Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə11/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   7   8   9   10   11   12   13   14   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
33 
Bakılı azərbaycanlıları uşaq, qoca və qadın fərqi qoymadan 
min  bir  faciələrlə  məhvə  qalxan  bu  qanlı  müttəfiqqlərə  görə 
Türklərin  günahı  ağırdı.  Onlar  Azərbaycan  istiqlalından  bəhs 
etməyə cəsarət etmişdilər. 
Sözdə bütün məhkum millətlərin hürriyyət və istiqlalı üçün 
vuruşan bolşevizm – o zaman – mahut (xəyanətkar) Şaumyana 
Türkiyə  və  Qafqaz  ərazilərindən  mürəkkəb  “böyük  Er-
mənistan”ı qurmaq üçün tam bir səlahiyyət vermiş və bu zəmin 
üzərində  özünü  Daşnaksütyun  firqəsi  ilə  görüşməyə  vəkil 
etmişkən  (“Lenin  və  Stalin”  imzasilə  Qafqaz  komissarı 
Şaumyan adına verilmiş maruf bilinən, məlum) dekret, mərkəzi 
Bakı  olmaqla  Azərbaycan  Cümhuriyyətinin  hürriyyət  və  istiq-
lalından  bəhs  edən  “Müsavatçıları”  təhdid  etmiş,  Rusiyanın 
azərbaycanlılara  hürriyyət  və  istiqlal  deyil,  bir  xarabazar 
verəcəyini öz partizanlarının ağzı ilə söylətmişdi. 
Yuxarıda  qeyd  etdiyimiz  Mart  qırğını,  əslində  bu  təhdidin 
sözdən  işə  keçilməsindən  başqa  bir  şey  deyildi.  Qızıl  Moskva 
Azərbaycan  ideyasını  qanla  söndürmək  və  istiqlal  fikrini  yan-
ğınlarla məhv etmək istəmişdi. 
31 Mart hadisəsi ilə maruf (məlum) olan bu vəhşət, düşmə-
nin  təsəvvürü  xaricində  Azərbaycan  xalqının  milli  mənliyini 
yaralamış  və  bu  yaranın  təsirilə  o,  yediyi  acının  intiqamını  al-
maq və haqqı bulunan istiqlalına qovuşmaq üçün mübarizəsinə 
davam etmişdi. 
15 Sentyabr, əslində bu əzmin zəfərini təmin edirdi. Bu 
gün  Azərbaycan  xalqı,  əsir  paytaxtını  düşməndən    qurtar-
maqla susadığı  intiqamını alırdı. 
Sadə intiqammı?!.. Xeyr! 
Azərbaycan xalqının tarixində bu gün 28 May qədər böyük 
bir  dəyərə  malikdir.  28  Mayda  Cümhuriyyətin  istiqlalı  bütün 
cahana elan edilmişsə, 15 Sentybarda bu istiqlal maddətən  tə-
yin olunmuş, Azərbaycan hökuməti öz təbii mərkəzinə müzəf-
fərliklə girmişdir. 


Azərbaycan  mühacirət irsi 
 
 
34 
Bu gün sadə zillət həqarətindən qurtulan xalqın köksü inti-
qam  hissilə  qabarmamış,  eyni  zamanda  illərdən  bəri  hürriyyət 
və istiqlal eşqi ilə yanan ürəklərə də su səpilmişdir. 
Əlbəttə, Azərbaycan istiqlal dövrünün, 15 Sentyabr ən şanlı 
fəsillərindən biridir. Siyasi tarixin makus əsərilə (təsadüfü nəti-
cəsində)  təkrar  qızıl  rus  əsirliyinə  düşən  vətənimiz  bildiyimiz 
kimi heç bir zaman xilas olacağından məyus olmamışdır. O, var 
qüvvəsilə  çarpışır.  Bütün  imkanları  ilə  istilaya  qarşı  dayanır. 
İrəlidə  Azərbaycanın  yeni  bir  15  Sentyabra  malik  olacağı  qə-
naəti Azərbaycan istiqlalçılarını canlandırmırmı?.. 
Əlbəttə  canlandırır,  tarixin  qeyd  etdiyi  digər  misallar  kimi 
Azərbaycan xalqı da müxtəlif mərhələlər keçən mücadiləsi nəti-
cəsində öz qayəsinə girəcək, öz yurduna həmin özü hakim ola-
caqdır. 
Bu mütləqdir! 
Bu müvəffəqiyyətin birinci şərti, heç şübhəsiz, onun öz əzm 
və mücadiləsinə güvənməsidir. 
Bu  belə  olmaqla  bərabər,  yenə  tarixi  misalları  ilə  mə-
lumdur ki, bir millət hürriyyət və istiqlal uğrundakı  qayə-
sinə beynəlmiləl bir takım hadisələr və amillərin yardımı ilə 
nail olur. 
Böyük  Dünya  müharibəsi  nəticəsində  Rusiya  məhkumu 
millətlərdən bir qismi də zühur edən beynəlmiləl imkanı ən bö-
yük ölçüdə istifadə edə bildilər. Hürriyyət və istiqlallarına nail 
oldular.  Azərbaycan  da  daxil  olduğu  halda,  Qafqaz  millətləri 
bütöv dövlət halında təşəkkül etdilərsə də, hadisələr özlərinə ta-
mamilə müsait olmadı. Qısa bir müddət istiqlal həyatı ilə yaşa-
dıqdan sonra, məlum amillərin təsirilə, Rusiya təkrar bu yerləri 
tutmuş oldu. 
13 ildən bəri qızıl Rusiya istiqlal altında əzilən Qafqaz, indi 
yüz  ildən  bəri  bəyaz  Rusiya  istilası  altında  sıxılan  Qafqazdan 
da artıq bir sürətlə hürriyyət və istiqlalına qovuşmaq  üçün inki-
şaf edir. 


Azərbaycan  mühacirət irsi 
 
 
35 
Bu  inkişaf,  bir  tərəfdən  Sovetlər  İttifaqında  hər  cür  mə-
nadan məhrum hökumət qəlbinə həqiqi istiqlal  mənası doldur-
maq  üçün  artan  milli  şüurun  böyüməsilə  Qafqazlı  millətlərin 
bir-birinə  daha  artıq  bağlanmaları,  digər  tərəfdən  də  beynəl-
miləl  amillərin  Sovetlər  İttifaqı  şəklində  qurulan  yeni  Rusiya 
əleyhində qüvvətlənməsilə məşhurdur. 
Əlbəttə, müvazinətini bir cür tapmayan dünya qüvvələrinin, 
istər-istəməz toqquşması dünya müharibəsi ərəfəsində olduğun-
dan daha çox bir ehtimalla yaxınlaşır. Qızıl Moskva bu toqquş-
madan, atəşdən qaçar kimi çəkinməsinə rəğmən, onunla qarşıla-
şacaq, hərb və inqilabdab doğduğu kimi, yeni bir hərb və inqi-
lab  nəticəsində  də  parçalanacaqdır.  Yaxın  tarixində  15 
Sentyabr  zəfəri  kimi  mücadilə  günlərinə  malik  olan  Azər-
baycan xalqı gələcək bu fürsəti istifadəyə, şübhə etmirik ki, 
1918-ci ildə olduğundan da hazırdır. 
O, indi bir kərə yüksəltdiyi istiqlal bayrağı altında can verən 
minlərcə fəadailərə malik olduğu kimi, ali mənfəətlərinin birli-
yini duyan Qafqazlı qonşulara və eyni yolun yolçusu olduqları-
na qane olan “Prometeyçi” müttəfiqlərə malikdir! 
Və buna da əmindir ki, qızıl rusluğun çökəcəyi bu tarixi za-
manda 15 Sentyabrda özünə müttəfiq olan qardaş qüvvələr tək-
rar  onunla  olacaq,  nihai  zəfəri  özü  ilə  birlikdə  təmin  edəcək-
dir!.. 
Bu qüvvələrin vəzifələrini qəhrəmanca yerinə yetirərək, 
indi  Bakı  məzarlığının  bir  guşəsində  haqq  etdikləri  milli 
şükran (sayğı, hörmət) təzahüratını  dörd gözlə axtaran şə-
hidlər ruhuna bizdən min rəhmət, min salam!.. (57). 
 
“İstiqlal” qəzeti, 20 sentyabr 1933, yıl 2, №42. 
              
       
 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə