Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə30/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   ...   27   28   29   30   31   32   33   34   35

90 
 
şişirdilir. Məsələn, “Qaraqaşın nağılı”nda qəhrəman döyüşdən 
əvvəl beş pud düyünün xörəyini tələb edir (7, 26). “Kəl Həsə-
nin  nağılı”nda  isə  qəhrəman  döyüşdən  əvvəl  yeddi  qazan  aş 
yeyir  (7,  193).  Qəhrəmanın  qeyri-adi  bədən  ölçüsünə  malik 
olmasını  ona  gətirilən  adi  atların  belinin  sındırılmasında  da 
görmək  olar.  Bahadırın  qeyri-adi  fiziki  gücü  və  bədən  ölçüsü 
ilə  atının  döyüş  paltarının  (“yaraq-əsləhə”)  və  silahlarının 
qeyri-adiliyi paralelləşdirilir. Bahadır ona gətirilən adi atı qəbul 
etmədiyi  kimi,  adi  döyüş  paltarlarını  da  qəbul  etmir.  “Beçə 
dərviş”  nağılında  Beçə  dərvişə  gətirilən  adi  döyüş  paltarları 
onun bədənində davam gətirmir. Qəhrəman bir dəfə döyüş pal-
tarını  geyməklə  onu  cırır.  Axırda  ona  Firəng  padşahının  ba-
ğışladığı  üç  pud  ağırlığında  polad  qılınc  verilir  (7,  140-141). 
“Kəl  Həsənin  nağılı”nda  padşah  yetmiş  pud  poladdan  Kəl 
Həsən üçün paltar, qılınc, qalxan döydürür (7, 193). “Reyhanın 
nağılı”nda Ayğır Həsən dəmirçi dükanına gəlib bir dağ boyda 
başı  olan  gürz  qayırtdırır  (9,  182). “Uşaq  pəhləvan”  nağılında 
isə qəhrəman padşahın babasından qalma, iki pəhləvanın güclə 
gətirdiyi qılıncı götürür (10, 132). “Simanın nağılı”nda Simana 
atı və yaraq-əsləhəni Simurq quşu verir. O, bir qaladan Siman 
üçün  bir  dəstə  pəhləvan  paltarı,  on  arşın  uzunluğunda  qılınc, 
yeddi dəyirman daşı ağırlığında bir gürz götürür (7, 197).  
Bahadırın fiziki gücü hüdudsuzdur. Bir çox hallarda baha-
dırın fiziki gücü onun vuruşduğu pəhləvanların qeyri-adi fiziki 
gücü ilə paralelləşdirilir və bahadırın fiziki gücdə qəhrəmandan 
güclü  olması  göstərilir.  Məsələn,  “Reyhanın  nağılı”nda  Ayğır 
Həsən  qolunda  dəyirman  daşı  ceyranı  qovub  tutan  Cahangeşi, 
təzə dağı  yerindən götürüb köhnə dağın üstünə qoyan Fəzahiri 
məğlub edir (9,  153). Yaxud  da “Beçə dərviş”  nağılında Beçə 
dərviş hər dəfə daha güclü qəhrəmanı məğlub edir. Döyüşün bir 
neçə dəfə təkrarı və hər dəfə qəhrəmanın əvvəl vuruşduğu pəh-
ləvanlardan daha güclüsünü məğlub etməsi məhz bahadırın gü-


91 
 
cünün  intəhasızlığını  göstərmək  üçündür.  “Simanın  nağılı”nda 
qəhrəmanın  fiziki  gücünü  nümayiş  etdirmək  üçün  sərgüzəşt 
formasından  istifadə  olunur.  Qəhrəman  hətta  səbəbsiz  yerə 
divlərlə vuruşur. Sanki o, fiziki gücünün hüdudlarını yoxlamaq 
istəyir. Bəzən isə bahadırın qeyri-adi gücü yumoristik boyalarla 
verilir.  Məsələn,  “Şirzad”  nağılında  bahadır  dərvişi  götürüb 
yerə atır. Dərviş yeddi illik yol gedir, axırda anasının qucağına 
düşür (8, 142) və s. “Tumar pəhləvan” nağılında Tumar pəhlə-
van hətta demonik boyalarla təqdim olunur. Məsələn, o, demo-
nik  varlıqlar kimi qalaçada  yaşayır.  Tumar  pəhləvanın  qalaça-
dan  əlini  uzadaraq  Pəri  xanımı  qalaçaya  qaldırması  demonik 
personajlar üçün  xarakterikdir.  Məsələn, “Qızıl qoç” nağılında 
bir əl qalaçadan uzanaraq Məliklə Keçəli atdan düşürür. Lakin 
onlar əlin sahibini görmürlər (10, 48). Tumar pəhləvan zalımlıq 
xarakteri ilə də digər qəhrəmanlardan fərqlənir. O, düşmənçilik 
etdiyi  padşahın qızını  gətirib  quyuya  salır  və ona  yemək  üçün 
insan  başı  atır.  Bundan  başqa,  Tumar  pəhləvan  qızı  ayı  ilə 
“başbir”  edir  və  uşağın  başını  kəsib  ətini  anasına  yedirdir. 
Qəhrəmanın  zalımlıq  xarakteri  digər  Azərbaycan  nağıllarında 
müşahidə olunmur. Bahadır əksər hallarda sosial ədalət uğrunda 
mübarizə  aparır.  Qeyd  edək  ki,  qəhrəmanın  zalımlığı  başqırd 
nağılında da mövcuddur (133, 70).  
Bahadırın  demonik  boyalarla  verilməsi  epik  təhkiyənin 
ən arxaik xüsusiyyətlərindəndir. Məsələn, ruhun müəyyən əş-
yalarda, quşda, heyvanda olması motivi həm bahadır, həm də 
demonik surətlər üçün xarakterikdir. Lakin bahadırın ruhunun 
özündən kənarda olması motivi artıq tamamilə aradan çıxmaq 
üzrədir.  Bunun  əksinə  olaraq,  demonik  obrazların  ruhunun 
kənarda olması daha tez-tez özünü göstərir və demonik işarə-
lərdən biri kimi realizə olunur. Bu, onunla bağlıdır ki, ruhun 
kənarda, daha dəqiq desək, müəyyən əşyalarda və ya heyvan-
da  əksi  haqqında  animistik  təsəvvürlər  aradan  qalxdıqca 


92 
 
ruhun  kənarda  mövcudluğu  demonik  nişanəyə  çevrilir.  Artıq 
bahadırın  deyil,  məhz  demonun  ruhu  müəyyən  əşya  və  hey-
vanlarda  əks  olunur.  Bu  münasibətlə  R.S.Lipetsin  türk-mon-
qol xalqlarının eposunda müşahidə etdiyi aşağıdakı fikir  ma-
raqlıdır:  “Daha  çox  bahadırın  düşmənləri  olan  divlərə  aid 
edilmiş  ayrı-ayrı  arxaik  xüsusiyyətlər  onun  öz  simasında  da 
qismən saxlanmışdır” (124, 35).
 
Qeyri-adi fiziki gücə malik olmasına baxmayaraq, baha-
dır  bəzən  demonik  varlıqlarla  mübarizə  aparmaq  üçün  qılın-
cın,  oxun  magik  gücünə  möhtac  olur.  Bəzi  nağıllarda  qəhrə-
mana  demonik  varlıqlarla  mübarizə  aparmaq  üçün  möcüzəli 
şəxs ayrıca qılınc verir. Belə qılınc magik xarakterə malikdir. 
“Təpəgöz”  nağılında  şir  İsgəndərə  poladı  şir  südündən  yoğ-
rulan  qılınc  verir.  Qəhrəman  Təpəgözün  mağarasına  girərək 
şirin ona verdiyi qılıncı Təpəgözün mağarasında olan oxa tu-
tur.  Bundan  sonra  ox  tilsimdən  düşür.  Qəhrəman  yalnız  bu 
oxla Təpəgözü öldürə bilər (15, 197). Bu motivdə ox Təpəgö-
zün  ruhunu  simvolizə  edir.  Qəhrəman  Təpəgözü  öldürmək 
üçün əvvəlcə onun ruhunu özünə tabe etməlidir (Müqayisə et: 
divi öldürmək üçün onun ruhu olan göyərçinin tutulması). Di-
vin ruhunu tutmaq üçün isə ancaq magik qaydanı düzgün ye-
rinə  yetirmək  lazımdır.  Nağılda  Təpəgözün  ruhunu  tutmaq 
üçün “oxşarı oxşar” magik prinsipindən istifadə olunur. Təpə-
gözün ruhunu adi qılınc deyil, yalnız magik təbiətə malik olan 
qılınc tuta bilər. Demonun ruhunun magik yolla tutulması “Al 
dərviş” nağılında nisbətən açıq şəkildə ifadə olunur. Bu nağıl-
da  divin  ruhunun  olduğu  çubuğu  tutmaq  üçün  sözün  magik 
gücündən istifadə olunur. Div qəhrəmanın əlində çubuğu gö-
rən kimi ona  yalvarır ki, çubuğu  versin. Lakin  qəhrəman çu-
buğu  divin  əsir  etdiyi  qıza  (Qırxbirçəyə)  verir.  Çubuq  Qırx-
birçəyin  əlində  qılınca  çevrilir  və  divi  iki  hissəyə  bölür  (21, 
202). “Kitabi-Dədə Qorqud”da Basat qılıncın asıldığı  zənciri 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə