Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə26/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   ...   22   23   24   25   26   27   28   29   ...   35

78 
 
qəzəbli  ruha  çevrilmə  şəklində  öz  əksini  tapır.  İnama  görə, 
bəzi  şamanlar  nahaqdan  öldürülən,  eləcə  də  özünü  öldürən 
adamlar  öləndən  sonra  qəzəbli  ruha  çevrilir  (105,  240;  135, 
299-300,  301-302;  73,  323-324;  126,  285-286).  Nağılda  da 
şahzadə  həm  cadugər-dərviş,  həm  də  nahaqdan  öldürülən 
şəxsdir. Beləliklə, biz burada öləndən sonra qəzəbli ruha çev-
rilmiş adamlar haqqında inamın  əksini görürük. 
“Qaraqaşın  nağılı”nda  isə  Qaraqaş  dərvişin  ağzının  su-
yundan  doğulur.    Bu  nağılda  da  dərviş  cadugər  kimi  xarakte-
rizə olunur. Odunçunun arvadı təsadüfən tapdığı  yarpağı suya 
salır.  O,  yarpağın  ardınca  gedib,  bir  qalaçaya  çatır  və  burada 
bir dərviş görür. Dərviş ağzının suyundan odunçunun arvadına 
verir. Odunçunun arvadı suyu içəndən sonra dərviş ona bir şillə 
vurub  otaqlardan  birinə  salır.  O,  otaqda  özündən  başqa  çoxlu 
əsir  qızlar  görür.  Odunçunun  arvadı  qapının  ağzında  dayanan 
əjdahanı və pələngi öldürərək digər əsir qadınları da azad edir 
(7,  17-18).  Göründüyü  kimi,  dərvişin  yaşadığı  yer  xaotik 
məkan  xarakteri  daşıyır.  Dərvişin  ayrıca  qalaçada  yaşaması, 
qızları əsir etməsi, əsirlərin qaçması zamanı əjdaha və pələngin 
öldürülməsi xaotik nişanə kimi nağıllarda geniş yayılmışdır.  
Hər iki qəhrəmanın xaotik mənşəli olması onların assim-
metrik  vəziyyətdə  doğulmasına  səbəb  olur.  “Ceyranın  na-
ğılı”nda  qəhrəman  yarı  insan,  yarı  ceyran  şəklində  doğulur. 
Dərviş onu sehrli çubuqla vuraraq assimmetrik vəziyyətdən çı-
xarır,  “Qaraqaşın  nağılı”nda  isə  qəhrəman  bədənsiz  doğulur. 
Onun  təkcə qaşları görünür. Dərviş  tilsim  oxuyub  onu  normal 
insana  çevirir.  Sonra  isə  dərviş  Qaraqaşı  padşahın  qızının 
yanına göndərəndə onu öz ilkin görkəminə qaytarır. “Ceyranın 
nağılı”nda  qəhrəmanın  assimmetrik  vəziyyəti  konkret  olub, 
onun  mənşəyi  ilə  əlaqələnir.  “Qaraqaşın  nağılı”nda  isə  qəhrə-
manın assimmetrikliyi görünənlik-görünməzlik kateqoriyası ilə 
izah  olunur.  Görünənlik  adi,  görünməzlik  isə  sakral  dünyaya 


79 
 
məxsus  varlıqların  atributudur  (108,  71;  107,  133-142;  191, 
107-116). Qəhrəmanın doğuluşunda qeyri-adi dünyaya məxsus 
varlıq iştirak etdiyi üçün o, marginal vəziyyətdə doğulur. Qəh-
rəmanın assimmetrik vəziyyətdə doğuluşu digər xalqların folk-
lorunda da özünü göstərir (132, 39; 133, 60-61).  
Qaraqaşın  assimmetrik  vəziyyətini  həmişəlik  bərpa  edən 
sevgilisi olur. Qaraqaş görünmədiyinə görə oturub qızla yemək 
yeyir.  Qız  onun  “bir  cüt  çatma  qaşı”nı  görür  və  bilir  ki,  bu, 
dərvişin ağzının suyundan  yaranan oğlandır. Əlini atıb oğlanın 
biləyindən tutur və bir tilsim oxuyub onu normal adama çevirir. 
Sonra  qız  hiylə  ilə  Qaraqaşa  güzgüyə  baxmağı  təklif  edir. 
Qaraqaş  güzgüyə  baxanda    qız  onu  şillə  ilə  vurur.  Qaraqaşın 
ağzından  bir  qurd  düşür.  Qız  ona  izah  edir  ki,  bu  qurd  onun 
qarnında  ilan  olub  onu  öldürəcəkdi.  Nağılda  diksindirmə  aktı 
güzgü  qarşısında  həyata  keçirilir.  Məlumdur  ki,  mifoloji  tə-
səvvürdə  güzgü  həm  də  dünyanın  sərhədi  funksiyasında  çıxış 
edir  (139,  134).  Qəzəbli  demonların  həqiqi  simasının  güzgüdə 
görünməsi  inamı  da  güzgünün  marginal  xarakteri  ilə  bağlıdır 
(74,  257).  Belə  ki,  görünməyən  dünyanın  varlıqlarını  görünən 
(adi) dünyanın adamlarına göstərir. Şamanın güzgü ilə mərasim 
aparması onun güzgü vasitəsilə hami ruhlarla əlaqə yaratmasını 
göstərir (172, 221). Güzgü, ayna adlı şaman ruhları, çox güman 
ki, güzgünün qeyd olunan magik funksiyası ilə bağlıdır (Güzgü 
və  ayna  ruhu  haqqında:  96,  331;  98,113;  1,  70).  Deməli, 
qəhrəman  bir  məkandan  digərinə  keçid  zamanı  assimmetrik 
vəziyyətdən azad olur (Müqayisə et: qəhrəmanın məkan dəyiş-
məsi  zamanı  heyvana  çevrilməsi  və  sevgilinin  otağına  heyvan 
cildində daxil olması). Diksindirmə üsulu ilə qəhrəmanın ağzın-
dan  qurd  düşməsi  motivi  Qaraqaşın  dərvişin  əleyhinə  çevril-
məsini  motivləşdirir.  Bu  motivdə  qəhrəmanın  assimmetrik 
vəziyyəti onun mənşəyi ilə deyil, dərvişin onu öldürmək istəyi 
ilə  əlaqələndirilir.  Ona  görə  də  bu  motiv  qəhrəmanın  mənşəyi 


80 
 
ilə əlaqədar olaraq assimmetrik vəziyyətə düşməsinin sinonimi 
kimi  çıxış  edir.  Qeyd  edək  ki,  diksindirmə  üsulu  ilə  xəstənin 
müalicəsi xalq təbabətində də geniş yayılmışdır. Məsələn, döşü 
gəlmiş  qadını  qurd  pəncəsi  ilə  qəflətən  vurmaqla  onu  diksin-
dirmək və ya boğazı gəlmiş adama şillə vurmaq və s. Axırıncını 
B.A.Abdullayev şillə ilə xəstəliyin qovulması kimi izah edir (2, 
116). Eyni proses nağılda güzgü qarşısında həyata keçirilir. Qız 
qəflətən  Qaraqaşı  vurub  onu  diksindirməklə  onun  daxilində 
olan qurd  yerə düşür. Deməli, qəhrəmanın daxilində olan qurd 
qovulmaqla  o  tilsimdən  qurtarır  (İlan,  qurd  şəklində  təsəvvür 
olunan  xəstəliyin  xəstənin  bədənindən  qovulması  barədə:  185, 
68-69).  Bu  motiv  “Padşah  oğlu”  nağılında  da  özünü  göstərir. 
Nağılda padşahın oğlunun  yarı insan,  yarı ilan şəklində doğul-
ması onun zülmkarlığı  ilə  motivləşdirilir. Oğlan  padşahı hədə-
ləyib Hindistan padşahının qızını ona almağı əmr edir. Padşah 
oğlanı  aldadaraq  ona  başqa  qızlar  aldığı  üçün  oğlan  qızları 
öldürür. Padşah axırda Hindistan padşahının qızını oğluna alır. 
Bundan sonra oğlan assimmetrik vəziyyətdən çıxır (14, 59-61). 
Qəhrəmanın  bu  tipli  assimmetrik  vəziyyəti  sehrli  nağıl  üçün 
xarakterikdir.  Belə  ki,  assimmetrik  vəziyyət  bütün  süjet  boyu 
davam  edir.  Qəhrəmanın  assimmetrik  vəziyyətdən  çıxması  ilə 
nağıl sona yetir.  
“Simanın  nağılı”  və  “Nardan  qız”  nağıllarında  gələcək 
qəhrəman  dünyaya  gəlməzdən  qabaq  onların  doğulacağı  və 
fəaliyyəti barədə öncə xəbər verilir. Bu nağıllarda öncə xəbər 
vermə  möcüzəli  mayalanmanı  əvəz  edir  və  oxşar  semantik 
funksiyanı yerinə yetirir. Başqa sözlə, uşağın sakral mənşəlili-
yini ifadə edir. Bu fikir hər iki qəhrəmanın atribut və doğuluş 
xüsusiyyətləri  ilə təsdiq olunur. “Simanın nağılı”nda rəmmal 
padşaha xəbər verir ki, məmləkətdə doğulacaq bir rəiyyət uşa-
ğı onu öldürəcək. Padşah yeni doğulmuş uşaqların öldürülmə-
sini  əmr  edir.  Padşahı  öldürəcək  uşaq  öz  bağbanının  oğlu 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə