Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   11   12   13   14   15   16   17   18   ...   95

31 
 
quberniyasının  şəhərlərinə  köçdülər,  bəziləri  isə  geri  Saratov  quberniyasına 
qayıtdılar.  Miqrasiya  proseslərini  lazımi  istiqamətə  yönəltmək  məqsədilə  çar 
hökuməti bir sıra məhdudiyyətlərə əl atmalı oldu. Belə ki, 01 iyul 1794-cü il tarixli 
fərmanla  kolonistlərin  sərbəst  şəkildə  yaşayış  yerini  dəyişməsinə  qadağa 
qoyulurdu.  Yaşayış  yerini  dəyişmək  istəyən  kolonist  bu  haqda  yerli  hakimiyyət 
orqanlarına  yazılı  şəkildə  müraciət  edərək  Saratov  və  yaxud  Qafqaz 
quberniyasında  məskunlaşmaq  niyyətini  bildirməli  idi.  Yazılı  icazə  olmadan  bir 
quberniyadan başqasına köçən, hətta bir quberniya daxilində yaşayış yerini dəyişən 
kolonistləri ciddi cəza gözləyirdi. Miqrasiya prosesləri ilə məşğul olan orqanların 
fəaliyyətində  baş  verən  çoxsaylı  qanun  pozuntuları,  məmur  özbaşınalıqları, 
təşkilatsızlıq, daxili miqrantlar üçün yaradılan müxtəlif bürokratik əngəllər alman 
kolonistlərinin  sərbəst  şəkildə  Şimali  Qafqazda  məskunlaşmasına  imkan  vermədi 
və XVIII əsrin II yarısında bu regionda fəaliyyət göstərən heç bir alman koloniyası 
yaratmaq mümkün olmadı. 
Beləliklə,  I  fəslə  yekun  vuraraq  qeyd  etmək  olar  ki,  XVIII  əsrin  sonunda 
alman  əhalisi  Rusiyanın  3  regionunda  kompakt  məskunlaşmışdı:  Baltikyanı 
ərazilər, Volqaboyu və Novorossiya diyarı. 
Qeyd  etdiyimiz  kimi,  almanlar  Baltikyanı  ərazilərdə  hələ  XIII  əsrdən 
məskunlaşmış  və  Şimal  müharibəsindən  sonra  (1700-1721)  Rusiya  imperiyasının 
tərkibinə  qatıldıqları  zaman  artıq  milli,  mədəni,  ərazi  xüsusiyyətlərinə  məxsus  
etnik qrup kimi formalaşmışdılar. 
Yüksək təhsil səviyyəsinə və sosial statusa malik olan Baltikyanı və yaxud 
«ostzey»  almanlarının  bir  çox  nümayəndələri  I  Pyotr  və  Anna  İvanovnanın  çarlıq 
dövrlərində dövlət orqanlarında yüksək vəzifə tutmuşdular. Baltikyanı almanlarını 
«mühacir» və  yaxud «kolonist» adlandırmaq düzgün olmazdı, çünki onlar Rusiya 
imperiyasının  tərkibinə  qatıldıqları  zaman  Baltikyanı  ərazilərin  yerli  əhalisi 
sayılırdılar.  Volqaboyu,  Novorossiya  və  sair  regionlarda  məskunlaşan  alman 
kolonistləri  ilə  «ostzey»  almanları  arasında  əlaqələr  yox  dərəcəsində  idi:  onlar 
Moskva,  Peterburq  və  sair  iri  şəhərlərdə  yaşayan  alman  mənşəli  ziyalılarla 
münasibətlər  saxlayırdılar.  Rusiyada  yenicə  məskunlaşan  kolonistlərdən  fərqli 
olaraq, yerli idarəetmə sisteminə malik olmayan Baltikyanı almanları Ümumrusiya 
qanunları ilə idarə olunur, heç bir güzəştlərə və xüsusi imtiyazlara malik deyildilər. 
XVIII əsrin sonunda Baltikyanı ərazilərdə yaşayan almanların sayı təqribən 
78,5 min nəfər təşkil edirdi ki, bu Rusiyada mövcud olan ən çoxsaylı alman etnik 
qrupu idi.
76
 
XVIII  əsrin  II  yarısında  almanların  kompakt  yaşadığı  ikinci  region 
Volqaboyu  idi,  Volqaboyu  almanları  etnik  qrup  kimi  XVIII  əsrin  sonlarında 
formalaşmışdılar.  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Volqaboyu  almanlarının  yaxın 
sosial  və  konfessional  tərkibi  müxtəlifliyi  ilə  seçilirdi.  Əsasən  lüteran  və 
katoliklərdən  ibarət  kolonist  kütləsində  əkinçilərə,  sənətkarlara,  incəsənət  və  din 
xadimlərinə,  ehtiyatda  olan  zabitlərə  və  sair  kateqoriyadan  olan  insanlara  rast 


32 
 
gəlinirdi.  Onlar,  hətta  coğrafi  mənşəyinə  görə  də  Almaniyanın  müxtəlif 
regionlarını  təmsil  edirdilər.
77
  K.Hempelin  statistik  məlumatlarına  görə  Volqa 
kolonistləri arasında Reyn vilayətindən gələnlər 28%, qessenlilər 17%, Prussiya və 
Şimali  Almaniyadan  gələnlər  18%,  Elzas  və  Bavariya  mühacirləri  7%  təşkil 
edirdilər.  Göründüyü  kimi,  Volqaboyu  almanlarının  əksəriyyəti  Cənubi 
Almaniyadan  köçənlər idi.  1796-cı  ilin  məlumatına  görə  Volqaboyunda  37,2 min 
alman yaşayırdı.
78
 
Kompakt  məskunlaşmaya  meyillilik,  tarixi  vətənlə  əlaqələrin  itirilməsi, 
Rusiyadakı başqa alman qruplarından təcrid olma, müxtəlif Almaniya regionlarına 
xas olan dil və mədəni ənənələrin yaşanmasında konservativ mövqe, çar hökuməti 
tərəfindən sərt nəzarət - XVIII əsrin sonunda Volqaboyunun alman koloniyalarının 
ümumi xarakteristikası bu mənzərədən ibarət idi. 
Nəhayət,  XVIII  əsrin  70-90-cı  illərində  Qara  dənizin  şimal  sahillərində 
Osmanlı dövlətinin sıxışdırılması və sonralar Novorossiya adlandırılan bu diyarın 
münbit  torpaqlarında  aparılan  intensiv  məskunlaşma  siyasəti  nəticəsində  Rusiya 
almanlarının  kompakt  yaşadığı  daha  bir  region  meydana  gəldi.  Vurğulamaq 
lazımdır  ki,  Türkiyənin  Qara  dənizin  şimal  sahillərindən  məhrum  edilməsi 
Novorossiya ilə yanaşı, qonşu regionlarda Şimali Qafqazda, Cənubi Uralda, Aşağı 
Volqaboyunda  məskunlaşma  proseslərinin  intensivləşməsinə  təkan  verdi. 
Novorossiya  almanları  həm  sosial,  həm  dini,  həm  də  coğrafi  mənşə  baxımından 
Baltikyanı,  Volqaboyu  almanlarından  fərqlənirdilər  və  onlarla  praktiki  olaraq  heç 
bir kontakt saxlamırdılar. 
Novorossiya  almanlarının  sayı  5,5  min  təşkil  edirdi  və  məskunlaşmanın 
templərinə  görə  bu  region  avanqard  sayılırdı.  1782-ci  ildən  1796-ci  ilə  qədər 
məskunlaşma  tempi  27  dəfə  artmışdı.  Beləliklə,  əgər  XVIII  əsrin  ortalarında 
Rusiyada  66  min  alman  yaşayırdısa,  1782-ci  ildə  bu  rəqəm  iki  dəfə  artaraq  132 
minə  çatdı.  Rusiyada  1796-ci  ildə  keçirilən  V  reviziyanın  nəticələrinə  görə 
imperiyada 361, 8 min alman əhalisi yaşayırdı.
79
 Almanların sayının sürətli artımı 
yalnız  kütləvi  məskunlaşma  prosesinin  nəticəsi  ilə  deyil,  həm  də  çoxsaylı 
almanların  kompakt  yaşadığı  yeni  ərazilərin  Rusiyaya  birləşdirilməsinin  nəticəsi 
idi.  Bu  cür  ərazilərə  Reç  Pospolitanın  bölüşdürülməsi  nəticəsində  Rusiyaya 
birləşdirilmiş Qərbi Ukrayna, Qərbi Belorusiya və tarixi ədəbiyyatda Polşa çarlığı 
kimi tanınan inzibati ərazi vahidi aid idi. 
Çar  hökumətinin  səylərinə  baxmayaraq,  XVIII  əsrin  II  yarısında  Şimali 
Qafqazda  əcnəbi  kolonistlərin  məskunlaşdırılması  baş  tutmadı.  Regionda  ictimai-
siyasi vəziyyətin qeyri-sabitliyi, Şimali Qafqazın dağlı xalqları ilə çarizm arasında 
mübarizə  meydanına  çevrilməsi,  həmçinin  1782-ci  ildə  «Əcnəbi  kolonistlərə 
qəyyumluq  üzrə  Dəftərxana»nın  ləğv  edilməsindən  sonra  məskunlaşdırma 
proseslərinə  nəzarətin  zəifləməsi
80
,  miqrasiya  xidmətinin  desentralizasiyası, 
məskunlaşdırma ilə məşğul olan bürokratik aparatın genişlənməsi və rüşvətxorluğa 
qurşanması,  Şimali  Qafqazda  əcnəbilərin  məskunlaşmasına  əngəl  yaradan  əsas 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə