Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə21/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   ...   17   18   19   20   21   22   23   24   ...   35

63 
 
üzərində qurulur. Cırtdan divi aldadaraq öldürür və yoldaşlarını 
xilas  edir.  Keçəl  şeytanı  aldadaraq  ondan  sehr  öyrənir.  O,  nə 
sehrli  nağılların  ciddi  qəhrəmanları  kimi  əjdahanı  magik  yolla, 
nə də bahadırlar kimi (onu öldürmək vasitəsilə) məğlub edir. O, 
şərab vasitəsilə əjdahanı yuxuya verəndən sonra onu öldürür (9, 
161-165).  Keçəl  divləri  aldadıb  onların  başına  dəyirman  daşı 
keçirir, div qarısını təndirə salır və s. (10, 198-199). 
Sehrli nağılların bir hissəsində isə  ironik qəhrəman mi-
foloji düşüncədən hiyləgərlik məqsədilə istifadə edir. Bu hal-
da  ironik  qəhrəman  mifik  düşüncə  ilə  yaşamır.  O,  mifik  dü-
şüncə  ilə  yaşayanları  bu  düşüncənin  qanunlarından  istifadə 
edərək aldadır. İronik qəhrəman padşahı aldadır ki, o dünyada 
ata-anasını görüb. Padşah o dünyaya getmək üçün özünü oda 
ataraq ölür (8, 104-105). Başqa bir nağılda arvad ərini inandı-
rır ki, onu çox işlətsə, qarayüyrüyə dönəcək. Ər arvadının qa-
rayüyrüyə  dönəcəyindən  qorxub  onu  işləməyə  qoymur  (10, 
146-147).  Maraqlı  bir  motiv  “İki  yoldaş”  nağılında  özünü 
göstərir. İki yoldaş içərisində meyitlər olan sərdabədə gecələ-
məli  olurlar.  Təsadüfən  sərdabəyə  padşahın  xəzinəsini  oğur-
layan  quldurlar  gəlirlər.  “Yoldaşlar”  meyitlərin  arasından 
qalxıb  quldurları  ölülərin  hücumu  ilə  hədələyirlər.  Quldurlar 
ölülərin hücumundan qorxaraq xəzinəni atıb qaçırlar. Yenə də 
həmin nağılda ironik qəhrəman başı üstə mil dayanır. Yoldaşı 
padşah qızına izah edir ki, “bizim yer”də belə yatırlar. İronik 
qəhrəman  keçinin  qulağını  dişləyir.  Dostu  padşah  qızına 
bildirir ki, bizim yerdə keçini belə kəsirlər (10, 247). 
İronik  qəhrəmanların  tərsinə  hərəkəti  ən  arxaik  görüş-
lərə söykənir. Ən əski inamlara görə, o dünyada yaşayan var-
lıqlar adi dünyada yaşayan varlıqlardan fərqli görkəmə, hərə-
kətə  və davranışa malikdirlər. Bu  inamın  izləri  türk xalqları-
nın etnoqrafiyasında, folklor və mifologiyasında geniş şəkildə 
əks  olunur.  İnamın  türk  xalqlarının  mədəniyyətində  ifadə 


64 
 
xüsusiyyətləri nisbətən geniş araşdırılmışdır (183, 80-92; 139, 
133-141; 124, 224-225). 
Bu  mifoloji  konsepsiya  Azərbaycan  inamlarında  və 
folklorunda özünəməxsus şəkildə ifadə olunur. Xalq demono-
logiyasının ən geniş  yayılmış surətlərindən biri olan Hal (Hal 
anası, Al arvadı, Al qarısı)  insanı tərs başa düşür. Ona get de-
mək istəyəndə “gəl”, gəl demək istəyəndə “get” demək lazım-
dır. Xalq inamlarında yuxu “kiçik ölüm” kimi qavranılır. Yu-
xuda gülmək pis, ağlamaq yaxşı əlamət hesab olunur. Yuxuda 
bir adamın ölümünü görmək onun ömrünü uzatmaq kimi  yo-
zulur. “Kiçik ölüm” zamanı  baş  verən hadisələrin tərsinə  yo-
zumu  bu  inanışa  daxil  olmaqla  insan  təfəkkürünün  ən  arxaik 
layı ilə bağlıdır. Yuxunun tərsinə yozumu birbaşa nağıl süjeti-
nə  daxil  olmuş  və  motiv  səviyyəsində  gerçəkləşmişdir.  “Na-
şükür  qız”  nağılında  nurani  qoca  kasıb  bir  kişinin  yuxusuna 
girərək ona gündə bir quruş qazanacağını bildirir. Bunun əksi-
nə olaraq kişi həmin günü on qızıl qazanır (10, 260). 
Tərsinə münasibət müxtəlif nağıl mətnlərində qəhrəma-
nın  o  dünyaya  məxsus  varlıqlarla  müxtəlif  səviyyələrdə  mü-
nasibətində  özünü  göstərir.  Naxçıvanda  qeydə  alınan  “Qurd 
qız”  adlı  bir  nağılda  qəhrəmana  məsləhət  görülür  ki,  Simurğ 
quşu ət istəyəndə su, su istəyəndə ət versin.
13
 Bu motivdə xalq 
inanışında  müşahidə  olunan  “tərsinə  dil”  ideyası  əks  olunur. 
Bu  konsepsiya  “Göyçək  Fatma”  nağılında  özünəməxsus  şə-
kildə  əks  olunur.  Nağılda  sehrli  qarı  onu  yalandan  tərifləyən 
Göyçək  Fatmaya  düzgün,  eybəcərliyini  üzünə  deyən  Keçəl 
Fatmaya isə tərsinə məsləhət verir (10, 20-23). Deməli, qəhrə-
man demonla tərsinə danışanda ona tərsinə məsləhət verir. 
Tərsinə  rəftarın  izlərini  “Məlik  Məmməd”  nağılında  da 
görürük. Nağılda qəhrəman kiçik bacının sözünə qulaq asaraq 
                                                
13
Nağılın mətni müəllifin arxivində saxlanır. 


65 
 
ağ qoça minir. Ancaq ağ qoç onu götürüb qara qoçun üstünə 
atır.  Beləliklə,  qəhrəman  qaranlıq  dünyaya  düşür.  Bizcə,  bu 
motivin özülündə də tərsinə rəftar inanışı durur. Bu məsələ ilə 
bağlı  maraqlı  bir  cəhəti  qeyd  etmək  istərdik.  Nağıllarda  bir 
qayda olaraq məsləhətçi gələcəkdə baş verəcək hadisələr haq-
qında  düzgün  məlumat  verir.  Ancaq  bu  nağılda  biz  bunları 
görmürük.  Belə  ki,  Məlik  Məmməd  kiçik  bacının  sözlərinə 
düzgün  əməl  etməsinə  baxmayaraq  qaranlıq  dünyaya  düşür. 
Ehtimal  ki,  kiçik  bacı  qara  qoçun  Məlik  Məmmədi  ağ  qoçun 
üstünə  atacağını  nəzərə  alaraq  ona  qara  qoçun  üstünə  min-
məyi məsləhət görmüşdür. Qəhrəman səhvən ağ qoça minmiş 
və  bununla  da  qaranlıq  dünyaya  düşmüşdür.  Nağıllarda  tez-
tez müşahidə olunan  yedikcə acan, su içdikcə susayan möcü-
zəli varlıqlar da bu baxımdan maraqlıdır (9, 70). Burada yemə 
və içmə aktına insanla müqayisədə mifik varlıqların tərs mü-
nasibəti  özünü  göstərir  /Müqayisə  et:  Mifik  mənşəyə  malik 
olan nağıl və dastan qəhrəmanlarının qeyri-adi yemə xüsusiy-
yəti. Bu cəhətdən bir motiv də maraq doğurur. Tilsimə düşən 
qəhrəman  nə  qədər  yeyirsə,  doymur.  O,  yalnız  tilsimdən  çı-
xandan  sonra  aclığı  sönür  (9,  170-175).  Bu  motivlə  yad 
məkana (demonik  və  ya sosial) gedən qəhrəmanın çox  yemə 
xüsusiyyəti  arasında  oxşarlıq  vardır.  Fərq  orasındadır  ki, 
birinci motivdə çox yemə tilsimə düşmə kimi, ikinci motivdə 
isə  qəhrəmanlıq  kimi  izah  olunur.  Axırıncı  motiv  birincinin 
qəhrəmanlıq  təhkiyəsində  aldığı  formadır.  Səbəbsiz  deyil  ki, 
axırıncı forma  sehrli-qəhrəmanlıq nağılları  və dastanlar üçün 
səciyyəvidir.  Beləliklə,  çox  yemə  həm  demonik  varlıqların 
(eləcə də mifik mənşəli qəhrəmanların) atributu kimi, həm də 
qəhrəmanların düşdüyü müvəqqəti hal ( qəhrəmanların o dün-
yada aldığı vəziyyət) kimi özünü göstərir.  
O.Freydenberqin  acgözlüyü  ölümün  metaforası  hesab 
etməsi bu baxımdan maraq doğurur (187, 143).  


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə