Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə13/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   9   10   11   12   13   14   15   16   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
45 
XVII əsrdə Saqidinin qələmə aldığı “Məcməül-xəvas” Herat 
təzkirələri  kimi  təbəqə  prinsipi  ilə  tərtiblənmişdir,  ön  söz,  səkkiz 
məcmə və xatimədən ibarətdir.  
XIX əsr Azərbaycan təzkirəçisi Məhəmməd Fazil xan Goru-
sinin “Əncüməni-xaqan” adlı təzkirəsi bir müqəddimə, dörd əncü-
mən və bir xatimədən ibarətdir.  
I  əncümən  “Ulu Qacar  elinin  əsil-nəsəbinin icmalı, fələk ki-
mi iqtidarlı olan hökmdarın vaqiəsinin, onun mübarək cülusunun, 
məmləkətləri  idarə  etməsinin  zikri  və  sahibqiranın  uğurlu  əsərlə-
rindən və seçkin şeirlərindən örnəklər”, II əncümən “Şahzadələrin 
əhvalı, əfkarı və Qacar sülaləsinin böyüklərindən bəzilərinin haq-
qında”, III əncümən “Şahənşahlıq dərgahında şərəf tapanların hə-
səbi  və  nəsəbi  haqqında”,  IV  əncümən  “Əyalət  şairləri  haqqın-
da”dır. 
Bəhmən mirzə  təzkirəsini  üç  riştəyə  ayırmışdır. Əsər təbəqə 
prinsipi ilə hazırlanmışdır. Birinci riştədə qədim dövr şairlərindən, 
ikinci  riştədə  Fətəli  şah,  şahzadə  və  adlı-sanlı  əmirlərdən,  üçüncü 
riştədə  əlifba  sırası  ilə  təzkirəçinin  56  nəfər  müasirindən  bəhs 
olunmuşdur. 
Əbdürrəzzaq  bəy  Dünbüli  Azərbaycaninin  “Nigaristani-Da-
ra”sı dörd nigarxanadan ibarətdir. I nigarxana zəmanə xaqanı Fə-
təli şah Qacara, II nigarxana Qacar şahzadələrinə və böyük əmirlə-
rə, III nigarxana şaha və şahzadələrə yaxın olan şairlərə, IV nigar-
xana isə müxtəlif vilayətlərin şairlərinə həsr olunmuşdur.  
Mahmud  mirzə  Qacar  qadınlara  həsr  olunmuş  “Nüqli-məc-
lis” təzkirəsinin müəllifidir. Əsərin strukturu aşağıdakı kimidir:  
I fəsil - Fətəli şahın şair qızları; 
II fəsil - şairlik edən digər saray qadınları; 
III fəsil - İranın başqa bölgələrinin şairələri
IV fəsil - isə keçmiş zaman şairələri. 
 
Əlifba prinsipi əsasında tərtiblənmiş təzkirələr 
 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
46 
Bəzi  Azərbaycan  təzkirəçiləri  əsərlərini  əlifba  prinsipi  əsa-
sında tərtibləmişlər. XVIII əsr təzkirəçisi Əliquluxan Valehin “Ri-
yazüş-şüəra”sında 2540 şair haqqında məlumat təxəllüslərinə görə 
əlifba sırası ilə verilmişdir. 
Məhəmməd  Kazım  Əsrar  Əlişah  Təbrizi  “Behcətüş-şüəra” 
adlı təzkirəsində əlifba sırası ilə 86 azərbaycanlı şairdən bəhs edir. 
Nəsri  farsca  olmasına  baxmayaraq,  poeziya  nümunələrinin  çox 
hissəsi  türkcə,  yalnız  cüzi  bir  qismi  farscadır.  Bu  da  təzkirəni  di-
gərlərindən fərqləndirən spesifik cəhətdir. 
Əli Rza mirzə Qacarın “Bosatinül-xaqaniyyə” təzkirəsi əlifba 
prinsipi əsasında hazırlanmışdır. Beş “bostan”dan ibarət olan təz-
kirənin hər “bostan”ı əslində müstəqil bir təzkirədir. Hər cildin əv-
vəlində  müqəddimə  və  məqsədin  bəyanı,  daha  sonra  isə  şairlərin 
tərcümeyi-halları, əlifba sırası ilə şairlərin fihristi, axırda isə onla-
rın hər birinin şeirlərindən nümunələr təqdim olunmuşdur. 
Əbülqasım  Möhtəşəm  Şirvani  “Əxtəri-taban”  təzkirəsində 
əlifba sırası ilə 82 qadın şairə haqqında məlumat verilmişdir. 
Məhəmmədəli Tərbiyət də təzkirəsini şair təxəlüslərinin əlif-
ba ardıcıllığı ilə tərtib etmişdir. Qulam Məmmədli də əlifba prinsi-
pini  əsas  götürsə  də,  bəzən  bu  prinsipə  əməl  olunmamışdır.  Qeyd 
olunan bu iki əsərə müəllifləri ön söz yazmamışlar. 
 
Coğrafi prinsipə görə yazılmış təzkirələr 
 
Azərbaycan təzkirələrindən bir neçəsi coğrafi prinsip əsasın-
da qələmə alınmışdır. 
Lütfəli  bəy  Azərin  təzkirəsinin  strukturu  mürəkkəbliyi  ilə 
fərqlənir. Azər şairləri mənsub olduqları bölgəyə və şəhərə görə sı-
ralayaraq iki məcmərə ayırmışdır.  
Birinci məcmərə özü də üç fəsildən ibarətdir: şölə,  əxgər  və 
füruğ. Şölədə İslam dünyasında olan hökmdar, şahzadə, əmir şair-
lərdən; əxgərdə İran, Turan və Hindistan şairlərindən; füruğda qa-
dın şairlərdən bəhs olunmuşdur. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
47 
İkinci məcmərə müəllifin müasiri olan şairlərə həsr olunmuş-
dur və iki pərtövə bölünmüşdür. 
Seyid  Əzim  Şirvaninin  “Təzkirə”si  dibaçə,  təvəqqeyi-müəl-
lif, müqəddimə və dörd fəsildən ibarətdir. Təzkirəçi əsərinin struk-
turunu belə açıqlayır: “bu məcmuə dörd fəsil üzrə, hər fəsil üç bürc 
otuz dərəcə üzrə bəyan olunmuşdur”.  
 
Fəsli-əvvəl: Şüərayi- Qafqaz bəyanındadır. 
Fəsli-dovvom: Şüərayi- Azərbaycan bəyanındadır. 
Fəsli-səyyum: Şüərayi- Rum bəyanındadır. 
Fəsli-çəharüm: Şüərayi-Türküstan bəyanındadır. 
 
Ziyai  təzkirəsini  iki  hissədə  tərtib  etmişdir.  Birinci  hissə 
“Atəşkədə”  təzkirəsini,  ikinci  hissə  isə  şairin  müasirlərini  əhatə 
edir. 
XX  əsr  təzkirəçisi  Məhəmməd  Dəyhimin  əsəri  coğrafi  prin-
sip  əsasında hazırlanmış, hər bir bölgə  daxilində öncə vəfat  etmiş 
şairlər, daha sonra həyatda olan şairlər haqqında məlumat əlifba sı-
rasına əsasən düzülmüşdür. 
Əziz  Dövlətabadinin  “Süxənvərani-Azərbaycan”ı  da  eyni 
prinsiplə hazırlanmışdır. 
 
Xronoloji prinsip əsasında tərtiblənmiş əsərlər 
 
XVII  əsr  təzkirəçisi  Nazimin  Təbrizinin  “Nəzmi-güzidə”si 
iki babdan ibarətdir. Hər bab iki fəslə ayrılmışdır. Birinci babın ilk 
fəsli “Qədim və orta dövr fəsahətlilərinin qəzəllərinin müntəxəbatı 
və onların gözəl mahiyyətə malik əhvalının bir qismi” adlanır. Sö-
zügedən  babın  ikinci  fəsli  “Son  dövr  bəlağətlilərinin  qəzəllərinin 
müntəxəbatı və onların gözəl mahiyyətə malik əhvalının bir qismi” 
adlanır. İkinci babın birinci fəsli “Qədim və orta dövr fəsahətliləri-
nin rübailərinin müntəxəbatı və onların gözəl mahiyyətə malik əh-
valının  bir  qismi”  məsələsinə  həsr  edilmişdir.  İkinci  babın  ikinci 
fəsli isə “Son dövr bəlağətlilərinin rübailərinin müntəxəbatı və on-


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə