Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə15/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

45 
 
dir.  Ülgen  xeyir,  Erlik  isə  şər  başlanğıcı  təmsil  edir.  Erlik  öz 
səciyyə  və  funksiyasına  görə  qarışıq  səciyyə  daşıyır:  I)  Erlik 
yeraltı  dünyanın  tanrısı  olmaqla  arxaik  mifik  ana  funksiyasını 
yerinə yetirir. Təsadüfi deyil ki, o, qadın əlamətinə də malikdir. 
Belə ki, tuba kiji təsəvvürünə görə onun uzun döşləri var (64, 
108-109). 2) Meletinski göstərir ki, “Erlik tez-tez ilk insan su-
rəti ilə qarışdırılır. Belə ki, o, əvvəlcə Ülgenin dostu idi. Sonra 
göydən  yerə  atılır.  Oradan  isə  yer  altına”  (129,  141).  Müəllif 
haqlı  olaraq  Erliyin  bu  səciyyəsini  yakutların  tanrı  tərəfindən 
göydən yerə qovulmuş tənha adamları ilə müqayisə edir (129, 
141).  3)  Erliyi  həm  də  insanlığın  yaradıcısı  hesab  etmək  olar. 
Belə ki, o, Ülgenlə bərabər insan yaradır. Təsadüfi deyil ki, şa-
man dualarında tez-tez Erliyə “Erlik ada” deyə  müraciət edir-
lər. Beləliklə, Erlik surəti başqa türk xalqlarında müşahidə etdi-
yimiz ayrı-ayrı tanrılara məxsus xüsusiyyətləri özündə birləşdi-
rir.  O,  tanrı,  ilk  insan  və  insanlığın  əcdadıdır.  Erliyin  göydən 
yerə atılması motivi isə tanrı övladlarının göydən yerə atılması-
na bənzəyir. Erliyin kiçiklik atributu, ehtimal ki, ailə şəraitində 
özünü  göstərən  bu  vəziyyət  hakimiyyət  vərəsəliyində  məhz 
böyük  arvaddan  olan  böyük  oğlun  varis  olması  şəklində  əks 
olunur.  Bir  çox  nağıllarda  kiçik  qardaşın  idealizə  olunmasını 
məhz axırıncı səbəb motivləşdirir. 
“Hatəmin  nağılı”  (AA  550),  “Məlik  Ducar”  (AA  313), 
“Məlik Cümşüdün nağılı”, “Ağ atlı oğlan” (AA313) və s. na-
ğıllarda kiçik qardaşın incidilməsinin səbəbi onun anasının ka-
sıb qızı olmasıdır. (8, 23-59, 167-168; 11, 232-255; 12, 70-79). 
Bu  motivdə  çoxarvadlılıq  şəraitində  kiçik  arvadın  böyüklərə 
münasibətdə aşağı mövqe tutması kiçik arvadın kasıb mənşəli 
olması ilə əvəz olunub. Çox ehtimal ki, kasıbmənşəlilik qədim 
dövrdə başqa şəkildə olmuşdur. 
Biz bilirik ki, ana tərəfi başqa xalqdan olan şahzadələrin 
hakimiyyət  hüququ  olmamışdır.  Türkmənlər  türkmən  qızın-


46 
 
dan  olan  uşaqları  “iq”,  qeyri-türkmən  /bəzən  qeyri  türk/  et-
nosdan  olan  uşaqları  “kul”  adlandırmışlar.  İkincilər  yaşından 
asılı  olmayaraq  “iq”lərdən  aşağı  tutulmuşlar  (57,  318-319). 
Bu mədəni hadisə sehrli nağıllarda  xan (bəy)-kasıb qarşıdur-
ması şəklində əks olunur.  Kasıbmənşəliliyin  həmişə kiçik ar-
vadın,  eləcə  də  kiçik  oğulun  üzərinə  düşməsi  isə  (böyük  ar-
vadın  da  kasıb  mənşəli  olması  mümkündür)  çoxarvadlılıq 
şəraitində böyük arvadın nüfuzu ilə bağlıdır. 
Beləliklə,  böyüklük  öz  səciyyəsinə  (demokratik  və  ya 
despotik)  görə  fərqli olsa  da,  bütün  ailə  formalarında  mövcud 
olmuşdur. Bununla yanaşı, kiçik ailə institutunun yaranması ilə 
kiçik qardaş  ali hakimiyyətə  yol  açan hüquqlardan birini  /ailə 
kultunu/  böyük  qardaşdan  ala  bilmişdi.  Bu  cəhət  sehrli  nağıl-
larda  kiçik  qardaşın  ali  hakimiyyət  hüququnun  ideologiyasına 
çevrilir.  Sehrli  nağıllarda  kiçik  qardaşın  ideallaşdırılması, 
N.V.Bikbulatovun  müdafiə  etdiyi  kimi,  kiçik  ailə  institutunun 
təbliği  deyil.  Sehrli  nağıllarda  əksər  hallarda  kiçik  qardaşın 
sakral  səciyyəsi  qabardılır  və  məhz  bu    səciyyəsinin  hesabına 
ideallaşdırılır. Ona görə də sehrli nağıllarda kiçik qardaşın sak-
ral siması ona olan tarixi ədalətsizliyə qarşı ideoloji sipər rolu-
nu oynayır.  Məhz buna görədir ki,  kiçik  qardaşın  sehrli  nağıl-
larda ideallaşdırılması onun ədalətsizliyə məruz qaldığı böyük 
ailə daxilində deyil, sərbəstlik qazandığı kiçik ailədə baş verir. 
Beləliklə, despotik böyük ailə vərəsəliyinin kiçik qarda-
şa qarşı istibdadından doğan etiraz kiçik qardaşın kultlu sima-
sı ilə birləşərək sehrli nağıllarda onun ideallaşdırılmasına  yol 
açır. 


47 
 
II  FƏSĠL 
ĠRONĠK  SURƏTLƏR 
 
Azərbaycan  nağıllarında  ironik  surətlər  silsiləsi  özünə-
məxsus səciyyəsi ilə başqa qəhrəmanlardan seçilir. Bu surətlər 
adlandırdığımız kimi ironik, komik xüsusiyyətlərə malikdir. 
İronik  qəhrəmanların  səciyyəsi  sehrli nağıllarda müxtə-
lif  şəkildə  gerçəkləşərək  rəngarənglik  yaradır.  Bu  cəhət  bir 
çox hallarda ironikliyin  müxtəlif ifadə  üsullarını bir-birindən 
ayırmağı çətinləşdirir. 
Azərbaycan  sehrli  nağıllarında  kiçik  qardaş  surətinin 
ironikliyi başqa ironik surətlərdən fərqlənir. “Hatəmin nağılı” 
(AA  550),  “Məlik  Ducar”  (AA  313),  “Ağ  atlı  oğlan”  (AA 
313), “Məlik Cümşüdün nağılı” (AA 313) və s. nağıllarda ki-
çik  qardaş  (kiçik  oğul)  kasıb  qızından  olduğu  üçün  atası  və 
böyük qardaşları ona istehza edirlər. Padşah bəy, xan qızından 
olan böyük oğlanlarını kiçik oğlundan üstün tutur. O, bəy, xan 
qızından olan böyük oğlanlarının gələ bilməyəcəyi işin öhdə-
sindən  kiçik  oğulun  gələcəyinə  inanmır,  səfərdə  kasıb  qızın-
dan olan oğluna at əvəzinə yabı verir və s. (8, 23-59, 167-168; 
11, 232-235; 12, 70-79). 
Kiçik  qardaş  haqqında  olan  nağılların  bəzisində  isə  ki-
çik qardaş ata vəsiyyətinə əməl etdiyinə görə böyük qardaşlar 
ona  istehza  edir  və  ya  onu  incidirlər.  Məs.  “Üçbığ  Kosa” 
(AA530+552) nağılında padşah öləndə oğlanlarını çağırıb və-
siyyət edir ki, qəbrinin üstündə üç gün keşik çəksinlər və ba-
cılarını  gələn  ilk  elçiyə  versinlər.  Böyük  və  ortancıl  qardaş 
vədə əməl edib keşik çəkmirlər. Kiçik qardaş qəbrin üstündə 
keşik çəkib üç sehrli at əldə edir. Bundan sonra bacılarını  ilk 
elçiliyə  gələn  heyvanlara  ərə  verir.  Bu  axmaq  hərəkətə  görə 
böyük  qardaşlar  kiçik  qardaşı  incidir.  Ancaq  çətin  vaxtda 
heyvanlar kiçik qardaşa kömək edirlər (8, 157-166). Təkcə bu 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə