Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə33/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   ...   27   28   29   30   31   32   33   34   35

99 
 
Böyük  ailələrin  parçalanması  nəticəsində  kiçik  ailələr 
yaranır.  Kiçik  ailədə  böyük  övladlar  ata  mülkündən  özlərinə 
çatan  payı  götürərək  ayrıca  təsərrüfat  qururlar.  Kiçik  qardaş 
isə  valideynlərin  yanında  qalaraq  onlara  qayğı  göstərir.  Va-
lideynlər  öləndən  sonra  kiçik  qardaş  ata  evinin  sahibi  olur, 
ata-baba  kultu  ilə  bağlı  mərasimləri  yerinə  yetirir.  Bir  sözlə, 
ata ocağının qoruyucusu olur. Patriarxal böyük ailədə bu vəzi-
fəni ikinci ailə başçısı və varis kimi böyük qardaş yerinə yeti-
rirdi və ona ali hakimiyyət hüququ verən də bu idi.  
Qeyd etmək lazımdır ki, böyük qardaşın böyük ailədə va-
risliyi ilə kiçik qardaşın kiçik ailədəki varisliyi öz təbiətinə gö-
rə fərqlənirdi. Böyük qardaş böyük ailədə həm sakral, həm də 
dünyəvi hakimiyyətə malik idi. O, ailə kultu ilə bağlı mərasim-
ləri yerinə yetirməkdən başqa, ailənin kiçik üzvləri “böyük qar-
daş  ikinci  atadır”  xalq  deyiminə  uyğun  olaraq  ona  danışıqsız 
tabe  idilər. Ümumiyyətlə,  böyüklük  prinsipi  bütün ailə  forma-
larında müxtəlif səviyyələrdə olsa da, mövcud olmuşdur.  
Ancaq kiçik ailədə kiçik qardaş sakral şəxsiyyətə çevril-
məklə,  başqa  sözlə,  ata  ocağının  varisi  olmaqla  başqa  ailə 
üzvləri üzərində dünyəvi hakimiyyətə malik olmamışdır. Bu-
na  baxmayaraq,  kiçik  ailədə  kiçik  qardaş  hakimiyyətə  yol 
açan  hüquqlardan  birini  /ailə  kultunu/  böyük  qardaşdan  ala 
bilmişdi. Kiçik qardaşın sakral siması və ya kiçik ailə institu-
tunun ideologiyası türk, eləcə də  monqol xalqlarının inancla-
rında güclü şəkildə öz əksini tapmışdır.  
Beləliklə,  despotik  və  patriarxal  böyük  ailə  vərəsəliyi 
zamanı kiçik qardaşların məruz qaldığı ədalətsizliyə qarşı eti-
raz,  onun  sakral  siması  ilə  birləşərək  sehrli  nağıllarda  ideal-
laşdırılmasına yol açmışdır.  
Sehrli  nağılların  bir  qismində  qəhrəman  ancaq  nağılın 
əvvəlində ironik fəaliyyət göstərir. O atası və qardaşları tərə-
findən  aşağılanır  və  ya  onun  insanpərvər  hərəkətləri  fərsizlik 


100 
 
kimi  yozulur. Hadisələrin gedişində etdiyi  yaxşılıqların hesa-
bına o, uğuz qazanır.  
Bəzi sehrli nağıllarda qəhrəman nağılın əvvəlindən sonu-
na qədər komik fəaliyyət göstərir. Belə nağılların bir qismində 
qəhrəman doğrudan-doğruya fərsiz və tənbəl kimi təqdim olu-
nur. O, heç bir iş görmək istəmir. Sonradan o, müxtəlif səbəb-
lərdən fəaliyyətə başlayaraq uğur qazanır. Komik tənbəl ocaq-
la, küllə sıx şəkildə bağlıdır. Oxşar cəhət başqa türk xalqlarının 
nağıllarında  da  özünü  göstərir.  Sehrli  nağıllarda  qəhrəmanın 
tənbəlliyi və süstlüyü Göy oğlu və Tanrı oğlu haqqında dastan-
larda  şikəstlik  şəklində  gerçəkləşir  və  bu  hadisə  Tanrının  öz 
oğlunu cəzalandırması şəklində təqdim olunur. Düşünmək olar 
ki, dastanlarda mifoloji şikəstlik nağıllarda tənbəllik və süstlük 
şəkli almışdır. Maraqlıdır ki, komik qəhrəmanın ocaqla bağlılı-
ğı mədəni qəhrəmanüçün də səciyyəvidir. 
Sehrli  nağıllar  qəhrəmanın  addəyişməsi,  özünü  tanıma-
ması kimi arxaik inisiasiya mərasimi ilə bağlı qədim ünsürləri 
də qoruyub saxlamışdır. 
Sehrli  nağılların,  eləcə  də  məişət  nağıllarının  ən  geniş 
yayılmış  personajı  keçəldir.  Bu  personaj  başqa  türk  xalqları-
nın nağıl və dastanlarında da oxşar cizgilərlə təsvir olunur. O, 
sehrli,  eləcə  də  məişət  nağıllarının  həm  baş  qəhrəmanı,  həm 
də baş qəhrəmanın köməkçisi kimi fəaliyyət göstərir. Bununla 
yanaşı, keçəl həm Azərbaycan, həm də başqa türk xalqlarının 
dastanlarında  yalançı  qəhrəman  sifətində  fəaliyyət  göstərir. 
Bundan  başqa  türk  xalqlarının  nağıl  və  dastanlarında  qəhrə-
man yad məkanın sərhədində keçəl siması qəbul edərək orada 
keçəl adı ilə fəaliyyət göstərir. Araşdırma göstərdi ki, keçəllik 
atributu o dünya və  ya sakral aləmlə bağlı olan bir çox mifo-
loji  personajlar  daşımışdır.  Bu  baxımdan  qəhrəmanın  keçəl 
donuna  düşməsi  sakral  aləmə  məxsus  varlıqla  bənzəmə  kimi 
(arxaik anlamına görə onlara təslim  olma  və  ya sığınma)  yo-


101 
 
zulur. Onun türk xalqlarının folklorunda özünü göstərən funk-
siyaları  folklordaxili  hadisədir  və  sözügedən  arxaik  semanti-
kasından qaynaqlanır.  
Sehrli nağılların komik qəhrəmanlarının bir qismi magik 
fəaliyyət göstərir, bir qismi hiyləgər, bir qismi  isə axmaqdır. 
Araşdırma göstərdi ki, balaca boylu olub magik(möcüzəli) hə-
rəkətlər  edən  komik  qəhrəmanlar  haqqında  nağıllar  o  dünya, 
ruh  haqqında  təsəvvürlərdən  baş  götürür.  İronik  hiyləgərin 
fəaliyyəti hiylə üzərində qurulur və yalnız hiylə ilə uğur qaza-
nır. Hiyləgər bir çox hallarda dünyəvi anlayışların tərsinə hə-
rəkət edir və bu üsulla rəqibini aldadır. Qəhrəmanın bu hərə-
kəti o dünya varlıqları haqqında arxaik təsəvvürlərə söykənir. 
Bu təsəvvürlər komik axmaq şəklində səciyyələnən personaj-
ların formalaşmasında mühüm rol oynayıb. 
İronikliyin  sonradan  yaranması  haqqında  folklorşünaslıq-
da mövcud olan elmi konsepsiya ilə razılaşmaq olmaz. Əlbəttə, 
arxaik mifoloji təsəvvürlərin, qədim adət və davranış qaydaları-
nın parodiyası olan  yeni folklor mətnlərinin yaranması həqiqət-
dir.  Ancaq  unutmaq  olmaz  ki,  komiklik  hər  bir  mədəniyyətin 
mexanizminə daxilən xasdır. Mədəniyyətin  “astarının yaşı onun 
üz tərəfinin yaşı qədərdir”. Bu qanunauyğunluqdan nəhəng mə-
dəniyyət aktı olan şifahi xalq yaradıcılığı kənarda qalmır.  
Azərbaycan  sehrli nağıllarında qəhrəmanlar əsasən qeyri-
adi mənşəli olub möcüzəli şəkildə doğulurlar. Qəhrəmanın mən-
şəyi atributlarının, atributları isə mənşəyinin nişanəsi olur. Baha-
dırın qeyri-adi mənşəyi onun erkən yaşdan başlayaraq qeyri-adi 
fiziki  gücünü,  axırıncı  isə  əksər  nağıllarda  yenilməzliyini  şərt-
ləndirir. Şişirdilmiş şəkildə təsvir olunan yaraq-əsləhəsi və mifik 
təbiətli atı onun bahadırlıq səciyyəsini tamamlayır.  
 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə