1.2.
LAYİHƏNİN ƏLAMƏTLƏRİ
) 1 Vt«
Layihələrə verilən təriflərdən göründüyü kimi onlar
funksional və obyektiv xarakter daşıyırlar [2].
Ümumiyyətlə, layihələrin aşağıdakı əlamətləri vardır:
■
dəyişkənlik əlaməti;
■
vaxt məhdudiyyəti əlaməti;
■
büdcə əlaməti;
■
ehtiyatlar əlaməti;
■
təkrarolunmazlıq əlaməti;
■
yenilik əlaməti;
■
bütövlük, tamlıq əlaməti;
■
hüquqi təminat əlamətləri
■
təşkilat əlamətləri
■
məhdudiyyətçilik əlamətləri;
Bu əlamətlərin hər birinə aynhqda nəzər salaq.
1.2.1.
Dəyişkənlik əlaməti
Layihələrdə bu əlamət əsas xassələrdən biri kimi
qiymətləndirilir. Əgər layihədə bu əlamət hiss olunarsa, onda layihə
“y^^yır”. İlk növbədə, yəni layihənin start dövründə, onun bütün
elementləri passiv vəziyyətdə olurlar. Vaxt keçdikcə layəhədəki
işlər (elementlər) yerinə yetirilir. Bu zaman işlər passiv vəziyyətdən
aktiv vəziyyətə keçir. İşlər yerinə tam yetirildikdən sonra onlar
pcissivləşdirilir. Beləliklə hər bir iş (element) aynhqda öz məqsədinə
çatdıqca layihənin ümumi vəziyyəti deyişir. Bu səbəbdən layihə
dəyişir və layihədə dəyişkənlik əlaməti görünür.
21
1.2.2.
Vaxt məhdudiyyəti əlaməti
Layihələrdə müəyyən vaxt çərçivəsində məqsədə nail olmaq
mümükündür. Layihələri digər tədbirlərdən və obyektlərdən
fərqləndirən əsas parametrlərdən biri vaxt məhdudiyyətidir. Hər bir
işin başlanğıcı və sonu olduğu kimi layihələrin də başlanma (start)
və son (finish) vaxtları var. Bu vaxt göstəriciləri adətən məhdud
olurlar. Bu səbəbdən layihənin uğurla başa çatmasmda əsas
şərtlərdən biri onun verilmiş vaxt çərçivəsində yerinə yetirilməsidir.
1.2.3.
Büdcə əlaməti
Hər bir layihə üçün büdcə müəyyənləşdirilir. Bu büdcəyə
müəyyən metodlar vasitəsilə nəzarət edilir. Bəzi layihələr büdcə
əsasmda və çərçivəsində yaradılur. Buna görə de büdcə əlamətinə
görə iki növ ləyihə mövcuddur:
1.
Layihənin məqsədi formalaşandan sonra onun büdcəsi
müəyyənləşdirilir.
2.
Büdcə məlum olduqdan sonra aynimış vəsaitə uyğun
layihələr heyata keçirilir.
Hər iki halda layihənin bütün elementlərinin yerinə
yetirilməsində büdcə əlaməti görünür və xüsusi yer tutur.
1.2.4.
Ehtiyatlar əlaməti
İstənilən layihənin yerinə yetirilməsində büdcədən başqa
digər vəsaitlərdən istifadə edilməsi tələb olunur. Bu ehtiyat
növlərinə aiddir: insan, texnika, avadanlıqlar, materiallar və digər
ehtiyatlar. Hə bir vəsait büdcə ilə bağlı olduğu üçün onun
mənimsənilmə həcmi məhdudlaşdınlır. Bəzən bu məh- dudi)^ətlər
əvvəlcədən müəj^ənləşdirildiyi üçün layihənin yerinə yetirihnə
müddəti təyin edilir. Layihənin təsdiq edilməsi üçün əsas amillərdən
biri də ehtiyatlann mənimsəmə
22
fiqmaa
qrafikidir. Bu plan-qrafikin düzgün yerinə yetirilməsi layihənin
məqsədə çatmasına xidmət edir.
1.2.5.
Təkrarolunmazhq əlaməti
Elə iki layihə yoxdur ki, onlar eyni olsunlar. Hətta bir- birinə
çox yaxın olan və oxşayan layihələrdə belə fərqlər mövcuddur.
Layihə işlər çoxluğudur. Hər bir işi yerinə yetirmək üçün müəyyən
vaxt, büdcə aynlır və müxtəlif ehtiyatlar mənimsənilir. Bu
müxtəliflik hər bir işə nadirlik xüsusiyyəti ve ya təkrarolunmazlıq
əlaməti verir. Layihələrdə hər hansı bir işin müxtəlif vəsaitlərlə və
ya müxtəlif vaxtlarla yerinə yetirilməsi onun təkrarolunmazlıq
əlaməti sayılır.
1.2.6.
Yenilik əlaməti
Hər bir layihə tədqiqat obyektidir və bu səbəbdən layihələrdə
həmişə tədqiqat və inkişaf əlamətləri hiss olunur. Yenilik əlamətləri
xüsusən təşkilati layihələrdə özünü daha çox binizə verir. Zaman
keçdikcə, ətraf aləm inkişaf etdikcə layihələr qarşısında qoyulan
tələblər dəyişir və müasirləşir. Müasir dövrümüzdə olan tələblər
mütənasib olaraq layihələrdə öz əksini tapır. Bu səbəbdən hər bir
yeni layihədə müasir dövrün tələblərinə cavab verən yeniliklər
mövcuddur. Yenilik əlaməti hiss olunmayan layihələrin əksəriyyəti
uğursuz və ya qısa müddətli olur.
1.2.7.
Bütövlük, tamhq əlaməti
Tamlıq əlaməti - layihələrin bütün parametrlərlə tam
xarakterizə olunması deməkdir. Layihələr çoxlu parametrlərlə
xarakterizə olunurlar. Layihəyə təsir edən bütün parametrlərin
hamısının layihədə öz əksini tapması layihənin bütöv olmasım
23
xarakterizə edir. İlk növbədə layihələrdə nəzərdə tutulan fak-
torlann sayı və layihənin nəticəsinə bir başa və ya dolayısı yolla təsir
edən parametrlərin sayını müəyyələşdirmək layihənin tam olmasına
gətirir. Bu zaman deyirlər ki, layihə bütövdür və ya tamdır.
1.2.8.
Hüquqi təminat əlamətləri
Layihələrdə iştirak edən tərəflərin hüquqi təminatı və onlar
arasında münsibətlərin qurulması layihənin uğurlu olması üçün əsas
şərtlərdən biridir. Yeni iqtisadi şəraitdə və müstəqil dövlət
quruculuğu ərəfəsində layihələrin yerinə yetirilməsində hüquqi
nöqteyi nəzərdən problemlər yarana bilər. Bu səbəbdən layihələrdə
müvafiq qanunlar və normativ sənədlər öz əksini tapmalıdır.
1.2.9.
Təşkilat əlaməti
Təriflərdən göründüyü kimi layihə kiçik bir müəssisədir. Hər
bir müəssisənin təşkilati strukturu olduğu kimi layihələrin də yerinə
yetirilməsi üçün təşkilati strukturlar tələb olunur. Böyük layihələrdə
tələb olunan əsas parametrlərdən biri “təşkilati strukturlann
yaradılmasT’dır. Bu struktur kiçik layihələrdə özünü doğrultmadığı
üçün onlar tələb olunmur.
1.2.10.
Məhdudiyyətçilik əlaməti
Layihə digər obyektlər kimi ətraf mühitlə sıx bağlıdır.
Layihədə görülən işlərin hər birinin dəqiq həddi olmalıdır.
Ümumiyyətlə, layihələr hər hansı çərçivə daxilində yerinə yetirilir.
Layihə yerinə yetirildiyi mühitdə özünü qabarıq şəkildə
göstərməlidir. Layihə özünə məxsus xüsusiyyətləri ilə digər işlərdən
fərqlənməlidir. Layihələr ətraf mühitlə sıx bağlı və
24
Dostları ilə paylaş: |