Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə28/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

84 
 
dan yöndəmsizdir; Babayi-əmir eybəcər, Say Ərən isə çəlim-
sizdir.  İnamlarda  yöndəmsiz  uşaqların  o  dünyanın  varlıqları 
ilə əlaqələnməsini xatırlatdıq. Əkizlərin də o dünyanın varlıq-
ları  ilə  əlaqələnməsini  yada  salsaq,  onda  bir  gündə  doğulan  
uşaqlardan birinin yöndəmsiz olmasının səbəbi aydınlaşar. 
“Tapdıq”  nağılında  qəhrəmanın  doğuluş  və  epik  taleyi 
özünəməxsus xarakter daşıyır. Qəhrəman oğul həsrətində olan 
Süleyman tacirin qarşısına gecə vaxtı göydən şüa şəklində dü-
şür. Süleyman tacir uşağı götürüb saxlayır. Uşağın adını Tap-
dıq  qoyurlar.  Tufan  div  Süleyman  tacirin  qızını  oğurlayır. 
Tapdıq  oğurlanmış  bacısının  ardınca  Günəş  səltənətinə  (Gü-
lüstani-baği-İrəmə) gedir. Gün xanımın qızı Şəmsi sevir. Tu-
fan divi əsir edir və ondan bacısını istəyir. Tufan div onun ba-
cısını azad edir. Tapdıq Şəms xanımla evlənmək istəyir. Gün 
xanım  Tapdığın  Şəmslə  evlənməsinə  icazə  vermir.  Məlum 
olur  ki,  Tapıq  da  Gün  xanımın  oğludur.  O,  Tufan  divlə  Gün 
xanımın izdivacından doğulub. Gün xanım qızı Şəms xanım-
dan qorxduğu üçün (Şəms xanım Tufan divin anası ilə seviş-
məsinə razı deyil) uşaq doğulanda onu yerə atır. Uşaq Süley-
man tacirin qarşısına çıxır və onun qızını azad etdikdən sonra 
Tapdıq Süleyman tacirin qızını alır (10, 37-68).  
Son dərəcə qısa şəkildə məzmununu verdiyimiz bu nağıl 
daha  çox  mifoloji  xarakterdədir.  M.Seyidov  göydən  yerə  şüa 
şəklində düşən Tapdığı uyğur “Oğuznamə”sində qurdun, Oğu-
zun  arvadının  göydən  şüa  şəklində  düşməsi  ilə  müqayisə  et-
məsi  tamamilə  təbiidir  (31, 24-25).  Tapdıq  yeri  demonik  var-
lıqlardan təmizləmək üçün göydən yerə atılan tanrı övladları ilə 
bağlı  epik  qəhrəmanlar  silsiləsinə  daxil  olur.  Bu  tipli  qəhrə-
manlar  türk  və  monqol  xalqlarının  epik  folklorunda  geniş  ya-
yılmışdır. Bu mənada Tapdığın göydən yerə atılmasını məşhur 
monqol eposunun qəhrəmanı Qeserin göydən  yerə gəlməsi ilə 
müqayisə etmək olar. E.M.Meletinski türk-monqol xalqlarının 


85 
 
eposunda  özünü  göstərən  bu  surətləri  ilkin  əcdad  surətlərinin 
nisbətən gec forması kimi götürmüşdür.  Müəllifin fikrinə görə
qəhrəmanın  göydən  yerə  salınması  mədəni  qəhrəmanın 
ilahiləşdirilib  göyə  qaldırılması  ilə  bağlıdır  (129,  435,  440-
441).  Həqiqətən  də,  nağılda  Tapdığın  mədəni  qəhrəman 
cizgiləri  özünü  göstərir.  Tapdıq  müxtəlif  demonik  varlıqlarla 
vuruşur.  Heç  bir  Azərbaycan  nağılında  müxtəlif  möcüzəli 
varlıqlarla  mübarizə “Tapdıq”  nağılındakı kimi geniş  xarakter 
almır. Tapdıq İldırım tanrısı Tufan divin oğludur. Tufan divin 
İldırım  tanrısı  olması  onun  bəzi  atributlarından  bəlli  olur. 
Tufan  div  Qəmər  xanımı  oğurlayanda  göy  guruldayır,  ildırım 
çaxır.  O,  ildırım  içindən  əl  atıb  qızı  götürür  (9,  40).  İldırım 
çaxan  zaman  İldırım  tanrısnın  qız  oğurlaması  eyni  ilə  Q.  Po-
taninin  turfanlar  arasında  qeydə  aldığı  bir  inamda  öz  əksini 
tapır (150, 299). Tapdıq surətinin bəzi atributları da bizim fikri-
mizi təsdiq edir. Əvvəla, qeyd etdiyimiz kimi, o, tanrı oğlu ki-
mi  göydən  yerə  atılır  və  təsadüfən  tapıldığı  üçün  adını  “Tap-
dıq”  qoyurlar.  Maraqlıdır  ki,  İldırım  tanrısının  övladları  da 
tapıldığı  üçün  onları  “Tapdıq”  adlandırırlar  (150,  299-300). 
Tapdıq  qeyri-adi  səsə-nərəyə  malikdir.  Nağılda  deyilir:  “Tap-
dıq  qılıncı  çəkib  elə  bir  nərə  çəkdi  ki,  tilsim  tamam  titrədi, 
ulduzlar  hərəkətə  gəldi,  onun  bu  nərəsi  həmişə  havada  qaldı, 
ildırım, göy gurultusu oldu” (9, 59). Mətndə belə açıq şəkildə 
deyilməsindən  asılı  olmayaraq,  ümumiyyətlə,  epik  mətndə 
qəhrəmanın  nərə  çəkməsi  İldırım  tanrısına  bağlı  olan  göy 
gurultusu  ilə  əlaqəlidir.  Saqaylar  arasında  mövcud  olan  bir 
inama  görə,  tanrı  şamanlar  və  nağıllarda  bahadırlar  vasitəsilə 
insanlara  bədbəxtlik  gətirən  ruhlarla  mübarizə  aparır.  Tanrı 
qəzəbli  ruhlarla  mübarizə  aparanda  onları  od  saçan  ildırım 
oxları ilə öldürür (163, 217). Bu inamda maraqlı cəhət ondadır 
ki,  tanrılar,  şamanlar  və  bahadırlar  eyniləşdirilir.  İldırım  tan-
rısının od  saçan  gurultulu  oxu  ilə bahadırlıq  nağıllarında  qəh-


86 
 
rəmanların  nərəsi  eyni  funksiya  daşıyır.  Həqiqətən  də,  sehrli 
qəhrəmanlıq  nağıllarında  qəhrəmanın  nərəsi  onun  ən  güclü 
silahıdır.  Qəhrəmanın  hər  bir  nərəsi  onun  dəhşətli  nərəsindən 
sonra  mümkün  olub  və  bu  cəhət  təkcə  “Tapdıq”  nağılına  aid 
olmayıb  bütün  sehrli  qəhrəmanlıq  nağıllarında  özünü  göstərir 
(Müqayisə et: “Koroğlu” dastanında Koroğlunun qulaqbatırıcı 
nərəsi və buna görə də məğlubedilməzliyi). Bu xüsusiyyət baş-
qırd nağıllarında da özünü göstərir (104, 8). Qəhrəmanın qeyri-
adi səsə malik olmasını Q. Potanin eynilə Cənubi Sibir və Şi-
mali  Monqolustan  xalqlarının  nağıllarında  müşahidə  etmişdir: 
“...nağıllarda tez-tez belə bir ifadəyə rast gəlinir: bahadır elə bir 
nərə çəkdi ki, Oron Teleqey də eşitdi” (150, 320).  
Yuxarıda  qeyd  etdiyimiz  inamda  İldırım  tanrısı  həm  də 
şamanlarla əlaqələndirilir. İldırım tanrısının şamanlarla əlaqəsi 
və  ya onun şaman formasında təsəvvür olunması ideyasını  ilk 
dəfə  Q.Potanin  irəli  sürmüşdür.  Müəllifin  qeydə  aldığı  inama 
görə, ildırım göydə yaşayan şaman tərəfindən yaradılır. Bu ina-
ma əsasən, müəllif şamanın davula vuraraq səs çıxarmasını il-
dırımın çaxmasına bənzətmişdir (150, 329). N.V.Basilov Q.Po-
taninin bu fikrini qəbul edərək yazır: “Şamanların havanı idarə 
etməsi,  öz  istəyi  ilə  yağış  və  qar  yağdırması  bacarığına  inam 
bir çox qazax, altaylı, monqol, buryatların əcdadlarına məlum 
idi.  Qədim  türklər  inanırdılr  ki,  şamanlar  “Yada”  və  “Cada” 
daşlarının  köməyilə  buludları,  yağışı,  qarı  dağıda  bilirlər.  Bu 
inamın qalıqları bir çox türk xalqlarında (bəzən yalnız folklor-
da və dildə) saxlanmışdır” (61, 33).
 
Sehrli  qəhrəmanlıq  nağıllarında  bahadırın  qeyri-adi  do-
ğuluşu onun qeyri-adi gücünün səbəbi kimi gerçəkləşir. Başqa 
sözlə,  bahadırın  məğlubedilməzliyi  onun  qeyri-adi  mənşəyi 
ilə əlaqələnir. 
“Tapdıq”  və  “Cəlayi-vətən”  nağılında  qəhrəmanların 
məğlubedilməzliyi onların demonik mənşəyi ilə bağlıdır. Hər 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə