Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə13/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   ...   9   10   11   12   13   14   15   16   ...   35

39 
 
mənşəli  olması  fikrini  söyləmişdir  (55,  30).  Bu  fikri  başqa 
faktlar da təsdiq edir. Mifoloji ana surətinin od stixiyası ilə əla-
qəsi  məlumdur.  İrəlidə  görəcəyimiz  kimi,  Kaldaz-inə  mifoloji 
Ana surətinin adlarından biridir. Bu surətin kişi kimi təsəvvür 
olunması faktı, yuxarıda qeyd etdiyimiz kimi, ata xanlığı ideo-
logiyasının təsiri ilə bağlıdır. Bəzi faktlar göstərir ki, od hamisi 
“boyu  bir  qarış,  saqqalı  yeddi  qarış”  daha  arxaik  dövrlərdə 
qadın kimi təsəvvür olunmuşdur. Azərbaycan inamlarında  hal 
(Al)  surəti  balacaboylu  adam  kimi  təsəvvür  olunur  (6,  148). 
Hal (Al, Albastı, Al qarısı və s.) surətinin qədim ana kultu ilə, 
odla bağlılığı artıq elmdə dəfələrlə deyilmişdir (29, 45; 3, 92-
93).  (Müqayisə  et:  S.Kaskabasov  qazax  sehrli  nağıllarında  od 
hamisi kimi özünü göstərən jalmauız – kempir surəti ilə Albastı 
surətinin bağlılığını göstərir (113, 72). Balacaboy od hamisinin 
qadın  kimi  təsəvvürü  bir  qaraqas  nağılında  da  əks  olunur:  üç 
yoldaş növbə ilə gözləyirlər; balacaboylu qarı gözətçiləri alda-
dıb əti yeyir. Axırda nağılın qəhrəmanı (Tuqulçu) qarıya qalib 
gəlib  onu  öldürür  (163, 621).  İrəlidə  görəcəyimiz  kimi,  sehrli 
nağıllarda  bu  motiv  geniş  yayılmışdır.  Ancaq  bu  motivin  va-
riantlarında balacaboylu qarının yerinə “boyu bir qarış, saqqalı 
yeddi  qarış”  surəti  əks  olunur.  Kazan  tatarları  cırtdan  qocanı 
şekə, şökə (şökə pəri) adlandırırlar. Təsəvvürə görə,  şekə ağa-
cın kökünün altında  yaşayır (55, 47). Bu surət marilərdə şika, 
şiqa “qulyabanı”, “cırtdan”, çuvaşlarda çike, “qoca, dirsək boy-
da qoca” və ya çikesuxal “qocalıq-dirsək boyda saqqal” (boyca 
bir qarış), udmurtlarda  qid-murt, “dirsək boyda  qoca” adlanır. 
Çuvaş nağıllarında çike suxalın yanına od üçün gələnlərə nağıl 
dedirdir  və  mahnı  oxutdurur  (55,  48).  Bu  motivdə  “boyu  bir 
qarış, saqqalı iki qarış” surətinin odla əlaqəsi, başqa sözlə, od 
hamisi olması əks olunmuşdur. Qeyd edək ki, “boyu bir qarış, 
saqqalı  iki  qarış”  surətinin  odla  bağlılığı  nağıllarda  geniş  şə-
kildə əks olunmuşdur. Abakan tatarlarından yazıya alınmış bir 


40 
 
nağıla diqqət yetirək: üç qardaş tayqaya ova gedir. Gecə düşür. 
Onlar uzaq bir yerdə işıq görürlər. Əvvəl böyük, sonra isə or-
tancıl qardaş od gətirməyə gedir. Böyük qardaşlarının geri qa-
yıtmadıqlarını görən kiçik qardaş onların arxasınca gedir, görür 
ki, odun sahibi olan qoca onun qardaşlarının əllərini bağlayıb. 
Məlum olur ki, qoca odu müəyyən şərtlə verir. Şərti uduzduq-
larına görə, qoca böyük qardaşların əllərini bağlamışdır. Kiçik 
qardaş  oyunda  qocaya  qalib  gəlir,  onun  əllərini  bağlayır,  qar-
daşlarını  azad  edir.  Onlar  odu  götürüb  geri  qayıdırlar  (163, 
371-381).  “Yeddi  qardaş,  bir  bacı”  adlı  nağılda  od  sahibi  qo-
canı div əvəz edir. Nağıldan məlum olur ki, yeddi qardaşın ba-
cısının ocağı sönür. O, od almaq üçün bir qalaçaya gedir. Onun 
sahibi  olan bir div  qıza  od  verir,  əvəzində  isə  qızın qanını  so-
rur. Qardaşlar bunu bilib divi öldürürlər (9, 97-103). Oxşar mo-
tiv “Tan Batır” adlı tatar nağılında da özünü göstərir (173, 27). 
Burada  od  sahibi  qadındır.  Od  sahibinin  qadın  kimi  təsəvvür 
olunması, qeyd etdiyimiz kimi, daha arxaikdir. Od üçün gələn 
qəhrəmanla  od  sahibi  arasındakı  belə  antoqonist  münasibəti 
nağıllarda geniş yayılmış başqa bir motivə keçid hesab etmək 
olar:  qardaşlar  və  ya  bahadırlar  səfərə  çıxırlar;  onlar  yolda  od 
qalayıb  xörək  bişirirlər;  “boyu  bir  qarış,  saqqalı  yeddi  qarış” 
gəlib  onlardan  yemək  istəyir;  qəhrəmanlar  ona  xörək  vermək 
istəməyəndə o, saqqalından bir tük çəkib onların qollarını bağ-
layır və xörəyi yeyib gedir. Axırda nağılın əsas qəhrəmanı onu 
məğlub  edir  (9, 156). Bu  motiv  bir çox  xalqların  nağıllarında 
geniş  yayılmışdır.  Əsas  etibarı  ilə  AA  301  –  süjet  tipində 
işlənir. Qeyd  olunan  motivdə od  sahibi  hami  kimi  deyil,  artıq 
düşmən kimi çıxış edir. Bu motivin təməlində çox yayılmış bir 
mərasim elementi dayanır: od ruhunun öz payını istəməsi və ya 
bişirilən  xörəkdən  od  ruhuna  pay  verilməsi.  Beləliklə,  hami 
nağılda düşmənə çevrilmişdir. Onu da deyək ki, yuxarıda qeyd 
etdiyimiz nağılda “boyu bir qarış, saqqalı  yeddi qarış” zülmət 


41 
 
dünyasının  padşahının  kiçik  oğlu  və  ya  üç  qardaşın  ən  kiçiyi 
kimi təqdim olunur. 
Fikrimizcə, Azərbaycan nağıllarının ən populyar qəhrə-
manı  cırtdan  da  od  ruhunun  folklorda  gerçəkləşmə  formala-
rından biridir. Cırtdan surəti türkmən nağıllarında  Kalça  ba-
tır, tuva nağıllarında Baldır-Beejek, rus nağıllarında isə “bar-
maq boyda uşaq” (мальчик с пальчик) adlanır. 
Yakut  mifologiyasında  tanrı  oğlu  od  hamisi  haqqındakı 
mətnlər ilk insan, insanlığın əcdadı haqqındakı miflərlə oxşar-
dır. Başqa sözlə, tanrının kiçik oğlu od hamisi bəzi mətnlərdə 
ilkin əcdad haqqında miflərin variantı kimi özünü göstərir. Od 
hamisinin tanrının kiçik oğlu olması ideyası Abakan tatarların-
dan yazıya alınmış bir etimoloji mifdə əks olunur: Ağ qayanın 
üstündə yerləşən ağ sarayda yaşayan qoca İldırımın üç oğlu var 
idi:  böyük  oğlu  Günəş,  ortancıl  oğlu  Ay,  kiçik  oğlu  isə  Od. 
Qoca İldırım övladlarının ona məhəbbətini öyrənmək üçün mü-
safir görkəminə girib oğlanlarına deyir ki, atanız ölür, tez onun 
yanına  tələsin.  Od  hamıdan  qabaqda  gedir.  Günəş  onu  yolda 
keçərək atasına birinci çatır. Ay isə ən axırda çatır. İldırım ata 
böyük  oğula  –  Günəşə  gündüzü,  ortancıl  oğula  –  Aya  gecəni 
verir, kiçik oğlu Oda isə deyir: 
“Get işıqlandır Ayı və Günəşi 
Get və bacardıqca kömək elə” (163, 187-188). Bu mətndə 
baş  tanrı  İldırım  öz  övladlarının  əbədi  yerini  müəyyənləşdirir. 
Günəşə gündüzü, gecikdiyinə görə Ayı cəzalandıraraq ona ge-
cəni verir. Kiçik oğlu Odun vəzifəsi dəqiq qeyd edilmir. Mifin 
məntiqindən  çıxış  edərək  demək  olar  ki,  kiçik  oğlu  Odu  Yerə 
göndərir. Q.Potaninin keçən əsrin sonlarında türk-monqol xalq-
larında İldırım tanrısına həsr etdiyi bir araşdırmasında onun İl-
dırım  tanrısı  tərəfindən  yaranmasına  dair  bir  rəvayət  əldə  edə 
bilmədiyini söyləyir. Ancaq belə bir rəvayətin olduğuna şübhə 
etmir  (150,  321).  Müəllifin  bu  qənaəti  bizim  qeyd  etdiyimiz 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə