Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə12/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   8   9   10   11   12   13   14   15   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
39 
Bu sətirlərin müəllifi tərəfindən XV-XVII əsrlər türk təzkirə-
lərinin strukturu və spesifik cəhətləri araşdırılmışdır. Burada XVI-
XVII  əsrlər  Azərbaycan  təzkirələrinin  özünəməxsusluqları,  digər 
təzkirələrdən fərqləri və b. məsələlər tədqiqat obyektinə çevrilmiş-
dir.  
“Türk təzkirəçiliyi: biblioqrafiya” adlı kitabımızda da Azər-
baycan  təzkirəçiliyi  haqqında bilgi  verilmiş,  azərbaycanlı müəllif-
lərin  təzkirələrinin  dünyanın  müxtəlif  əlyazma  xəzinələrinə  səpə-
lənmiş  əlyazma  nüsxələrinin  elmi-paleoqrafik  xüsusiyyətləri,  təz-
kirələrə həsr olunmuş kitab, məqalə və dissertasiyaların biblioqra-
fik təsviri əhatə edilmişdir. 
İran alimi Əhməd Gülçin Məani “Farsca təzkirələrin tarixi” 
adlı iki cildlik iri həcmli əsərində farsca  yazılmış təzkirələri araş-
dırmışdır.  Kitabda  azərbaycanlı  müəlliflərin  fars  dilində  qələmə 
alınmış təzkirələrindən də bəhs edilmişdir. Lakin əsərdə fars dilin-
də qələmə alınmış “Təzkireyi-mədayihi-Elxaniyyə” və “Təzkireyi-
Nəvvab” haqqında məlumata rast gəlmirik. 
Apardığımız  araşdırmaların  nəticəsi  olaraq  deyə  bilərik  ki, 
Azərbaycan təzkirəçiliyinin nəzəri baxımdan, eləcə də sistemli şə-
kildə  tədqiqinə  ciddi  ehtiyac  vardır.  Belə  ki,  XVI  əsrdən  başlaya-
raq XX əsrə qədər azərbaycanlı müəlliflər tərəfindən 46 təzkirə qə-
ləmə alınmışdırsa da, indiyə kimi onlardan sadəcə 6-sı  ölkəmizdə 
Azərbaycan dilində nəşr olunmuşdur. Qeyd olunan bütün Azərbay-
can təzkirələrinin tərcüməsi, elmi-tənqidi və ya faksimile mətnləri-
nin  hazırlanması  təzkirəşünaslarımız  qarşısında  duran  mühüm  və-
zifələrdəndir.  Bunlardan  əlavə,  hər  bir  Azərbaycan  təzkirəsinin 
monoqrafik  səviyyədə  araşdırılması  Azərbaycan  ədəbiyyatının 
müxtəlif mərhələlərini, ümumiyyətlə mədəniyyət tariximizi tədqiq 
etmək üçün əhəmiyyətlidir. 
                                                                                                             
1998, № 2, s. 70-80; Xələfov Ə. XX əsr təzkirəçiləri haqqında // Kitabxanaçılıq 
və  biblioqrfiya.  1999.  №  2,  s.  106-117;  Xələfov  Ə.  Təzkirəçilərin  bugünkü 
sələfləri // Kitabxanaçılıq və biblioqrafiya. 2000. № 1. s. 92-99. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
40 
 
 
 
 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
41 
 
 
 
 
 
 
 
II FƏSĠL 
 
AZƏRBAYCAN TƏZKĠRƏLƏRĠNĠN TƏSNĠFATI 
 
2.1.Təzkirələrin nəzm və nəsr hissələrinin dili 
2.2.Təzkirələrin strukturu
  
2.3.Təzkirələrin əhatə etdiyi coğrafiya və zaman
  
2.4.Təzkirələrin yazıldığı zaman və məkan 
2.5.Tarixi əsərlərin təzkirə hissəsi 
2.6.Təzkirə xarakterli əsərlər
  
 
 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
42 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
43 
 
2.1. TƏZKĠRƏLƏRĠN NƏZM VƏ NƏSR 
HĠSSƏLƏRĠNĠN DĠLĠ 
 
Azərbaycanlı  müəlliflərin  təzkirələrini  qələmə  alındığı  dil, 
struktur,  əhatə  etdiyi  dövr,  yazıldığı  zaman  və  coğrafiya  üzrə  təs-
nifləndirmək mümkündür. 
Azərbaycanlı müəlliflərin tərtib  etdikləri təzkirələri nəzm  və 
nəsr hissələrinin dilinə görə aşağıdakı şəkildə qruplaşdırmaq müm-
kündür: 
1.
 
təhkiyə  hissəsi  türkcə  yazılan  və  yalnız  türkcə  şeirlərdən 
nümunələri  əhatə  edən  təzkirələr.  Bu  qrupa  Yəhya  Şey-
danın “Ədəbiyyat ocağı” və Şahin Fazilin “Təzkireyi-Şa-
hin”ini aid etmək olar. 
2.
 
təhkiyə  hissəsi  türkcə  olan,  həm  türkcə,  həm  də  farsca 
şeirlərdən  örnəklərin  verildiyi  təzkirələr.  Əhdi  Bağdadi-
nin,  Sadiq  bəy Əfşarın,  Seyid  Əzim Şirvaninin, Məhəm-
məd  ağa  Müctəhidzadənin,  Qulam  Məmmədlinin  təzki-
rələri bu xarakterdədir. 
3.
 
həm təhkiyə hissəsinin, həm də poeziya nümunələrinin iki 
dildə  (türkcə  və  farsca)  yazıldığı  təzkirələr.  Məhəmməd 
Dəyhimin təzkirəsi bu şəkildə tərtiblənmişdir. 
4.
 
təhkiyə hissəsi fars dilində qələmə alınan, həm fars, həm 
də  türkcə  nümunələrin  təqdim  olunduğu  təzkirələr.  Sam 
mirzə Səfəvinin, Əliqulu xan Valehin, Hülaku mirzə Qa-
carın,  Məhəmməd  Həsən  xan  Etimadüssəltənənin,  Mə-
həmməd  Kazım  Əsrar  Əlişah  Təbrizinin,  Mir  Möhsün 
Nəvvabın,  Ziyainin,  Məhəmmədəli  Tərbiyətin  təzkirələri 
bu şəkildə tərtiblənmişdir.  
5.
 
həm təhkiyə, həm də şeir nümunələri farsca olan təzkirə-
lər. Nazim Təbrizi, Bəhmən mirzə, Lütfəli bəy Azər, Mə-
həmməd  Fazil  xan  Gorusi  və  başqaları  öz  əsərlərini  bü-
tünlükdə fars dilində qələmə almışlar. 
 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
44 
2.2. TƏZKĠRƏLƏRĠN STRUKTURU 
 
Azərbaycan təzkirələrini  digər türk xalqlarının təzkirələri ilə 
müqayisə  etdikdə  məlum  oldu  ki,  azərbaycanlı  müəlliflər  Herat 
təzkirəçilik məktəbini əsas götürsələr də, struktur baxımından daha 
orijinal, rəngarəng əsərlər ortaya qoymuşlar. 
Azərbaycan müəllifləri təzkirələrdə haqlarında məlumat ver-
dikləri  şairləri  təbəqə,  əlifba,  coğrafi,  xronoloji  prinsiplərə  görə 
təqdim etmişlər. Orijinal tərtib prinsiplərindən istifadə etmiş təzki-
rəçilərimiz əsərlərində təqdim olunan ədəbi nümunələrin janrlarına 
görə təzkirələrini qələmə almışlar. Sistemsiz qələmə alınmış təzki-
rələrimizə də rast gəlmək mümkündür.  
Azərbaycan təzkirələrini tərtib prinsiplərinə görə təsnifləşdi-
rərək təqdim edirik. 
 
 
 
Təbəqə üsulu ilə yazılmış təzkirələr 
 
Azərbaycan təzkirələrindən bəziləri Herat təzkirələri kimi tə-
bəqə prinsipi əsasında tərtiblənmişdir. 
XVI əsr təzkirəçilərindən Sam mirzə Səfəvi təzkirəsi müqəd-
dimə,  səhifə  adı  verilən  yeddi  fəsil  və  xatiməyə  ayırmışdır.  Əhdi 
Bağdadi isə Osmanlı təzkirəçilərindən təsirlənərək əsərini müqəd-
dimə,  üç  rövzə  və  bir  xatimə  şəklində  tərtibləmişdir.  Təzkirənin 
tam nüsxəsi isə dörd rövzədir.  
 
Təzkirə- 
lər
 
 
 
Təbəqə 
 
 
Əlifba  
 
 
 
Coğrafi  
 
 
 
Xronoloji 
 
 
 
Sistemsiz 
 
Ədəbi 
nümunə 
janrına görə 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə