Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə29/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

87 
 
iki qəhrəman qeyri-adi gücə  malikdir  və onlara sehr təsir et-
mir.  “Qaraqaşın  nağılı”nda  da  Qaraqaşa  sehr  təsir  etmir.  La-
kin bu nağılda qəhrəmanın məğlubedilməzliyi onun qeyri-adi 
mənşəyə malik olması ilə deyil, dərvişin ona verdiyi sehrli su 
ilə  motivləşdirilir.  Məğlubedilməzliyin  bu  şəkildə  motivləş-
dirilməsi  sehrli  köməkçinin  alınması  ilə  qeyri-adi  doğuluşun 
sərhədində  dayanır.  Belə  ki,  qəhrəmanın  məğlubedilməzlik 
xüsusiyyəti ona sehrli hədiyyə kimi verilir (7, 20). Məlumdur 
ki, qeyri-adi gücün möcüzəli su ilə motivləşdirilməsi “Koroğ-
lu”  eposunda  da  mövcuddur.  Bu  motiv  “Koroğlu”  eposunun 
müxtəlif  variant  və  versiyalarında  özünü  göstərir.  M.H.Təh-
masib  və  M.Seyidov  bu  motivi  türk  xalqlarının  inamları  ilə 
əlaqələndirir (4, 473; 30, 193).  
Qəhrəmanın  məğlubedilməzliyi  həmişə  onun  qeyri-adi 
mənşəyi ilə əlaqələndirilmir. Yuxarıda qeyd etdiyimiz motivdə 
qəhrəmanın  qeyri-adi  gücə  malik  olmasının  möcüzəli  su  ilə 
əlaqələndirilməsi bunu təsdiq edir. Bu fikir sehrli qəhrəmanlıq 
nağıllarında  özünü  göstərən  digər  nümunələrlə  də  təsdiq  olu-
nur. “Simanın nağılı”nda Simanın Nil dəryasında çimdirilməsi-
ni  onun  məğlubedilməzliyinin  səbəbi  kimi  qəbul  etmək  olar 
(Müqayisə et: yunan mifologiyasında Fetida oğlu Axillesi Stiks 
çayında çimdirəndən sonra Axilles məğlubedilməzlik qazanır). 
Simanın  məğlubedilməzliyi  ilə  bağlı  nağılda  əks  olunan  digər 
bir motiv də maraqlıdır. Siman Simurq quşunun balalarını ye-
mək  istəyən  əjdahanı  öldürür.  Simurq  quşu  əjdahanın  ətinin 
yaxşı  yerlərindən  balalarına,  ürəyini  isə  Simana  verir  (7,  37). 
Bu motivdə heyvanların müəyyən bədən üzvlərini yeməklə on-
ların  uyğun  xarakterlərinin  mənimsənməsi  inamı  öz  əksini  ta-
pır.  Qəhrəmanın  məğlubedilməzliyi  “Cantiq”  nağılında  onun 
ruhunun gizli saxlanması ilə bağlıdır. Nağılda qəhrəmanın ruhu 
onun döşündə yerləşən damarda olur. Qəhrəmanın adı onun ru-
hunun yerləşdiyi yeri nişan verir. Nə qədər ki, qəhrəmanın adı-


88 
 
nın  mənası  gizli  saxlanır,  o,  məğlubedilməz  olur.  Qəhrəman 
adının  mənasını  açandan  sonra  onun  ruhunun  yerləşdiyi  yer 
məlum  olur.  Qarı  onun  sinəsində  olan  damarı  götürür  və  bu-
nunla qəhrəman ölür (7, 90). “Paslı qılınc” nağılında qəhrəma-
nın məğlubedilməzliyi paslı qılıncla bağlıdır. Yuxarıda göstər-
diyimiz kimi, bu nağılda kiçik qardaş qılıncı belinə bağlayanda 
ona gec gəlir. Məhz buna  görə də o, düşmənlərinə qalib gəlir. 
Qarı qəhrəmanın gücünün harada yerləşdiyini onun arvadından 
öyrənir və qılıncı qəhrəmanın belindən açır. Bundan sonra qəh-
rəman “yuxudan ayılmır”. Qeyd edək ki, bu nağılda qılınc ikili 
funksiya daşıyır. Qılınc sehrli əşya kimi qəhrəmanın atasından 
qalır.  Lakin  nağılda  qılınc  sehrli  əşya  səviyyəsində  realizə 
olunmur. İrəlidə qılıncın sehrli əşya kimi özünü necə göstərdi-
yini qeyd edəcəyimizdən burada bu məsələyə toxunmuruq. Bu 
nağılda  qılınc  qəhrəmanın  ruhunu  simvolizə  edir.  Belə  ki,  qı-
lınc qəhrəmanın belindən açılandan sonra o ölür. “Cantiq” na-
ğılında damarın Cantiqin sinəsindən götürülməsi ilə bu nağılda 
qılıncın  qəhrəmanın  belindən  açılması  simmetrikdir.  Qeyd 
edək  ki,  bu  motiv  “Kılıç-batır”  adlı  özbək  nağılında  da  möv-
cuddur. Bu nağılda qəhrəman ruhunun qılıncda olması haqqın-
da  arvadına  danışır.  Arvad  sirri  qarıya  açır.  Qarı  isə  Kılıç-
batırın qılıncını çıxarıb suya atır. Bununla da Kılıç-batır huşsuz 
vəziyyətdə yerə yıxılır. (184, 241). (Müqayisə et: demonik su-
rətlərin ruhunun tutulması ilə onların öldürülməsi).  
Bahadır uşaqlıqdan qeyri-adi gücü ilə ətrafdakıların diq-
qətini cəlb edir. “Naxırçı oğlu Eyvaz” nağılında bahadır doğu-
landan üç gün sonra dil açıb danışır. O, atası ilə bərabər naxır 
otarmağa  gedir.  Uşaq  atasının  ona  verdiyi  balaca  çomaqları 
qırıb  ataraq  əlinə  tir  alır  və  sürüyə  hücum  edən  canavarları 
təkbaşına qovur. Padşahın onu tutmaq üçün göndərdiyi pəhlə-
vanlara  qalib  gəlir  (11,  118-119).  “Simanın  nağılı”nda  qəhrə-
manın  əjdaha  ilə  vuruşub  ona  qələbə  çalması  da  erkən  qəh-


89 
 
rəmanlıq kimi özünü göstərir. “Kəl Həsənin nağılı”nda doqquz 
yaşlı  qəhrəman  adamlara  hücum  edən  ayıları  öldürür.  Uşağın 
qeyri-adi gücü hər yerə yayılır (7, 189). “Uşaq pəhləvan” nağı-
lında  isə bahadırın  əsas  qəhrəmanlıqları  uşaqlıq dövründə  baş 
verir.  Bahadır  yeddi  yaşında  qeyri-adi  gücə  malik  olur.  (O, 
“hansı    uşaqla  zarafatlaşsa,  ya  belini,  ya  da  qolunu  sındırır”). 
Uşaqdan  padşaha    şikayətə  gedirlər.  Padşahın  adamları  çətin-
liklə uşağı padşahın yanına gətirirlər. Yolda hansı ağaca əl atır-
sa, onu kökündən çıxarır. Padşah uşaqda bu gücü görüb pəhlə-
vanlarına  tapşırır  ki, uşağa  təlim  keçsinlər.  Firəng padşahı  on-
ların  torpağına  hücum  edəndə  padşah  uşağı  müharibəyə  gön-
dərmək  istəyir.  Uşaq  müharibənin  mənasını  bilmədiyi  üçün 
müharibəyə  getmək  istəmir. Onu hiylə  ilə döyüşə göndərirlər. 
Firəng  padşahı  məğlub  olacağını  görüb  cadugər  qızına  uşağı 
tutmağı tapşırır. Firəng padşahının qızı onu tilsimə salıb aparır. 
Uşaq da on dörd yaşına çatandan sonra qolundan zənciri qırıb 
azad olur (10, 130-135). Sehrli nağıllarda qəhrəman on dörd-on 
beş  yaşında  fəaliyyətə  başlayırsa,  “Uşaq  pəhləvan”  nağılında 
qəhrəman  on  beş  yaşında  öz  fəaliyyətini  bitirir  (”Reyhanın 
nağılı”nda qəhrəman qeyri-adi  gücü  ilə  yoldaşlarından  fərqlə-
nir  və  onları  oyun  zamanı  incidir.  Maraqlıdır  ki,  bu  motiv 
başqırd nağıllarında da mövcuddur (104, 7). 
Erkən  qəhrəmanlıq  türk,  eləcə  də  digər  xalqların  baha-
dırlıq  nağılları  və  eposunun  əsas  struktur  elementlərindən 
biridir (101, 247-249; 136, 87; 137, 87; 138, 130). Eposda er-
kən  qəhrəmanlığı  araşdıran  S.Y.Neklyudov  erkən  qəhrəman-
lığın  arxaik  folklorda  müşahidə  olunmaması  ilə  bağlı  olaraq 
bu  motivin  eposa  sonradan  daxil  olması  və  bahadırın  əsas 
fəaliyyətə  icazə  alması  kimi  ilkin  sınaqla  bağlı  olması  qəna-
ətinə gəlmişdir (137, 138-139).  
Sehrli  qəhrəmanlıq  nağıllarında  bahadır  qeyri-adi  bədən 
ölçüsünə malikdir. Məhz buna görə də onun  yemək imkanları 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə