Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə10/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   6   7   8   9   10   11   12   13   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
33 
kirəsindən bəhs edən “İraqda yaranmış Azərbaycan təzkirəsinin əl-
yazması” adlı məqaləsi dərc  olunmuşdur
50
.  
F.ü.f.d. Vəcihə Feyzullayevanın da Əhdi Bağdadinin şeir ya-
radıcılığı və təzkirəsindən bəhs edən məqalələri dərc edilmişdir
51

Təzkirə  Türkiyə  ədəbiyyatşünaslarının  da  tədqiqat  obyekti 
olmuşdur.  Prof.  Hasibe  Mazıoğlu  Ankara  Universiteti  Dil,  Tarix 
və  Coğrafiya  fakültəsi  İsmayıl  Saib  Səncər  əlyazmaları  arasında 
mühafizə  olunan  bir  əlyazmada  Əhdinin  33  qəzəlinin  olduğunu 
müəyyənləşdirmiş  və  “Gülşəni-şüəra”dakı  qəzəlləri  ilə  birlikdə 
məqalə şəklində çap etdirmişdir
52
.  
Digər Türkiyəli tədqiqatçı Zülfi Gülərin Əhdinin H.Mazıoğ-
lu tərəfindən nəşr olunan şeirlərindən başqa, iki qəsidə və bir qəzə-
li  ilə  Sadiqi  təzkirəsindəki  üç  farsca  beytini  əhatə  edən  məqaləsi 
vardır. Məqalədə Əhdi Bağdadinin biblioqrafiyası da verilmişdir
53
.  
S.C.Robinsonun “Əhdi və onun şairlər təzkirəsi” adlı məqa-
ləsi T.Bağırzadə və F.Hüseynov tərəfindən ingilis dilindən rusca-
ya tərcümə edilmişdir. Məqalənin əvvəlindəki qısa tanıtım məqalə-
sində Əhdi təzkirəsinin dünya kitabxanalarında tədqiqatçı ehtiyacı-
nı ödəyəcək sayda əlyazma nüsxələrinin olmasına baxmayaraq, in-
diyə kimi nə tənqidi mətninin tərtib olunmadığı, nə də çap olunma-
ması  qeyd  edilmişdir
54
.  Halbuki  Əhdi  təzkirəsinin  elmi-tənqidi 
mətni 2005-ci ildə S.Solmaz tərəfindən nəşr olunmuşdur. 
Bu  sətirlərin  müəllifi  tərəfindən  “Gülşəni-şüəra”da  İstanbu-
lun  ədəbi  mühiti  və  istanbullu  şairlərdən  bəhs  edən  məqalə  2009-
                                                 
50
 Musayev C. İraqda yaranmış Azərbaycan təzkirəsinin əlyazması // “Maarifçi”, 
24 sentyabr 1997.  
51
 Feyzullayeva V. Əhdi Bağdadi və onun “Gülşəni-şüəra” təzkirəsi //  Ədəbiy-
yat məcmuəsi, 2000, s.198-205; Feyzullayeva V. Əhdi Bağdadinin şeir yaradıcı-
lığı (şairin nəzirələri) // Filologiya məsələləri, 2003, N 1, s. 14-20. 
52
 Mazıoğlu H. Ahdi Bağdadi ve şiirleri // Türk Dili Araştırmaları Yıllığı Belle-
ten, 1978-1979, s. 95-150.  
53
 Güler  Z.  Ahdi  ve  Gülşen-i  şuara  bibliografyası  ve  yayımlanmamış  şiirleri  // 
Fırat Üniversitesi Sosyal Bilimler Dergisi, 1994, C. 6, S: 1-2, s. 107-119. 
54
 Robinson C.S. Əhdi Bağdadinin  “Gülşəni-şüəra” təzkirəsi  / Çev.: T.Bağırza-
də, F.Hüseynov, “Şərq” tərcümə toplusu, 2006, N3, s. 173. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
34 
cu  ildə,  bu  təzkirənin  elmi-tənqidi  mətni  haqqında  məqalə  isə 
2011-ci ildə işıq üzü görmüşdür
55

Sadiq  bəy  Sadiqinin  cığatay  türkcəsində  qələmə  aldığı 
“Məcməül-xəvas”  təzkirəsi  prof.  Q.Kəndli-Herisçi  tərəfindən 
ətraflı  şəkildə  öyrənilmişdir.    “Sadıq  bəy  Sadiqinin  həyat  və 
yaradıcılığı  haqqında  bəzi  qeydlər”  başlıqlı  iri  həcmli  məqalədə 
Sadiqinin  əfşar,  yoxsa  xudabəndəli  elinə  mənsub  olması,  təvəllüd 
və vəfat tarixləri dəqiqləşdirilmişdir. Sadıq bəyin rəssamlıq fəaliy-
yətindən  də  bəhs  edən  Q.Kəndli  əsas  diqqəti  “Məcməül-xəvas” 
təzkirəsinə  yönəltmişdir.  Burada  təzkirənin  strukturundan  və 
Xəyyampur nəşrindən geniş şəkildə söz açılmışdır
56
.  
F.ü.f.d.  M.Muradova  Sadiq  bəy  Əfşarın  həyatı  və  elmi  fəa-
liyyətini  dissertasiya  səviyyəsində  tədqiqata  cəlb  etmiş  (1977)  və 
uzun illərdən sonra “Sadiq bəy Sadiqinin həyat və yaradıcılığı” ad-
lı monoqrafiyası çap olunmuşdur
57
.  
Kitabda Sadiqi irsinin tədqiq tarixi, şairin həyatı tədqiq olun-
muş,  “Məcməül-xəvas”  və  “Qanunüs-süvər”  adlı  əsərləri  təhlil 
edilmiş,  Sadiqi  lirikasında  məhəbbət  mövzusu,  ictimai  motivlər, 
bədii  xüsusiyyətlər  araşdırılmışdır.  Əsərdə  Sadiqinin  epik  şeiri  və 
nəsrindən  danışılarkən  “Fəthnameyi-Abbas-namdar”  adlı  əsərin-
dən  ayrıca  bəhs  olunmuş,  təzkirəçinin  nəsihətnamələri,  mənzum 
hekayələri,  məktubları  və  “Risaleyi-həzziyyat”ı  tədqiq  olunmuş-
dur.   
                                                 
55
 Musalı V.  Ahdi Bağdadi tezkiresinde İstanbul ve İstanbullu  şairler // I Ulus-
lararası  Türk  Edebiyatında  İstanbul  Sempozyumu  Bildirileri.  (3-5  Nisan  2008, 
İstanbul).  İstanbul,  Beşir  Kitabevi,  2009,  s.  809-822;  Musalı  V.  Əhdi  Bağ-
dadinin  “Gülşəni-şüəra”sının  elmi-tənqidi  mətni  //  Turkish  Studies  –  Interna-
tional  Periodical  For  The  Languages,  Literature  and  History  of  Turkish  or 
Turkic. Volume 6/2, Spring 2011, s. 681-688. 
http://www.turkishstudies.net/Makaleler/987381722_44Musal%c4%b1%20V%
c3%bcsale.pdf. 
56
 Kəndli-Herisçi. Sadıq bəy Sadiqinin həyat və yaradıcılığı haqqında bəzi qeyd-
lər // Azərbaycan ədəbiyyatı məsələləri. Bakı, 1964, s. 218-239. 
57
 Muradova M. Sadıq bəy Sadiqinin həyat və yaradıcılığı. Bakı, 1999,  139 s. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
35 
M.Muradova “Məcməül-xəvas”ı tədqiq edərkən Sadiqi Əfşa-
rın  “Külliyyat”ının  Təbriz  nüsxəsinin  fotosurətindən  istifadə  et-
mişdir. Kitabda təzkirənin strukturu, yazılma səbəbləri, özünəməx-
sus  cəhətləri  araşdırılmışdır.  Alim  bu  monoqrafiyada  Azərbaycan 
elmi  ictimaiyyətinə  Sadiqi  “Külliyyat”ında  yer  almış  Azərbaycan 
və  Osmanlı  şairlərindən  bəhs  edən  anonim  təzkirə  haqqında  mə-
lumat  vermişdir.  M.Muradova  külliyyata  daxil  olan  bu  təzkirənin 
140-a  yaxın  türk  şairi  haqqında  bilgi  verdiyini,  XVI  əsr  türk  ədə-
biyyatı və mədəniyyətinin öyrənilməsi üçün əhəmiyyətli olduğunu 
vurğulamış,  “türkoloqların  bu  qiymətli  əsərdən  istifadə  etmədik-
lərini” qeyd etmiş və orada əksini tapmış bəzi şairlərin adlarını sa-
dalamışdır
58

Prof. Nüşabə Araslı Sadiqi təzkirəsinə həsr olunmuş məqalə-
sində  təzkirəçinin  həyat  və  yaradıcılığını  dəyərləndirmiş,  təzkirə-
nin  tədqiq  tarixinə  nəzər  salmış  və  əsərin  türk  şairlərindən  bəhs 
edən hissəsini təhlil etmişdir
59

Tacik alimi Rəna Kabulova da Sadiqi təzkirəsini namizədlik 
dissertasiyası  səviyyəsində  tədqiqata  cəlb  etmişdir
60
. Araşdırmada 
Nəvai təzkirəsinin “Məcməül-xəvas”a təsiri, oxşar və fərqli cəhət-
ləri təhlil olunmuşdur. 
Türk alimi  Ahmet  Kartal Sadıq  bəyin  təzkirəsindəki  anado-
lulu şairlər (Sultan Süleyman, Necati, Baqi, Məhəmməd bəy) haq-
qında məlumatı əks etdirən məqalə dərc etdirmişdir
61
.  
Lütfəli bəy Azərin həyatı, bədii yaradıcılığı, təzkirəsi  f.ü.f.d. 
Mehri Məmmədova tərəfindən tədqiqata cəlb olunmuşdur. Alimin 
                                                 
58
 Yenə orada, s.51. 
59
 Araslı  N.  Sadık  bey  Avşarın  Mecmaul-havas  tezkiresi  orta  asırlar  Azerbay-
can-Türk şairleri hakkında // Klasik Türk Edebiyatında Biyografi. Bildiriler. An-
kara: 2010, s. 57-68. 
60
 Кабулова Р. Традиции «Маджалис ун–нафаис» Алишера Навои в тюрко-
язычной литературе (на материале антологии Садикбека Садики «Маджма 
ул-хавас»),  Автореф.  диссерт.  на  соиск.  кандидата  филол.  наук,  Ташкент, 
1979, 24 с. 
61
 Kartal  A.  Sadıki-i  Kitabdarın  Mecmaul-Havas  isimli  tezkiresi  ve  onda  yer 
alan Anadolulu şairler // Türk Kültürü, 1999 Aralık, № 440, s. 746-754. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə