Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə12/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

36 
 
səvvür olunur (175, 149). Yuxarıda xatırlatdıq ki, Ötükən-də Al-
tay təbiəti (torpağı, ölkəsi) kimi təsəvvür olunmuşdur. Beləliklə, 
biz  ailənin,  tayfanın,  torpağın  hamisi  olub  qadın,  ana  kimi  tə-
səvvür olunan Ötükən-in patriarxal ailənin formalaşması ilə əla-
qədar Ataqana – kişi tanrısına çevrildiyini görürük.  
Patriarxal böyük ailənin dağılması nəticəsində kiçik ailə-
lər yaranır. Patriarxal böyük ailədə mövcud olan iqtisadi birlik 
dağılır. Böyük qardaşlar ata mülkündən özlərinə çatan payı gö-
türərək  ayrıca  təsərrüfat  qururlar.  Kiçik  qardaş  isə  valideyn-
lərin  yanında qalır, onlara qayğı göstərir. Valideynlər öləndən 
sonra isə ata-baba evinin sahibi olur. Kiçik ailə institutu bütün 
türk xalqlarında mövcuddur (115; 68, 12-44; 195, 21-22). 
E.M.Meletinskinin  kiçik  qardaşın  ailə  kultu  ilə  bağlılığı 
məsələsində əsas səhvi onun minoratlıq konsepsiyasından irəli 
gəlir.  Müəllifin  minoratı  ana  xanlığından  ata  xanlığına  keçid 
dövrü  və  ya  “patriarxatlığın  sübhü”  ilə  bağlaması  prinsipcə 
düzgündür. Ancaq müəllif ana xanlığından ata xanlığına keçid 
dövrünün  və  ya  “patriarxatlığın  sübhü” olan  qardaş ailə  tipini 
tədqiqata  cəlb  etmədiyindən  bu  dövrün  vərəsəlik  qaydasını 
konkret şəkildə təsəvvür etməmişdir. Nəticədə “patriarxatlığın 
sübhü”nü  minoratlıq,  inkişafını  isə  mayoratlıqla  bağlamışdır. 
Məsələyə  bu  şəkildə  yanaşma  isə  tamamilə  səhvdir.  Yuxarıda 
qeyd etdiklərimiz göstərir ki, qardaş ailəsində kiçik qardaş bö-
yük  qardaşdan  sonra  varislik  statusunda  dayanmışdır.  Patriar-
xal böyük ailədə böyük qardaş şəriksiz varis olduğundan kiçik 
qardaş  varislikdən  məhrum  olmuş  və  nəhayət,  E.M.Mele-
tinskinin də göstərdiyi kimi, kiçik ailə daxilində yenidən varis 
olmuşdur. Bu zaman kiçik qardaş ata-baba ocağının sahibi, qo-
ruyucusu olmaq etibarilə sakral şəxsiyyətə çevrilmişdir
11
.
 
                                                
11
Xakaslarda  ailə  kultu  ilə  bağlı  olan  əşyalar  evlə  birlikdə  kiçik  qardaşa 
verilir (71, 91). 


37 
 
Kiçik  ailə  institutunun  ideologiyasına  uyğun  olaraq  od 
tanrısı  kiçik  qardaş  kimi  təsəvvür  olunur.  Türk  xalqlarının 
inam və miflərində kiçik qardaşın bu funksiyası geniş şəkildə 
əks olunmuşdur. 
Yakutların inam və miflərində tanrının kiçik oğlu od ha-
misi  hesab  olunur.  Bu  tanrı  Okxon    Aal  Okxon,  Aal  uot  iççi 
Tanqxa Dalaraksı adlanır (190, 242- 275- 283). Şaman duala-
rında,  inamlarda,  nağıllarda  dönə-dönə  xatırlanır  ki,  Okxon 
atası “Ağ cənab” (Белый господ) tərəfindən üç yakuta (və ya 
üç  yakut  tayfasına)  od  (və  ya  nəfəs)  vermək  üçün  göndəril-
mişdir. Bəzən isə göstərilir ki, onu atası  cəzalandıraraq Yerə 
göndərir (190, 242-283). 
Oxşar inam buryatlarda da vardır. Buryatlarda od hamisi 
(ruhu) Saxyadai noyan adlanır. İnama görə, o,  Eseqe Malaan 
tenqrinin kiçik oğludur (135, 15).  
Bizim araşdırdığımız məsələ baxımından Q.Potaninin bir 
qeydi xüsusi əhəmiyyət kəsb edir. Q.Potanin bir məqalədə haq-
qında məlumat verilən Sibir şamanlarının “Ata keçəl tanrı, ke-
çəl tanrının kiçik oğlu, məni dövlətli elə”... çağırışını belə izah 
edir:  “Ata  keçəl  tanrı”  monqol  adı  olan  İsıqı-malan  tenqrinin 
tərcüməsidir. İkinci tərkib isə, ehtimal ki, belə bərpa olunmalı-
dır: Otxon malantenqri.  Ehtimal ki, o,  heç  kiçik  qardaş deyil, 
tatarların İdiqanıdır” (151, 722). Müəllif Otxanın kiçik oğul ol-
duğunu  başa  düşməsə  də,  onun  tatarların  İdiqanı  olduğunu 
düzgün  müəyyənləşdirmişdir  (Biz  artıq  yuxarıda  bu  adın 
“İdiqe” variantını qeyd etmişik). Ən maraqlısı isə odur ki, eyni 
adda  tapınılan  dağlar  mövcuddur.  Mərkəzi  Asiyada  mövcud 
olan  bu  dağ  adlarından  bir  neçəsini  Q.Potanin  göstərmişdir: 
Adıqan, İdiqe, Otxon tenqri və ya Otxan – xairaxan (151, 722). 
Tapınılan dağların “kiçik” kimi təsəvvür olunması sistem təşkil 
                                                                                                     
 


38 
 
edir. Monqolların tapındıqları dağlara aid etdikləri ən populyar 
epitet  xairaxan  (kiçik,  sevimli)  epitetidir  (102,  27).  Bu  faktlar 
bizə arxaik Ötükən inamının yeni mərhələsini göstərir. Biz yu-
xarıda Ötükən inamının patriarxal ailə münasibətlərinin forma-
laşması ilə əlaqədar olaraq Ataqana çevrildiyini qeyd etmişdik. 
Kiçik  ailənin  yaranması  nəticəsində  arxaik  kult  minoratlığın 
ideologiyasına  uyğun  şəkildə  “kiçik  qardaş”  kimi  təsəvvür 
olunmağa  başlamışdır.  İnamlarda  od  hamisinin  nə  şəkildə  tə-
səvvür olunması bu mifoloji surətin daha geniş şəkildə araşdı-
rılmasına imkan verir. Teleutlar od ruhunu barmaq boyda olan 
sarı  samur (erqək  poyasarı  kim)  şəklində  təsəvvür  edirlər  (95, 
64). Yakutlarda isə od hamisi balaca ağsaqqallı qoca şəklində 
təsəvvür olunur (46, 210). Ocaq hamisinin balaca insancıq (və 
ya  heyvancıq)  şəklində  təsəvvür  olunması  monqol  dilində 
“cırtdan”  mənasında  otuy  sözünü  izah  etməyə  imkan  verir 
(146, 93). Ona görə ki, ocaq hamisi balacaboyluadam kimi tə-
səvvür  olunmuşdur.  Otuy  sözünün  “cırtdan”  mənası  buradan 
yarana bilərdi. Türkiyə nağıllarında “boyu bir qarış, saqqalı iki 
qarış” surəti Atəşli mərcimək adlanır (86, 303). V.A.Qordlevski 
bu  surəti,  eləcə  də  cırtdan,  cinlər  haqqında  yayılmış  inamları 
Hind-Avropa  mifologiyasından  keçmə  hesab  edir  (86,  303). 
Yuxarıda  qeyd  etdiyimiz,  eləcə  də  aşağıdakı  faktlar  bu  fikrin 
həqiqətə uyğun olmadığını göstərməkdədir. Başqa türk xalqla-
rının  inamlarında  “boyu  bir  qarış,  saqqalı  iki  qarış”  surətinin 
odla əlaqəsi unudulmuşdur. Sibir tatarlarında bu surət “Kalda-
zın”  adlanır.  O,  nağılda  qəzəbli  ruhlarla  mübarizə  aparır.  Na-
ğılda Kaldazın belə təsəvvür olunur: “Kaldazın adında bir qoca 
var  idi.  Bir  çərək  boyu,  beş  çərək  isə  saqqalı  var  idi”  (163, 
169).  R.Q.Axmetyanov  bu  mifoloji  surətin  mişar  tatarlarında, 
başqırdlarda,  mordvalılarda  “mal-heyvan  anası” (hamisi) kimi 
təsəvvür olunan kaldaz inəsekaldaz-inə, mansilərin tatarlardan 
əxz etdikləri doğum və məhsuldarlıq hamisi kaltes anki ilə eyni 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə