Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə18/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

54 
 
ciyyəsini  müəyyənləşdirir  (178,  51-52).  Araşdırıcılar  Kul 
Çalaas  surətinin  ilk  insan,  mifik  mədəni  qəhrəman  olduğunu 
qeyd etmişlər (178, 196). Bizim üçün maraqlı odur ki, ilk in-
san, mifik mədəni qəhrəman Kul Çalaas adlandırılır. Bu surə-
tin adı birbaşa onun bağlı olduğu stixiyanı əks etdirir. Bu mif-
də  “Göy  oğlu”  surətinin  odla  bağlılığının  özünəməxsus  şəkli 
özünü göstərir. İkinci həm odla bağlılığına, həm də ironik sə-
ciyyəli olduğuna görə sehrli nağıllarda odla, küllə bağlı ironik 
qəhrəmanlarla çox yaxındır.  
Mifik mədəni qəhrəmanla sehrli nağıl qəhrəmanının od-
ocaqla yaxınlığı metoforik şəkildə onların mifoloji Ana Yerlə 
bağlılığını  göstərir.  Xatırladaq  ki,  “Göy  oğlu”  mifoloji  Göy 
ata ilə Ana Yerin izdivacından yaranır. Qeyd etdiyimiz sehrli 
nağıllarda və xakas mifində qəhrəmanların mifoloji Ana Yer-
lə  bağlılığı  metoforik  şəkildə  ifadə  olunursa,  Altay  dastanla-
rında Ana Yer bahadırlara kömək göstərən müstəqil surət ki-
mi əks olunur. Hətta “Altay Buçay” dastanının qəhrəmanı Al-
tay  Buçay  Yer  Enenin  övladıdır  (170,  156).  “Şahzadə  Mü-
talib” nağılında möcüzəli qarı qəhrəmanı alma vasitəsilə dün-
yaya gətirir. Çətin  vaxtda şahzadə Mütalib qarıya pənah apa-
rır. Nağıldan məlum olur ki, şahzadə Mütalib qarının qız nə-
vəsidir (7, 1300-1307). Bizcə, bu nağılda qarı surəti Ana Ye-
rin  ifadə formalarından biridir. Göründüyü kimi, qəhrəmanla 
mifik Ana Yerin “qohumluğu” sehrli nağılda da əks olunur. 
Yuxarıda  qeyd  etdiklərimizə  əsaslanaraq  sehrli  nağılın 
ironik  qəhrəmanının  formalaşmasında  mifik  mədəni  qəhrə-
man surətinin müəyyən rol oynadığını iddia etmək olar. 
Tuva  nağıllarında  ironik  səciyyəli  “Öksüz  ool”  (yetim 
uşaq)  surətinin  mifik  mədəni  qəhrəmanla  yaxınlığını  V.N.To-
porov  qeyd  etmişdir  (177,  154-155). Əlavə  edək  ki,  elmi  ədə-
biyyatda ilk insan (Göy oğlu”) kimi səciyyələndirilən epik qəh-
rəmanlar  silsiləsi  yetim  kimi  səciyyələndirilir:  Er-Soqotok 


55 
 
adında  bir  adam  var  idi.  Yerdən  çıxdığını  və  ya  göydən  düş-
düyünü bilmirdi. Er-Soqotax müqəddəs ocağa “nənə-ruh” deyə 
müraciət edir və ona keçmiş yetimi böyütdüyünü bildirir (129, 
231). Sehrli nağılların  ironik qəhrəmanları istər tuva, istərsə də 
Azərbaycan nağıllarında yetim kimi təqdim olunur. Onları an-
caq nənələri  böyüdür. Çox  ehtimal  ki,  bu  yaxınlıq  çox  qədim 
tarixi olan epik ənənə ilə bağlıdır. Atasız-anasız kimi səciyyə-
ləndirilən “Göy oğlu” sosial planda yetimə, mifoloji Ana Yerin 
isə  nənəyə  çevrilməsi  tamamilə  mümkündür  (Müqayisə  et: 
Azərbaycan  sehrli  nağıllarında  qəhrəmanın  sehrli  qarıya  “nə-
nə” və ya “ana” deyə müraciət etməsi (7, 136; 15, 298-301). 
Sehrli  nağılların  ironik  qəhrəmanları  bir  çox  hallarda  ba-
lacaboyu  adam  kimi  təsvir  olunur.  Azərbaycan  nağıllarının  ən 
populyar  qəhrəmanı  Cırtdan  bu  qəbildəndir.  AA  327  süjet  ti-
pinin xüsusi Azərbaycan variantı olan “Cırtdan” nağılında boyca 
balaca  Cırtdan  hiyləgərliyi  ilə  seçilir.  Məlum  olduğu  kimi,  o, 
bəhanə ilə bütün işlərini  yoldaşlarına gördürür. Yoldaşları Cırt-
danın məsləhəti ilə divin mağarasına gəlir. Cırtdan divi aldada-
raq  yoldaşlarını  xilas  edir.  Nəhayət,  divi  öldürür.  Bu  nağılın 
türkmən  variantında  qəhrəman  Kəlçə  batır  /Keçəl  bahadır/  ad-
lanır (157, 124-127). “Cırtdan və xortdan” adlı başqa bir nağılda 
Cırtdan uşaqlarla birgə Xortdanın yaşadığı mağaraya gedib Cırt-
danın qurduğu hiylə ilə Xortdanı tutub öldürürlər (27, 91-97). 
“Noxudbala”  adlı  Cənubi  Azərbaycan  nağılında  ironik 
qəhrəman  o  qədər  balacadır  ki,  hətta  gözə  görünmür.  O, 
eşşəyin  qulağında  oturub  atasına  yemək  aparır.  Padşahdan 
atasının haqqını tələb edir. Noxudbalanı boğmaq  üçün su an-
barına salırlar. O, möcüzəli şəkildə bir anbar suyu qarnına çə-
kir. Padşah onu yanar təndirə atdıranda qarnındakı suyu təndi-
rə  tökür.  Padşahın  xəzinəsindən  qızılların  hamısını  udur  (16, 
273-275).  “Yartıqulaq” (VS 700) adlı türkmən  nağılında  qu-
lağın yarısı boyda olan qəhrəman ironik səciyyə daşıyır. Yar-


56 
 
tıqulaq öz səciyyəsinə görə Noxudbalaya yaxındır. Yartıqulaq 
anadan olan kimi dəvənin qulağının içində dəyirmana atasının 
yanına gedir. Atası uşağı görmür. Yartıqulaq dəvənin qulağın-
dan  otun  içinə  düşür.  Dəvə  onu  otla  bərabər  udur.  Uşağı  çı-
xartmaq üçün dəvəni kəsirlər. Onun içalatında uşağı tapa bil-
mirlər. Dəvənin bağırsağında qalan Yartıqulağı canavar udur. 
Canavar  sürüyə  hücum  etmək  istəyəndə  Yartıqulaq  səs  salıb 
çobanları ayıq salır. Çobanlar ona qoyun vəd edirlər. Canavar 
ac  qalmağa  məcbur  olur.  Nağılda  Yartıqulağın  buna  bənzər 
bir  çox  macəralarından  danışılır  (40,  226-235).  “Baldır-
Beejek” adlı tuva nağılında ironik cizgilərə malik balaca qəh-
rəman üç qardaşın ən kiçiyidir (180, 106-111). 
Başqa  türk  xalqlarının  nağıllarında  “barmaq  boyda 
uşaq”  surəti  (eləcə  də  cırtdan)  irqəyel,  ilqəyer,  irqənək  (baş-
qırd)  erben,  erqejeel,  erqejel,  erqejeli  (qırğız)  erqejeyli  (no-
qay)  erqejey,  erqejeyli  (qazax)  erqejel  (özbək)  adlanır  (55, 
27). “Barmaq” mənası daşıyan bu söz Göytürklərdə də uyğun 
məna daşımışdır; ernek – “barmaq”, ernayi – “barmaq boyda 
adam”,  “altı  barmaqlı  adam”  (55,  27).  P.T.Axmetyanov  bu 
sözün həm də çobançiçəyi (baharda ilk açan çiçək) mənasında 
işləndiyinə əsaslanaraq yazır: Çiçək adı kimi “Erqəzembayın, 
ehtimal ki, tam variantı Erqəzembay (çiçək  “xoşbəxtlik çiçə-
yi”)  olub.  Bu  çiçəkdə  (təsəvvürə  görə)  barmaq  boyda  oğlan 
bahadır gizlənir (yenə orada)”. Məsələnin bu şəkildə izahı ar-
tıq  bu  surətin  mifoloji  təbiətə  malik  olduğunu  göstərir.  Ma-
raqlıdır ki, oxşar inam Karamurt özbəkləri arasında da yazıya 
alınmışdır. Şaman Totinin verdiyi məlumata görə, onun hami 
ruhlarından  biri  reyhan  iyini  çox  sevir  və  bu  balaca  ruh  hə-
mişə reyhanın ətirli saplağı ilə gəzərək deyir: “Mən Gülüstan 
bağının  adamıyam”  (172,  122).  Bu  surətin  barəsində  kifayət 
qədər  məlumat  olmadığından  hələlik  onun  mifoloji  səciyyə-
sini  müəyyənləşdirmək  çətindir.  Ancaq  R.Q.Axmetyanovun 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə