Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə10/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   6   7   8   9   10   11   12   13   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
30 
şəklə  girəcəkdir.  Çünki  hürriyyətin  bu  şəkli  heç  şübhəsiz  ki, 
hürriyyət  deyil,  bir  afətdir  (fəaldır).  Fəqət,  bu  yolda  ediləcək 
ricət (geriləmə), əminəm ki, hər halda inqilabdan əvvəl mövcud 
olan hüdudun övtəsində (o tərəfində) deyil, gerisində saxla-na-
caqdır.  Demək,  əvvələ  nisbətdə  hər  halda  yaxşı  olacaqdır. 
Əfəndilər! Mən sabit Rusiya ərazisində baş verən bu hadi-
səyə  belə  baxıram.  Buna  görə  də  hələ  ümidlərimlə  yaşa-
yıram. Əfəndilər, bilirəm ki, Azərbaycan Rusiya inqilabının 
doğurduğu müsbət nəzəriyyələrlə elan etdiyi əsil hürriyyət-
dən  son  dərəcə  istifadə  edəcəkdir.  İştə  müstəqil  bir  Azər-
baycan: siyasətin hürriyyət və istiqlal edəcək Azərbaycanda 
ictimai  hürriyyətlər  və  bəşər  hüququna  aid  düsturlar  hər 
halda istilaçı Rusiya zamanından daha geniş, daha əlverişli 
olacağına  şübhə  etmirəm.  Hətta,  əfəndilər,  söyləmək  istə-
yirəm ki, Azərbaycan Qafqazda ən hürriyyətpərvər və inqilabçı 
təsəvvür  olunan  Gürcüstandan  daha  məsuddur.  Çünki  burada 
bizim  daxili  hürriyyətlərimizə  nüfuz    edəcəyi  təsəvvür  edilən 
qüvvə yad bir qüvvə deyil, öz qüvvəmizdir (alqışlar). Buradan 
istiqbal böyük və şanlı bir millətin müxtəlif şöbə və budaqlarını 
tovhidə  doğru  gedəcəyi  eyni  məqsədimizdir  (alqışlar).  İctimai 
və hüquqi hürriyyətlərdə itirsək də, siyasətdə qazanacağıq. Hal-
buki Ukrayna və Gürcüstan belə deyil. 
Bəli,  əfəndilər!  Heç  də  ümidsiz  olmayaq.  Tarixin,  milli 
amalımız  nöqteyi-nəzərindən  əlverişli  bir  zamanda  olduğumu-
zu,  türk  ittihadı  üçün  fürsət  ələ  keçdiyini  unutmayaq.  Bütün 
qüvvəmizi  bu hürriyyət  siyasətinin  təsbitinə sərf edək.  Bunun 
üçün də hər dürlü fədakarlığa hazır dayanaq...” 
Yuxarıda iqtibas olunmuş qərarnamə üçün Milli Şura tərə-
findən məmləkətin idarəsinə vəkil edilmiş olan hökumət bir an 
əvvəl Bakını geri alacaqdır. 
Nuru  Paşa  öhdəsindəki  ordunun  yardımı  ilə  az  bir  vaxtda 
Bakı  vilayətindən  başqa  Azərbaycanın  bir  çox  vilayətlərində 
sülhü təmin etdi. Yalnız Bakı ilə ətrafı bolşeviklərin əlində idi. 
Bunlar  ara-sıra  üsyan  edərək  təcavüz  belə  edirdilər.  5-6  aylıq 


Azərbaycan  mühacirət irsi 
 
 
31 
bir  fürsətdən  istifadə  edən  bolşeviklər  olduqca  mühüm  bir 
müdafiə hazırlamışdılar. 
Xaricdən, Azərbaycan və Türkiyə milli qüvvələri tərəfindən 
təzyiq  olunan  bolşevik-daşnaksütyun  qüvvəsi  daxilən  sarsılır, 
aralarına  nifaq  düşürdü.  Nəhayət,  mühasirədə  olan  Bakıda 
bolşevik diktaturasına qarşı bir-bir keçmişi və mövqeyi iqtidar 
erməni  alayları  ilə  Bakı  limanındakı  bəhriyyələrə (dənizçilərə) 
istinad  edən  ermənilərlə  ruslardan  mütəşəkkil  bir  “direktvara” 
(birbaşa)  kəsilir.  Bu  direktvar  ingilisləri  Bakıya  dəvət  edir.  O 
zaman İranda olan ingilis komandanlığı bu dəvət üçün Bakıya 
əsgər  çağırır.  Vəziyyət  bu  şəkil  alınca  Türkiyədən  yeni 
qüvvələrin  gətirilməsi  lazım  gəlir.  Almanlar  isə  yuxarıda 
deyildiyi  kimi,  Gürcüstan  təriqi  (vasitəsi)  ilə  Bakıya  gedən 
türkiyə  yardım  qüvvələrini  məğlubiyyətə  uğradırlar.  Bunun 
üçün Bakının geri alınması da iyulun 15-nə qədər gecikir. 
Nəhayət,  qanlı  bir  mücadilədən  sonra  qardaş  xilasına  can 
atan qəhrəman Məhmədciyin türk birliyi tarixində altun hərflər-
lə  yazılacaq  bir  fədakarlığı  ilə  Azərbaycan  milli  qüvvələri  öz 
paytaxtına  girir.  Altı  ay  qan-yaş  tökən  islam  əhalisinin  üzü 
gülür.  Qurban  bayramı  kimi  məsud  bir  gündə  Bakı  təkrar  öz 
sahiblərinin əlinə keçir. 
O zaman biz İstanbulda idik. Vüstayi (bütün) Avropa döv-
lətlərinin  iştirakı  ilə  toplanacaq  konfransa  iştirak  üçün  digər 
Qafqaz Cumhuriyyətləri ilə bərabər Azərbaycan Cumhuriyyəti-
ni təmsil edən heyət də var idi. O dövrün Hərbiyyə naziri və 
baş komandan vəkili olan Ənvər Paşa həzrətləri telefon et-
dilər: 
- Əmin bəy, Bakı alındı! 
Bu  qısa  xəbərin  məndə  yaratdığı  təsiri  tam  təsvir  edə 
bilmirəm. O təsiri hələ unuda bilmirəm. 
Bundan  bir  neçə  gün  əvvəl  Almaniya  hökumətinin  bir 
qərarını protesto etmişdik. Almaniya dövləti bolşevik hökuməti 
ilə  Brest-Litovsk  sazişinə  əlavə  olaraq  yazdığı  bir  müqaviləyə 
əsasən Bakı vilayətinin Kür çayına qədər olan ərazisini rusların 


Azərbaycan  mühacirət irsi 
 
 
32 
işğalına  icazə  vermiş,  əvəzində  özünə  neft  imtiyazını  təmin 
etmişdi.  Bu  münasibətlə  bizə  müraciətedən  qəzetçilərə:  “ 
Bakısız  Azərbaycan  –  başsız  bədəndir”  –  demişdik.  Başı 
məşhur  Gilyotin  məngənəsində  olan  bir  adamın  xilası  necə 
mümkündürsə,  Bakının  geri  qaytarılması  da  o  nisbətdə  möcü-
zəli  bir  iş  idi.  Həqiqətən  də  belə  idi.  Sonradan  məzarları 
unudulmuş qalan Anadolu Məhmədcikləri Bakıdakı şəhidlikləri 
ilə türklüyə yeni bir siyasi vücud verirdilər. Maddətən unudul-
muş,  fəqət  mənən  bütün  qəlblərdə  dəfn  edilən  bu  qəhrəman 
şəhidlər  yalnız  Bakıdadırlarmı?  Naxçıvandan,  Qarabağdan, 
Şamaxıdan, Gəncədən Bakıya qədər bir yer varmı ki, orada belə 
bir fədakar yatmasın?!.. 
Bəli, Azərbaycanın hər yerində şairin təsvir etdiyi “Sar-
maşıqlı  bir  məzar”  taparsınız  ki,  qızlar-gəlinlər  tərəfindən 
ziyarətgah  halına  çatan  bu  məzar,  qardaş  imdadına  çatan 
“TÜRK” məzrıdır (53, s. 36-43). 
 
Azərbaycan Cumhuriyyəti (keyfiyyəti-təşəkkülü və  
şimdiki vəziyyəti) İstanbul 1339-1341 (1922) 
 
 
 
15 SENTYABR MÜNASİBƏTİ İLƏ 
 
Bundan  on  beş  il  əvvəl  idi.  Azərbaycan  Cümhuriyyətinin  
ordusu  müttəfiqi  qardaş  Türkiyə  yardımı  ilə  birlikdə  düşmən 
istilasına uğramış paytaxtı xilas edirdi. 
Bakının Türk və müsəlman xalqı bu tarixdən altı ay əvvəl, 
tariximizdə qanlı Mart deyə anılan günlərdə qızıl  rus bolşevik-
lərilə  müttəfiqləri  Daşnaksütun  çeteləri  (quldur  dəstələri)  tərə-
findən  qırğına  məruz  qalmış  və  o  andan  etibarən  Azərbaycan 
yurdundan  ayrılan  bu  şəhərdə  azərbaycanlılar  hər  cür  həqarət 
və əsarətə məhkum olunmuşdular. 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə