Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə19/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   15   16   17   18   19   20   21   22   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
63 
yaradıcılığının bu yönü haqqında da məlumat vermişdir. Məsələn, 
müəllif  Təbriz  şeyxülislamı  Mirzə  Salehdən  söz  açarkən,  “onun 
türkcə və farsca şeirlərinin böyük şöhrətə malik olduğunu” bildirə-
rək,  şairin  aşağıdakı  mətlə  ilə  başlayan  türkcə  qəzəlindən  beytləri 
oxuculara təqdim edir
85

 
Kimsə açmaz qapımı badi-səbadan qeyri, 
Tanımaz kimsə məni dərdü-bəladan qeyri... 
 
Əslən  Ərdəbildən  olan  Bayandur  xan  Şeyxavənddən  bəhs 
edərkən,  müəllif  onun  “kəlamlarının  sorağı  yerdən  göyə  qədər 
yüksəlmiş və bəyənilmiş ali şövkətli türk qövmünün nümayəndəsi” 
olduğunu  qabardır
86
.  Tarixçi-təzkirəçinin  mənsub  olduğu  türk  et-
nosu haqqında bu cür tərifli ifadələrinə sonrakı səhifələrdə də rast 
gəlirik
87
. Vəliqulu bəy türkcənin şirin bir dil olduğunu vurğulaya-
raq,  Səfəvi  dövründə  “farsdilli  cavanmərdlərin”  də  bu  dilə  aludə 
olub  onu  öyrəndiklərini  qeyd  edir
88
.  Müəllif  ikidilli  (yəni  həm 
türkcə,  həm  də  farsca  şeir  yazmış)  şairlərimizdən  bəhs  edərkən, 
onların ilk növbədə məhz türkcə şeirlərindən nümunələr təqdim et-
məyi üstün tutmuşdur. 
Məlik  bəy  Avcının  türkcə  gözəl  şeirlər  yazdığı  qeyd  edən 
Vəliqulu  bəy  onun  bir  müxəmməs-müstəzadını  misal  gətirir.  İlk 
misralarını belədir
89

 
Bir afət imiş eşq ki, sevdasinə düşmək 
                                       Divanəlik istər. 
Gəncin diləyib kuhinə, səhrasinə düşmək 
                                       Viranəlik istər.... 
                                                 
85
 Yenə orada, s. 675. 
86
 Yenə orada, s. 678. 
87
 Yenə orada, s. 684. 
88
 Yenə orada, s. 675. 
89
 Şeirin daha dolğun forması üçün bax: Hüseyni M. Ədəbiyyat tariximizdən sə-
hifələr. Bakı, 2004, s.113-114. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
64 
 
Abbas bəy Kisvəti Təbrizinin də türkdilli poeziyasına diqqət 
çəkən  müəllif  onun  türkcə  “Var”  rədifli  beş  beytlik  qəzəlinə  yer 
vermişdir
90

Səfəvilərin  hakimiyyəti  dövründə  fəaliyyət  göstərmiş  XVII 
əsr Azərbaycan tarixçisi gəncəli Hacı Məhəmmədqulu xan Qacar 
Gəncə şəhərində hərbçi ailəsində doğulmuşdur. Uzun müddət hər-
bi işlə məşğul olması səbəbindən təhsilinə çox vaxt ayıra bilməsə 
də, tarix elminə maraq göstərmiş, bəzi tarixi əsərləri mütaliə etmiş 
və  axırda  özü  də  tarixi  əsər  yazmaq  həvəsinə  düşmüşdür.  Hicri 
1097 / miladi 1685-86-cı ildə o, müsəlman xanədanlarının tarixinə 
dair  23  fəsildən  ibarət  “Lübbül-lübab”  (“Seçilmişlərin  cövhəri”) 
adlı farsca əsər yazmışdır. Bu tarixi qaynağın günümüzə qədər iki 
əlyazma nüsxəsi gəlib çıxmışdır. Onlar Londonda Britaniya Muze-
yində və Tehranda yerləşən kitab fondlarında aşkar edilmişlər
91
.  
Axtarışlarımız zamanı “Lübbül-lübab”ın Tehran Universite-
tindəki Hikmət kolleksiyasında saxlanan 289 saylı əlyazma nüsxə-
sini əldə etdik. Hacı Məhəmmədqulu xan Qacar Gənceyinin əsəri-
nin şairlərdən bəhs edən 23-cü fəsli “Farsca şeir demiş Əcəm şair-
lərinin  zikri”  adlanır  və  əlyazmanın  180-212-ci  səhifələrini  əhatə 
edir.  Müəllif  təzkirə  qisminin  qısa  dibaçəsinə  belə  başlayır:  “De-
yirlər ki, İslamın peyda olmasından öncə alimlər və fazillər fars di-
lində şeir tapmamışlar və farsca şeir demiş bir şair tanımamışlar”. 
Qeyd edilir ki, yalnız bir rəvayətə görə, Sasani hökmdarı Bəhram 
Gurun  şir  ovladıqdan  sonra  bir  misra  söyləməsi  və  kənizi  Dilara-
mın  ona  bir  misra  ilə  cavab  verməsi  məlumdur.  Gəncəli  tarixçi-
təzkirəçi hesab edir ki, farsdilli poeziya məhz islam dövründə inki-
                                                 
90
 Vəliqulu  bəy  Şamlu.  Qisəsül-xaqani.  İran  İslami  Şura  Məclisi  kitabxanası 
8530, s. 706.  
91
 Стори Ч.А. Персидская литература: био-библиографический обзор; пере-
вел с английского, переработал и дополнил Ю.Э.Брегель. Москва, 1972, ч. 
I, c.443 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
65 
şafa başlamış və “farsca şeir demiş ilk şair Ustad Əbül-Həsən Ru-
dəkidir”
92
.  
İlk  babda  azərbaycanlı  şairlərdən  Əbülüla  Gəncəvi,  Xaqani 
Şirvani, Fələki Şirvani, Nizami Gəncəvi, Əvhədi Marağayi, ikinci 
babda Ağqoyunlu Sultan Yaqub, üçüncü babda Şah İsmayıl Xətai, 
Şah Təhmasib, Bəhram mirzə, Sam mirzə, Şah Məhəmməd Xuda-
bəndə, II Şah Abbas, Ünsi Zülqədər, Ənisi Şamlu, Deyri Zülqədər, 
Türk  Heydər  bəy  Zehni,  Rzapaşa  Təbrizi,  Salim  Təbrizi,  Səbri 
Təbrizi, Sadiqi bəy Naqqaş (Sadıq bəy Əfşar), Saib Təbrizi, Tövfi 
Təbrizi,  Mücrüm  təxəllüslü  Quluxan  bəy  Şamlu,  Molla  Məhəm-
məd Məczub Təbrizi, Füzuli, Qəsəmi Əfşar, Lisani Təbrizi, Meyli 
Təkəlü,  Müseyib  xan Təkəlü  və b. haqqında məlumat  verilmişdir. 
Buradakı  biblioqrafik  məlumatlar  və  şeir  örnəkləri  qısadır.  Bu 
əsərdən bəzi tərcümeyi-hal nümunələrini təqdim edirik: 
“Fələki Şirvani – Xaqaninin müasirlərindəndir və bəziləri de-
yirlər  ki,  o,  Xaqaninin  ustadıdır.  (Bu  beyti)  şirvanşahın  mədhinə 
dair demişdir”
93

“Cənnətməkan  fateh  Şah  İsmayıl  ibn  Sultan  Heydər  Səfəvi 
əl-Hüseyni Bahadır xan buyurmuşdur: 
 
Bisütun mənim naləmi eşidən kimi yerindən qalxdı, 
Fəryad etdi ki, daha bir Fərhad peyda olubdur. 
 
Onun türkcə və farsca mübarək təxəllüsü Xətaidir”
94

“Ünsi Zülqədər – ismi Həsən bəydir və könül oxşayan sözləri 
vardır. (Bu beyt) ondandır”. “Ənisi Şamlu – yüksək səviyyəli şair-
dir  və  xanlar  xanının  məddahı  olmuşdur.  (Bu  rübai)  ondandır”. 
“Salim  Təbrizi  –  adı  Mahmud  bəydir  və  yüksək  dərəcəli  şairlər-
dəndir. Caminin “Yusif və Züleyxa”sına yaxşı bir cavab demişdir. 
(Bu beyt) ondandır”. “Mövlana Füzuli Bağdadi – türkcə üstün ba-
                                                 
92
 Məhəmmədqulu xan Qacar. Lübbül-lübab. Tehran Universitetindəki Hikmət 
kolleksiyası 289, vər. 180-181. 
93
 Yenə orada, vər. 183. 
94
 Yenə orada, vər. 198. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə