Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə17/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

51 
 
ata-anası  öləndən  sonra  fəallaşır  (173,  255).  Əlavə  edək  ki, 
rus sehrli nağıllarında da ironik axmaq surətinin ocaqla (soba) 
əlaqəsi güclüdür (128, 223-234). 
Sehrli nağıllarda və şaman inisiasiyasında bu qanunauy-
ğunluq daha arxaik inam və təsisatlarla bağlıdır. “Kartıqa Per-
qen”  adlı  şor  dastanında  özünü  göstərən  bir  motiv  bu  fikrin 
izahını  asanlaşdırır.  Qəhrəman  anadan  olandan  sonra  ocağın 
üstündə  tərsinə  çevrilmiş  qazanın  altına  girərək  altı  il  orada 
qalır  və  güllə  qidalanır.  Bundan  sonra  uşağa  ad  verilir  (96, 
13).  Bu  dastanda  da,  bizim  nağılda  olduğu  kimi,  ocaqda  ya-
şama  keçid  mərhələsini  əks  etdirir.  Azərbaycan  və  Türkiyə 
nağılında  mövcud  olan  motivin  şor  dastanındakı  motivlə 
funksional-semantik yaxınlığı şübhə doğurmur. 
Araşdırıcılar  qəhrəmanın  ocaqla,  küllə  əlaqəsinə  fərqli 
şəkildə  yanaşırlar. V.J.Propp və E.Meletinski bu motivə qəh-
rəmanın  ata-baba  kultu  ilə  əlaqəsi  kimi  baxır  (159,  216-225; 
128,  223-234).  Başqa  araşdırıcılar  isə  bu  motivə  (“Kartıqa 
Perqen”dastanındakı) inisiasiya elementi kimi baxaraq qəhrə-
manın  külün  üstündə  tərsinə  qoyulmuş  qazanın  altında  yaşa-
masına  yerin “bətni”nə daxil olma (məğlubedilməzlik qazan-
maq  üçün)  kimi  baxırlar  (178,  147).  Bu  kimi  fikirlər  arasın-
dakı  müxtəliflik  müəlliflərin  söylədikləri  materialın  təbiətin-
dən irəli gəlir. V.J.Propp və E.Meletinski qeyd olunan motivli 
nağılların  süjet  strukturunda  tutduğu  yeri,  yəni  inisiativ  sə-
ciyyəsini  göstərmədən  od-ocaq  kultunun  ata-baba  kultu  ilə 
bağlılığını  nəzərə  alaraq  qəhrəmanın  ocaqla  (soba  ilə)  əlaqə-
sini onun ata-baba kultu ilə bağlılığı kimi izah etmişlər. İkinci 
fikrin  tərəfdarları  isə  motivin  həm  inisiativ  səciyyəsini,  həm 
də bu inisiativliyin semantikasını izah etmişlər. 
Sehrli  nağıllarda  inisiasiya  səciyyəsi  daşıyan  bəzi  başqa 
motivlər də ironik şəkildə təqdim olunur. “Qırx qönçə xanım” 
nağılında Bəxtiyar adlı bir qoca yuxu görüb yuxusunun ardınca 


52 
 
gedir. Yolda bir çobana rast gəlib yuxusunu ona danışır. Çoban 
qoyun  verib  qocanın  yuxusunu  alır.  Bundan  sonra  çoban 
qocanın adını da daşıyır və yuxunun ardınca gedir (8, 90-105). 
Bu motivdə inisiasiya aktı ad dəyişdirmə şəklində əks olunur. 
Məlumdur  ki,  qədim  təfəkkürdə  ad  predmetlə  eyniləşdirilir 
(188,  235).  Bu  baxımdan  O.Freydenberqin  fikri  xüsusilə 
maraqlıdır: “...bu günə qədər Stepan olan şəxs İvanın adını alan 
kimi  öz  taleyini  deyil,  İvanınkını  yaşayır”  (187,  240).  Qədim 
təfəkkürə məxsus olan bu qanunauyğunluq aydın şəkildə gös-
tərir  ki,  çoban  qocanın  adını  qəbul  etməklə  simvolik  şəkildə 
onun  gəncliyinə  çevrilir.  “Göygöz  kosa”  nağılında  inisiasiya 
aktı maraqlı şəkildə əks olunur, qəhrəman öz adını bilmir. Na-
ğılşünaslıqda  qəhrəmanın  öz  adını  bilməməsi  /Neznayka  mo-
tivi/ inisiasiya mərasimi ilə əlaqələndirilmişdir (160, 136). 
Bizim  fikrimizcə,  qəhrəmanın  öz  adını  bilməməsi  onun 
hələ keçid  mərhələsində olduğunu  göstərir. Yəni qəhrəman öz 
keçmişini itirmiş, yenisini isə hələ qazanmamışdır. Bu fikri türk 
xalqlarının eposunda geniş yayılmış bir motiv – müəyyən qəh-
rəmanlıqdan,  eləcə  də  cəmiyyət  üçün  xeyirli  bir  işdən  sonra 
qəhrəmana  yeni  ad  verilməsi  təsdiq  edir.  Maraqlı  bir  motiv 
“Beçə Dərvişin nağılı”nda əks olunur. Böyük qardaş Ərkə kiçik 
qardaş Cahangiri hiylə ilə quyuya salıb ipi kəsir. Cahangir qu-
yudan çıxarılır. Bundan sonra o, dərviş paltarı geyinir və “Beçə 
Dərviş”  adlandırılır...  Padşahın  vəzirləri Beçə Dərvişin  padşah 
oğlu olub-olmaması barədə xeyli mübahisə edirlər (8, 136-140). 
Bu  motivdə  də  həmçinin  keçmişin  itirilməsi  və  yeni  status 
qazanma  prosesi  əks  olunub.  İnisiasiya  aktından  sonra  başqa 
adama  çevrilmə  ideyasını  əks  etdirən  maraqlı  bir  nağıl  mo-
tivinin  E.T.Tursunov  tərəfindən  absurd  hesab  olunması  ilə  ra-
zılaşmaq  olmaz.  Nağılda  ironik  qəhrəman  yatanda  saçını  və 
üzünü qırxırlar. İronik qəhrəman suda öz əksini görüb fikirləşir 
ki, o, artıq başqa adam olub (183, 143). Saçın qırxılmasının ini-


53 
 
siativ  səciyyəsi  elmdə  qeyd  olunmuşdur  (160,  136-138).  Ona 
görə də  saçın qırxılması nəticəsində  başqa adama çevrilmə ar-
xaik  təfəkkür  qanunlarına  əsasən  tamamilə  təbiidir.  Təqdim 
olunan nağılda bu ideya sadəcə olaraq ironik şəkildə əks olunur. 
Göründüyü kimi, sehrli nağılların əvvəlində ironik qəhrə-
manların  axmaqlıq,  tənbəllik  təsiri  bağışlayan  hərəkətləri 
inisiasiya  səciyyəsi  daşıyır  və  dərin  mifoloji  məna  kəsb  edir. 
Ancaq  qeyd  etmək  lazımdır  ki,  nağılın  əvvəlində  qəhrəmanın 
bütün hərəkətləri  mifoloji  məna  daşımır. Zaman  keçdikcə  mi-
foloji məna daşıyan motivlər aradan çıxmışdır. Nəticədə ironik 
qəhrəmanın hərəkətləri bir çox hallarda mənasız şəkil almışdır. 
Sehrli  nağıllarda  ironik  qəhrəmanların  mifik  mədəni 
qəhrəmanlarla əlaqəsi, dəqiq desək, mifik mədəni qəhrəmanın 
sehrli nağılların ironik qəhrəmanlarının formalaşmasında rolu 
elmdə  irəli  sürülmüş  və  qəbul  olunmuşdur  (128,  237;  183, 
139-196). Ancaq bu mülahizələr mifik mədəni qəhrəmanlarla 
sehrli  nağılların  ironik  qəhrəmanlarının  fəaliyyət  üsullarının 
oxşarlığına  əsaslanır.  Yuxarıda  qeyd  etdiklərimiz  göstərir  ki, 
mifik mədəni qəhrəmanla sehrli nağılların ironik qəhrəmanla-
rının oxşarlığı təkcə onların fəaliyyət üsullarının uyğunluğun-
da deyil, həm də onların atributlarında özünü göstərir. Bu, hər 
şeydən  əvvəl  hər  iki  qəhrəman  tipinin  odla  bağlılığında  əks 
olunur.  Bir  xakas  əfsanəsində  mifik  mədəni  qəhrəmanın  od-
ocaqla  bağlılığı  sehrli  nağıllarda  ironik  qəhrəmanın  ocaqla 
bağlılığı ilə çox yaxındır. Əfsanədə deyilir: Yeniseydə xalqın 
başçısı Nemet xan zamanı müəyyənləşdirmək və bayramların 
vaxtını  təyin  etmək  üçün  bütün  Abakan  və  İyus  bəylərini 
yığıncağa  çağırır.  Bu  zaman  yığıncağa  Kul  Çalaas  (küldən 
çıxan çılpaq və ya kül içində lüt) adlı bir adam da gəlir. Bəy-
lər onu adam hesab etməyib ona gülürlər. Nemet xan onun da 
yığıncaqda iştirak etməsinə icazə verir. Bəylər heç bir qərara 
gələ  bilməyəndə  Kul  Çalaas  ayları,  günləri  və  onların  sə-


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə