Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə31/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   ...   27   28   29   30   31   32   33   34   35

93 
 
bir oxla vurmaqla qılıncı sehrdən salır və bundan sonra Təpə-
gözün başını o qılıncla kəsir (25, 119).  
Göründüyü  kimi,  demonun  ruhunun  tutulması  müxtəlif 
formada  özünü  göstərir.  Totemik  haminin  verdiyi  qılınc  isə 
bu  vasitələrdən  biridir.  “Ceyranın  nağılı”  və  “Simanın  nağı-
lı”nda  da  qılınc  oxşar  xarakter  daşıyır.  “Ceyranın  nağılı”nda 
cadugər  dərvişlə  döyüşə  gedən  qəhrəmana  nurani  kişi  sehrli 
qılınc verir. Ceyran  yalnız bu qılıncla dərvişə qələbə çala bi-
lər.  Bu  motiv  “Simanın  nağılı”nda  nisbətən  fərqli  şəkildədir. 
Tilsimə düşən Simana Cinlər padşahının taxtının altında  yer-
ləşən sandıqdan sehrli qılınc verilir. Siman bu qılıncın köməyi 
ilə cadugər qarının tilsimindən azad olur (7, 56-68).  
Azərbaycan  sehrli  qəhrəmanlıq nağıllarında  at  qəhrəma-
nın ayrılmaz atributudur. Bahadırla onun atı arasında olan mü-
nasibət bir çox maraqlı xüsusiyyətlərə malikdir. Bəzi nağıllarda 
bahadır  səfərə  çıxmaq  üçün  at  tələb  edir.  Lakin  ona  gətirilən 
adi atlar sınaqdan çıxmır.  Axırda  bahadıra “dərya  atı,  yel  atı” 
təklif edilir. Lakin bahadır ona təklif olunan mifik təbiətli atları 
özünə tabe etməlidir. “Uşaq pəhləvan” nağılında dərya atı ay-
rıca qalaçada saxlanır. Dərya atını özünə tabe etmək üçün ba-
hadırı qalaçaya göndərirlər. At bahadırı görən kimi ona hücum 
edir. Bahadır bir zərbə ilə atı özünə tabe edir (10, 132-133). Bu 
motiv digər nağıllarda da özünü göstərir. “Məlik Cümşüd” na-
ğılında qəhrəman bir qalaçaya gedir. Onun üstünə hücum edən 
dörd qara atın hər birinə bir yumruq vuraraq onları çəkib yerinə 
bağlayır  (15,  75-76).  “Sənəm  cadu”  nağılında  qəhrəman  yeri 
qazır  və  yeraltı  otaqda  bir  ata  rast  gəlir.  At  ona  hücum  edir. 
Qəhrəman ata bir yumruq vurub onu özünə tabe edir. “Şah oğ-
lu Bəhram” nağılında qəhrəman dərya atının üstündə oturandan 
sonra at ona tabe olmayıb üç gün şıltaqlıq edir. Üç gündən son-
ra ona tabe olur (8, 241-243). Göründüyü kimi, bahadır atı əsas 
etibarilə güclə özünə tabe edir.  


94 
 
Mifik təbiətli at əksər nağıllarda qeyri-adi məkan statusu 
ilə  xarakterizə  olunur.  Məsələn,  dəniz  atı  dənizdə  (“Şah  oğlu 
Bəhram”), “cənnət atı”  yeraltı otaqda  yaşayır

(“Sənəm cadu”)  
və  s. mifik təbiətli  atın  sosiumda  (padşahın  tövləsində) olması 
və  oradan  qəhrəmana  verilməsi  xüsusi  maraq  kəsb  edir.
 
Bu 
motiv “Vəfalı at” (15, 43-57), “Qaraqaşın nağılı”nda da özünü 
göstərir.  Qeyd  edək  ki,  sosiumda  olan  atın  görkəmsizliyi  ilə 
onun  qeyri-adi  təbiəti  arasında  olan  təzad  mifik  təbiətli  atın 
sosiumda mövcudluğunun səbəbini izah edir. N.V.Jirmunski və 
H.T.Zərifov  bu  motivin  epik  ənənədə  möhkəm  yer  tutduğunu 
qeyd edərək  yazırlar: “Bahadır atının görkəmi ilə onun arasın-
dakı bu təzad  müəyyən dərəcədə nağıl qəhrəmanının – kəndli-
nin  kiçik oğlu,  axmaq qız,  keçəl  yaramaz  və  sevilməyən  “Zo-
luşka”nın  gözəl  şahzadə  qıza  belə  bir  transformasiyası  ilə  pa-
ralel  olaraq  baş  verir  və  xalq  nağılının  sadəlövh  demokratiz-
minə uyğundur” (104, 357). Müəlliflər bu motivi epik ənənədə 
möhkəm  yer  tutması  və  onun  zahirən  görkəmsiz  olan  qəhrə-
manların gözəl oğlana çevirilməsi motivi ilə müqayisə etməkdə 
haqlıdırlar. Lakin motivi sadəlövh “xalq demokratizmi” ilə izah 
etməkdə  yanılırlar.  Qeyd  edək  ki,  V.Y.  Propp  da  bu  motivi 
yanlış izah etmişdir. O, keçəl qulundan gözəl ata çevrilməni adi 
nağıl  kontrastı  kimi  qəbul  etmişdir  (160,  171).  Bizcə,  mifik 
təbiətli  atın  sakral  sferadan  sosial  sferaya  gətirilməsi  onların 
marginal  mənşəyi  ilə  bağlıdır.  Bunu  eybəcər  atdan  gözəl  ata 
çevrilmə motivi aydın şəkildə göstərir. Əlbəttə, sehrli nağıllarda 
atın  marginal  mənşəli  olması  haqqında  heç  bir  məlumat  veril-
mir. Lakin atın çəlimsizliyi, görkəmsizliyi onun məhz marginal 
mənşəli  olmasına  işarə  edir.  Atın  görkəmsizliyi  ironik  qəhrə-
manlarla  bağlı  nağıllarda  özünü  göstərir.  Məsələn,  “Ustacan 
Əhməd” nağılında ironik qəhrəman tövlədən zahirən sakit, fağır 
olan atı  yabı  sanıb onunla  döyüşə  getmək istəyir. Belə  güman 
edir ki, bu yabı onun döyüşdən yayınmasına imkan verəcəkdir. 


95 
 
Lakin bu at  yel  atına çevrilir  (11, 128). Zahirən  yazıq  və  yabı 
kimi təqdim olunan at “Hambal Əhməd” nağılında da mövcud-
dur.  Bu  nağılda  da  at  yel  atına  çevrilir  (8,  76).  Maraqlıdır  ki, 
“Alpamşa  və  Sanduqac”  adlı  tatar  nağılında  Alpamşa  tövlədə 
olan  atlardan  məhz  alçaqboylu,  sakit  atı  seçir  (173,  146-147). 
Bu  nağılda  Alpamşa  ciddi  qəhrəman  olduğundan  zahirən  gör-
kəmsiz  olan  atı  yaxşı  at  kimi  qəbul  edir.  Zahirən  görkəmsiz 
olan atın marginal mənşəli olması bir yakut inamı ilə də təsdiq 
olunur.  İnama  görə,  eybəcər  dayça  adi  dünyaya  məxsus  olan 
madyanla demonik  varlıqlara  məxsus olan  ayğırın əlaqəsindən 
yaranır  (48,  28).  Bu  inam  “Koroğlu”  dastanında  birbaşa  öz 
əksini tapır. Dastandan məlumdur ki, Qırat və Dürat dəniz ay-
ğırı ilə adi atın əlaqəsindən yaranmışdır. Qırat və Dürat eybəcər 
olduqlarına görə Hasan paşa onları bəyənmir (26, 24). Dastanda 
eybəcər  atdan  gözəl  ata  çevrilmə  ilə  də  qarşılaşırıq.  Eybəcər 
atdan gözəl ata çevrilmə müəyyən inisiasiya aktından sonra baş 
verir  (atın  qırx gün  qaranlıq  tövlədə  yeridilməsi, işıqdüşmə  və 
insan gözü qadağası). İnisiasiyadan sonra at marginal vəziyyət-
dən çıxır. Göründüyü kimi, görkəmsiz atın gözəl ata çevrilməsi 
sadəcə  nağıl  kontrastı  deyil, atın  marginal  vəziyyətdən  çıxarıl-
masıdır.  Buradan  aydın  olur  ki,  atın  qəhrəmana  sosiumdan 
verilməsi həmin atın marginal mənşəli olması ilə bağlıdır. 
 
Demonik  mənşəli  atın  eybəcərliyi  demonik  dünyaya 
məxsus atın eybəcərliyi ilə şərtlənir. Bəzi nağıllarda qəhrəmanın 
qeyri-adi məkandan əldə etdiyi at məhz eybəcər görkəmli, başqa 
sözlə, assimmetrik  vəziyyətdə olur.  Məsələn, “Qəhrəmanın na-
ğılı”nda bahadır “Nil dəryası” na tor ataraq altıayaqlı, birgözlü, 
ikibuynuzlu  at  çıxarır  (8,  297).  “Qəhrəmanın  nağılı”nda  isə 
bahadır  altıayaqlı,  dördgözlü  qurdu  özünə  tabe  edir  (12,  214). 
Nağılda  qurd  at  funksiyasında  çıxış  edir.  Atın  assimmetrik  və-
ziyyəti üçayaqlı at obrazında da özünü göstərir. “Qızıl qoç” na-
ğılında qəhrəman dənizdə yaşayan üçayaqlı ata minərək dənizin 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə