Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə10/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

30 
 
kimi tədricən unudulmuşdur. Bu termin sonralar təkin termini 
kimi varis mənasında işlənmişdir. Kiçik ailənin yaranması ilə 
əlaqədar  olaraq  kiçik  qardaş  ata  ocağının  varisi  olur.  Bu 
münasibətlə bu termin kiçik qardaş mənasında işlənmiş və ən 
nəhayət, antroponimə çevrilmişdir. Faktlara müraciət edək. 
S.Q.Klyaştornıy qədim uyğur  yazılı abidəsinə əsaslana-
raq  göstərir  ki,  uyğur  xaqanlarından  birinin  oğlunun  gənclik 
adı Od kenc (türk variantı: idi kenc) olmuşdur. Çin mənbələ-
rində  o,  İdiqyan  adlanmışdır.  Müəllifin  araşdırmasına  görə, 
onun  kişi  adı  Kutluq  Bilqə  –  tarkan  senqundur.  Xaqan  olan-
dan sonra isə Böqü – kağan adlanmışdır (116,  25). Bu ad-ti-
tulda kenç gələcək xaqanın  yaş statusunu,  od isə varislik sta-
tusunu  göstərir.  Terminin  “varis”  mənası  aşağı  nəsil-yaş 
kateqoriyasını  ifadə  etməsi  ilə  qırılmaz  şəkildə  bağlıdır. 
Çünki,  qeyd  etdiyimiz  kimi,  kiçik  qohumlar  arxaik  vərəsəlik 
sisteminə  görə  varis  olurdular.  Başqa  bir  fakt:  Əbülqazi 
Bahadur  xanın  “Şəcəreyi-Tərakimə”sində  vəzir  Enkeş  ölən-
dən sonra onun yerinə oğlu Otkan keçir (120, 55). Burada da 
Otkan  ad-titulu  onun  varislik  statusu  ilə  bağlıdır.  Maraqlı  bir 
fakta  Ata  adlanan  türkmən  tayfasının  şəcərəsində  tuş  gəlirik. 
Şəcərədə  Ömər  atanın  bir  oğlu  Otadı-ata,  o  biri  isə  Otamış 
adlanır.  Bundan  başqa,  Otadının  nəslindən  olan  Yarmezidin 
oğlu da Odamış adlanır (62, 114). Bu adlardakı ata tərkibi on-
ların  müqəddəs  ailəyə  mənsub  olduğunu  (seyid,  çələbi  titulu 
kimi) Odamış  və Otadı isə onların  varis statusunu ifadə edir. 
Kazan xanlığının varislərindən birinin Otamış (Otemiş) adlan-
ması da eyni qanunauyğunluğu əks etdirir (101, 457). Bu sil-
siləyə  məşhur  “İdiqe”  eposunun  qəhrəmanı  İdiqeni  (İdiqey, 
İdiqu, İdiki, İdiqu, İdiku, Ediqa, Ediqe, Ediqu) də əlavə etmək 
istərdik.  (Müqayisə  et:  qədim  türkdə  atu,  (idi)).  Yakut  ge-
nealoji əfsanələrində eyni mənalı iki termin yanaşı şəkildə ad-
titul kimi işlənir: Djəqin-uduquy və Djeqin-Eteqeli (123, 11). 


31 
 
Bu  adların  Djeqin,  Djəqin  hissəsi  qədim  türkdəki  təkin  titu-
lunun,  uduquy  və  eteqeli  isə  qədim  türkdəki  atu  (idi)  ter-
mininin  yakut  variantlarıdır.  Eyni  mənalı  iki  terminin  yanaşı 
işlənməsini  monqolların  kiçik  qardaş  mənası  daşıyan  otçiqin 
və  ot  zəkinə  (yəni  od  təkin)  terminlərində  də  görürük  (164, 
216).  Bu  fakt  bir  daha  sübut  edir  ki,  hər  iki  termin  qədim 
dövrdə məhz aşağı nəsil-yaş kateqoriyasını ifadə etmişdir. Bu 
sıraya monqolların otqon, buryatların otxon kiçik qardaşoca-
ğın  sahibi  terminlərini  də  əlavə  etsək,  məsələnin  mahiyyəti 
daha da aydınlaşmış olar (193, 175). Altaylılar və xakaslarda 
“kiçik qardaş”, “ocağın sahibi” oçı (o+çı) adlanır (72, 160). 
Qeyd  etmək  lazımdır  ki,  atu  (idi)  termini  antroponim 
kimi  müasir  dövrdə  də  yaşamaqda  davam  edir.  Adpay,  Adı-
bay,  Adıkoy  kimi  altay  (195,  40),  XVIII-XIX  əsrlərə  aid  sə-
nədlərdə  qeyd  olunmuş  Otebas,  Oteuli,  Oteqan,  Etes,  Atim, 
Ote,  Otek,  Otın  kimi  qazax  (99,  207-212),  Adı,  Adış  kimi 
Azərbaycan şəxs adları qohumluq termininin antroponim kimi 
yaşamaqda davam etdiyini göstərir. 
Qardaş  ailəsində  aşağı  nəsil-yaş  kateqoriyasını  ifadə 
edən  atu  termininin  müxtəlif  fonetik  variantlarda  son  dövrə-
dək  ocaq  sahibi,  varis,  kiçik  qardaş  mənasını  ifadə  etməsi 
E.M.Meletinskinin  hüquqi  minoratın  yarandığı  dövrdə  (yəni 
kiçik  ailə  minoratı)  arxaik  minoratın  unudulması  fikrini  təs-
diq edir (128, 106). 
Patriarxal  ailənin  formalaşması  ilə  əlaqədar  olaraq  ailə 
başçısı ata adlanmağa başlayır. Bu terminlə arxaik qohumluq 
sistemində  kiçik  qohumları  ifadə  edən  atu  termininin  oxşar-
lığı göz qabağındadır. Bu oxşarlığın səbəbi izah olunmalıdır. 
Araşdırma  göstərir  ki,  ana  hüququna  əsaslanan  ailə 
daxilində bu termin  ananı  ifadə etmişdir. Bu fikri öncə türk-
monqol xalqlarında qadın şamanın  udaqan, udqan, otqan ad-
lanması  təsdiq  edir.  Q.S.Tsıbikov  daha  arxaik  dövrdə  ocaq 


32 
 
hamisinin  (buradan  da  ailə  başçısının  –  Ə.Ə.)  qadın  olması 
fikrini  irəli  sürür.  Ocağa  hər  səhər  mütləq  qadının  qurban 
verməsi faktına əsaslanan müəllif göstərir ki, qadın şamanlığı 
və onun daşıdığı ad qadının arxaik cəmiyyətdə kult daşıyıcısı 
olmasından  doğmuşdur (192, 170). 
Özünün  bəzi  mülahizələrinə  və  prof.  P.A.Bertaqayevin 
fikirlərinə  söykənərək  Ş.Çaqdurov  buryatlarda  yer  tanrısı  he-
sab  olunan  otykan-ın  ana  xanlığı  dövründə  oda  tapınmadan 
yarandığını söyləyir (193, 153). 
Qədim türk abidələrində Ö t ü k ə n şəklində qeyd olunan 
tanrı  Göytürklərdə  ən  geniş  yayılmış  tanrı  olmuşdur.  Qədim 
mifoloji Ana Yer surətinin təzahür formalarından biri olan Ötü-
kənə qədim türklər dağ, yer, vətən və dövlət hamisi kimi tapın-
mışlar (155, 283). Ötükənin bu xüsusiyyətləri bir-birindən ay-
rılmazdır. Qədim türklər dağı vətənin və torpağın (yaşadıqları 
ərazinin)  hamisi  kimi  təsəvvür  edirdilər. Eyni  zamanda  vətən, 
torpaq  hamisi  kimi  tapındıqları  dağı  Ötükən  adlandırırdılar. 
Dağ inamı bu xüsusiyyətini Altay türkləri arasında saxlamışdır. 
L.A.Potapov göstərir ki, Altay tayfaları dağa yaşadıqları ərazi-
nin və tayfanın hamisi kimi baxırlar*
9
 (153, 156). Ötükən ina-
mı  ilə  altaylılar  arasında  yaşamaqda  olan  dağ  inamı  arasında 
fərq ondadır ki, Ötükən-ə dövlət səviyyəsində tapınılmışdır. Bu 
xüsusiyyət dövlətin yaradılması ilə izah olunur. 
Ötükən-in  od-ocaqla  bağlılığına  dair  yuxarıda  qeyd  et-
diklərimizə aşağıdakıları əlavə edə bilərik. 
Öncə, bu mifoloji surətin adı onun odla bağlı olduğunu 
göstərir: Ötükən – “od xan”, “od sahibi”. Altaylılar, teleutlar, 
qırğızlar  bu  günə  qədər  od  hamisini  “Ot  ana”  adlandırırlar 
                                                
9
Maraqlıdır ki, bu mifogem tibetlilər arasında da mövcuddur. Özlərinin icma 
ərazilərini  Edika  adlandıran  tibetlilər,  ulu  əcdad  kimi  Odequn  dağına  ta -
pınırlar (83, 192-193). 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə