Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə18/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   14   15   16   17   18   19   20   21   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
60 
 
 
Müəllif 
 
Əsər 
1. İsgəndər bəy Türkman  
 
Tarix-i aləmara-yi Abbasi 
2. Vəliqulu bəy Şamlu 
 
Qisəsül-xaqani 
3. Məhəmmədqulu xan Qacar 
Gənceyi 
 
 
Lübbül-lübab 
4.Abbasqulu ağa Bakıxanov  
 
Gülüstani-İrəm
 
 
I Şah Abbasın saray tarixçisi İsgəndər bəy Münşi Türkman 
“Tarixi-aləmarayi-Abbasi”  əsərində  I  Şah  Təhmasib  zamanının 
şairlərinə  xüsusi  bir  fəsil  ayırmış,  onların  həyatlarını  təsvir  etmiş 
və əsərlərindən nümunələr vermişdir
77
. Əsərin birinci cildində XVI 
əsr  tariximizə  dair  qiymətli  bilgilərin  verilməsi  ilə  yanaşı,  Azər-
baycan  ədəbiyyatının  həmin  dövrdə  yaşamış  bəzi  nümayəndələri-
nin – Şah İsmayıl Xətainin, İbrahim mirzə Cahinin, Xoca Cəlaləd-
din  Məhəmməd  Keçəçinin,  Müseyib  xan  Şərəfəddinoğlu  Təkəlü-
nün, Şahqulu bəy Rumlunun, Qasım bəy Halətinin, Sadıq bəy Əf-
şarın, Xoca Əmir bəy Keçəçinin, Vüqui Təbrizinin və başqalarının 
yaradıcılığı haqqında da müəyyən məlumatlar yer almış və onların 
bəzilərinin  şeirlərindən  nümunələr  əksini  tapmışdır.  “Tarixi-aləm-
arayi-Abbasi”nin  birinci  cildində  15  azərbaycanlı  şairin  adı  çəkil-
mişdir. Bunların 13 nəfəri Səfəvi dövründə, xüsusən də XVI əsrdə 
yaşayıb-yaratmış  şairlərdir.  Mənbədə  adları  çəkilən  azərbaycanlı 
şairlərin 6-sı əslən Ərdəbildən (Səfəvi nəslinin nümayəndələri), 3-
ü Təbrizdən, 1-i Gəncədən, 1-i Şamaxıdandır, digər 4-ü isə əfşar, 
türkman, təkəlü və rumlu oymaqlarına mənsubdur. Haqqında bəhs 
olunmuş şairlərin 4-ü peşəkar şair, 4-ü şah, 2-si şahzadə, 2-si vəzir, 
2-si  hərbçi  və  1-i  naqqaş  olmuşdur.  İsgəndər  bəy  Münşi  əsərinin 
birinci  cildində  bu  şairlərimizin  şeirlərindən  cəmi  44  misraya  yer 
                                                 
77
 Türkman İsgəndər bəy Münşi. Tarix-i aləmara-yi Abbasi. I cild. Bakı: Təhsil, 
2009, s. 371-389. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
61 
vermişdir  ki,  bunların  da  8  misrası  türkcə,  36  misrası  isə  farsca-
dır
78

Məlum  olduğu  kimi,  azərbaycanlıların  etnogenezində  iştirak 
etmiş və Səfəvilər dövlətinin hərbi-siyasi həyatında mühüm rol oy-
namış  türk  qızılbaş  oymaqlarından  biri  də  şamlu  tayfasıdır
79
.  XV 
əsrin  başlanğıcından  etibarən  Ərdəbil  şeyxlərinin  yanında  yer  al-
mış bu tayfa, XVI-XVII əsrlərdə Səfəvilərin nüfuzu artdıqca Azər-
baycan hüdudlarını aşaraq, İranın, Əfqanıstanın və s. Şərq ölkələri-
nin  müxtəlif  bölgələrinə  yayılmışdır.  Davudqulu  bəyin  oğlu 
Vəliqulu  bəy  Şamlu  h.  1035/1625-26-cı  ildə  Heratda  anadan  ol-
muşdur.  Gəncliyində  Heratı  tərk  etmiş  və  Sistanda  Məlik  Nüsrət 
xanın mustovfisi olmuşdur. Bir neçə ildən sonra o, Qəndəhara get-
miş  və  oranın  hakimi  Zülfüqar  xanın  saray  idarəçisi  (hacibi)  ol-
muş,  lakin h.1073/1662-63-cü ildə Qəndəharın  yeni  hakimi  Mən-
sur  xan  tərəfindən  tutduğu  vəzifədən  azad  edilmişdir.  Məhz  o  za-
man 38  yaşlı Vəliqulu  bəy tarixi  əsər  yazmaq üçün kifayət  qədər 
asudə vaxtının olduğunun fərqinə varmış və “Qisəsül-xaqani” adlı 
salnamə qələmə almağa başlamışdır. Müəllif öz əsərini tam şəkildə 
h. 1085/1674-75-ci ildə bitirmişdir
80
.  
“Qisəsül-xaqani” bir müqəddimədən, üç babdan  və bir xati-
mədən  ibarətdir.  Müqəddimədə  II  Şah  Abbasın  şəcərəsindən,  I 
babda Firuzşahdan I Şah İsmayıla qədər Səfəvi əcdadlarının həyat 
yolundan,  II  babda  I  Şah  İsmayıldan  II  Şah  Abbasın  hakimiyyətə 
gəlişinə qədərki Səfəvi tarixindən, III babda isə II Şah Abbasın ha-
kimiyyəti  dövründən  bəhs  olunmuşdur.  Əsərin  xatimə  hissəsi  üç 
təzkirəyə bölünmüşdür. I təzkirədə müəllifin müasiri olan alimlər-
dən,  həkimlərdən  və  fazillərdən  25  nəfərin  tərcümeyi-halına  yer 
verilmişdir. II təzkirədə II Şah Abbas dövrünün 101 şairinin həyat 
                                                 
78
 Musalı N. “Tarixi-i aləmara-yi Abbasi” əsərində XVI əsr Azərbaycan ədəbiy-
yatı  məsələləri  /  “Azərbaycan  Dünya  ədəbiyyatında”  Beynəlxalq  simpoziumun 
materialları. Xəzər Universiteti nəşriyyatı, 2012, s. 578-589. 
79
 ASE, X c., s.462. 
80
 Ч.А.Стори. Персидская литература. Москва, 1972, ч. 2, с.894. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
62 
və  yaradıcılığına  nəzər  salınmışdır.  III  təzkirədə  isə  o  dövrün  19 
məşhur dərvişindən söz açılmışdır
81

Əsərdə  azərbaycanlı  şairlərdən  Məliküşşüəra  Saib  Təbrizi, 
Mirzə Tahir Vəhid Qəzvini, Məczub Təbrizi, Molla Ədhəm Əzləti 
Xalxali, Təbrizin şeyxülislamı Mirzə Saleh, Bayandur xan Şeyxa-
vənd,  Molla  Murad  Təsuci,  Sultanəli  bəy  Şamlu,  Mirzə  Məhəm-
məd Rza Ünvan Təbrizi, Vahid Türkman, Məlik bəy Avcı, Abbas 
bəy Kisvəti Təbrizi, Mürtəzaqulu bəy Bayat və başqalarının tərcü-
meyi-hallarına, şeirlərindən örnəklərə yer verilmişdir
82

Araşdırmalarımız  zamanı  “Qisəsül-xaqani”nin  Tehrandakı 
İslami  Şura  Məclisi  kitabxanasında  saxlanan  8530  saylı  əlyazma 
nüsxəsini  əldə  etmişik
83
.  Əsərin  “Xatimə”  hissəsində  şairlərdən 
bəhs edən “ikinci təzkirə” əlyazmanın 645-733-cü səhifələrini əha-
tə edir. Təzkirə şeiri və şairliyi öyən qısa girişlə başlayır. Maraqlı-
dır ki, Vəliqulu bəy Şamlu da özündən əvvəlki Azərbaycan tarixçi-
si İsgəndər bəy Münşi kimi əsərinin təzkirə hissəsinin girişinə Ni-
zami Gəncəvinin bu beytini daxil etmişdir: 
 
Ulu Tanrı insanlardan cərgələr qurdu
Peyğəmbərlərin ardınca şairlər durdu. 
 
Təzkirədə  ilk  öncə  Saib  Təbriziyə  yer  verilmiş,  o,  “yüksək 
uğur sahibi olan padşahın zamanındakı şairlərin öndəgedəni” deyə 
vəsf edilmişdir və şairin yaradıcılığı geniş şəkildə təsvir edilmişdir. 
Müəllifin Saibdən bəhs edərkən, “indi hicri 1076-cı ildir” qeydin-
dən aydın olur ki, təzkirə m. 1665-66-cı ildə qələmə alınmışdır
84
 . 
Vəliqulu  bəy  şairlərimizin  farsca  şeirləri  yanaşı,  ana  dilində 
şeirlərindən  də  nümunələr  təqdim  etmiş  və  türkcə  yazan  şairlərin 
                                                 
81
 Salehi  N.  Kitabşinasiyi-tovsifiyi-mənabeyo-mütuni-təshihşodeyi-Səfəvi  dər 
do  dəheyi-axir  //  Kitab-i  mah  (tarix  və  coğrafiya),  IV/1-2,  1379  (mahi-azər), 
s.40-50. 
82
 Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. II c., s. 694-699. 
83
 Vəliqulu  bəy  Şamlu.  Qisəsül-xaqani.  İran  İslami  Şura  Məclisi  kitabxanası  – 
8530. 
84
 Yenə orada, s. 648. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə