Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə16/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   12   13   14   15   16   17   18   19   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
54 
 “Təzkireyi-mədayihi-Elxaniyyə”  Qacarlar  dövrünün  ortala-
rında  yaşayıb-yaratmış  37  şairin  qısa  şərhi-hallarını,  əsərlərindən 
və şeirlərindən nümunələri əhatə edir. 
Məhəmməd  Saleh  Şamlu
 
“Məhəküş-şüəra”  adlı  əsərini  öz 
müasiri olan istedadlı şairlərin həyat və yaradıcılıqlarının səbatsız 
zəmanənin  keşməkeşi  içində  itib-batmaması  və  unudulmaması 
üçün bu təzkirəni tərtib etmişdir.  
Mahmud  mirzə  Qacar  1820-ci  ildə  Qacarlar  xanədanının 
şairlərinə həsr edilmiş “Gülşəni-Mahmud” adlı ailə təzkirəsini qə-
ləmə  almışdır.  “Bəyanül-Mahmud”  adlı  digər  bir  təzkirəsində  isə 
müasiri olan şairlər haqqında məlumat vermişdir.  
Seyyid Əbdülhəmid Xalxalinin 1954-1958-ci illərdə nəşr et-
dirdiyi  iki  cildlik  “Təzkireyi-şüərayi-müasiri-İran”  adlı  əsərini 
adından  da  məlum  olduğu  kimi  təzkirəçinin  müasiri  olan  şairləri 
əhatə etməkdədir.  
Şahin  Fazilin  təzkirəsi  isə  XIX  əsrin  80-cı  illərindən  XXI 
əsrin əvvəllərinə kimi olan zaman dilimini əhatə edir və “Məcmə-
üş-şüəra” ədəbi məclisinin şairlərinə həsr olunmuşdur. 
 
2.4. TƏZKĠRƏLƏRĠN YAZILDIĞI ZAMAN VƏ 
MƏKAN 
 
Hər bir təzkirədən geniş şəkildə ayrıca bəhs edəcəyimiz üçün 
Azərbaycan təzkirələrinin yazıldığı tarix və məkan haqqında məlu-
matın cədvəl vasitəsilə daha əyani şəkildə çatdırılacağı qənaətində-
yik. 
Təzkirələri  nəzərdən  keçirdikdə  məlum  olur  ki,  təzkirəçilər 
əsərləri üçün materialları uzun illər ərzində toplayırdılar. Təzkirə-
lərin  tamamlanma  tarixi  əsərin  yazılma  tarixi  kimi  qeyd  olunur. 
Bəzi təzkirəçilər isə əsərlərini nə zaman yazmağa başladıqlarını və 
hansı tarixdə bitirdiklərini də qeyd edirdilər. 
Azərbaycanlı  müəlliflər  XVI  əsrdən  etibarən  təzkirə  qələmə 
almağa başlamışlar. XVI əsrdə Sam mirzə, Əhdi Bağdadi, İbrahim 
mirzə və Tövfi Təbrizi təzkirə tərtibləmişdir. Sam mirzə “Töhfeyi-


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
55 
Sami”  adlı  əsərini  h.957/1550-968/1561-ci  illərdə  Ərdəbildə  yaz-
mışdır. Əhdi Bağdadi isə əsərini h.971-1563-cü ildə Kütahyada qə-
ləmə  almışdır.  Bağdada  qayıdan  müəllif  burada  əsərinə  bir  rövzə 
də  əlavə  etmişdir.  Bu  əsrdə  təzkirə  tərtibləmiş  İbrahim  mirzə  və 
Tövfi Təbrizi haqqında mənbələrdə məlumat yer alsa da, təzkirələ-
ri dövrümüzə gəlib çatmamışdır. 
XVII  əsrdə  azərbaycanlı müəlliflər Sadiq  bəy Sadiqi və  Na-
zim Təbrizi tərəfindən iki təzkirə tərtiblənmişdir.  
Nazim  Təbrizi  1626-cı  ildə  yazdığı  təzkirəsi  ilə  XVII  əsr 
Azərbaycan  təzkirəçiliyini  zənginləşdirmiş,  Sadiq  bəy  Əfşardan 
sonra  dəyərli  bir  əsər  ortaya  qoymuşdur.  Təzkirə  İsfahanda  yazıl-
mağa başlanmış və Məkkədə tamamlanmışdır. Təzkirə tərtib prin-
sipi,  strukturu  və  təqdim  olunan  nümunələrin  yalnız  qəzəl  və  rü-
bailəri əhatə etməsi baxımından orijinaldır. 
XVIII  əsrdə  isə  Azərbaycan  təzkirəçiləri  bu  janrda  beş  əsər 
qələmə almışlar. İlk olaraq h.1160/1747-ci ildə Əliqulu xan Valeh 
Hindistanda təzkirəsini tamamlamışdır. Lütfəli bəy Azər isə təzki-
rəsini  h.1174/1761-1193/1779-ci  illər  arasında  İsfahanda  yazmış-
dır. İshaq bəy Üzrinin antologiya xarakterli təzkirəsinin nə tərtib-
lənmə tarixi, nə də yazılma yeri məlum deyil. XVIII əsrin digər iki 
təzkirəçisi  Sultan  Məhəmməd  xan  Səfəvi  əsərini  h.  1211-1216-cı 
illər arasında, Əbu Talib xan Təbrizi isə h.1206-ci ildə qələmə al-
mışdır. 
XIX  əsri  Azərbaycan  təzkirəçiliyinin  çiçəklənmə  dövrü  he-
sab etmək olar. Belə ki, XIX əsrdə təzkirəçilərimiz 22 təzkirə tər-
tibləmişlər.  H.1228/1813-cü  ildə  Əbdürrəzzaq  bəy  Dünbüli  Azər-
baycani  “Təcrübətül-əhrar  və  təsliyyətül  əbrar”  adlı  əsərini, 
h.1230/1814-cü ildə “Hədayiqül-üdəba” adlı əsərini, h. 1241/1825-
ci  ildə  isə  “Nigaristani-Dara”  adlı  təzkirəsini  Təbrizdə  qələmə  al-
mışdır.  Məhəmməd  Fazil  xan  Gorusinin  “Əncüməni-xaqan”ı 
h.1234/1818-ci ildə Tehranda yazılmışdır. Mahmud mirzə Qacarın 
“Gülşəni-Mahmud”  adlı  təzkirəsi  h.1236/1820-21-ci  ildə,  “Bəya-
nül-Mahmud”u  h.  1240/1824-1825-ci  ildə,  “Nüqli-məclis”i  isə 
h.1241/1825-ci  ildə  tərtiblənmişdir. Bəhmən mirzənin  “Təzkireyi-


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
56 
Məhəmmədşahi”  adlı  əsəri  h.1247/1831-ci  ildə  Ərdəbildə,  Mə-
həmməd  Saleh  Şamlunun  “Məhəküş-şüəra”sı  h.1252/1836-37-ci 
ildə  Heydərabadda  yazılmışdır.  Bu  qeyd  olunanlardan  əlavə  XIX 
əsrdə  Hülaku  mirzə  Qacar    “Xərabat”  (h.1255/1839),  Xudaverdi 
xan  Qacar  “Təzkireyi-mədayih-i  elxaniyyə”  (h.1256/1840-41), 
Məhəmməd  Bağır xan Qacar  “Fələkül-Mərrix”  (h.XIII  əsrin  I  ya-
rısı),  Heydərqulu  mirzə  “Təzkireyi-Xavər”,  Seyfüddövlə  Sultan 
Məhəmməd Tağı “Bəzmi-xaqan” (h. 1245/1829), Məhəmməd Ka-
zım Əsrar Əlişah Təbrizi “Behcətüş-şüəra” (h.1294/1877), Əli Rza 
mirzə Qacar “Büstanül-xaqaniyyə”, Əbülqasım Möhtəşəm Şirvani 
“Əxtəri-taban”  (h.1298/1880-81)  adlı  təzkirələrini  yazmışlar. 
Seyid Əzim Şirvani “Təzkirə”sini 1875-1883-cü illər arasında Şa-
maxıda,  Ziyai  “Təzkireyi-Ziyai”sini  XIX  əsrin  ikinci  yarısında 
Lənkəranda və Mir Möhsün Nəvvab “Təzkireyi-Nəvvab”ını 1891-
ci ildə Şuşada qələmə almışlar. 
XX əsrdə yazılmış Azərbaycan təzkirələrinin sayı ondur. Mə-
həmməd ağa Müctəhidzadə “Riyazül-aşiqin” adlı təzkirəsini Qara-
bağda yazmış və 1910-cu ildə İstanbulda çap etdirmişdir. İbrahim 
Tahir Musayev 1918-ci ildə Rzaqulu xan Hidayətin “Məcməül-fü-
səha”  adlı  təzkirəsini  ixtisarla  fars  dilindən  türkcəyə  tərcümə  et-
mişdir.  Şəmsəddin  xan  Həqqi  Təbrizi  “Əncümənül-üdəba”sını 
1928-ci  ildə  Təbrizdə  tərtibləmişdir.  Məhəmmədəli  Tərbiyətin 
“Danişməndani-Azərbaycan”ı  1935-ci  ildə  Təbrizdə  işıq  üzü  gör-
müşdür. Həsənəli xan Qaradağinin “Təzkireyi-Qaradaği” adlı əsəri 
də  XX  əsrin  əvvəllərində  Qarabağda  yazılmışdır.  Qulam  Məm-
mədlinin tərtib etdiyi iri həcmli “Təzkirə” 1954-cü ildə Bakıda ta-
mamlanmışdır. Azərbaycan müəllifi Seyid Əbdülhəmid Xalxalinin 
“Təzkireyi-şüərayi-müasiri-İran”  sərlövhəli  təzkirəsi  1954-cü  ildə 
iki  cilddə  Tehranda  çap  olunmuşdur.  Əziz  Dövlətabadinin  “Sü-
xənvərani-Azərbaycan”ı  1998-cı  ildə,  “Sərayendeqani-şeri-parsi 
dər  Qafqaz”  adlı  təzkirəsi  isə  1991-ci  ildə  Təbrizdə  nəşr  edilmiş-
dir.  Məhəmməd  Dəyhimin  “Təzkireyi-şüərayi-Azərbaycan”  adlı 
əsəri beş cilddə 1989-1992-ci illərdə Təbrizdə işıq üzü görmüşdür. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə