Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə16/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   ...   12   13   14   15   16   17   18   19   ...   35

48 
 
nağılda  deyil,  başqa  sehrli  nağıllarda  da  nağılın  əvvəlində 
qəhrəmanların  hərəkəti  ironik  təsir  bağışlayır.  İronik  qəhrə-
man bazara çörək  (və  ya başqa bir  şey) almaq  üçün apardığı 
pulu bazarda olan adamlara verir ki, onlar heyvanları incitmə-
sinlər.Yaxud  da  ironik  qəhrəman  görür  ki,  bazarda  adamlar 
ölünü incidirlər. O, pul verib ölünü adamların əlindən alır. Bu 
hərəkətinə görə ironik qəhrəmanı nənəsi məzəmmət edir. Çə-
tin  vaxtlarda heyvanlar  və  ölü qəhrəmana kömək edirlər (11, 
60-69,181-187; 9, 177-180; 10, 27-44). 
Başqa sehrli nağıllarda qəhrəman nağılın əvvəlində doğ-
rudan-doğruya axmaqlıq və ya başqa ironik xüsusiyyətlərlə sə-
ciyyələndirilir.  “Yanığın  nağılı”nda  qəhrəmanı  aldadıb  onun 
bazara  satmaq  üçün  gətirdiyi  qazı,  toyuğu,  sərçə,  cücə  adı  ilə 
alırlar (11, 181-182). “Keçəl Məhəmməd” nağılında Keçəl Mə-
həmməd evdən oğurluq edir və s. (11, 82-83). 
Qeyd  edək  ki,  bu  nağılların  bir  çoxunda  qəhrəman  an-
caq nağılın əvvəlində ironik səciyyə daşıyır. Qəhrəman fəalla-
şandan  sonra  sehrli  nağılların  başqa  qəhrəmanları  kimi  ciddi 
fəaliyyət göstərir. Sehrli nağılların bir qrupunda isə qəhrəman 
nağılın əvvəlindən sonuna qədər ironik səciyyəsini itirmir. 
 Sehrli nağılların bir qrupunda qəhrəmanın əvvəlcə ironik 
təsir  bağışlayan  hərəkətləri  sonradan  müdriklik  kimi  yozulur. 
Sehrli  nağılların  başqa  bir  qismində  isə  qəhrəmanın  ironik  hə-
rəkətləri ilə sonrakı uğuru arasında əlaqə olmur. Axmaq və fər-
siz qəhrəman birdən-birə fəaliyyətə başlayıb uğur qazanır. 
Sehrli nağıllarda ironik qəhrəmanın tənbəllik xüsusiyyə-
ti,  ümumiyyətlə,  nağılın  əvvəlində  qəhrəmanın  axmaqlıq  və 
fərsizliyinin mənasını açıqlayır. Bir çox sehrli nağıllarda qəh-
rəman nağılın əvvəlində tənbəldir. “Ustacan Əhməd” nağılın-
da  qəhrəman  bütün  günü  evdə  uzanır,  heç  bir  iş  görmür. 
Arvadı  onu  hiylə  ilə  evdən  bayıra  çıxarıb  qapının  arxasını 
vurur.  Bundan  sonra  ironik  qəhrəmanın  macəraları  başlayır. 


49 
 
O,  təsadüf  nəticəsində  qeyri-adi  qəhrəmanlıqlar  göstərir  (11, 
125-130).  Bu  motiv  “Haxnəzər”  adlı  nağılda  da  əks  olunur 
(11,  74-77).  Bəzi  nağıllarda  qəhrəmanın  tənbəlliyi  kasıblıqla 
əvəz  olunur.  Arvadı  kasıb  ərini  məcbur  edir  ki,  gedib  çoxlu 
var-dövlət  qazansın.  Kişi  arvadının  əlindən  qaçır.  O,  sehrli 
qüvvələrin  köməyi  ilə  böyük  var-dövlət  qazanır  (13,  82-93, 
181-194).  “Peşə  dalınca”  adlı  bir  məişət  nağılında  ironik 
qəhrəman tənbəldir. Valideynləri onu hansı işə göndərirlər, o, 
getmək istəmir. Axırda o, bir qıza aşiq olur. Qızın köməyi ilə 
tənbəl mahir bir dəmirçi olur (13, 237-242).  
Bəzi  nağıllarda  isə  ironik  qəhrəman  “Ağıllı  arvad” 
motivi  ilə  bağlanır.  Padşahın  “evi  arvad  tikər,  ya  kişi?” 
sualına  böyük  qızlardan  fərqli  olaraq  kiçik  qız  “arvad”  deyə 
cavab verir. Padşah kiçik qızından inciyib onu kasıb və tənbəl 
keçələ ərə  verir. Kiçik qızın səyi  ilə  tənbəl böyük var-dövlət 
qazanır  (10,  165-172).  “Şah  Abbas  və  üç  bacı”  nağılında 
böyük  bacılardan  fərqli  olaraq  kiçik  bacı  kasıb  adama  ərə 
getmək  istəyir.  Şah  Abbas  qızların  söhbətini  eşidib  böyük 
bacını vəzirin, ortancıl bacını vəkilin oğluna, kiçik bacını isə 
tənbəl keçələ ərə verir. Kiçik qızın səyi ilə tənbəl keçəl böyük 
var-dövlət sahibi olur (12, 64-69).  
Cənubi Azərbaycandan toplanmış “Təndirə girən keçəl” 
adlı  bir  nağılda  bu  motiv  son  dərəcə  maraqlı  şəkildə  əks 
olunub. Keçəl bütün günü təndirin  içərisindən  bayıra  çıxmır. 
Nənəsi  hiylə  ilə  keçəli  təndirdən  çıxardıb  evə  qoymur.  Bun-
dan  sonra  tənbəl  keçəlin  macəraları  başlayır.  İronik  axmaq 
surətinin  ocaqla,  küllə  əlaqəsi  başqa  türk  xalqlarının  nağıl-
larında da əks olunur. 
 “Üç  pəncəli  div”  (AA  301)  adlı  Türkiyə  nağılında  bö-
yük qardaşlardan fərqli olaraq kiçik qardaş tənbəl kimi təsvir 
olunur.  Böyük  qardaşları  işlədikləri  halda  o  bütün  günü  kül-
lükdə eşələnir. Div onun bacısını  və qardaşlarını əsir  edəndə 


50 
 
kiçik qardaş küllükdən çıxıb üst-başını çırpır. Onun üst-başını 
çırpmasından  elə  bir  külək  qopur  ki,  bütün  kəndlilər  oraq-
larını atıb qaçırlar. Kiçik qardaş bu oraqlardan böyük bir gürz 
düzəltdirir.  Böyük  müdriklik  və  qəhrəmanlıq  göstərir.  Ba-
cısını və qardaşlarını azad edir (181, 39-48).  
Bu  motivin  semantikasını  izah  etmək  üçün  yuxarıda 
başqa münasibətlə xatırladığımız “Bosko” adlı yakut nağılına 
bir də nəzər  yetirək: tanrı qəzəbinə düçar olmuş kiçik qardaş 
otuz  il  yerindən  tərpənmədən  xəstə  yatır.  Böyük  qardaşları 
ona  pis  münasibət  bəsləyir.  Onu  incidirlər  və  yedikləri 
yeməyin artığını onun qabağına atırlar. Otuz ildən sonra tanrı 
kiçik  qardaşı  bağışlayır  və  ona  güc-qüvvət  verir  (151,  629-
641). Bu motiv “Altay-Buçay” adlı Altay eposunda da özünü 
göstərir.  Dastanda  Erke-Mendurun  oğlu  şikəst  olduğu  üçün 
otuz  il  yerindən  qalxmır.  (“Odus  yılqa  çıqara  Turup  bolbos 
bala  bolt”)  (170,  135).  Göründüyü  kimi,  yakut  nağılında  və 
altay  eposunda  qəhrəmanın  süstlüyü
12
 xəstəliklə,  bizim 
nağıllarda isə tənbəlliklə bağlıdır.  
Bu  motiv  Türkiyə  sehrli  nağıllarının  başqa  birində  də 
özünü göstərir: “Bir vaxtlar dul arvadın tənbəl keçəl bir oğlu 
vardı.  Bu  uşaq  bütün  gün  heç  yerə  getmir,  sobanın  yanında 
oturub  qovurğa  yeyirdi.  Bir  gün  anası  ona  dedi:  -  Ay  bala! 
Sən  niyə  belə  edirsən,  səhərdən  axşamacan  pişik  sobanın 
altında yatan kimi ocaq külünün içində eşələnirsən, mənə heç 
kömək  etmirsən”  (181,  340).  Türkiyənin  “Tənbəl  uşaq”  adlı 
başqa  bir  sehrli  nağılında  da  nağılın  əvvəlində  qəhrəman 
tənbəl kimi səciyyələndirilir (181, 132). Tənbəl surətinin soba 
ilə  əlaqəsi  tatarların  “Sehrli  üzük”  nağılında  da  əks  olunub: 
oğlan  bütün  gün  sobanın  üstündə  yatır,  pişiklə  oynayır.  O, 
                                                
12
Yakut nağıllarında kiçik qardaş surətinin süstlük və axmaqlıq səciyyəsi tez-
tez özünü göstərir (100, 224-226).
 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə