Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə22/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   ...   18   19   20   21   22   23   24   25   ...   35

66 
 
Qəhrəmanın o dünyada rast gəldiyi heyvanların yeməyi 
tərsinə qoyulur.  Atın qabağına ət, quşun qabağına ot, aslanın 
qabağına dən qoyulur (11, 236; 15, 45). Qəhrəman öz dünya-
sının etikasının daşıyıcısı olaraq xaotik  vəziyyəti aradan qal-
dırır.  Qəhrəmanın  bu  fəaliyyəti  ancaq  sehrli  nağıl  daxilində 
yaranmışdır və arxaik hesab oluna bilməz. Buraya sehrli nağıl 
qəhrəmanlarının o dünyada apardığı başqa “mədəni tədbirlər” 
də  aid  oluna  bilər.  Açıq  qapını  örtmək,  örtülü  qapını  açmaq, 
açıq  xalçanı  bükmək,  bükülü  xalçanı  açmaq  və  s.  (10,  50-
141). “Küp qarısı” nağılında mövcud olan demonik  varlıqla-
rın  adları  da  bu  baxımdan  maraqlıdır:  adı  ərsiz,  özü  ərli,  adı 
ərli, özü ərsiz; adı var, özü yox, özü var, adı yox; kəbinsiz ər 
(12,  181-194).  Göründüyü  kimi,  tərsinəlik  konsepsiyası  folk-
lorda  son  dərəcə  müxtəlif  şəkildə  təzahür  edir.  İronik  qəhrə-
manın hiyləgərcəsinə adi dünyaya məxsus davranış qaydasını 
bilməməsi  də  bununla  bağlıdır.  İronik  hiyləgərdən  fərqli  ola-
raq  ironik  axmaq  surətləri  sözün  əsl  mənasında  adi  dünyaya 
məxsus anlayışları bilmir. “Ustacan Əhməd” nağılında qəhrə-
man qırx milçək, iki siçan öldürüb özünü qırx əjdaha, iki pə-
ləng  öldürən  pəhləvan  kimi  qələmə  verir.  Qəhrəmanın  bu 
davranışını  hiyləgərlik  kimi  izah  etmək  olardı.  Ancaq  oxşar 
səciyyəli başqa bir hərəkətində qəhrəman özünü başqa dünya-
ya məxsus adam kimi göstərir. O, döyüşdən əvvəl padşahın il-
xısından  at  seçir.  Çəlimsiz  atı  yava  at  bildiyi  üçün  onu  min-
məyi  qərara  alır.  Qəhrəmanın  bu  hərəkəti  əsl  qəhrəmanlıq 
kimi yozulur. Ona görə ki, çəlimsiz atın yel atı olması hamıya 
bəllidir (11, 125-130). Qeyd edək ki, çəlimsiz atın mifik mən-
şəli  olması  təsəvvürü  arxaik  inamlara  söykənir.  Altay-yakut 
inamlarına görə, zahirən eybəcər olan atlar adi atla o dünyaya 
məxsus olan atın cütləşməsindən yaranır (48, 29). İronik qəh-
rəmandan  fərqli  olaraq  ciddi  qəhrəman  çəlimsiz  atı  yaxşı  at 
hesab edərək bu atı seçir. “Alpamşa  və cəsur Sanduqaç” adlı 


67 
 
tatar  nağılında  Alpamşa  və  Sanduqaç  özlərinə  çəlimsiz  və 
zahirən sakit at seçirlər (173, 147-148). Buradan aydın şəkildə 
görünür ki, qəhrəman adi dünyaya məxsus anlayışları bilmir. 
İronik  qəhrəmanın  adi  dünyaya  məxsus  anlayışları  bil-
məməsi satirik məişət nağıllarında sistem təşkil edərək qəhrə-
manların əsas səciyyəvi xüsusiyyəti kimi özünü göstərir. “Də-
lisov arvad” nağılında arvad qızıl tapır. Əri məsləhət görür ki, 
qızılı ramazan gələndə xərcləyərlər. Arvad Ramazan bayramı-
nı Ramazan adlı şəxslə qarışıq salaraq qızılı Ramazana verir. 
Başqa  bir  epizodda  isə  arvad  ərinin  “qapı-bacadan  muğayat 
ol”  məsləhətini  metaforik  anlamda  deyil,  birbaşa  qavrayır, 
evin  qapı-pəncərəsini  kürəyinə  sarıyıb  ərinin  arxasınca  gedir 
(10,  174-176).  “Hillilimnən  Güllülüm”ün  nağılında  ironik 
qəhrəmanın  davranışı  yerinə  düşmür  (10,  174-176).  Mətndə 
bu  vəziyyətin  qəhrəmanın  huşsuzluğu  ilə  əlaqələndirilməsi 
sonrakı  motivləşmə  ilə  izah  olunur.  “Keçəllə  qazının  nağı-
lı”nda da ironik səciyyə bu məntiqdən  yaranır. Nağılda keçəl 
qarının tapşırıqlarını tərsinə  yerinə  yetirir. Daha dəqiq desək, 
qazının tapşırıqlarını  məcazi mənada qavrayır.  “Get, o buzo-
vun  qulağını  çək,  gətir  bura”  və  ya  “Qatırın  qulağını  hayla, 
gətir bura” tapşırığını “buzovun qulağını çıxartmaq”, “qatırın 
başını kəsmək” mənasında başa düşür. 
Qeyd  olunan  epizodlarda  qəhrəmanın  ironikliyi  eyni 
prinsip  əsasında  qurulur.  Sehrli  nağılda  at  zahiri  görkəminə 
görə birbaşa, burada isə birbaşa verilən tapşırıq məcazi məna-
da qavranılır. 
Türk  xalqlarının  folklorunda  axmaq  surətinin  səciyyə-
sini  E.D.Tursunov  ətraflı  araşdırmışdır.  Müəllif  bu  surətin 
mənşəyi  və  mahiyyəti  barəsində  dəyərli  fikirlər  söyləmişdir. 
Ancaq bütövlükdə götürəndə onun bu surət haqqındakı fikir-
ləri ziddiyyətlidir. Müəllif bir tərəfdən məsələnin mahiyyətini 
düzgün təhlil edərək yazır: “... ciddi yanaşılsa, bu, (axmaq su-


68 
 
rəti – Ə.Ə.) heç qəhrəman tipi deyil, onun əsas təsvir üsulla-
rından  biridir  ki,  müxtəlif  folklor  janrlarında  özünü  müxtəlif 
şəkildə  göstərir:  qəhrəmanlıq  eposunda  bu  üsul  daha  çox  öz 
əksini  tapıb  (qəhrəman  qəsdən  öz  görkəmini  dəyişir),  sehrli 
nağılda  bir  az  aydın  (qəhrəman  öz  həqiqi  simasını  açır,  bir-
başa deyilmir: bu, onun fəaliyyəti zəminində, özünün əsl gü-
cünü göstərmək zərurəti  yarandıqda aşkar olur), məişət nağı-
lında janrın daha ekspressiv eyniliyi kimi bu üsul personajla-
rın  bəxtsiz  qəhrəman  haqqında  uydurulmuş  əsas  tipinin  for-
malaşmasına  kömək  edir
 
(183,  154).
 
Araşdırıcı sinxronik as-
pektdə  məsələnin  mahiyyətini  tamamilə  düzgün  izah  edir. 
Ancaq  müəllifin  bu  oxşarlığı  müəyyən  təhkiyə  forması  kimi 
əlaqələndirməsi  ilə  razılaşmaq  olmaz.  Onun  fikrinə  görə,  bu 
oxşarlığın səbəbi arxaik məişət hekayələri ilə bağlıdır. Bu he-
kayələrdə  qəhrəman  o  dünya  varlıqlarının  simasını  və  əxla-
qını (axmaq kimi görünür) qəbul edir ki, o dünya varlıqlarını 
duyuq  salmasın.  Araşdırıcı  göstərir  ki,  bu  məişət  hekayələ-
rinin  müəyyən  hissəsi  qəhrəmanlıq  dastanlarına,  sehrli  və 
məişət nağıllarına daxil olmuş, onlardan bəziləri isə müstəqil 
şəkildə yaşamaqda davam etmişdir (183, 155). 
 
Öncə  qeyd  edək  ki,  müxtəlif  folklor  janrlarında  qəhrə-
manın  oxşar  hərəkətlərini  müəyyən  təhkiyə  formasının  bu 
janrlara daxil olması kimi izah etmək məsələyə diaxronik mü-
nasibətdən  irəli  gəlir.  Ancaq  diaxronik  münasibət  belə  bir 
suala cavab verə bilmir. Niyə müəllifin bəhs etdiyi məişət he-
kayələri  həm  qəhrəmanlıq  dastanlarına,  həm  sehrli  və  məişət 
nağıllarına  daxil  olur,  həm  də  müstəqil  şəkildə  mövcud  ol-
maqda davam edir? Müxtəlif folklor janrlarında (nağıl və das-
tanlarda) qəhrəmanların oxşar səciyyəsini süjetin təbiətinə xas 
olan bir qanun kimi götürmək olmazmı? Bu zaman sehrli  və 
satirik  məişət  nağıllarında  axmaq  surəti,  müəllifin  göstərdiyi 
kimi, sehrli nağıllarda və qəhrəmanlıq dastanlarında qəhrəma-


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə