Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə24/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   20   21   22   23   24   25   26   27   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
81 
çatmış  yeganə  nüsxəsi  Millət  Kitabxanası  Əli  Əmiri  bölümündə 
789 şifrəsi ilə mühafizə olunmaqdadır.  
XIX  əsr  şairi  Fatin  Əfəndinin  (1814-1866)  qələmə  aldığı 
“Xatimətül-əşar”  adlı  təzkirəsində  h.1134/1721-ci  ildən  h.1269/ 
1853-cü ilə qədər yetişən 683 nəfər şair haqqında məlumat vermiş-
dir
125
.  Əsər  Salim  və  Səfayi  təzkirəsinə  zeyl  olaraq  yazılmışdır. 
Əsərin əvvəlində təzkirənin tamamlandığına dair beş təqriz və altı 
tarix yer almışdır. Təzkirədə şairlər təxəllüslərinə görə deyil, adla-
rına görə əlifba prinsipi əsasında sıralanmışdır. “Xatimətül-əşar”ın 
digər təzkirələrdən fərqləndirən cəhəti əsərlərdən nümunələrin əv-
vəldə, tərcümeyi-halların isə ondan sonra verilməsidir.     
XX  əsrdə  yazılan  təzkirələrdən  birincisi  “Təzkireyi-şüərayi-
Amid”dir.  Əli  Əmiri  tərəfindən  qələmə  alınan  bu  təzkirə  Diyar-
bəkrdə yetişən 73 şair haqqında məlumat verir.  
Ədəbiyyat  tarixçisi  və  tədqiqatçısı  Mahmud  Kamal  İnalın 
“Kamalüş-şüəra” adlı əsəri Fatin təzkirəsinə zeyl olaraq yazılmış-
dır.  Əsər  1800-1941-ci  illər  arasında  yaşayıb-yaratmış  556  nəfər 
şairin tərcümeyi-halını və əsərlərindən örnəkləri əhatə etməkdədir. 
İndiyə  kimi  əsərin  dörd  cildi  nəşr  olunmuşdur
126
.  Sadəcə  beşinci 
cild işıq üzü görməmişdir. Bu təzkirə XIX əsr mühacir Azərbaycan 
şairləri  haqqında  məlumatı  əhatə  etməsi  baxımından  önəmli  yerə 
sahibdir
127

Sonuncu  Türkiyə  təzkirəçisi  Naili  Tumandır.  O,  “Töhfeyi-
Naili” adlı təzkirəsini 1949-cu ildə tamamlamışdır. Bu əsəri “təzki-
rələr təzkirəsi” də adlandırmaq olar. Çünki Nail Tuman digər təz-
kirələrdəki məlumatları bir yerə toplayaraq təzkirə tərtibləmişdir.   
                                                 
125
 Fatîn  Davud  -  Hâtimetü‟l-Eş„ar.  T.C.  Kültür  ve  Turizm  Bakanlığı  Yay.  (e-
kitap), Ankara; Fatin Davud. Xatimətül-əşar. İstanbul, 1271.  
126
 İnal  İbnül-Emin  Mahmud  Kemal.  Son  asır  Türk  şairleri  (Kemalüş-şuara)  4 
cildde.  1.  c.  Haz:  M.  Cunbur.  Ankara:  1999,  X+678  s.;  2.c.,  haz:  M.Kayahan 
Özgül. Ankara: 2000, 544 s.; 3. c., haz: H.Özcan. Ankara: 2000, VII+493 s.; 4. 
c., haz: İ.Baştuğ. Ankara: 2002, VIII+490 s. 
127
 Musalı V. Mahmud Kamal İnal təzkirəsində azərbaycanlı şairlər / “Azərbay-
can dünya ədəbiyyatında” Beynəlxalq simpoziumun materialları. Bakı, 2012, s. 
629-637. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
82 
Osmanlı  təzkirələri  XV-XX  əsrlərdə  Türkiyəyə  müxtəlif  sə-
bəblərlə mühacirət etmiş Azərbaycan ədəbiyyatı nümayəndələrinin 
həyat və yaradıcılığını, eləcə də Azərbaycan mühacirət ədəbiyyatı-
nın  qeyd  olunun  bölümünü  araşdırmaq  üçün  mühüm  qaynaqlar-
dandır. 
 
3.2. AZƏRBAYCAN VƏ OSMANLI 
TƏZKĠRƏLƏRĠNĠN FƏRQLĠ VƏ OXġAR 
XÜSUSĠYYƏTLƏRĠ  
 
Yrd. Doç. Dr. Ö.Bayram Azərbaycan və Türkiyə ədəbiyyat-
ları arasındakı əlaqə və oxşarlıqdan bəhs edərkən yazır: “Azerbay-
can ve Anadolu sahası Türk edebiyatları bir ağacın iki kolu gibi-
dir. Bu kollar, asırlarca birlikte geliştikten sonra günümüzden beş 
yüz yıl kadar önce iki dala ayrılarak paralel bir şekilde gelişmeye 
devam  etmiştir.  Tabii  bu  ağacın  kökü  ve  kaynakları  aynı  olduğu 
için  dallar  arasında  pek  çok  benzer  nokta  bulunmaktadır...  Aynı 
millete mensup  bu iki  kardeş ülkenin  edebiyatları,  İslam tesiri al-
tında  gelişen  Türk  edebiyatı  döneminde  farklı  iki  kola  ayrılmış-
tır”
128

Azərbaycan  və  Osmanlı  təzkirələrini  müqayisə  etdikdə  bəzi 
oxşar və fərqli cəhətlərin olduğu üzə çıxır. Bu oxşar və fərqli xüsu-
siyyətləri aşağıdakı maddələrlə təqdim etmək mümkündür
129


 
Təzkirələrin yazılma dinamikası baxımından müqayi-
sə; 

 
Təzkirələrin strukturundakı oxşarlıqlar və fərqlər; 
                                                 
128
 Bayram Ö. Azerbaycan sahası tezkireleri ve Seyid Azim Şirvaninin tezkiresi. 
– Doktora Tezi. Gazi Üniversitesi, Ankara, 2005. s. IV. 
129
 Musalı V. Azərbaycan və Osmanlı təzkirələrinin fərqli və oxşar xüsusiyyət-
ləri //  Akademik  V.Məmmədəliyevin  yubileyinə  həsr olunmuş  “Şərqşünaslığın 
aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları, Ba-
kı, 2012, s.179-181. 
 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
83 

 
Təzkirələrin əhatə  etdiyi coğrafiya və dil nöqteyi-nə-
zərindən uyğunluqlar və fərqlər

 
Müəllifliklə bağlı fərqlər. 
 
Təzkirələrin yazılma dinamikası 
 
Təzkirəçilik tarixinə nəzər salsaq görəcəyik ki, həm Azərbay-
can,  həm  də  Osmanlı  təzkirəçiləri  əsərlərini  Herat  təzkirəçilik 
məktəbinin tanınmış nümayəndələri Əlişir Nəvai və Dövlətşah Sə-
mərqəndinin  təzkirələrinin  təsiri  ilə  qələmə  almışlar.  Sonradan 
Azərbaycan və Osmanlı təzkirələrinin tərtibində, strukturunda və s. 
özünəməxsus dəyişikliklər aparıldığı müşahidə olunur.  
Azərbaycan təzkirəçiləri say etibarilə Osmanlı təzkirəçilərin-
dən  daha  çox  əsər  qələmə  almışlar.  41  Azərbaycan  təzkirəçisi  46 
təzkirə tərtibləmişdir. Osmanlı təzkirələrinin sayı isə 32-dir. Azər-
baycan  və  Osmanlı  təzkirələrinin  yazılma  dinamikasını  izləmək 
üçün aşağıdakı cədvələ nəzər salaq: 
 
Əsr  
Azərbaycan təzkirələri  
Osmanlı təzkirələri 
 
 
 
XVI əsr  
 
1. Sam Mirzə “Töhfeyi-Sami” 
2. Əhdi Bağdadi “Gülşəni-şüəra” 
3. İbrahim mirzə “Fərhəngi-İbrahim” 
4. Tövfi Təbrizi “Təzkireyi-Tövfi” 
 
1. Qəribi “Təzkireyi-məcalisi-şüərayi-
Rum” 
2. Səhi bəy “Həşt behişt” 
3. Lətifi “Təzkirətüş-şüəra” 
4. Aşiq Çələbi “Məşairüş-şüəra” 
5. Həsən Çələbi “Təzkirətüş-şüəra” 
6. Bəyani “Təzkirətüş-şüəra” 
 
 
 
XVII 
əsr 
 
1. Sadiq bəy Əfşar “Məcməül-xəvas” 
2. Nazim Təbrizi “Nəzmi-güzidə” 
 
1. Riyazi “Riyazüş-şüəra” 
2. Faizi “Zübdətül-əşar” 
3. Rza “Təzkirətüş-şüəra” 
4. Yümni “Təzkirətüş-şüəra” 
5. Asim “Zeyli-Zübdətül-əşar” 
6. Güfti “Təşrifatüş-şüəra” 
 
 
 
XVIII 
əsr 
 
1. Əliqulu xan Valeh “Riyazüş-şüəra” 
2. Lütfəli bəy Azər “Atəşkədə” 
3. İshaq bəy Üzri “Təzkireyi-İshaq” 
4. Əbu Talib  xan Təbrizi “Xülasətül-
 
1. Mucib “Təzkirətüş-şüəra” 
2. Səfayi “Təzkirətüş-şüəra” 
3. Salim “Təzkirətüş-şüəra” 
4. Bəliğ “Nüxbətül-asar li zeyli zübdətül-


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə