Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə26/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   22   23   24   25   26   27   28   29   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
87 
yənlər 
bəylərbəyi kimi dövlət adamları 
4. Vəzirlər və şeir yazan başqa qələm sa-
hibləri 
4. Bilgin şairlər 
5. Əsl şairlər və yüksək qələm sahibləri 
5.  Səhidən  öncə  yaşamış  və  vəfat  etmiş 
şairlər 
6.  Türk  təbəqəsi  və  onların  ən  böyük 
şairləri 
6.Səhinin  gəncliyində  tanınmış  və  şəxsən 
görüşdüyü şairlər 
7. Xalq təbəqəsindən olan digər şairlər 
7.  Əsərin  yazıldığı  tarixdə  həyatda  olan 
şairlər 
8. - 
8. Yeni şairlər  
  
Osmanlı  təzkirəçiləri  Kastamonolu  Lətifinin  təzkirəsindən 
sonra əsərlərini əlifba prinsipi əsasında tərtibləmişlər. Yəni təbəqə 
üsulu öz aktuallığını itirmişdir. Azərbaycanlı müəlliflər isə, demək 
olar  ki,  XIX  əsrə  qədər  təbəqə  üsulundan  istifadə  etmişlər.  Təbii 
ki, başqa tərtib tərzləri də mövcud olmuşdur. 
XVI əsr Osmanlı təzkirəçisi Aşiq Çələbi ilk dəfə olaraq əsə-
rində şairləri əbcəd hərfləri əsasında sıralamışdır. XVII əsr müəllifi 
Güfti isə türk ədəbiyyatında yeganə mənzum təzkirəsi ilə məşhur-
laşmışdır.  Azərbaycan  təzkirəçiləri  bu  strukturda  və  səpkidə  əsər 
tərtibləməmişlər.  
Osmanlı  təzkirəçilərindən  Əsrar  Dədə  və  Akif  mənsub  ol-
duqları çevrənin şairləri haqqında təzkirə tərtibləmişlər. Əsrar Də-
də  əsərində  mövləvi  şairlər,  Akif  isə  əndərun  (saray)  şairləri  haq-
qında məlumat verib əsərlərindən örnəkləri əhatə edən təzkirə qə-
ləmə  almışlar.  Prof.Dr.  F.Kılıç  bu  əsərləri  “zümrə  təzkirələri”  ad-
landırır
131

Fətəli şahın  oğlu  Mahmud mirzə Qacarın h.1236/1820-21-ci 
ildə  qələmə aldığı  və  Qacarlar xanədanının mənsubu olan şairlərə 
həsr  edilmiş  “Gülşəni-Mahmud”  adlı  ailə  təzkirəsini  də  “zümrə 
təzkirəsi” adlandıra bilərik. 
                                                 
131
 Kılıç F. Edebiyat tarihimizin vazgeçilmez kaynakları: şair tezkireleri. s. 9. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
88 
Azərbaycan  təzkirəçiləri  sadəcə  qadınlara  həsr  olunmuş  təz-
kirə  də  qələmə  almışlar.  Belə  ki,  Mahmud  mirzə  Qacar 
h.1241/1825-ci ildə qadın şairlərdən bəhs edən “Nüqli-məclis” adlı 
təzkirə tərtib etmişdir.  
Azərbaycan  təzkirələrinin  strukturu  Osmanlı  təzkirələri  ilə 
müqayisədə daha mürəkkəb və rəngarəngdir. Azərbaycan təzkirə-
ləri təbəqə, əlifba, coğrafi prinsip, ədəbi nümunələrin janrları əsa-
sında tərtiblənmişdir. Bunlardan əlavə sistemsiz yazılmış təzkirələ-
rə də rast gəlmək mümkündür.  
Azərbaycan təzkirəçiləri şairlərin əsərlərindən nümunələri də 
özünəməxsus şəkildə seçmişlər. Məsələn, XVII əsr təzkirəçisi Na-
zim Təbrizi “Nəzmi-güzidə”  adlı  əsərinə  yalnız qəzəl  və rübailər-
dən nümunə vermişdir.  
XVIII  əsr  təzkirəçiləri  Salim  və  Səfayinin  əsərlərinin  əvvə-
lində  təzkirəyə  dair  müxtəlif  şəxslərdən  alınmış  “təqriz”lərə  yer 
verilmişdir  ki,  bu  ənənəyə  Azərbaycan  təzkirələrində  rast  gəlmə-
mişik. 
Mir  Möhsün  Nəvvabın  və  Yəhya  Şeydanın  təzkirəsində 
şairlərin avtoqraf tərcümeyi-halları və əsərlərindən nümunələr ve-
rilmişdir ki, bu da Osmanlı təzkirələrində görmədiyimiz yenilikdir. 
 
Təzkirələrin əhatə etdiyi coğrafiya və dil nöqteyi-nəzərindən 
uyğunluqlar və fərqlər 
 
Azərbaycanlı müəlliflərin təzkirələrinin böyük qismi fars di-
lindədir.  Osmanlı  təzkirəçiləri  isə  əsərlərini  türkçə  qələmə  almış-
lar.  
Osmanlı  təzkirələrinin  böyük  əksəriyyəti  Osmanlı  ölkəsində 
yaşayan  və  ya  buraya  mühacirət  etmiş  müxtəlif  xalqların  nüma-
yəndələrindən  olan  şairləri  əhatə  etməkdədir.  Ancaq  Azərbaycan 
təzkirələrinin  çox  hissəsinin  daha  geniş  zaman  və  coğrafi  arealı 
özündə əks etdirdiyini görürük. Məsələn, Sadiq bəy Əfşar, Əliqulu 
xan Valeh, Lütfəli bəy Azər, Seyid Əzim Şirvani və b. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
89 
XVI  əsrdən  XX  əsrə  qədər  yazılmış  Osmanlı  təzkirələrində 
təxminən  60  Azərbaycan  şairi  haqqında  bio-biblioqrafik  məlumat 
və  əsərlərindən  örnəklər  verilmişdir.  Bu  şairlərdən  yarıya  qədəri 
ilk  dəfə  məhz  osmanlı  təzkirəçiləri  tərəfindən  yad  edilmişdir  və 
Azərbaycan  ədəbiyyatının  araşdırılmamış  səhifələrini  təşkil 
etməkdədir
132
.  
Azərbaycan təzkirələrində də Osmanlı şairləri xatırlanmışdır. 
Məsələn,  Sadiqinin  “Məcməül-xəvas”ında  (Sultan  Süleyman,  Ne-
cati  Rumi,  Baqi  Çələbi),  Hülaku  mirzə  Qacarın  “Xərabat”ında 
(Qalib  Əfəndi  Osmanlı,  Zehni  Osmanlı,  Ruhi  Osmanlı,  İbrahim 
Əfəndi, Bağdad vəziri Əlirza paşa, Pərtöv paşa, Raşid Əfəndi, Ka-
mal  Əfəndi  Osmanlı,  Nədim),  Seyid  Əzim  Şirvaninin  “Təzki-
rə”sində  (Nabi,  Fayizi  Rumi,  Fövzi  Əfəndi  Rumi,  İzzət  Rumi, 
Vəcdi bəy Rumi, Fazil Rumi, Hüsni Çələbi, Vəsli Rumi, Fitnət xa-
nım Rumi, Dərviş Əfəndi Rumi, İffət, Nisari və b.) Osmanlı şairlə-
rinin  bəziləri  haqqında  bilgi  verilmiş  və  əsərlərindən  nümunələr 
təqdim olunmuşdur.  
 
Müəllifliklə bağlı bənzərliklər və fərqlər 
 
Azərbaycan  təzkirələrinin  bəzilərinin  müəllifləri  şahzadələr-
dir.  Məsələn,  Sam  mirzə,  Bəhmən  mirzə,  Hülaku  mirzə  Qacar, 
Məhəmməd  Bağır  xan  Qacar,  Mahmud  mirzə  Qacar,  Heydərqulu 
mirzə, Məhəmmədqulu mirzə, Seyfüddövlə Sultan Məhəmməd Ta-
ğı.  Osmanlı  təzkirəçiliyində  şahzadələrin  təzkirə  yazmasına  rast 
gəlməmişik. 
Azərbaycanda  təzkirə  yazmaq  ailə  ənənəsinə  çevrilmişdir. 
Belə ki, Fətəli şahın övladlarının bir neçəsi təzkirə tərtibləmişlər. 
Azərbaycan təzkirəçilərindən bəziləri bir deyil, iki-üç təzkirə 
tərtibləmişlər  ki,  buna  da  Osmanlı  təzkirəçiliyində  rast  gəlmirik. 
Məsələn, XIX əsr Azərbaycan təzkirəçiləri Əbdürrəzzaq bəy Dün-
                                                 
132
 Musalı  V.,  Musalı  N.  Osmanlı  tezkirelerine  göre  Azerbaycan  edebiyatının 
araştırılmamış sayfaları // Klasik Türk edebiyatında biyografi. Bildiriler, Anka-
ra, Atatürk Kültür Merkezi Başkanlığı Yayınları, 2011, s. 501-522. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə