Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə19/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   ...   15   16   17   18   19   20   21   22   ...   35

57 
 
qeydlərindən belə nəticə çıxartmaq olar ki, bu surət artım  və 
məhsuldarlıq semantikası daşımışdır. 
Sibir  türklərinin  nağıl  və  dastanlarında  bu  ad  /İrqek, 
Erqek/ həm də əsl bahadırlara  verilir (101, 248; 55, 27; 163, 
296-302,  397-409).  Bu,  təsadüfi  deyil.  Altay  türklərinin  ina-
mına  görə,  insan  ruhu  baş  barmaqda  yerləşir  (55,  27).  Mü-
qayisə  et:  Bir  Azərbaycan  nağılında  qəhrəman  demonik  sə-
ciyyəli  qızın  barmağını  kəsəndən  sonra  qız  ölür  (7,  29).  Bu 
inama söykənərək iddia etmək olar ki, balacaboylu qəhrəma-
nın  və  ya  cırtdanın  irqəjel  adlanması  ruhun  şəxsləndirilərək 
müstəqil  surətə  çevrilməsidir.  Möcüzəli  şəkildə  dünyaya  gə-
lən  bu  qəhrəmanlar  o  dünyaya  məxsus  varlıqların  atributunu 
daşıyırlar. O dünyaya məxsus varlıqların balaca insancıq şək-
lində  mövcud  olması  təsəvvürü,  demək  olar  ki,  bütün  türk 
xalqlarında mövcuddur (171, 36, 54-55; 73, 328, 167, 29; 55, 
27; 135, 22-23). 
Beləliklə,  biz  görürük  ki,  sehrli  nağılın  ironik  qəhrəman-
larının müəyyən qrupunun formalaşmasında o dünyaya məxsus 
varlıqlar  haqqında  təsəvvürlər  rol  oynamışdır.  Məhz  bunun 
nəticəsidir ki, bu qəhrəmanlar qeyri-adi varlıqlar kimi  möcüzəli 
səciyyə daşıyır, dəvənin və qurdun qarnına girir, bir anbar su içir 
və  ya  padşahın  xəzinəsini  udur  və  s.  Sibir  tatarlarından  yazıya 
alınmış  bir nağılda  manqısla (demonik  varlıq)  komik mübarizə 
aparıb  onu  hiylə  ilə  məğlub  edən  Od  tanrısı  “boyu  bir  qarış, 
saqqalı beş qarış” olan Kaldazın surətidir (163, 169-171). 
 Məlumdur  ki,  bu  süjet  bir  çox  türk  xalqlarında  möv-
cuddur. Demək olar ki, əksər halda demona (divə, təpəgözə) 
qarşı mübarizə aparan “balacaboy qoca” olur.  Bu süjetin mi-
foloji  köklərini  tədqiq  edən  E.D.Tursunov  onu  dualist  miflə 
bağlayır  (183,  167-170).  Müəllif  bu  surəti  adi,  zəif,  qorxaq, 
eləcə də hiyləgər bir insan hesab etmiş, onun mifoloji Od tan-
rısı olduğunu qeyd etmişdir. 


58 
 
Azərbaycan  sehrli  nağıllarının  ən  geniş  yayılmış  ironik 
qəhrəmanı keçəl surətidir. Bu surət təkcə Azərbaycan nağılla-
rında deyil, demək olar ki, bütün türk xalqlarının folklorunda, 
nağıllarında,  dastanlarında,  tarixi  əfsanələrində,  lətifələrində 
mövcuddur. 
Azərbaycan sehrli nağıllarında, eləcə də məişət nağılla-
rında bu surət həm də baş qəhrəmanın köməkçisi kimi özünü 
göstərir  (10,  45-67;  12,  131-142).  Köməkçi  kimi  də  Keçəl 
surəti özünün ağıllılıq və hiyləgərlik səciyyəsini saxlayır. 
 Məlumdur  ki,  Keçəl  surəti  başqa  türk  xalqlarının  folk-
lorunda həm də kal (özbək), kalça (türkmən), kaloğlan  (türk) 
adı ilə tanınır. “Koroğlu” dastanında Keçəl Həmzənin Kaloğ-
lan adlanması eyni məna ilə bağlıdır. “Aşıq Qərib” dastanında 
M.Təhmasibin  Güloğlan  surətini  Kaloğlan  kimi  izah  etməsi 
də  bu  baxımdan  maraqlıdır  (39,  225).  Nədənsə  Azərbaycan 
türkcəsində  kal-kəl  sözünün  “keçəl”  mənası  unudulmuşdur. 
Bunun nəticəsində Kaloğlan surəti xalq etimologiyası yolu ilə 
Güloğlana  çevrilmişdir.  Maraqlıdır  ki,  özbəklərin  “Alpamış” 
eposunda  Alpamışın  köməkçisi  olan  ilxıçı  komik  səciyyəli 
Kayqubad-kal  adlanır  (50,  119).  Dastanın  qaraqalpak  varian-
tında bu surət Aşim-Kal adlanır (101, 123-124). Oxşar funksi-
yada  qırğızların  “Semetey”  dastanında  Semeteyin  dostu  və 
köməkçisi Sarı-tazdır (101, 123-124). Eyni atributu qəhrəma-
nın köməkçisi olan sehrli at daşıyır. Tuva nağılında qəhrəma-
nın  o  dünyaya  məxsus  olan  atı  Kalçan  Kıskıl  (Kalçan-keçəl, 
Kıskıl-sarı) adlanır (180, 70). Bundan başqa, türk xalqlarının 
nağıl və dastanlarında düşmən sərhədinə çatanda qəhrəmanın 
eybəcər  uşağa,  atının  isə  keçəl  dayçaya  (və  ya  əksinə)  çev-
rilməsi motivi geniş yayılmışdır (101, 269- 275-278-279)  
Azərbaycan,  həm  də  başqa  türk  xalqlarının  folklorunda 
keçəl  surəti  həm  də  mənfi  səciyyə  daşıyır,  “Koroğlu”  dasta-
nında Keçəl Həmzə,  “Aşıq  Qərib” dastanında Güloğlan  (Kal-


59 
 
oğlan), “Tahir və Zöhrə” dastanında Zöhrəni almaq istəyən Ke-
çəl mənfi səciyyəlidir. Özbəklərin “Alpamış” dastanında Alpa-
mışın  ögey  qardaşı Uultan-taz, qazax-noqay  dastanı  “Orak  və 
Mamay” da Kalu (Kalau, kəlü Kəlü, Kalüv) “Kitabi-Dədə Qor-
qud”  dastanında  Bamsı  Beyrək  boyunun  Anadolu  nağıl  va-
riantlarında Yalançı oğlu Yalıncıq surətini əvəz edən Kal-vəzir 
və ya Kaloğlan və b. mənfi səciyyəlidir (101, 166). 
Göründüyü kimi, keçəl surəti həm Azərbaycan, həm də 
başqa türk xalqlarının folklorunda fərqli səciyyəvi xüsusiyyət-
lərlə özünü göstərir. 
V.Y.Propp  sehrli  nağıllarda  qəhrəmanın  başına  qoyun 
qarnı keçirib müvəqqəti olaraq özünü keçəl görkəminə salma-
sını inisiasiya mərasimi ilə bağlamışdır (160, 136-138). E.Me-
letinski  bu  motivi  magik  qorunma  kimi  izah  etmişdir  (128, 
254).  S.A.Kaskabasov  isə  hər  iki  alimin  fikrini  qəbul  edərək 
yazır:Bu  iki  nöqteyi-nəzər  bir  o  qədər  də  fərqlənmir,  əksinə, 
üst-üstə  düşür  və  bir-birini  tamamlayır.  Fərq  yalnız  ondadır 
ki,  birinci  nöqteyi-nəzər  daha  geniş  təmələ  işarə  edir,  yəni 
mərasim  inisiasiyasında  şər  qüvvələrdən  qoruma  və  heyvan 
cildinə girmə mövcud idi
 
(113, 148)
Qazax alimi E.Tursunov qazax nağıllarında  keçəlin (taz-
şa)  aydın bir gündə boran, qar yaradaraq ətrafı toz-dumana bü-
rüməsi faktına əsaslanaraq Keçəl surətinin bu xüsusiyyətini de-
monik  surətlərin  uyğun  xüsusiyyəti  ilə  müqayisə  edir  və  oxşar 
cəhətlər tapır. Qazax inamlarına görə, burağan yaradan şeytandır 
(Müqayisə et: Azərbaycan inamlarında burağan olanda deyirlər 
ki,  şeytan  gəlin  aparır).  Bundan  başqa,  burağan  olanda  qazax 
uşaqları  deyirlər:  (“Tazdın  üyine  get”).  Monqol  inamına  görə, 
şulum (şeytan) keçəl olur (183, 173). Əlavə edək ki, Sibir tatar-
larının inamlarına  görə,  burağan  yaradan demon  keçəl qadındır 
(163, 174). E.Tursunov, həmçinin başqa türk və monqol xalqla-
rının folklorunda demonik varlıqların boran, soyuq, gurultu  ya-


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə