Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə11/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   ...   7   8   9   10   11   12   13   14   ...   35

33 
 
(95, 64; 76, 54). Ona görə də  Ot ənə həm məna baxımından, 
həm  də  sintaktik  konstruksiya  baxımından  Ötükən-lə  uyğun-
dur.  Başqa  sözlə,  Öt  ənə-ni  Ötükən-in  müasir  dilə  tərcüməsi 
hesab etmək olar. 
Od hamiliyi mifoloji Ana Yerin xüsusiyyətlərindən biri-
dir. Ona görə də Ötükən mifoloji Ana Yerin ifadə formaların-
dan  biri  kimi
10
 odla  bağlı  olmaya  bilməz.  Bu  məsələ  monqol 
və buryat inamları əsasında sübut olunmuşdur (193, 167; 142, 
310).  Türk  xalqlarının  mifoloji  təsəvvüründə  od  hamisi  ilə 
dağ hamisinin birgə düşünülməsi fikrini prof. M.Seyidov söy-
ləmişdir (32, 298). 
Beləliklə,  qadın  ailədə  ən  nüfuzlu  şəxs  kimi  ailə  məra-
simlərinin,  yəni  od-ocaq  mərasiminin  icraçısı  olur  və  buna 
görə də odqan, udaqan və b. adlanır. Bu sosial funksiya üzə-
rində  mifoloji  ana  Yerin  adlarından  biri  olan  Ötükən  yaran-
mışdır. Beləliklə, arxaik cəmiyyətdə ailə başçısının adı ilə mi-
foloji Ana Yerin adı uyğundur.  
Göründüyü kimi, arxaik cəmiyyətdə ailə başçısı ilə ailə 
üzvlərinin  adı  uyğunluq  təşkil  edir.  Ailə  başçısı  udaqan,  od-
qan, ailə üzvləri, yəni kiçik qohumlar isə atu (idi) adlanırlar. 
Çox  güman  ki,  qohumluq  münasibətlərini  ana  xətti  ilə 
aparan  arxaik  ailə  daxilində  atu  sözü  (oğul  sözü  kimi)  “öv-
lad”, “nəsil” mənasında işlənərək bütün ailə üzvlərini ifadə et-
mişdir. Qardaş ailəsində qohumluq sisteminin nəsil-yaş klas-
sifikasiyası  meydana  çıxandan  sonra  atu  sözünün  arxaik  mə-
nası daralaraq aşağı nəsil-yaş kateqoriyasını ifadə etmişdir. 
Ata-oğul  qohumluğunun  meydana  çıxması  ilə  əlaqədar 
olaraq  arxaik  qardaş  ailəsi  dağılır  və  patriarxal  böyük  ailə 
                                                
10
 Mifoloji  Ana  Yer  surətinin  müxtəlif  ifadə  formaları  haqqında  (155,  265 -
286; 140, 198-201). 
 


34 
 
meydana  çıxır.  Bu  zaman  ailədə  ən  nüfuzlu  şəxs  və  ailənin 
patriarxı  sözün  müasir  mənasında  ata  olur.  Yuxarıda  qeyd 
etdik  ki,  arxaik  cəmiyyətdə  bu  termin  ananı  ifadə  etmişdir. 
Ancaq bu termin birbaşa patriarxal ailənin başçısını ifadə et-
məmişdir.  Patriarxal  ailənin  formalaşmasına  qədər  mövcud 
olan arxaik qardaş ailəsində bu termin ailədə böyüklük vəzifə-
sini  yerinə  yetirən  yaşlı  kişi  qohumları  ifadə  etməli  idi.  Ata 
termininin  müasir  türk  xalqlarında  işlənmə  xüsusiyyəti  bu 
fikri təsdiq edir. Altay dillərində bu terminin çağırış səciyyəli 
aday  forması  “ən  yaşlı  qohum”,  ada  forması  isə  “ata”,  “əc-
dad” mənasını daşıyır (148, 26). Uyğur dilində ulu ata termini  
“atanın böyük qardaşı”  mənasını daşıyır. Türkiyə türkcəsinin 
bir  dialektində  bu  termin  “böyük  qardaş”  mənasında  işlənir 
(166, 201). Bu terminin “ən yaşlı qohum” mənası o vaxt mey-
dana çıxa bilərdi ki, ailə başçısı ən yaşlı qohum olaydı. Ümu-
miyyətlə, həm qədim türk, həm də müasir türk xalqlarında bir 
terminin  həm  əmini,  həm  atanı,  həm  də  böyük  qardaşı  ifadə 
etməsi  müxtəlif  ailə  tiplərində  bu  şəxslərin  eyni  funksiyanı 
daşıması  ilə  bağlıdır.  Əmi  anlayışının  (yəni  atanın  qardaşı) 
meydana çıxması ata-oğul qohumluğunun meydana çıxmasın-
dan  əvvəl  yarana  bilməzdi.  Çünki  arxaik  türk  qohumluq  sis-
temi  və  onu  ifadə  edən  terminlər,  N.V.Bikbulatovun  göstər-
diyi kimi, ata ilə onun qardaşlarını fərqləndirmir (69, 100). Bu 
halda  təsdiq  etmək  lazım  gəlir  ki,  “böyük  qardaş”ı,  “əmi”ni 
ifadə edən terminlər ailə formasının dəyişməsi ilə bağlı olaraq 
atanı  ifadə  etməyə  başlamışdır.  Beləliklə,  aydınlaşır  ki,  ata 
termininin ata, ailə başçısı mənası patriarxal ailənin və ən  nə-
hayət, kiçik ailənin yaranması ilə bağlıdır. 
V.V.Radlovun  türk  və  uyğur  abidələrinə  əsaslanaraq 
L.Y.Şternberqə  verdiyi  şifahi  məlumata  görə, X  əsrdən  başla-
yaraq bir-iki termin istisna olmaqla qohumluq terminləri tama-
milə  dəyişmişdir  (197,  66).  Yada  salmaq  yerinə  düşərdi  ki, 


35 
 
məhz bu dövrdə kiçik ailə əsas ailə tipi kimi mövcud olmuşdur. 
Buradan  aydın  olur  ki,  ata  termininin  “ailə  başçısı”  ata  məz-
munu kiçik ailənin formalaşması ilə sabitləşmişdir. 
Patriarxal  ailənin  formalaşması  ilə  bağlı  olaraq  arxaik 
inamlar bu ailə forması ideologiyasının güclü redaktəsinə mə-
ruz qalmışdır. Ötükən inamının sonrakı taleyi üzərində müşa-
hidələr bu fikri təsdiq edir. 
L.A.Potapovun fikrinə görə, xaqanlığın məhvi və türküt-
lərin öz torpaqlarından Mərkəzi və Orta Asiyaya qovulması ilə 
əlaqədar olaraq Ötükən inamı unudulmuşdur (155, 284). Bu fi-
kirlə qətiyyən razılaşmaq olmaz. Birincisi, ona görə ki, Ötükən 
inamı  dövlətin  yaranması  ilə  meydana  gəlməmişdi  və  deməli, 
onun dağılması ilə unudula bilməzdi. Kağanlığın dağılması ilə 
Ötükən  yalnız  dövlətin  hamisi  funksiyasını  itirə  bilərdi.  İkin-
cisi,  Ötükən  inamı  qalıq  şəklində  də  olsa,  son  dövrlərə  qədər 
yaşamışdır.  L.P.Potapov  özü  bir  məqaləsində  göstərir  ki,  tu-
valılar son vaxta qədər Böyük Yeniseyin yuxarı tərəfində yer-
ləşən  Udaqan  zirvəsinə  tapınmışlar  (156,  35).  Üçüncüsü,  cə-
miyyətdə  patriarxal  münasibətlər  inkişaf  edir.  Arxaik  ailə  for-
ması (qardaş ailəsi) öz yerini yeni ailəyə (patriarxal) verir. Bu 
zaman  Ötükən  inamı  dəyişərək  ata  kultu  ilə  əlaqələnir.  Məhz 
buna  görədir  ki,  türk  xalqlarında  dağ  ruhunun  qadın  kimi  tə-
səvvür olunması artıq yaddan çıxmaq üzrədir. Altay xalqların-
da, şorlarda dağ ruhu əksər hallarda kişi kimi təsəvvür olunur. 
Səbəbsiz deyil ki, ailədə qayınata ilə gəlin arasında olan yasaq-
lar  dağa  da  aid  edilir.  Dağa,  adətən,  qayınata  kimi  baxırlar 
(153, 153). Ancaq əksər xalqlarda dağ ruhunun qadın kimi tə-
səvvür olunması əfsanə və rəvayətlərdə yaşayır (153, 145-160). 
Belə  bir  dəyişmə  eyni  ilə  Ötükən  inamında  da  baş  verir. 
Tayfanın hamisi olan dağ (və ya onun hamisi) kişi kimi təsəvvür 
olunanda  ÖtükənAdaqana  çevrilir.  İkinciyə  Altayda  Soyon  və 
Çaapdı  tayfaları  tapınır.  Ataqan  “bütöv  Altay  təbiəti”  kimi  tə-


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə