Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə32/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   ...   27   28   29   30   31   32   33   34   35

96 
 
o  tayına  keçir  (8,  50-51).  “Üçbığ  kosa”  nağılında  eyniadlı 
demonun üçayaqlı atı vardır. “Sənəm cadu” nağılında qəhrəman 
“cənnət atı”na əmr edəndə o, üçayaqlı  ata çevrilir. Üçayaqlı  at 
obrazı bir çox xalqların, eləcə də türk xalqlarının inamlarında və 
folklorunda  mövcuddur  (151,  725-729).  Atın  assimmetrik  və-
ziyyəti onların demonik təbiəti ilə bağlıdır (139, 133-144). 
Azərbaycan  sehrli  qəhrəmanlıq  nağıllarında  atla  bahadı-
rın tale oxşarlığı özünü göstərir. Bu motivin ən parlaq nümunə-
si “Sənəm cadu” nağılında əks olunur. Qəhrəman atla bir yerdə 
Sənəm  cadu  yaşayan  əraziyə  daxil  olan  kimi  daşa  dönür.  Bu 
nağılın  digər  bir  yerində  qəhrəman  atı  unutduğu  üçün  at  ölür. 
Qəhrəman  atı  dəfn edir.  Bədbəxtlik  zamanı  o,  atın  dəfn olun-
duğu yeri açır və atın təzədən dirildiyini görür. Arxaik mifoloji 
təsəvvürlərdə ölümə yeniləşmənin, güclənmənin mənbəyi kimi 
baxılmışdır.  Bədbəxtlik  qabağı  ölüm  yeni  qüvvənin,  gücün 
toplanmasını simvolizə edir (141, 100). Deməli, at qəhrəmanın 
əvəzedicisi  kimi  onun  funksiyasını  daşıyır.  Belə  əvəzlənməni 
biz yuxarıda eyni gündə doğulan qəhrəmanlarla bağlı nağıllar-
da  da  müşahidə  etmişdik.  “Beçə dərviş”  nağılında Ərkə  kiçik 
qardaşı  Cahangirə  xəyanət  edib    quyuya  salandan  sonra  onun 
atını da qılıncla vurur (8, 136-137). İpin kəsilməsi ilə qəhrəma-
nın  quyuya  salınması  ölümü  simvolizə  edir  (138,  193-228). 
Qəhrəmanın  ölümündən  sonra  onun  atının  da  öldürülməsi  və 
ya  yaralanması  motivi  türk  xalqlarının  eposunda  geniş  yayıl-
mışdır (124, 117-119). Beləliklə, həm bahadır, həm də onun atı 
eyni taleyə məruz qalır. Lakin sehrli qəhrəmanlıq nağıllarında 
belə  arxaik  motivlərə  az  təsadüf  olunur.  Əksər  sehrli  qəhrə-
manlıq  nağıllarında  at  mifik  təbiətinə  uyğun  şəkildə  səciyyə 
daşımır. Qeyd etdiyimiz kimi, atın atributları onun mifik təbi-
ətindən  xəbər  verir.  Lakin  sehrli  qəhrəmanlıq  nağıllarında  at 
“bahadır atı” səviyyəsində qalır. Başqa sözlə, qəhrəman sehrli 
nağıllarda olduğu kimi, atın məsləhəti və köməyi ilə deyil, ək-


97 
 
sər  hallarda  özünün qeyri-adi  fiziki  gücü  sayəsində  maneələri 
aradan qaldıraraq qalib gəlir. Yaxşı halda at qəhrəmanla birgə 
vuruşur  (“Qəhrəman”,  8,  297),    yaxud  sədaqətli  yoldaş  kimi 
dara düşən qəhrəmanı mühafizə edir (“Beçə dərviş”, 8, 145).
 
Nəhayət,  Azərbaycan  sehrli  nağıllarında  bahadır  obraz-
ları  ilə əlaqədar apardığımız  tədqiqat aşağıdakı  ümumi qəna-
ətlərə gəlməyə imkan verir: 
Bahadırın  möcüzəli  doğuluşu  onun  qeyri-adi  fiziki  və 
magik gücünü motivləşdirir. Bəzən isə onun məğlubedilməz-
liyi  başqa  səbəblərlə  (sehrli  su,  “Nil  dəryası”nda  çimmək  və 
s.)  əlaqələnir.  Qəhrəman  assimmetrik  vəziyyətdən  çıxaraq 
normal hala düşür. O, normal insana çevriləndən sonra xaotiz-
min təsirindən azad olaraq müstəqil fəaliyyətə  başlayır.  Axı-
rıncı “Qaraqaşın nağılı”, “Ceyranın nağılı”, “Simanın nağılı” 
üçün xarakterikdir.  
Bahadırın  fiziki  gücünün  imkanları  hüdudsuzdur.  De-
monik və sosial düşmənlər onun qarşısında acizdir. Möcüzəli 
doğuluşuna  və  ya  demonik  mənşəli  olmasına  görə  bahadırın 
fiziki  gücünün  hüdudsuzluğu  təbii  görünür.  Lakin  bəzən  ba-
hadır qılıncın magik gücü sayəsində qələbə çalır. 
Bahadırın  fəaliyyəti  onun  bahadırlıq  atributları  (qılınc, 
qalxan, döyüş paltarı, at) əldə etməsi ilə başlayır. Bahadır ona 
gətirilən adi silahları və döyüş paltarlarını qəbul etmir. Döyüş 
ləvazimatı  möhkəmliyi  və  qeyri-adi  böyüklüyü  ilə  fərqlənir. 
Eyni fikir bahadırın atına da aiddir. Adi atlar bahadırın ağırlığı-
na tab gətirmir. Ona mifik təbiətli at verilir və ya mifik təbiətli 
atı bahadır özü əldə edir /Birinci vəziyyətdə at sosiumda olur. 
Atın  sosiumda  mövcudluğu  onun  marginal  mənşəyi  ilə  bağ-
lıdır. Lakin bahadırın atı sehrli nağıllarda olduğu kimi öz mifik 
təbiətinə uyğun  şəkildə  fəaliyyət  göstərmir. Yəni  at  sehrli  kö-
məkçi  və  ya  sehrli  məsləhətçi  funksiyasını  daşımır.  Bu  nağıl-
larda at qəhrəmanın bahadırlıq atributlarından biridir. 


98 
 
NƏTĠCƏ 
 
Sehrli nağıllarda qəhrəmanınsəciyyəvi xüsusiyyətlərinin 
tarixi kökləri barədə bu araşdırma bizi aşağıdakı nəticəyə gə-
tirir: 
I.  Azərbaycan  sehrli  nağıllarında  böyük  qardaşla  kiçik 
qardaş arasındakı ziddiyyət və kiçik qardaşın ideallaşdırılması 
tarixi gerçəkliyə söykənir. Bu ziddiyyətin əsası “böyük qardaş 
ailəsi”ndən  patriarxal  böyük  ailəyə  keçid  zamanı  qurulmuş-
dur.  Böyük  “qardaş  ailəsi”ndə  vərəsəlik  demokratik  qaydada 
böyük  qardaşdan  kiçik  qardaşa  keçir.  Qardaşoğlu  isə  əmini 
əvəz  edirdi.  Ata-oğul  qohumluğu  ideyası  meydana  çıxanda, 
başqa  sözlə,  qohumluğun  ata  xətti  ilə  aparılması  nəticəsində 
patriarxal  böyük  ailə  yaranır.  Bu  ailə  formasında  vərəsəlik  
böyüklük  /mayoratlıq/  prinsipi  ilə  atadan  böyük  oğula  keçir. 
Kiçik qohumların və buradan da kiçik övladların varislik hü-
ququ məhdudlaşır. Bununla da qardaş ailəsində mövcud olan 
demokratik vərəsəlik prinsipi patriarxal böyük ailədə despotik 
şəkil alır. 
Vərəsəlik  qaydasının  bu  şəkildə  dəyişməsi  hakimiyyət 
vərəsəliyində  daha  kəskin  ziddiyyətə  gətirib  çıxarmışdır.  Si-
yasi  hakimiyyətin  atadan  böyük  oğula  verilməsi  bir  tərəfdən 
qardaşların,  başqa  tərəfdən  kiçik  oğulların  siyasi  hakimiyyət 
yolunu  bağlamışdır.  Tarixdə  əmilərlə  qardaşoğlular,  böyük 
qardaşlarla  kiçik  qardaşlar  arasındakı  ziddiyyətin  əsası  belə 
qoyulmuşdur.  Nəticədə  xaqan  ailələrində  bitib  tükənməyən 
qardaş qırğınları baş vermişdir.  
Sehrli nağıllar həm əmilərlə qardaşoğlular, həm də böyük 
qardaşlarla  kiçik  qardaşlar  arasındakı  ziddiyyəti  əks  etdirir. 
Ancaq  böyük  qardaşlarla  kiçik  qardaşlar  arasındakı  ziddiyyət 
sehrli nağıllarda daha geniş yayılmışdır. Bu da səbəbsiz deyil. 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə