Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə27/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   23   24   25   26   27   28   29   30   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
90 
büli Azərbaycani “Təcrübətül-əhrar və təsliyyətül əbrar”, “Nigaris-
tani-Dara”,  “Hədayiqül-üdəba”  adlı  üç,  Mahmud  mirzə  Qacar  isə 
“Gülşəni-Mahmud”, “Bəyanül-Mahmid” və “Nüqli-məclis” adlı üç 
təzkirə qələmə almışlar. 
Azərbaycan  təzkirələrinin  bəzisi  hökmdarların  göstərişi  ilə 
yazılmışdır. Nazim Təbrizi təzkirəsini Səfəvi  hökmdarı  I Şah Ab-
basın  göstərişi  ilə  yazdığını  bildirir.  Əbdürrəzzaq  bəy  Dünbüli 
Azərbaycani  h.  1241/1825-ci  ildə  “Nigaristani-Dara”  adlı  təzkirə-
sini  Azərbaycan  hakimi  Abbas  mirzə  Qacarın  göstərişi  əsasında 
yazmışdır.  Osmanlı  təzkirəçiləri  isə 
yazdıqları  əsərlərini 
dövrlərinin  sultanlarına  və  b.  dövlət  adamlarına  təqdim  edərək 
əvəzində mənsəb və ya sərvət əldə etmişlər. Məsələn, Səhi bəy və 
Lətifi  öz  təzkirələrini  Qanuni  Sultan  Süleymana,  Aşiq  Çələbi  II 
Səlimə, Qınalızadə Həsən Çələbi Xoca Sadəddin Əfəndiyə, Riyazi 
II Əhmədə, Rza isə Sultan İbrahimə təqdim etmişdir. 
Apardığımız  araşdırmalar  nəticəsində  Azərbaycan  və  Os-
manlı  təzkirələri  arasında  fərqliliklərin  daha  çox  olduğunu  müəy-
yən etdik.  


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
91 
 
 
 
 
 
 
 
IV FƏSĠL 
 
AZƏRBAYCAN TƏZKĠRƏÇĠLĠYĠNĠN ĠNKĠġAF 
MƏRHƏLƏLƏRĠ 
 
4.1. XVI əsr 
4.2. XVII əsr 
4.3. XVIII əsr 
4.4. XIX əsr 
4.5. XX əsr 
4.6. XXI əsr 
 
 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
92 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
93 
 
 
 
 
 
 
 
XVI ƏSR TƏZKĠRƏÇĠLĠYĠ 
 

 
Sam mirzə 

 
Əhdi Bağdadi 

 
İbrahim mirzə 

 
Tövfi Təbrizi  
 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
94 
 
 
 
 
 
Sam mirzə. “Töhfeyi-Sami” 
AMEA Əlyazmalar Ġnstitutu B-5119


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
95 
 
SAM MĠRZƏ SƏFƏVĠ 
 
Azərbaycan  ədəbiyyatında  ilk  təzkirə  Şah  İsmayıl  Xətainin 
oğlu  Sam  mirzə  Səfəvi  tərəfindən  farsca  qələmə  alınmışdır.  Çox 
təəssüf ki, bu Səfəvi şahzadəsinin nə həyatı, nə də təzkirəsi Azər-
baycanda  indiyə  kimi  geniş  şəkildə  tədqiqata  cəlb  olunmamışdır. 
İlkin  olaraq  bu  sətirlərin  müəllifi  tərəfindən  Sam  mirzənin  həyatı 
ayrı-ayrı mənbələrə səpələnmiş məlumatlar əsasında öyrənilmişdir. 
Şah  İsmayılın  oğlu  olan  Sam  mirzənin  həyatı  haqqında  Səfəvilər 
dövrünün  ayrı-ayrı  tarixi  mənbələrində  əhəmiyyətli,  lakin  adda-
budda, səpələnmiş faktlara, həmçinin müxtəlif təzkirələrdə yığcam 
və əsasən bir-birini təkrarlayan məlumatlara yer verilmişdir.  
Səfəvi dövrünün salnaməçilərindən olan Mirzə bəy Cünabə-
dinin  verdiyi  məlumata  görə,  Sam  mirzə  seşənbə  günü,  21  şaban 
923-cü  ildə  (8  sentyabr  1517)  Şah  İsmayıl  Sorluq  yaylağından 
Naxçıvan qışlağına doğru yolda olarkən Cənubi Azərbaycanın Ma-
rağa şəhərində dünyaya gəlmişdir. Bundan xeyli sevinən Şah İsma-
yıl ziyafət qurmuş, hədsiz qızıl və gövhər nəzir vermiş, həmçinin 
məşhur qızılbaş sərkərdəsi Durmuş xan Şamlunu Sam mirzənin lə-
ləsi təyin edərək, şahzadənin təlim-tərbiyəsi ilə bağlı işləri ona tap-
şırmışdı
133
. Sam mirzə həyatının ilk illərini atasının hüzurunda ke-
çirsə də, h.927/1521-ci ilin yayında öz lələsi Durmuş xanla birlik-
də şah tərəfindən Herat şəhərinə göndərilmiş və Xorasanın idarəçi-
liyi  ona  həvalə  olunmuşdu
134
.  Lakin  Sam  mirzə  azyaşlı  olduğun-
dan  bütün  idarəçilik  işləri  faktiki  olaraq  onun  lələsi  Durmuş  xan 
tərəfindən həyata keçirilirdi.  
1524-cü  ildə  Səfəvilər  dövlətində  I  Şah  Təhmasib  hakimiy-
yətə keçdi və o, qardaşı Sam mirzənin Xorasan vilayətində hakim-
                                                 
133
  Mirzə bəy Cünabədi. Rövzətüs-Səfəviyyə. Be kuşeş-i Qulamrza Təbatəbayi 
Məcd. Tehran, 1378, s.299. 
134
 Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi.Təkmilətül-əxbar (Səfəvi dövrü - Şah 
İsmayıl və Şah Təhmasib dövrləri tarixi). Bakı, 1996, s.52. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
96 
lik hüququnu təsdiqləyən fərman imzaladı
135
. H.931 /1524-25-ci il-
də özbək qoşunları Xorasana daxil olub, Heratı mühasirəyə aldıqda 
Durmuş xanın məsləhəti ilə Sam mirzə özbək xanlarının ali rəhbəri 
Kuçkunçi  xana  hədələyici  məktub  yazıb,  ondan  Xorasanı  tərk  et-
məyi tələb etdi. Gərgin döyüşlərdən sonra Heratı tuta bilməyən öz-
bəklər geri çəkilməli oldular
136
.  
H.932/152526-cı  ildə  Durmuş  xan  vəfat  etmiş  və  onun  qar-
daşı  Hüseyn  xan  Şamlu  Sam  mirzənin  lələsi  təyin  olunmuşdu
137

O,  öz  lələliyi  dövründə  (1526-1531)  qızını  Sam  mirzəyə  ərə 
vermiş  və  onunla  bağlılıqlarını  daha  da  gücləndirmişdi. 
H.934/1527-28-ci  ildə  özbək  hökmdarı  Übeydulla  xanın  ordusu 
Sam  mirzənin  və  Hüseyn  xanın  qoruduğu  Herat  şəhərini  7  ay 
mühasirədə  saxlasa  da,  oranı  tuta  bilməyib  geri  çəkildi.  Lakin 
h.936/1529-30-cı ildə Übeydulla xan daha güclü bir ordu ilə Hera-
ta növbəti həmlə etdi və qüvvələrin qeyri-bərabərliyini, vəziyyətin 
çətinliyini görən Hüseyn xan Sam mirzəni və qoşununu götürərək 
Sistan  tərəfə  çıxıb  getdi.  Sistan  hakimi  Məlik  Mahmud  onlara  la-
yiqli  hədiyyələr  bağışladı  və  bir  neçə  gün  qonaq  saxladı.  Bundan 
sonra şahzadə və lələsi Fars vilayətinə gedib orada qışlamağı qəra-
ra aldılar. Onlar yolüstü Səfəvilərə qarşı itaətsizlik göstərən Kic və 
Məkran  hakimi  Məlik  Dinarın  qüvvələrini  darmadağın  edib  Farsa 
getdilər və h.937/1530- 31-ci ilin qışını orada keçirdilər
138

2 zilqədə 937/17 iyun 1531-ci ildə Sam mirzə və Hüseyn xan 
İsfahanın  Kəndəman  yaylağında  dincələn  Şah  Təhmasibin  hüzu-
                                                 
135
 Mirzə  bəy  Cünabədi.  Rövzətüs-Səfəviyyə.  Be  kuşeş-i  Qulamrza  Təbatəbayi 
Məcd. Tehran, 1378, s.364-365. 
136
 yenə orada,  s. 366-369. 
137
 Mirzə  bəy  Cünabədi.  Rövzətüs-Səfəviyyə.  Be  kuşeş-i  Qulamrza  Təbatəbayi 
Məcd.  Tehran,  1378,  s.371-372;  Şah  Təhmasibin  təzkirəsi  /  tərcümə:  Ə.Rəcə-
bov. Bakı, 1996, s.17; Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi. Təkmilətül-əxbar 
(Səfəvi dövrü-Şah İsmayıl və Şah Təhmasib dövrləri tarixi). Bakı, 1996, s.56. 
138
 Mirzə  bəy  Cünabədi.  Rövzətüs-Səfəviyyə.  Be  kuşeş-i  Qulamrza  Təbatəbayi 
Məcd. Tehran, 1378, s. 404- 406. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə