Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə29/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   25   26   27   28   29   30   31   32   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
100 
Lakin  nəzərə  almaq  lazımdır  ki,  Sam  mirzə  Xətainin  türkcə 
şerlər yazdığını da qeyd etmiş, bəzi şairlərin yaradıcılığından bəhs 
edərkən onların türkcə şeirləri olduğunu xüsusi vurğulamış, Sultan 
Hüseyn Bayqara və Zəhirəddin Babur şah kimi hökmdarların türk-
cə şeirlərindən nümunələr gətirmişdir. Sam mirzə özündən əvvəlki 
təzkirəçilərdən  fərqli  olaraq,  ilk  dəfə  böyük  türk  şairlərinə  xüsusi 
bir fəsil ayırmağı zəruri hesab etmiş və “Töhfeyi-Sami”nin VI fəs-
lini  türk  ədəbiyyatına  həsr  etmişdir.  Bu  məsələyə  diqqət  çəkən 
A.Səttarov yazır: “Bu halət, əlbəttə ki, səbəbsiz deyildi. Çünki xü-
susən  XV  əsrin  II  yarısında  və  Sam  mirzənin  zamanında  türkdilli 
şairlərin nüfuzu xeyli artmışdı”
153
. Buna görə də Sam mirzəni türk 
ədəbiyyatına laqeyd yanaşmaqda və farspərəst mövqe tutmaqda it-
tiham  etmək  doğru  deyildir.  Həm  də  ona  görə  ki,  o,  öz  həyatının 
ilk  illərindən  türk  qızılbaş  oymaqlarından  olan  şamlu  tayfasının 
əmirlərinin qayğısı ilə əhatə olunmuş, Hüseyn xan Şamlunun qızı 
ilə  evlənmiş  və  siyasi  fəaliyyətində,  hakimiyyət  iddiaları  ilə  çıxış 
edərkən məhz türk qızılbaş tayfalarının dəstəyinə arxalanmışdır. 
“Töhfeyi-Sami”  adlı  təzkirəsinin  nə  vaxt,  harada  yazılması 
haqda təzkirəçinin özünün qeydi yoxdur. Bir çox tədqiqatçılar əsə-
rin  h.957/1550-h.968/1561-ci  illər  arasında  tərtib  olunduğunu  ya-
zırlar
154
. Buradan belə qənaətə gəlmək olar ki, əsər Sam mirzə Ər-
dəbildə  olarkən  qələmə  alınmışdır.  Təzkirə  müqəddimə,  “səhifə” 
adı verilən yeddi fəsil və xatimədən ibarətdir. 
A.Səttarov  qeyd  edir  ki,  Sam  mirzə  öz  təzkirəsini  şairlərin 
təbəqələrinə və onların şeirə və şairliyə olan münasibətləri əsasın-
da tərtib etmişdir
155
.  
“Töhfeyi-Sami”nin  birinci  fəsli  şah  nəslindən  olan  şairlərə, 
ikinci  fəsli  seyid  və  alim  nəslindən  olan  şairlərə,  üçüncü  fəsil 
peşəkar şair olmayıb, bəzən şeir söyləyənlərə, dördüncü fəsil və-
zirlər və şeir yazan başqa qələm sahiblərinə, beşinci fəsil əsl şairlər 
və  yüksək qələm  sahiblərinə, altıncı  fəsil  türk təbəqəsi  və  onların 
                                                 
153
 Саттаров А. Тухфаи Соми ва хусусиятхои он. - Душанбе: 1972, с. 73. 
154
 Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. I cild. Tehran: 1350, s.155.  
155
 Саттаров А. Тухфаи Соми ва хусусиятхои он. Душанбе: 1972, с. 74. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
101 
ən böyük şairlərinə, yeddinci fəsil isə xalq təbəqəsindən olan digər 
şairlərə ayrılmışdır.  
Əsərin  müqəddiməsində  təzkirəçi  şair,  şeir  haqqında  məlu-
mat verir və    özündən  əvvəlki təzkirəçiləri xatırlayır:  “… belə  ki, 
“Baharistan”, “Məcalisün-nəfais” və “Təzkirətüş-şüəra” bu təbəqə-
dəndir. Bu yaradıcı tayfadan (şairlərdən - V.M.) xəbərsiz olan əsər 
yoxdur. Onların əsərlərinin böyük bir dövlət kimi məcmuələnib di-
van  halına  salınması  aləmlərə  nur  saçan  bir  günəşin  doğuluşuna 
bənzəyir.  Şöləsi  bizim  günlərə  qədər  yetişməkdədir.  Sonralar  bu 
ləyaqətli fəsahət bayrağı və bəlağətli ayinlərin məcmuələnməsi işi-
nə bütün diyarlarda başladılar”
156
. Sam mirzə öz təzkirəsinin də bu 
əsərlər sırasına daxil olduğunu yazır. Əsərdə ümumilikdə 714 şair 
haqqında məlumat verilir. 
Təzkirənin  xatiməsində  müəllif  təzkirəsini  necə  yazması 
haqqında  məlumat  və  öz  yaradıcılığından  nümunələr  verir.  Sam 
mirzə  öz  əsərlərindən  4  mətlə,  rübai  və  qəsidə  verir  ki,  bunların 
sayı 32 beytdir.  
“Töhfeyi-Sami”də XV əsrin ikinci yarısı və XVI əsrin ilk ya-
rısına  aid  şairlər  haqqında  məlumat  verilmişdir.  Təzkirədə  türkcə 
şeir yazdıqları açıq söylənilən Azərbaycan şairləri arasında Xətai, 
Füzuli, Ayqut sultan, Yusif bəy, Cədidi, Əmni, Kəlimi Təbrizi və 
Susəninin adlarını çəkmək olar. Bu şairlərin bəzilərinin əsərlərində 
Anadolu, bəzilərinkində  cığatay ləhcələrinin təsiri gözə çarpır
157
.  
E.Broun təzkirədəki şairlərin heç də hamısının tanınmış şair-
lər  olmadığını  xüsusi  vurğulayır:  “Töhfeyi-Sami”də  və  o  dövrün 
digər  bioqrafiyalarında  və  tarixi  əsərlərində  xeyli  sayda  şairlərin 
adları çəkilsə də, onların əksəriyyətini birinci dərəcəli şairlər sıra-
sına qoymaq çətindir (Cami, Hatifi, Hilali və Xorasan məktəbinin 
həqiqi  davamçıları  olan  şairlər  istisnadır)”
158
.  Ancaq  bu  təzkirədə 
                                                 
156
 Sam mirzə. Töhfeyi-Sami. Əlyazmalar İnstitutu, B-5119, vər. 4 b. 
157
 Cavad Heyət. Azərbaycan ədəbiyyatına bir baxış. Bakı, 1993, s. 62. 
158
 Bax:  Browne  E.G.  A  History  of  Persian  Literature  in  the  Modern  Times 
(A.D.1500-1924). Cambridge University Press, 1924, p. 490. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
102 
bəhs  olunan  əksər  şairlər  haqqındakı  məlumata  digər  mənbələrdə 
rast gəlmədiyimiz üçün bu informasiyalar çox dəyərlidir.  
Təzkirənin dünyanın müxtəlif əlyazma xəzinələrində çoxsay-
lı  nüsxələri  mühafizə  olunmaqdadır.  Onu  da  qeyd  edək  ki,  XV 
əsrin  ikinci  yarısı  və  XVI  əsrin  birinci  yarısında  yaşayan  şairlər 
haqqında  məlumat  verən  təzkirə  hələ  də  Azərbaycan  dilinə  tərcü-
mə olunmamışdır. 
 
Əlyazmaları 
 
Kayseri Rəşid Əfəndi, Əski əsərlər K/X. № 922. 
Amasya Bayəzid İl Xalq K/X. 05 Ba 1073. 
Manisa İl Xalq K/X. 45 Hk 6381. 
İstanbul Millət K/X., Ali Əmiri Kolleksiyası 34 Ae 945. 
Milli Kitabxana, Çankırı İl Xalq K/X. 18 Hk 180. 
Vəqflər Genel Müdürlüyü, Safranbolu İzzət Məhəmməd Paşa 
Kolleksiyası 65 Saf 550. 
Çarls Şeffer kolleksiyası (Paris)  P 182. 
Çarls Şeffer kolleksiyası (Paris) 1144. 
Çarls Şeffer kolleksiyası (Paris) 1145. 
Çarls Şeffer kolleksiyası (Paris) P 151. 
Özbəkistan EA Şərqşünaslıq İnstitutu № 57. 
Rusiya EA Şərqşünaslıq İnstitutu B – 116. 
Rusiya EA Şərqşünaslıq İnstitutu B – 118 
Sankt-Peterburq  Şərq Əlyazmaları İnstitutu 950 e. 
Sankt-Peterburq  Şərq Əlyazmaları İnstitutu 101. 
Ayətullah Mərəşi Ümumi K/X. № 3674. 
Ayətullah Mərəşi Ümumi K/X. № 7531. 
Ayətullah Mərəşi Ümumi K/X. № 12096. 
Tehran Universiteti Mərkəzi K/X. 49443. 
Tehran Universiteti Mərkəzi K/X. 169. 
Tehran Universiteti Mərkəzi K/X. 3007. 
Məlik Milli K/X. 3848. 
Müctəba Minui  K/X. 67. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə