Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə25/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   ...   21   22   23   24   25   26   27   28   ...   35

75 
 
matriarxatla  sıx  bağlıdır.  Qadının  rolu  onun  uşaq  dünyaya 
gətirmə kimi icraçı funksiyasına əsaslanmışdır”
 
(159, 206). 
 “Ceyranın  nağılı”nda  isə  qadın  ceyran  ətinin  müəyyən 
hissələrini /çörək, ət,  yağ/  yeməklə hamilə olur (7, 225-226). 
Maraqlıdır  ki,  heyvanın  müəyyən  bədən  üzvlərini  yemək  yas 
mərasimində  də  özünü  göstərir.  B.X.Karmışeva  Fərqanə  öz-
bəklərinin  yas  mərasimində  mövcud  olan  bu  adətdən  geniş 
bəhs  etmişdir  (111,  150-156,  159-163).  Bu  adət  mərasimdə 
qoç ətinin yeddi əsas hissəsinin yeyilməsi şəklindədir. Müəllif 
insan ruhunun qoyun şəklində təsəvvür olunması və insan ru-
huna  yoldaş kimi onu o dünyaya aparması inamına əsaslana-
raq mərasimdə qoçun yeddi əsas hissəsinin yeyilməsini ölənin 
bədəni  ilə  assosiasiya  olunması  kimi  qəbul  edir.  O,  N.N.Ve-
loçkaya  və  Y.A.Rapoparta  əsaslanaraq  ölünün  mərasimdə 
yeyilməsinin  səbəbini  izah  edərək  yazır:  “Mərasimdə  ye-
mənin  məqsədi  qocaların  uzunömürlülüyünü,  onların  yüksək 
mənəvi  keyfiyyətlərini  irsən  almaq,  onların  ruhunun  arzuo-
lunmaz şəklə düşməyib mərasimdən sonrakı hamiləlikdən qa-
lan uşağa keçməsi üçün onu tutmaq idi”
 
(111, 159).
 
Əvvəla qeyd edək ki, insan ruhunun qoyuna çevrilməsi 
və ruha yoldaş kimi onu o dünyaya aparması inamı
14
 nağıllar-
da  qoyunun  mediasiya  vasitəsi  olması  şəklində  özünü  göstə-
rir
15
. İkincisi, mərasimdə ölənin ruhunu mənimsəmək və yeni 
doğulan  uşağa  keçirmək  məqsədi  ilə  qoyunun  yeyilməsi  na-
                                                
14
Qoçun  insan ruhunu  o  dünyaya  aparması inamı  türkmənlər,  taciklər  üçün 
də xarakterikdir (125, 108; 60, 144). Qeyd edək ki, belə təsəvvür azərbaycan-
lılar arasında da mövcud olmuşdur (85, 115). 
15
N.Rzayev “Məlik Məmməd” nağılında qara qoçun Məlik Məmmədi qaran-
lıq  dünyaya  aparmasını  qoçun  insan ruhunun  o  dünyaya  aparması  inamı ilə 
izah  etmişdir  (29,  21).  Ağ  qoç  və  qara  qoç  obrazları  yeraltı  dünya  və  göy 
aləmini  simvolizə  edir.  Məlumdur  ki,  sonrakı  dövrlərdə  o  dünya  anlayışı 
yeraltı və göy aləminə diferensiasiya olunmuşdur (131, 159).
 


76 
 
ğılda xaotik məkandan əldə olunmuş /quyudan/ ceyranın əsas 
hissələrini  yeməklə  qadının  hamilə  olması  biri-birinə  çox 
bənzəyir və hətta demək lazımdır ki, mərasim simvolikasının 
poetik şəkildə gerçəkləşməsidir. Öləndən sonra insan ruhunun 
ceyrana  çevrilməsi  haqqında  etnoqrafik  faktlar  axtarmaq  da 
olar. Belə bir inamın mövcudluğunu sehrli nağıllarda ceyranın 
müxtəlif  şəkildə  konstruksiya  olunan  mediator  funksiyası  da 
sübut  edir.  Ceyranın  mediativ  xarakterinin  bir  çox  formaları 
mövcuddur.  Məsələn,  qəhrəman  ceyran  və  ya  maralı  təqib 
edərək  bir  gözəllə  və  ya  demonik  varlıqla  qarşılaşır.  Bəzən 
ceyranın  özü  demonik  varlığa  və  ya  gözəl  bir  qıza  çevrilir. 
(Müqayisə et: gürcü mifində ovçunun ceyranı təqib edərək ov 
tanrısı  Dali  ilə  qarşılaşması  (79,  70-71).  Ceyranın  mediativ 
xarakterinin digər formaları da mövcuddur. Lakin bu qeyd et-
diklərimiz də ceyranın mediativ xarakterini təsvir etməyə im-
kan verir.V.Y. Propp mediasiya zamanı çevrilməni ruhun çev-
rilməsi,  S.Y.Neklyudov  isə  hər  hansı  çevrilməni  ruhun  müx-
təlif  varlıqlarda  əks  olunması  kimi  izah  edir  (160,  202-216; 
141, 119-124). Deməli, insan ruhunun ceyranda əks olunması 
(qoyunda əks olunması kimi) tarixən realdır. Ona görə də qa-
dının  xaotik  məkandan  əldə  olunmuş  ceyran  ətini  yeməsi  ilə 
hamilə olması mifoloji təsəvvürlər kontekstində təbii görünür. 
Buradan  belə  bir  fikir  söyləmək  olar  ki,  qəhrəman  öləndən 
sonra ceyranda əks olunan ruhun mənimsənilməsi yolu ilə do-
ğulur. Bu fikri həm də ceyranı əldə edən dərvişin xarakteri və 
ceyranın  əldə  olunduğu  məkanın  səciyyəsi  təsdiq  edir.  Belə 
ki,  dərviş  mediasiya  vasitəsilə  ceyranı  əldə  edir.  Nağıla 
müraciət edək: Nağılda dərviş padşahın qızına aşiq olmuş bir 
şahzadə kimi səciyyələndirilir. Padşah qızını ona vermək istə-
mir.  Şahzadə  “tilsim  dərsi”  öyrənəndən  sonra  padşah  ondan 
qorxduğu  üçün  zahirən  qızını  ona  verməyə  razılaşır.  Dərvişi 


77 
 
qonaq çağırır, xörəyinə bihuşdarı qataraq onu bihuş edir. Dər-
vişi sandığın içinə qoyub bağda basdırır.
 
Padşah  şahzadə  basdırılan  yerə  toxunmamağı  tapşırır. 
/“Amma gün çıxan yerdə bir məndəcər çökək yer var, nəbadə 
o yerə dəyəsən”/. Bu motivi şahzadənin simvolik ölümü kimi 
qəbul etmək lazımdır.  
Bağban  dərvişin  basdırıldığı  yeri  qazanda  onun  səsini 
eşidir və qazıb sandığı eşiyə çıxarır. Dərviş bağbanı qorxuda-
raq  özünə  tabe  edir  və  onun  evində  yaşayır.  Dərviş  basdırıl-
dığı  yerdən,  yəni quyunun içindən ceyranı çıxardır,  bişirmək 
üçün  bağbanın  arvadına  verir.  Bağban  təsadüfən  ceyranın 
ətindən yediyi üçün ölür. Dərviş bağbanın qəbrini açır və cey-
ranın ürəyini onun qarnından çıxarır. Bundan sonra ceyranın 
iki  tikə  ətini  və  gizlincə  götürdüyü  yağını  təzədən  bişirtdirib 
bağbanın arvadına  yedirdir. Xörəyi yeyəndən sonra arvad ha-
milə olur. Uşağın dogulmasında dərvişin məqsədi onun vasi-
təsilə padşahın qızını almaqdan ibarətdir. Ona görə də dərviş 
cadu  edib  padşahın  qızının  məhəbbətini  ceyranın  (ceyrandan 
doğulan qəhrəmanın), ceyranın məhəbbətini isə padşahın qızı-
nın ürəyinə salır. Bu yolla padşahın qızını almaq istəyir. Dər-
viş  cadu  etdiyi  üçün  padşahın  qızı  ceyranı  yuxuda  görərək 
ona aşiq olur və buna görə də xəstələnir. Ceyran həkim kimi 
padşahın  qızının  yanına  gedəndən  sonra  o  sağalır.  Gəzintidə 
dərviş cadu edib qızı sərçəyə çevirir və özü tərlana çevrilərək 
qızı  özü  ilə  aparır.  Süjetin  sonrakı  mərhələsi  ceyranın  qızın 
ardınca getməsi və dərvişi öldürərək qızı azad etməsi epizodu 
ilə davam edir (7, 218-235).  
Bizcə,  şahzadənin  cadugər  dərvişə  çevrilməsini  onun 
“tilsim  dərsi”  öyrənməsində  deyil,  məhz  onun  ölümündə  ax-
tarmaq lazımdır. Həqiqətən də, şahzadə ölüb-diriləndən sonra 
öz  statusunu  dəyişir,  yəni  cadugərə  çevrilir.  Ölümdən  sonra 
cadugərə çevrilmə türk xalqlarının inamlarında öləndən sonra 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə