PMİ-nin əsas nəşrləri aşağıdakılardır:
•
Project Management Journal (PMİ) - layihələrin idarə
edilməsi üzrə PMİ jurnalı ildə 4 dəfə nəşr edilir, burada
layihələrin idarə edilməsi üzrə əldə edilən elmi və təcrübi
uğurlar işıqlandmlır, bu sahədə inkişaf problemləri üzrə
geniş müzakirələr keçirilir.
•
PM NETWORK - peşəkar PMİ jurnalı, ildə 8 dəfə nəşr
edilir. Bu jurnal PMİ-nin və onun şöbələrinin fəaliyyətini,
layihələrin idarə edilməsi üzrə əldə etdiyi uğur və
təcrübəni işıqlandırır.
PMİ-nin kadr siyasəti:
•
Layihələrin idarə edilməsi üzrə ali və orta ixtisas təhsili
üzrə proqramlann, o cümlədən ixtisasartırma kurslan üzrə
proqramlann hazırlanması və təsdiqində iştirak edir;
•
Layihələrin idarə edilməsi üzrə ümumi bilikləri işləyib
hazırlayır və inkişaf etdirir, yəni layihələrin idarə
edilməsinin hədlərini, onun bilüdər bazasını və əsas
flınksiyalannı müəyyənləşdirir;
•
Sertifikatlaşmanın standartlanm, şərt və qaydalannı
hazırlayır, layihələri idarə etmək hüququ əsasmda
sertifikat verməklə imtahanlar keçirir.
PMİ hər il 3-4 günlük ümumi seminar və ya simpoziumlar
keçirir. Simpoziumun proqramma adətən aşağıdakılar daxil edilir:
xaricdən gələn qonaqlann hesabatlan, bölmələrin iclas- lan, ümumi
müzakirə, ixtisaslaşmış işçi qruplan, məhsullann sərgisi, layihələrin
idarə edilməsi üzrə uğur və xidmətlər. Simpoziumlann əsərləri çap
edilir. Simpoziumlarda bütün dünyadan 1000 qədər mütəxəssis
iştirak edir.
143
3.7.
LAYİHƏLƏRİN İDARƏ EDİLMƏSİ
TƏRƏQQİSİNİN TƏHLİLİ
Sovet
təşkilati-iqtisadi
mühitinin
xüsusiyyətlərini,
idarəetmənin və iqtisadiyyatm inkişaf səviyyəsini nəzərdən keçirsək
layihələrin idarə edilməsinin inkişaf mərhələlərini təhlil etmiş
olanq. Şübhəsiz ki, biz həmin mühitin xüsusiyətlərini təfərrüatı ilə
təhlil etmək imkanlarma malik olmasaq da, bu hadisənin ən
əlamətdar tərəfləri üzərində dayanmaq istərdik. Sovet iqtisadiyyatı
ən yüksək səviyyədə şaquli struktura malik olan inzibati-komanda
idarəçiliyi üzərində qurulmuşdur. Layihələri idarə edən rəhbərlər öz
bilik və təcrübəsi çərçivəsində fəaliyyət göstərirdilər.
Layihələrin idarə edilməsi sahəsində Qərb modeli ilə
müqayisədən görürük ki, Sovetlər ölkəsində layihələrin idarə
edilməsi nəzəriyyəsi daha çox inkişaf etmişdir, lakin təcrübədə bu
nəzəriyyənin bir hissəsi öz əksini tapmamışdır.
Əsas etibarilə həmin səbəblər aşağıdakı qaydada qrup-
laşdınlır:
•
İqtisadiyyat sahəsində - iqtisadi modellərin layihələrin
idarə edilməsi sistemində tətbiq edilməməsi;
•
İdarəetmə sahəsində - layihələrin idarə edilməsində
idarəetmə strukturlanmn çevik olmaması;
•
İnformasiya texnologiyası sahəsində - layihələrin idarə
edilməsində kompüter texnikasından zəif istifadə
edilməsi, hesablama texnikası və kommunikasiya
sisteminin müasir tələblərə cavab verməməsi.
Bir çox sahələrdə layihələrin idarə edilməsinin əsas
xüsusiyyətlərini qeyd etmək olar:
144
•
Teşkilatlann «layihələr əsasında» fəaliyyət göstərməsi
prinsipi.
•
Tədarükçü və icraçılann arasında işçi mexanizminin
əhəmiyyəti.
•
Şaquli təşkilat! strukturlar və layihə iştirakçılannm
öhdəliklərinin ənənəvi qaydada bölüşdürülməsi və çevik
təşkilat! formalann yaradılması.
•
Layihələrin idarə edilməsi üzrə ali təhsil müəssisələrində
mütəxəssis hazırlığmm təşkil edilməsi.
Son zamanlar apanlan islahatlar Respublikamızda layihələrin
idarə edilməsinin müasir səviyyədə həyata keçirilməsi üçün geniş
şərait yaratmış və bunun nəticəsində bəzi yeni tələblər meydana
çıxmışdır:
•
layihələrin idarə edilməsi üzrə bilik və təcrübənin
beynəlxalq standartlara uyğun olması və la5dhələrin
idarəetmə mədəniyyətinin yüksək olması;
•
layihələrin idarə edilməsində müasir metodlardan
istifadə edilməsi və informasiya texnologiyalan
esasmda həyata keçirilməsi;
•
layihələrin həyata keçirilməsində investisiya və kapital
dövriyyəsini əhatə edən kredit-maliyyə və bank
sisteminin inkişaf etdirilməsi.
Keçid iqtisadi dövründə investisiya fəaliyyəti və layihələrin
idarə edilməsi ilə sıx şəkildə bağlı olan və mahiyyət etibarilə
layihələrin mühitini təşkil edən bir sıra prinsipial dəyişiklikləri qeyd
etmək lazımdır:
145
iqtisadiyyat s^h_9ja]ida
İqtisadiyyat sahəsində baş verən dəyişikliklər hər şeydən
əwəl bazann yaradılması və bazar münasibətlərinə keçidlə bağlıdır.
Əhəmiyyətli dəyişikliklərə aşağıdakılan misal göstərmək olar:
özəlləşdirmənin həyata keçirilməsi, yerli idarəetmə sisteminin
tətbiqi, müxtəlif mülkiyyət formalannm tətbiqi və ölkənin
iqtisadiyyatına yeni müstəqil təşkilatların, şirkət və firmalann
təsirinin artması.
Qeyd etmək lazımdır ki, xüsusi firmalarda, birgə
müəssisələrdə, səhmdar cəmiyyətlərdə və şirkətlərində, kommersiya
banklarında, birja və digər qeyri-dövlət stnıkturlannda kapitalın
toplanma prosesi investisiya layihələrinin inkişafına səbəb oldu.
Aşağıdakı tədbirlərin layihələrin idarə edilməsində mühüm rol
oynaması kimi qeyd edə bilərik:
•
Özəlləşdinlmə
prosesinin
sürətləndirilməsi
və
genişləndirilməsi.
Özəlləşdirmə prosesi yeni sahənin -
mülkiyyət sahiblərinin yeni nəslinin yaranmasının
başlanğıcını qoydu. Əhalinin bu kateqoriyasının əmək
fəaliyyətinin iqtisadi baxımdan stimullaş- dınlrnası
kəskin şəkildə deyişmiş və artıq öz bəhrəsini
verməkdədir. Bu, istehsalın tədricən sabitləşməsində,
işgüzar fəaliyyətin və sahibkarlığın inkişafında, habelə
özəlləşdirilmiş müəssisələrdə işlərin vəziyyətinin və
sosial şəraitin yaxşılaşmasmda özünü göstərir.
•
Özəlləşmənin başlanması sayəsində, habelə sahibkarlığın
inkişafı,
qiymətlərin liberallaşdıniması, o cümlədən bir
sıra yeni qanunvericilik və normativ aktların daxil
edilməsinə görə istehsalçıların və bir sıra müxtəlif podrat
təşkilatlanmn inhisarçılığın dağılması prosesi başlandı.
Bir sıra istehsal və xidmət
146
Dostları ilə paylaş: |