Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə22/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   18   19   20   21   22   23   24   25   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
75 
XVI əsrdə yazılmış təzkirələrdən digər birinin müəllifi Qına-
lızadə  Həsən  Çələbidir  (h.953/1546-h.1012/1604).  Həsən  Çələbi 
dövrünün tanınmış alimlərindən biri olmuşdur. “Təzkirətüş-şüəra” 
adlı  əsərini  h.994  /1586-cı  ildə  qələmə  almışdır
109
.  Təzkirənin 
strukturuna gəlincə, əsər müqəddimə, sultan, şahzadə və əsl şairlər 
olmaqla 3 fəsildən ibarətdir. I və II fəsildəki padşah və şahzadələr 
xronoloji prinsipə, III fəsildəki şairlər isə əlifba sırasına uyğun sı-
ralanmışlar. Təzkirənin I fəslində 6 padşahdan, II fəslində 5 şahza-
dədən, III fəsildə isə 627 nəfər şairlərdən bəhs olunmuşdur. Qınalı-
zadə  təzkirəsinin  600-dən  artıq  şairi  əhatə  etməsini  nəzərə  alsaq, 
bu  əsəri türk təzkirəçiliyi  tarixində  ən iri  həcmli  təzkirələrdən he-
sab etmək olar. Təzkirə ağır, çətin üslubda qələmə alınmışdır.  
XVI  əsrdə  Osmanlı  sahəsində  təzkirə  tərtib  etmiş  digər  bir 
təzkirəçi  Mustafa  Bəyanidir.  Bəyani  ədəbi  mühitdə  “Təzkirətüş-
şüəra”sı  (h.1006/1597)  ilə  tanınmışdır
110
.  Təzkirə  müqəddimə  və 
iki  bölmədən  ibarətdir.  “Təzkirətüş-şüəra”nın  birinci  bölməsində 
5 padşah və 4 şahzadədən bəhs olunmuşdur. Əsərin ikinci bölmə-
sində  isə  XV-XVI  əsrdə  yaşamış  377  nəfər  şairə  yer  verilmişdir. 
Bu  əsər  Qınalızadə  təzkirəsinin  xülasəsidir  və  müqəddimədən  də 
məlum olduğu kimi, Bəyani, Qınalızadə təzkirəsini tamlıqla köçü-
rə bilmədiyi üçün yalnız tanınmış şairləri seçib əsərinə daxil etmiş-
dir.  Bəyani  əsərinə  Qınalızadə  təzkirəsində  olmayan  bəzi  şairləri 
də əlavə etmişdir.  
Türkiyə ədəbiyyatında XVII əsrdə də təzkirəçilik ənənəsi da-
vam  etmişdir.  Bu  əsərlər  XVI  əsrdə  yazılmış  təzkirələrin,  demək 
olar ki, zeylidir və XVI əsrdə təməli qoyulan və bir-birinin ardınca 
qiymətli  nümunələr  verən  Türkiyə  təzkirəçiliyini  fasiləsiz  davam 
etdirən  əsərlərdir.  XVII  əsr  təzkirəçilərindən  Riyazi,  Faizi,  Rza, 
Yümni, Asim və Güftinin adlarını çəkə bilərik.  
                                                 
109
 Kınalızade  Hasan  Çelebi.  Tezkiretüş-şuara.  /  İ.Kutluk.  C.I-II,  Ankara:  Türk 
Tarih Kurumu Basımevi, 1978 - 1989, 1094 s.  
110
 Beyani  Mustafa  bin  Carullah  Tezkiretüş–şuara  /  eleştirmeli  baskıya  hazırla-
yan Dr. İ.Kutluk. Ankara: TDK, 1997,  90 + 345s. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
76 
XVII əsrdə də Osmanlı təzkirəçiləri təzkirəçilik ənənəsini da-
vam  etdirmişlər.  Ancaq  XVII  əsr  təzkirələri  XVI  əsrdə  bu  janrda 
tərtiblənmiş  əsərlərdən  müəyyən  cəhətlərinə  görə  fərqlənmişdir. 
Belə ki, XVI əsr təzkirəçiləri öz dövrlərindən əvvəl yaşayan şairlə-
ri  əsərlərində  xatırlamışdılar.  Bu  səbəbdən  təzkirələrdəki  bio-bib-
lioqrafik məlumat da çox geniş olurdu və bu təzkirələrin həcminə 
də təsir etmişdir. XVII əsr təzkirəçiləri isə daha çox öz dövrlərində 
yaşayıb-yaradan şairlərdən bəhs  edir və bio-biblioqrafik məlumatı 
çox  qısa  verirdilər.  Əvəzində  isə  şeirlərdən  nümunələr  artırılırdı. 
Beləliklə,  qeyd  olunan  bu  dəyişikliklər  nəticəsində  XVII  əsrdən 
etibarən Osmanlı təzkirəçiliyi tarixində antologiya xarakterli təzki-
rələr tərtiblənməyə başladı.   
Riyazi təzkirəsi bu iki əsr arasında keçid dövrünün məhsulu-
dur.  Riyazi  təzkirəsini  h.1016/1607-ci  ildə  yazmağa  başlayıb, 
h.1018/1609-cu ilin rəcəb ayında bitirdiyini əsərin sonunda yazdığı 
tarixdən öyrənirik. Təzkirə tərtiblənərkən daha əvvəl yazılmış təz-
kirələrdən istifadə edilmişdir. Əsər müqəddimə və 2 rövzədən iba-
rətdir. Təzkirədə ümumilikdə 424 şair haqqında məlumat verilmiş-
dir. Riyazi özündən əvvəlki təzkirəçiləri tənqid etsə də, ikinci röv-
zədəki şairlər haqqında məlumat verərkən bu əsərlərdən bəhrələn-
mişdir.  “Riyazüş-şüəra”  XVII  əsrin  ən  diqqətəlayiq  təzkirəsidir. 
Əsərin ən önəmli cəhəti bütün şairlərin vəfat tarixlərini əks etdir-
məsindədir.  Riyazi  təzkirəsinə  daxil  etdiyi  bütün  şairlərin,  demək 
olar ki,  əsərlərinin  hamısını nəzərdən keçirmiş  və  yalnız tərifə  la-
yiq olan şeirləri seçmişdir. Ancaq digər təzkirəçilər bu çətinliyi öz 
üzərlərinə götürməmişlər 
111
.   
Qafzadə  Faizi  (h.998/1589-h.1031/1622)  “Zübdətül-əşar” 
adlı  antologiya  xarakterli  təzkirəsi  ilə  tanınmışdır.  Təzkirədə  XV 
əsrin  ortalarından  başlayaraq,  yazıldığı  1621-ci  ilə  qədər  yaşamış 
14-ü  qadın  olmaqla  515  nəfər  şairdən  bəhs  edilmişdir.  Bunlardan 
57-si ancaq bu təzkirədə xatırlanmışdır. Əsərdə şairlər haqqındakı 
bio-biblioqrafik məlumat iki-üç cümlədən artıq deyildir. Faizi təz-
                                                 
111
 Gibb  V.  Osmanlı  şiir  tarihi  /  terc.  A.Çavuşoğlu.  3-4-5.  c.  Ankara:  Akçağ, 
1999, s. 149. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
77 
kirəsinə daxil etdiyi şairlərin vəfat tarixlərini verməyə diqqət yetir-
miş, dəqiq bilmədiyi tarixləri isə şairlərin yaşadığı dövrü əks etdi-
rən  ifadələrdən  istifadə  etməklə  vermişdir.  Faizinin  “Zübdətül-
əşar”ı təzkirədən çox antologiyanı xatırladır.  
Əsrin  digər  bir  təzkirəçisi  Zəhrimarzadə  Rzadır.  Divan 
müəllifi olan Rza h.1050/1640-cı ildə təzkirəsini tamamlayıb, Sul-
tan  İbrahimə  təqdim  etmişdir.  Təzkirə  qısa  bir  ön  söz,  2  fəsil  və 
xatimədən ibarətdir. Təzkirəçi  ön sözdə  əsərinə  əvvəlki dövr pad-
şahları ilə yanaşı, h.1000/1591-ci ildən sonra yetişən şairləri daxil 
etdiyini  yazır
112
.  Təzkirənin  “Zikri-şüərayi-səlatini-maziyyə”  baş-
lıqlı birinci bölməsində 9 şair padşahdan bəhs olunmuşdur. Onlar-
dan hər birinin təxəllüsü, səltənət tarixləri və müddəti, şeirlərindən 
iki-üç beyt  nümunə verilmişdir. Əsərin  II bölməsində  əlifba sırası 
ilə  h.1000/1591-1050/1640-cı  illər  arasında  yetişən  257  şair  haq-
qında  məlumat  yer  almışdır.  Padşahlarla  birlikdə  təzkirədəki  şair 
sayı 266-ya çatır.  
Riyazi  və  Rza  təzkirələrini  qarşılaşdırdıqda  məlum  olur  ki, 
bu iki əsər XVI əsr klassik təzkirələri ilə antologiya xarakteri daşı-
yan təzkirələr arasında yer almışdır.    
XVII əsrdə tərtiblənmiş başqa bir təzkirənin müəllifi Yümni-
dir  (?-1073/1662).  O,  Qafzadə  Faizinin  təzkirəsinə  zeyl  yazaraq 
“təzkirənevislər”  sırasına  düşmüşdür.  Yümninin  qələmə  aldığı 
yeganə  əsər  “Təzkireyi-şüərayi-Yümni”  adlı  təzkirəsidir
113
.  Təz-
kirə 1621-1622-ci illərdə yaşayıb-yaratmış 29 şairi əhatə edir. Əsər 
1622-ci  ildə  təzkirəçinin  vəfatı  səbəbi  ilə  yarımçıq  qalmışdır. 
Yümni şairlər haqqında bir-iki sətirlik çox qısa məlumat və şeirlə-
rindən iki beytlə üç qəzəl arasında nümunə verir. Yümni təzkirəsi 
digər  təzkirələrdə  rast  gəlmədiyimiz  11  nəfər  şair  haqqında 
məlumat verən ilkin mənbə kimi dəyərlidir.  
                                                 
112
 Zavotçu  G.  Rıza  tezkiresi  (inceleme-metin).  İstanbul:  2009;  Rıza.  Tezkire-i 
Rıza,  İstanbul:  Dersaadat,  1316;  Seyyid  Riza  Zehrimarzade.  Riza  tezkiresi  / 
neşreden. Dr. S.Erdağı. Ankara: 2002, VII+109 s. 
113
 Erdem  S.  Mehmet  Salih  Yumni-Tezkirei-şuarayi-Yümni  //  Türk  dünyası 
araştırmaları, 1988 Ağustos, № 55, s.85 – 112. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə