Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə24/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

72 
 
nin  magik  yolla  qazanılması  bu  nağıllarda  köməkçinin  fiziki 
güclə  tabe  edilməsi  ilə  əvəz  olunur.  Bundan  başqa,  köməkçi 
əksər hallarda özünün sehrlilik xarakterini itirir. Deməli, sehr-
li nağıllarda köməkçi, sehrli qəhrəmanlıq nağıllarında isə qəh-
rəman  güclüdür.  Bu  xüsusiyyət  sehrli  nağıllarda  qəhrəmanın 
passivliyi, sehrli qəhrəmanlıq nağıllarında isə qəhrəmanın ak-
tivliyi ilə simmetrikdir. Göründüyü kimi, möcüzəsəli doğuluş 
tamamilə sehrli köməkçini əvəz edə bilmir. Köməkçi surətləri 
bu  nağıllarda  mövcuddur.  Ancaq  köməkçinin  xarakteri  və 
onun alınması üsulu sehrli nağıllardan  fərqlənir. Sehrli nağıl-
larda  qəhrəmanın  demonik  varlıqlarla  mübarizəsinin  magik 
xarakteri  ilə  sehrli  qəhrəmanlıq  nağıllarında  bahadırlıq  xa-
rakteri paraleldir. Sehrli nağıllarda qəhrəman divin canını ələ 
keçirmək yolu ilə onu öldürür. Sehrli qəhrəmanlıq nağılların-
da isə əksər hallarda divi təkbətək mübarizədə öldürür. Digər 
hallarda  isə  qəhrəmanın  divlə  qırx  gün,  qırx  gecə  döyüşü  ilə 
divin  canının  ələ  keçirilməsi  paralel  işlənir.  Yəni  qəhrəman 
divlə döyüşdən sonra onun canını ələ keçirir və s. 
Sehrli  qəhrəmanlıq  nağıllarında  sehrli  nağıl  elementləri-
nin  və  yaxud  da  əksinə,  sehrli  nağıllarda  sehrli  qəhrəmanlıq 
nağılı elementləri müşahidə oluna bilər. Belə qarışıqlıq bir çox 
hallarda  müxtəlif  xarakterli  süjetlərin  kontaminasiyası  ilə 
bağlıdır. Belə süjet kontaminasiyalarını digər nağıllarda da mü-
şahidə  etmək olar.  Məsələn, “Şirzad”  nağılı  sehrli  nağıl  süjeti 
(AA  812)  ilə  başlayır.  Lakin  nağılın  ardı  qəhrəmanlıq  xarak-
terindədir (12, 32-38). “Keçəl Məhəmməd” nağılında sehrli kö-
məkçinin alınması qəhrəmanlıq xarakterindədir. Bundan sonra 
nağıla sehrli nağıl süjeti (AA 415) qoşulur. (11, 82-96). Müx-
təlif xarakterli süjetlərin kontaminasiyası və ya sadəcə bir epi-
zodun, bir motivin “yad süjet”ə daxil olması hesabına sehrlilik 
və  qəhrəmanlıq  xüsusiyyətləri  biri-birinə  qarışa  bilər.  Belə 
kontaminasiyaların  hesabına  bəzən  nağılın  sehrli  və  ya  sehrli 


73 
 
qəhrəmanlıq xarakterini müəyyənləşdirmək çətinləşir. Lakin bu 
qarışıqlığa baxmayaraq, qeyd olunan xüsusiyyətlər sehrli qəh-
rəmanlıq nağıllarını sehrli nağıllardan fərqləndirir. 
Əksər Azərbaycan sehrli qəhrəmanlıq nağıllarında baha-
dırın epik taleyi onun möcüzəli doğuluşu ilə başlayır. Bahadır 
surətlərinin  bir  çox  xarakterik  xüsusiyyətləri  onun  möcüzəli 
doğuluşu ilə bağlıdır. Ona görə də qəhrəmanın doğum xarakte-
rinin  aydınlaşdırılması  onun digər xarakterik xüsusiyyətlərinin 
açılmasına  imkan  verir.  Bu  səbəbdən qəhrəmanın  mənşəyi  və 
doğuluş xarakterinin aydınlaşdırılması vacibdir. 
Bəzi  sehrli  qəhrəmanlıq  nağıllarında  qəhrəmanın  doğu-
luşunda  ata  iştirak  etmir.  Bu  vəziyyətdə  valideynlər,  adətən, 
qoca  olurlar.  Qadın  yemə  və  içmə  nəticəsində  hamilə  olur. 
Əri arvadının hamilə olduğunu bildikdə onu öldürmək istəyir 
və ya qısqanclıqdan ürəyi partlayıb ölür  (“Qaraqaşın nağılı”, 
“Kəl Həsənin nağılı”). Bəzən dul  arvad hamilə olur. Qohum-
ları  onu  əxlaqsızlıqda  töhmətləndirirlər.  Qadın  and  içib  ha-
milə olmasının səbəbini deyəndən sonra inandırır (“Reyhanın 
nağılı”) (7, 17-19, 89; 9, 151). 
“Kəl Həsənin nağılı”nda arvad quş  yumurtası  yeyəndən 
sonra hamilə olur və gələcək bahadır quş cizgiləri ilə doğulur. 
“Reyhanın nağılı”nda arvad dərya atlarının ayğırının su içdiyi 
gölməçədən su içir  və bununla da hamilə olur.  “Hatəmin na-
ğılı”  və  “Tumar  pəhləvan”  nağıllarından  başqa  Azərbaycan 
nağıllarında  heyvanla  qadının  cinsi  yaxınlığı  motivi  yoxdur. 
Heyvan  mənşəli  qəhrəmanlar  birbaşa  heyvanla  insanın  cinsi 
əlaqəsindən deyil, heyvanın müxtəlif atributlarının vasitəçiliyi 
ilə  yaranır.  Qeyd  etdiyimiz  nağıllarda  isə  bu  hal  neqativ  xa-
rakter  daşıyır.  Belə  ki,  “Hatəmin  nağılı”nda  dərviş  arvadını 
meymunla  yaxınlıq etməyə məcbur edir və doğulan uşağı öl-
dürərək onun yağını adamların yeməyinə qatır. Bu xörəyi ye-
yən adamlar qızıla çevrilir (8, 56-59). Deməli, meymunla in-


74 
 
sanın  cinsi  yaxınlığından  sonra  doğulan  uşaq  xaotik  zonaya 
aid  şeylərin  yeyilməsi  və  ya  xaotik  zonada  yemə  ilə  bir  se-
mantik cərgədə dayanır. “Tumar pəhləvan” nağılında isə qəh-
rəman  düşmən  qızını  ayı  ilə  cinsi  yaxınlığa  məcbur  edir  və 
doğulan  uşağın  başını  kəsib  anasına  yedirdir  (15,  349).  Bu 
motiv  ənənəvi  xarakter  daşımır.  Belə  ki,  bu  motiv  Azərbay-
can,  eləcə  də  digər  xalqların  epik  folklorunda  normal  kəbin-
dən doğulan uşağın öldürülüb atasına və  ya anasına  yedirdil-
məsi  şəklindədir.  Deməli,  Azərbaycan  sehrli  nağılları  üçün 
qəhrəmanın  heyvanın  müxtəlif  atributlarının  vasitəçiliyi  ilə 
doğulması  xarakterikdir.  Bu  baxımdan  “Reyhanın  nağılı”nda 
arvadın  gölməçədən  su  içməsi  motivi  maraqlıdır.  Nağıl  mət-
nində  gölməçə  dərya  ayğırı  ilə  əlaqələndirilir.  Atın  dənizlə 
bağlılığı  istər  mifoloji  inamlarda,  istərsə  də  folklorda  geniş 
yayılmışdır. Deməli, qəhrəmanın doğuluşu dəniz ayğırının at-
ributu  ilə  motivləşdirilir.  Öz  mənşəyinə  uyğun  olaraq  qəhrə-
manın bədənində at nişanələri olur və buna görə də onu “Ay-
ğır  Həsən”  adlandırırlar.  “Kəl  Həsənin  nağılı”nda  isə  qəhrə-
man  quş  yumurtasından  doğulur.  Lakin  qəhrəmanın  adı  ilə 
onun doğum səbəbi uyğun deyil. Ümumiyyətlə, möcüzəli do-
ğuluş motivi bəzi nağıllarda güclü deformasiyaya uğramışdır. 
Belə  ki,  qəhrəmanın  hansı  səbəbdən  doğulmasını  müəyyən-
ləşdirmək bəzən çətin olur. 
Atanın  iştirakı  olmadan  uşağın  yemə,  içmə  və  bir  çox 
başqa  səbəblərdən  doğuluşunu  A.N.Veselovski  matriarxatla 
bağlamışdır (78, 533-538). V.Y.Propp da bu konsepsiyanın tə-
rəfdarıdır. Müəllif yazır: “...kişinin iştirakı olmadan hamilə qal-
manın mümkünlüyünə heç vaxt geniş şəkildə inanmamışlar və 
indi də bəzi yerlərdə qismən inanırlar. Bir çox təsəvvür və ma-
teriallar belə bir qənaət yaradır ki, insan heç də həmişə kişinin 
hamilə  qalmada  rolunu  başa  düşməmişdir”.  V.Y.  Propp  daha 
sonra bu barədə daha konkret qənaətə gəlir: “Belə bir təsəvvür 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə