Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə15/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   11   12   13   14   15   16   17   18   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
51 
Məhəmmədqulu Mirzə Qacarın ”Təzkireyi-Xosrovi” adlı təz-
kirəsində həm qədim, həm də yeni dövrün şairləri haqqında məlu-
mat öz əksini tapmışdır.  
Ziyai  təzkirəsinin  birinci  hissəsində  “Atəşkədə”dəki  məlu-
matlar  qısaldılmış  şəkildə  təqdim  olunmuş,  ikinci  hissədə  isə  XX 
əsrin ilk yarısına qədər Ərdəbil, Təbriz şairlərindən bəhs olunmuş-
dur. 
 
Ümumazərbaycan təzkirələri  
 
Məhəmmədəli Tərbiyət təzkirəsində qədim zamanlardan XX 
əsrin əvvəllərinə qədərki zaman dilimində yaşamış azərbaycanlılar 
haqqında bilgi verilmişdir.  
Qulam  Məmmədli  və  Məhəmməd  Dəyhim  də  təzkirələrində 
həm  Cənubi  Azərbaycan,  həm  də  Şimali Azərbaycan şairləri haq-
qında məlumat vermişlər.  
 
Məhəlli təzkirələr 
 
Bəzi Azərbaycan təzkirəçilərinin əsərləri məhəlli xarakter da-
şımışdır. Məsələn, Mir Möhsün Nəvvab və Məhəmməd ağa Müc-
təhidzadə təzkirələrində XIX əsr Qarabağ şairlərini xatırlamışlar. 
Əziz  Dövlətabadinin  “Süxənvərani-Azərbaycan”ını  da  mə-
həlli  təzkirə  hesab  etmək  olar.  Təzkirə  bütövlükdə  Cənubi  Azər-
baycan  şairlərindən  bəhs  edir.  Təzkirənin  I  cildi  Ərdəbil,  Arazba-
ran,  Urmiya,  Ərvənəq,  Ənzab  və  Təbrizdən  olan  şairlər  haqqında 
məlumatı  əhatə etməkdədir.  II cilddə  isə  Xalxal, Xoy, Sərab, Səl-
mas,  Maku,  Mərənd,    Məhabad,  Miyanə  və  Gərmrud  şairlərinin 
haqqında məlumat verilmişdir. 
 
Zümrə və ailə təzkirələri 
 
Azərbaycan  təzkirələrindən  ikisi  sultan  və  şah  ailələrinin 
mənsubu olan şairlərə həsr edilmişdir və digər təzkirələrdən əhatə 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
52 
etdiyi  şairlərin  bir  nəslin  və  ya  zümrənin  nümayəndələrini  əhatə 
etmələrinə görə fərqlənirlər. 
Belə ki, Seyfüddövlə Sultan Məhəmməd Tağının “Bəzmi-xa-
qan”  (“Təzkirətüs-səlatin”)  adlı  təzkirəsi  bir  bəzm  və  beş  əncü-
məndən ibrətdir.  
I əncüməndə ilk olaraq  Səfəvi nəslinin mənsublarından bəhs 
olunmuşdur.  Daha  sonra  müxtəlif  Gilan,  Cığatay,  Hind,  Özbək, 
Osmanlı, Xarəzm, Səlcuq, Mazandaran və s. hökmdar şairlərindən 
bəhs edilmişdir.  
II  əncümən  “Əsrin  padşahının  (Fətəli  şahın  –  V.M.) 
şeirlərinin  zikri  və  onun  halının  və  ləyaqətlərinin  şərhindən  bir 
müxtəsər” sərlövhəsi ilə başlamaqdadır.  
III əncümən “Şahzadələrin şeirləri və həyatları haqqında”dır. 
Burada  Qacarlar  xanədanından  olan  23  şahzadə  şairdən  bəhs  olu-
nur.  
Mahmud  mirzə  Qacarın  “Gülşəni-Mahmud”u  ailə  təzkirəsi 
olduğuna  görə  fərqlənir.  Təzkirədə  öncə  Xaqan  təxəllüslü  Fətəli 
şah,  onun  qızları  və  oğulları,  daha  sonra  Fətəli  xanın  qardaşı 
Hüseynqulu xanın övladları haqqında məlumat verilmişdir.  
Azərbaycan  təzkirələrini  bəhs  etdikləri  zamana  görə  iki 
qismə ayırmaq olar: 
1.
 
zaman məhdudiyyəti qoyulmayan təzkirələr; 
2.
 
 müəyyən zaman dilimini əhatə edən təzkirələr. 
 

 
Zaman məhdudiyyəti qoyulmayan təzkirələr 
 
Nazim Təbrizi təzkirəsində qədim və orta əsrlərdə  yazıb  ya-
ratmış Şərq şairlərindən və müasirlərindən, Əliqulu xan Valeh “Ri-
yazüş-şüəra”sında  2540  qədim,  orta  əsr  və  müəllifin  müasirləri 
olan  şairlərdən  bəhs  etmişlər.  Lütfəli  bəy  Azər  də  “Atəşkədə”də 
zaman  həddi  qoymamışdır.  Seyfüddövlə  Sultan  Məhəmməd  Tağı 
“Təzkirətüs-səlatin”ində  zaman  məhdudiyyəti  qoyulmamışdır. 
Heydərqulu mirzə Qacarın “Təzkireyi-Xavər”i qədim və yeni şair-
lərin şeirlərindən ibarət müntəxəbatdır. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
53 
Seyid Əzim Şirvani “Təzkirə”sində daxil etdiyi şairləri seçər-
kən zaman məhdudiyyəti qoymamışdır.  
İki hissədən ibarət olan “Təzkireyi-Ziyai”nin birinci hissəsin-
də  “Atəşkədə”də  bəhs  olunan şairlər, ikinci  hissəsində isə  müəlli-
fin müasirləri haqqında məlumat verilir və böyük bir zaman dilimi-
ni əhatə edir. 
Şəmsəddin  xan  Həqqi  Təbrizinin  “Əncümənül-üdəba”sı 
farsdilli poeziyanın başlanğıcından müəllifin zamanına kimi  yaşa-
yıb-yaratmış şairləri əhatə etməkdədir.  
Bəhmən  mirzənin  “Təzkireyi-Məhəmmədşahi”sinin  birinci 
fəslində  h.  XIII  əsrə  qədər  yaşayıb  yaratmış  şairlər  haqqında  bio-
biblioqrafik məlumat verilmişdir. Digər iki fəsildə isə təzkirəçinin 
müasiri olan şahzadə və şairlər xatırlanmış və əsərlərindən örnək-
lər yer almışdır.  
M.Tərbiyətin  “Danişməndani-Azərbaycan”  təzkirəsində  qə-
dim  zamanlardan  başlayaraq  XX  əsrin  əvvəllərinə  qədər  yaşayıb 
yaratmış şairlərdən bəhs olunur.  
 

 
Müəyyən zaman dilimini əhatə edən təzkirələr 
 
“Töhfeyi-Sami"  XV  əsrin  birinci  yarısı  -  XVI  əsrin  birinci 
yarısında yetişmiş Azərbaycan və digər Şərq xalqlarının nümayən-
dələri haqqında məlumatı və əsərlərindən örnəkləri əhatə edir.  
Əhdi Bağdadi təzkirəsi XV-XVI əsr Azərbaycan və Osmanlı 
şairlərini əhatə etməkdədir.  
“Məcməül-xəvas” XVI  əsr-XVII  əsrin əvvəllərində yaşayıb-
yaratmış fars və türk əsilli şairlərdən bəhs edir. 
Fazil xan Gorusi “Əncüməni-xaqan” adlı təzkirəsində (1818-
19) öz müasirlərindən bəhs etmişdir. 
Əbdürrəzzaq  bəy  Dünbüli  Azərbaycaninin  (h.  1241)  “Niga-
ristani-Dara” adlı təzkirəsi müəllifin müasiri olmuş şairlərdən bəhs 
edir. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə