Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə20/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   16   17   18   19   20   21   22   23   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
66 
carığa malikdir və farsca şeirləri də son dərəcə pakizədir”. “Lisani 
Təbrizi – xoş kəlama malik bəlağətlilərdəndir”. 
XIX  əsrin  birinci  yarısı  Azərbaycan  bədii,  mədəni  və  elmi 
fikrinin ən görkəmli nümayəndələrindən biri Abbasqulu ağa Bakı-
xanovdur.  O,  ilk  növbədə  şair  kimi  fəaliyyət  göstərərək,  klassik 
Azərbaycan və Şərq poeziyasının müxtəlif janrlarında Azərbaycan 
və fars dillərində şeirlər yazmış, milli poeziyamızın və nəsrimizin 
inkişafında müəyyən rol oynamışdır
95
.    
 A.Bakıxanovun  Azərbaycan  mədəniyyəti  və  elmi  tarixində 
ən  mühüm  xidməti  onun  tarixşünas  alim  kimi  fəaliyyəti  ilə  bağlı 
olub.  O,  1841-ci  ildə  fars  dilində  Azərbaycan  tarixşünaslığında 
misli görünməmiş  məşhur “Gülüstani-İrəm”  adlı  əsərini  tamamla-
mışdır. Alim əsərini qədim yunan, Roma, Bizans, Ərəb, fars, türk 
tarixçilərinin,  həmçinin  öz  dövrünün  Avropa  və  rus  tarixçilərinin 
və Azərbaycan və Dağıstanın tarixi ilə bağlı əsərlərindən, səyahət-
lərindən topladığı zəngin materiallar əsasında yazmışdır. Bu əsərdə 
əsasən Şirvan və Dağıstanın ən qədim dövrlərdən başlamış 1813-
cü ilə qədərki dövrünün tarixi tədqiq edilmişdir
96

Bu  tarixi  əsər  müqəddimə,  beş  fəsil  və  nəticədən  ibarətdir. 
Əsərin strukturu aşağıdakı kimidir:  
Müqəddimə Şirvan və Dağıstan vilayətlərinin hüdud və əra-
zisi,  adlanmalarının  səbəbi,  əhalisinin  mənşəyi,  dilləri  və  dinləri 
haqqında; 
Birinci  fəsil  İslam  dövlətinin  zühurundan  ərəb  qoşununun 
gəlməsinə  qədər  Şirvan  və  Dağıstan  ölkələrində  baş  verən  qədim 
hadisələr haqqında; 
İkinci fəsil ərəb ordusunun gəlməsindən başlayaraq moğolla-
rın istilasına qədər; 
Üçüncü  fəsil  moğol  istilasından  Səfəvilərin  zühuruna  qədər 
və Şirvanşahlar sülaləsinin səltənəti dövrü
Dördüncü fəsil Səfəvilərin zühurundan Nadir şahın vəfatına 
qədər; 
                                                 
95
 Azərbaycan ədəbiyyatı tarixi. IV c., Bakı, 2011, s. 102. 
96
 Yenə orada, s. 134. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
67 
Beşinci  fəsil  Nadir  şahın  vəfatından  «Gülüstan»  adlı  yerdə 
Rusiya və  İran dövlətləri arasında bağlanan sülh müahidəsi zama-
nına qədər; 
Nəticə Şirvan vilayətində və onunla qonşu olan yerlərdə təli-
fat sahibi və ya başqa fəzilət və məziyyətə malik olan şəxslərin tər-
cümeyi-halları haqqında. Əsərin nəticə hissəsi təzkirə xarakteri da-
şıyır.  Burada Şirvanda və onunla qonşu olan vilayətlərdə  elmi  və 
ədəbi fəaliyyətləri və başqa məziyyətləri ilə seçilən görkəmli sima-
ların həyat və fəaliyyəti qısaca işıqlandırılmışdır. 
A. Bakıxanov yazır: “Hər bir tayfanın kəmalat dərəcəsini, və-
ziyyət  və  hallarının  gözəlliyini  onların  təlifatından  və  sair  əsərlə-
rindən gözəlcəsinə anlamaq olar. Bir çox şəhər və kənd xarabaları, 
həzrət Şəmunun Aran şəhərində və yüksək dərəcəli üç imamzadə-
nin  Şamaxı,  Gəncə  və  Bərdə  şəhərlərində  olan  türbələri,  Bülbülə 
kəndindəki  imamzadə,  imam  Museyi-Kazımın  qızı  Həlimə  xatu-
nun Bakıda, Bibiheybətdəki türbəsi, Sufi Həmidin Şirvan Qobusta-
nındakı  məzarı  və  bir  çox  başqa  yerlərdə  olan  məşhur  seyidlərin, 
şeyxlərin və hörmətli fazil kimsələrin qəbirləri göstərir ki, bu ölkə 
həmişə  din  böyüklərinin  məskəni,  arif  və  alimlərin  vətəni  olmuş-
dur. Başqa faydaları  bir  tərəfə dursun, bu ölkə mötədil  iqlimli ən 
yaxşı yerlər sırasına daxildir. Öz dağlarında, çöllərində, meşələrin-
də  və  vadilərində  bütün  dünyanın  müxtəlif  məhsulatını  yetişdir-
məkdədir. Bu ölkədə  yaşayanların nəsli bütün insan tayfalarından 
qarışıqdır.  O  tayfalardan  hər  birinin  əxlaqı  və  asarı  bunlarda  gö-
rünməkdədir... 
Hər halda, bu ölkənin alim və fazillərinin həyatı imkan daxi-
lində hər birinin əsrinə müvafiq olaraq zikr edilir və azacıq da olsa 
onların əsərlərindən və fikirlərinin nəticələrindən qeyd olunur”
97
.  
“Gülüstani-İrəm”in bu hissəsində Məhəmməd Bakuvi, Niza-
mi Gəncəvi, Əbülüla Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, Zül-
füqar Şirvani,  Seyid  Yəhya  Bakvuvi  və b. şairlər haqqında məlu-
                                                 
97
 Bakıxanov A. Gülüstani-İrəm / Tərcümə ed.: R.Ağayev. Bakı, 2001, s.  


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
68 
mat vermişdir. Ö.Bayram  “Gülüstani-İrəm”in  təzkirə qismini təd-
qiqata cəlb etmişdir
98

 
2.6. TƏZKĠRƏ XARAKTERLĠ ƏSƏRLƏR 
 
Azərbaycanda  XX  əsrin  ortalarından  başlayaraq  təzkirə  xa-
rakterli  nümunələr  yaradılmışdır.  Təzkirə  tipli  əsərlərin  əvvəlki 
təzkirələrlə müqayisədə ən mühüm fərqi onlarda biblioqrafik infor-
masiya potensialının daha güclü olmasıdır
99

Ədəbiyyatşünas alim, yazıçı Əzizə Cəfərzadənin 1974-ci ildə 
çap etdirdiyi “Azərbaycanın aşıq və şair qadınları”
 100
 adlı kitabı 
əlavələrlə 1991-ci ildə yenidən nəşr olunmuşdur. Kitabın 1991-ci il 
nəşrində  sovet  dövrünə  qədər  yazıb-yaratmış  səksəndən  artıq  aşıq 
və  şair  qadınlardan  bəhs  edilmişdir.  Əsərdə  Məhsəti  Gəncəvi, 
Fatma  xanım  Ani,  Fatma  Kəminə,  Xanbikə,  Nimtac  və  başqa 
qadın  şairələrimiz  xatırlanmış,  əsərlərindən  nümunələr  təqdim 
olunmuşdur.  
Şair, ədəbiyyatşünas, tərcüməçi Cəfər Rəmzi İsmayılzadənin 
(1905-1996)  tərtib etdiyi “Deyilən söz yadigardır”
101
 Bakı şairlə-
rinə həsr olunmuş müasir təzkirədir
102
. İyirmi il ərzində tərtib edil-
miş bu əsər ilk dəfə 1981-ci ildə nəşr olunmuşdur. Burada 87 Ba-
kı-Abşeron  şairi  haqqında  məlumat  və  əsərlərindən  nümunə  təq-
dim  olunmuşdur.  Məlumatlar  şairlərin  anadan  olma  tarixləri  əsa-
                                                 
98
 Bax: Bayram Ö. Gülüstani-İremin Tezkire Kısmı // Klasik Türk Edebiyatında 
Biyografi Sempozyum Bildirileri. Ankara, 2011, s.109-120. 
99
 Xələfov Ə. Təzkirəçilərin bugünkü sələfləri // Kitabxanaşünaslıq və biblioqra-
fiya, 2000, N 1, s. 92. 
100
 Azərbaycanın şair və aşıq qadınları /Tərt. ed.: Ə.Cəfərzadə. Bakı, 1991, 288 
s. 
101
 Bax:  Azərbaycan  yazıçılıarı.  Ensiklopedik  məlumat  kitabı.  Bakı:  1995,  s. 
554; Xələfov Ə. Təzkirəçilərin bugünkü sələfləri // Kitabxanaşünaslıq və biblio-
qrafiya,  2000,  N  1,  s.  92-99;  Kazımova  S.  Haqsızlığın  qurbanı  və  ya  Cəfər 
Rəmzi  kimdir?  //  Humanitar  elmlərin  öyrənilməsinin  aktual  problemləri,  2007, 
N 4, s. 93-97. 
102
 Deyilən söz yadigardır / Tərt. ed.: C.Rəmzi. Bakı, 1987, 433 s. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə