Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə27/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

81 
 
olur.  Uşaq  doğulmazdan  öncə  bağban  onu  padşaha  verməyə 
boyun olur. Uşaq eybəcər doğulduğundan padşah uşağı öldür-
məyi  əmr  edir.  Padşahın  adamları  uşağı  öldürmürlər.  Uşağı 
Simurq quşu böyüdür. O, güclü bir cəngavər olur, böyük qəh -
rəmanlıqlar göstərir və padşahı öldürür (7, 32-60). 
Arxaik  cəmiyyətlərdə  eybəcər  doğulan  uşaqlar  sakral 
dünya ilə əlaqələndirilir və bu səbəbdən də sakral dünyanın cə-
miyyətə (qəbilə və dövlət başçısına) göndərəcəyi bəlanın sim-
volu hesab edilir. Ona görə də arxaik cəmiyyətdə belə uşaqlar 
öldürülmüşdür. “Simanın nağılı”nda bu etnoqrafik fakt öz ək-
sini  tapır.  Ancaq  bu  inam  nağılda  bədii  təfəkkür  qanunlarına 
uyğun gerçəkləşir və demək olar ki, inamı tamamilə tərs şəkil-
də əks etdirir. Belə ki, burada tarixən öldürülən öldürənə çev-
rilir. Başqa şəkildə desək, simvol fəaliyyətə gətirilərək gerçək-
ləşdirilir. Bu ideya “Qəhrəman” nağılında da mövcuddur. Pad-
şah  yuxuda  görür  ki,  nökəri  onun  gilas  bağını  dağıdır.  Mü-
nəccim yuxunu yozaraq bildirir ki, döşündə tük olan bir kimsə 
onu öldürəcək. Haqqında xəbər verilən kəs onun nökəridir. Yu-
xunun  yozulmasından  aydın  olduğu kimi, o,  qeyri-adi nişanə-
lidir. Onun döşündəki xaldan topuğunadək iki tük uzanır. “Si-
manın nağılı”ndan fərqli olaraq bu nağılda nişanəli olub padşah 
üçün təhlükəli olan qəhrəman artıq yetkinlik yaşındadır.  
“Nardan  qız”  nağılında  bu  ideyanın  fərqli  variantı  əks 
olunur. Padşah yuxuda görür ki, göydən bir mələk enib onun di-
zinin üstündə oturdu və padşaha bir şillə vurub getdi. Münəccim 
yuxunu  yozaraq  bildirir  ki,  məmləkətdə  doğulacaq  bir  qız  onu 
öldürəcək. Vəzirin məsləhəti ilə padşah yeni doğulan qız uşaqla-
rını öldürtdürür. Vəzirin bazardan aldığı sandığın içərisindən bir 
nar çıxır. Nar vəzirin əlindən düşüb gözəl bir qıza çevrilir. Qız 
böyüdükdən sonra, həqiqətən də, padşahı öldürür (7, 174-187). 
Göründüyü  kimi,  nağılda  qəhrəman  doğulmur,  o,  nardan  qıza 
çevrilir.  Qəhrəmanın  nardan  qıza  çevrilməsini  padşahın  yuxu-


82 
 
suna girən mələyin nara çevrilərək cəmiyyətə gəlməsi kimi açıq-
lamaq olar. Qeyd edək ki, çevrilmə sehrli nağıllarda personajın 
başqa  məkana  keçməsinin  mümkün  formalarından  biridir. 
Məsələn, sehrli nağıllarda o dünyadan gətirilən nar qıza çevrilir, 
yaxud da o dünyaya gedən qəhrəman quşa, ceyrana və s. çevri-
lir.  Bu  qanunauyğunluqdan  aydın  olur  ki,  nardan  qıza  çevrilən 
qəhrəman  başqa  məkana  aiddir.  (Atasının  qızı  nara  çevirərək 
sandığa qoymasını sonrakı motivləşmə kimi qəbul etmək lazım-
dır).  Bu  məkan  haqqında  yuxuda  aydın  xəbər  verilir.  Deməli, 
mələk  sakral  dünyanın  hökmünü  yerinə  yetirmək  üçün  nara 
çevrilərək cəmiyyətə gəlir və burada insana çevrilir. Buradan da 
nardan  qıza  çevrilmənin  yenidən  doğulma  kimi  qavranılması 
ideyası  meydana  çıxır.  Bu  yöndə  sandığın  freydist  -anlayışı 
maraq  doğurur.  Həmin  anlayışa  görə,  sandıq  qadın  bətnini 
simvolizə  edir.  Beləliklə,  nara  çevrilərək  sandığa  daxil  olmanı 
təzədən doğulmaq üçün  qadın bətninə girmə (bu isə ölümdür), 
sandıqdan  çıxaraq  qıza  çevrilməni  isə  yenidən  doğulma  (yeni 
keyfiyyətdə, yəni insan tək) kimi açıqlamaq olar. 
AA 516 və 301 süjet tiplərinin özünəməxsus kontamina-
siyasından  ibarət  olan  “Al  dərviş”  nağılında  qəhrəmanlar  bir 
vaxtda (müxtəlif ailələrdə) doğulurlar. Qəhrəmanların bir vaxt-
da  doğulması,  əsasən,  sehrli  nağıllar  üçün  xarakterikdir.  Bu 
motiv AA 516 süjet tipinə daxil olan “Məlik Məmməd və Mə-
lik  Əhməd”,  “Pəri  xanımın  nağılı”  və  s.  nağıllarda  da  vardır: 
dərviş  (və  ya  abid)  padşaha  bir  alma  verib  (bir  sıra  hallarda 
alma haqqında yuxuda xəbər verilir) ona məsləhət görür ki, al-
manın yarısını özündə saxlasın, yarısını isə kasıb bir kişiyə (və 
ya vəzirinə) versin; almanı arvadları ilə birlikdə yesinlər; alma-
dan doğulacaq uşaqları bir yerdə böyütsünlər (8, 227; 11, 209). 
Bu  motiv  “Babayi-əmir”  nağılında  özünü  fərqli  şəkildə  gös-
tərir.  Burada  münəccim  kitaba  baxıb  gələcəkdə  doğulacaq  üç 
uşaq haqqında padşaha xəbər verir. Uşaqlar ayrı-ayrı ailələrdə 


83 
 
bir  gündə  doğulurlar.  Padşah  uşaqları  pulla  valideynlərindən 
alıb  saxlatdırır  (12,  40-41).  “Al  dərviş”  nağılında  isə  dərviş 
padşaha  bir  alma  verib  ona  məsləhət  görür  ki,  almanı  yarıya 
bölüb arvadı ilə yesin. Bu almadan onların övladı olacaq. Eyni 
zamanda  padşaha  bildirir  ki,  öz  övladı  ilə  bir  vaxtda  dünyaya 
gələn uşağı da alıb onları bir yerdə böyütsünlər (21, 198-199). 
“Al  dərviş”  eləcə  də  yuxarıda  xatırlatdığımız  AA  516 
nömrəli  nağıllarla  “Babayi-əmir”  arasındakı  fərq  ondadır  ki, 
axırıncı nağılda bir vaxtda doğulan yad uşaqlar, birincilərdə isə 
padşahın öz övladı ilə bir vaxtda doğulan uşaq alınıb saxlanır. 
Araşdırma  göstərir  ki,  bir  gündə  doğulan  qəhrəmanlar 
əkiz qəhrəmanlardır. Bəlli olduğu kimi, dünya inam və adətlə-
rində əkizlərə iki baxış olmuşdur; ya əkizlərdən biri (və ya hər 
ikisi) öldürülmüş, ya da sakrallaşdırılaraq onlara ayrıca status 
verilmişdir. Bir çox türk xalqlarında əkizlərə ikinci münasibət 
özünü göstərir. Uşaqların əkiz olması o dünyaya məxsus var-
lıqlarla əlaqələndirilir. Buna görə də əkizlər sakral semantika 
daşıyır. Bu səbəbdən də bir sıra  mərasimlərin  icrasını əkizlər 
yerinə yetirir (154, 275). Ancaq əkiz qəhrəmanların nağıllarda 
ayrı-ayrı ailələrdə doğulması əkizlərlə bağlı başqa bir inam və 
adətlə  bağlıdır.  Məsələ  bundadır  ki,  bir  sıra  türk  xalqlarında 
əkizlərin eyni ailədə saxlanması təhlükəli sayılır. Ona görə də 
əkizlərdən  biri  başqa  ailəyə  verilir  (154,  273-275;  190,  191; 
112,  36).  Buradan  belə  fikir  söyləmək  olar  ki,  əkizlik  qeyri-
adi hadisə kimi qəbul edilir və bu qeyri-adilik manipulyasiya 
yolu  ilə  adiləşdirilir.  Bu  ideya  nağıllarda  poetik  düşüncənin 
qanunları səviyyəsindədir. Mərasimdə əkizlər ayrılır, nağıllar-
da isə ayrı-ayrı ailələrdə doğulub birləşdirilir.  Deməli, məra-
simdə  əkizlər  doğulandan  sonra  manipulyasiya  olunursa,  na-
ğıllarda öncə manipulyasiya olunur. Bununla bağlı olaraq bir 
faktı  da  xatırlatmaq  istərdik.  “Babayi-əmir”  və  “Al  dərviş” 
nağıllarında  bir  gündə  doğulan  uşaqlardan  biri  fiziki  baxım-


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə