Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə11/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   7   8   9   10   11   12   13   14   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
36 
“Lütfəli bəy Azər və Azərbaycan ədəbiyyatı” adlı monoqrafiyasın-
da təzkirəçinin şeirləri, onların real həyatla bağlılığı, “Yusif və Zü-
leyxa”, “Məsnəviyi-Azər” kimi poemaları öyrənilmişdir.  
Kitabda “Atəşkədə”nin yazılma tarixi, əsərin yazılma məqsə-
di,  ədibin  özündən  öncə  yazılmış  təzkirələrə  münasibəti  tədqiq 
olunmuş və “Atəşkədə”dən sonra yazılmış təzkirələrə təsiri aydın-
laşdırılmışdır. Təzkirədə haqqında bilgi verilmiş 842 şairdən neçə-
sinin azərbaycanlı olduğu müəyyən olunmuş və Azərbaycan şairlə-
rindən bəhs edən hissə tərcümə edilmişdir. Monoqrafiyada Azərin 
bəzi fikirlərinə tənqidi yanaşılmış, onun bəzi şairlərə yanlış müna-
sibəti, bəzi məlumatların dəqiq və elmi olmaması kimi məsələlərə 
də işıq salınmış, Lütfəli bəyin əsərlərinin əlyazma və çap nüsxələri 
haqqında bilgi verilmişdir
62

XVIII və XIX əsrdə qələmə alınmış bir çox təzkirələr vardır 
ki,  onlar  hələ  də  öz  tədqiqatçısını  gözləyir.  Məsələn,  İshaq  bəy 
Üzri, Fazil xan Gorusi, Əbdürrəzzaq Dünbili, Bəhmən mirzə, Hü-
laku mirzə Qacar, Xudaverdi xan Qacar və başqalarının təzkirələri 
bu qəbildəndir. 
Şərqşünas  alim  N.Qarayevin  Mirzə  İsa  Xəyali  Ziyainin 
“Təzkireyi-Ziyayi”yə  həsr  olunmuş  tədqiqatları  da  maraqlıdır.  O, 
ilk dəfə olaraq Ziyainin həyat və yaradıcılığını əlyazmalar əsasında 
tədqiqata cəlb etmişdir
63
. Müəllifin digər bir məqaləsində isə “Təz-
kireyi-Ziyai” və “Təzkireyi-Nəvvab” müqayisə olunmuşdur
64
.  
F.ü.f.d.  Aytən  Hacıyeva  Nəvvabın  ədəbi-bədii  irsini  öyrən-
mişdir. Tədqiqat işində ilk öncə Nəvvab yaradıcılığının araşdırılma 
tarixi, sənətkarın dövrü və həyatı tədqiqat obyektinə çevrilmiş, da-
ha  sonra  Nəvvabın  ədəbiyyatşünaslıq  sahəsindəki  fəaliyyəti  işıq-
landırılmış,  Nəvvab  yaradıcılığında  maarifçilik  ideyalarına  nəzər 
                                                 
62
 Məmmədova M. Lütfəli bəy Azər və Azərbaycan ədəbiyyatı. Bakı, 2001, 139 
s. 
63
 Qarayev  N.  XIX  əsr  Azərbaycan  ədəbi  məclisləri.  Namizədlik  dissertasiyası. 
AMEA, Ədəbiyyat İnstitutu. Bakı: 1971, 301 s. Bax: Qarayev N. XIX əsr Azər-
baycan ədəbi məclisləri. Bakı: 2010, s. 87-101.  
64
 Qarayev  N.  “Təzkireyi-Ziyai”  və  “Təzkireyi-Nəvvab”  haqqında  bəzi  qeydlər 
// Əlyazmalar xəzinəsində, 1976, s. 78-87. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
37 
salınmış  və  şairin  lirikası  tədqiq  olunmuşdur.  “Təzkireyi-Nəv-
vab”ın  Azərbaycan  ədəbiyyatşünaslığındakı  mövqeyi  araşdırılar-
kən XIX əsrdə qələmə alınmış digər Azərbaycan təzkirələri ilə mü-
qayisələr aparılmışdır
65
.  
Ömər Bayramın nəşr etdirdiyi bir məqalədə “Təzkireyi-Nəv-
vab”dakı  şair  və  əsərlə  bağlı  dəyərləndirmələr  dəqiqliklə  tədqiq 
olunmuşdur
66
.  
Məhəmməd  ağa  Müctəhidzadənin  həyatı,  yaradıcılığı  və 
təzkirəsi  isə  Aljira  Topalova  tərəfindən  öyrənilmişdir
67
.  Kitabda 
öncə Yaxın Şərqdə və Azərbaycanda təzkirəçilik ənənəsindən bəhs 
olunmuşdur. Burada daha çox Anadolu sahəsi təzkirələri işıqlandı-
rılmışdır.  Azərbaycan  təzkirələrindən  isə  yalnız  azərbaycanca  ya-
zılmış əsərlər üzərində durulmuşdur.  
İkinci  fəsildə  isə  təzkirəçinin  həyat  yoluna  işıq  salınmış  və 
“Riyazül-aşiqin”  təzkirəsi  təhlil  olunmuşdur.  Təzkirəni  XX  əsr 
Azərbaycan təzkirəçiliyinin uğurlu və qiymətli bir nümunəsi hesab 
edən tədqiqatçı bu əsərin transkripsiya edilib çap edilməsi zərurə-
tindən bəhs edir. Çox güman ki, tədqiqatçı təzkirənin transliterasi-
ya edilərək 1995-ci ildə nəşr olunduğunu bilməmişdir.  
A.Topalova  təzkirənin  Müctəhidzadənin  özü  tərəfindən 
h.1330/1912-ci  ildə  nəşr  olunduğunu  qeyd  edir.  Ancaq  təzkirənin 
h.1328/1910-cu ildə çap edildiyi məlumdur
68
. Onu da qeyd etmək 
lazımdır  ki,  A.Topalovanın  bu  kitabının  ciddi  redaktəyə  ehtiyacı 
var. Monoqrafiya boyu çoxlu yanlışlara, təhriflərə, tarixi səhvlərə, 
orfoqrafik xətalara və s. yol verilmişdir. Kitabın normal biblioqra-
fiyasının olmaması da təəccüb doğurur. 
Məhəmmədəli  Tərbiyətin  “Danişməndani-Azərbaycan”  təz-
kirəsini  dissertasiya  şəklində  tədqiqata  cəlb  edən  f.ü.f.d.  Könül 
                                                 
65
 Hacıyeva A. Mir Möhsün Nəvvabın ədəbi-bədii irsi. – Bakı: 2004. 
66
Bayram  Ö.  Nevvab  tezkiresinde  şair  ve  eser  üzürine  değerlendirmeler  // 
Turkish  Studies  -  International  Periodical  For  The  Languages,  Literature  and 
History of Turkish or Turkic. Volume 7/1 Winter 2012, p.385-404. 
67
 Topalova A. Ədəbiyyat tarixinin öyrənilməsində təzkirələrin rolu və Ağa Mə-
həmməd Müctəhidzadənin “Riyazül-aşiqin” təzkirəsi. – Bakı: Elm, 2001, 97 s.  
68
 Bax: Əski çap kitabları kataloqu. I cild. Türkdilli kitablar. Bakı, 2008, s. 235. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
38 
Məmmədova ilk fəsildə Azərbaycan təzkirəçilik ənənəsindən bəhs 
edərək Sam mirzə, Əhdi, Sadiqi, Lütfəli bəy Azər, Bəhmən mirzə, 
Seyid  Əzim  Şirvani,  Nəvvab  və  Müctəhidzadənin  əsərləri 
haqqında məlumat vermişdir. Müvafiq fəsil və bölmələrdə isə “Da-
nişməndani-Azərbaycan”ın  quruluşu  və  təsnifatı,  təzkirənin 
Azərbaycan dilinə tərcüməsinin orijinalla müqayisəsi və təzkirədə 
ədəbiyyat məsələləri kimi problemlər öyrənilmişdir. 
Əziz Dövlətabadinin “Süxənvərani-Azərbaycan”ı AMEA Əl-
yazmalar  İnstitutunun  əməkdaşı  J.Şükürova  tərəfindən  araşdırıl-
maqdadır. Tədqiqatçının bu mövzuda bir çox məqaləsi elmi jurnal-
larda işıq üzü görmüşdür
69

Əli Nəzminin “Devist süxənvər” təzkirəsi haqqında Azərbay-
can  ədəbiyyatşünaslığına  ilk  məlumatı  L.Əlizadə  təqdim  etmiş-
dir
70
.  
Azərbaycan  təzkirələrinin  tədqiq  tarixinə  nəzər  saldıqda  gö-
rürük  ki,  ilk  dəfə  Azərbaycan  təzkirələrini  sistemə  salaraq  əsrlər 
üzrə təqdim edən mərhum biblioqraf alim dosent Əşrəf Xələfov ol-
muşdur. Onun dərc etdirdiyi dörd silsilə məqalədə Azərbaycan təz-
kirələrinin  hamısı  əhatə  olunmasa  da,  ilkin  tədqiqat  kimi  çox  də-
yərlidir
71
.  
                                                 
69
 İsmayılova  J.  Süxənvərani-Azərbaycan  əsərində  qadın  şairələrimiz  //  “Elm” 
qəzeti. - 2004. - 18 mart; İsmayılova J. Dövlətabadinin “Süxənvərani-Azərbay-
can” təzkirəsində bir xəta haqqında // “Elm” qəzeti. 2005. - 7 noyabr; İsmayılo-
va J. “Süxənvərani-Azərbaycan” təzkirəsinin tərtib prinsipləri // Tədqiqlər 2004, 
N  4,    s.  251-254;  Şükürova  J.  Qafqazda  yaşayan  farsdilli  şairlər  //  Filologiya 
məsələləri. 2010, N 11, s. 356-365; Şükürova J. Dövlətabadi və Dihim təzkirə-
lərinin  müqayisəli  təhlili  //  Yaxın  və  orta  Şərq:  dünəni,  bu  günü,  sabahı.  Elmi 
araşdırmalar elmi-nəzəri məqalələr toplusunun xüsusi buraxılışı, 2011,  s. 438-
440. 
70
 Əlizadə L. Klassik  Azərbaycan şairləri  yeni  təzkirə səhifələrində //  Azərbay-
can SSR EA, Ədəbiyyat, dil və incəsənət seriyası, 1986, N 3, s. 155-156. 
71
 Xələfov Ə. Orta əsrlər Azərbaycan  ədəbi biblioqrafiyasına dair // Kitabxana-
çılıq  və  biblioqrafiya.  1997.    №1.  s.  82-93;  Xələfov  Ə.  XVII-XVIII  əsrlərdə 
Azərbaycan ədəbi biblioqrafik qaynaqları haqqında // Kitabxanaçılıq
 
və biblio-
qrafiya. 1998. № 1. s. 25-32; Xələfov Ə. XIX əsr Azərbaycan maarifpərvər şair 
və alimlərinin biblioqrafik fəaliyyəti haqqında // Kitabxanaçılıq və biblioqrafiya, 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə