ki, toxumların saxaroza 
məhlulunda cücərmə qabiliyyətinə görə Qırmızı buğda, Leukurum 
79,  Aysberq  odesskaya,  Odesskaya  49.81,  Vezio,  Elan,  Cəfəri, 
Xoranka, Kalvin, Febo, Timiryazevskiy karlik, Jemçuk Odesskaya, 
Muğan, Mürəkkəb hibrid, Ray 91, Giorgio 302, Bərəkətli 95 sortları 
quraqlığa daha davamlıdır. Nəzarətə görə bu sortların cücərmə qa-


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə