Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə8/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   4   5   6   7   8   9   10   11   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
24 
Belə  müdhiş  bir  tarixi  cinayət  baş  verdiyi  zaman  millətin 
fikir və iealını təmsil edən müsəlman deputatlar Tiflisdə idilər. 
O  zaman  Tiflisdə  başlanan  “Seym”  müştərək  məclisi  bir 
tərəfdən çarizmdən varis olan Qafqaz cəbhəsinə aid məsələnin 
həlli,  digər  tərəfdən  də  Rusiyadan  əbədi  ayrılaraq  istiqlal  elan 
etmək məsələsini tədqiq və müzakirə etməklə məşğul idi. 
Seymdəki  müsəlman  deputatlarının  bütün  hümmətləri 
(üzvləri)  gərək  cəbhə  məsələsinin  müsəlləhanə  bir  surətdə 
təsviyəsi  gərək  Qafqaz  istiqlalının  bir  an  əvvəl  qüvvədən  felə 
çıxarılmasına  tərəf  idi.  Çünki  Rusiyanın  ayrı,  müstəqil  bir 
Qafqaz  üçün  bundan  daha  yaxşı  bir  fürsət  olmayacağına 
əmin  idilər.  Müstəqil  bir  Qafqaz  yalnız  Qafqaz  mü-
səlmanlarına  deyil,  daim  rus  taxt-tacının  istilası  altında  olan 
digər islam ölkələrinin də mənafeyi üçün lazım idi. Bakı faciəsi  
əslində  bu  siyasi  “cinayətkar”  təmayüllərinə  müqabil, 
bolşeviklər tərəfindən tərtib edilən bir cəza idi. 
Bakı Tiflisin yardımını gözləyirdi. Yalnız Bakı deyil, bütün 
Azərbaycan  azərbaycanlıların iştirakı ilə təşkil edilən “Seym” 
məclisi  ilə  Cənubi  Qafqaz  hökumətinin  bu  yardımının 
intizarında  idi.  Fəqət,  heyhat!  Azərbaycanlı  “Seym”  tərkibinin 
yüksək  səda  ilə  bağırıb-çağırması  Tiflis  hökumətinin  həqiqi 
sahibləri  olan  gürcü  menşeviklərinə  lazımınca  təsir  etmədi. 
Gürcüstan  daxilindəki  bolşevizmi  min  bir  şiddət  və  qəhrlərlə 
məğlub  edən  bu  əfəndilər  Bakıya  qarşı  elani-hərb  belə  etmək 
istəmədilər.  Gəncə  milli  müsəlman  komitəsinin  təşkil  etdiyi 
xilaskar  ordusuna  milyonlarla  fişəng,  onlarla  metralyoz 
(pulemyot)  və  bir  neçə  top  vəd  edilsə  də,  bu  vədlər  yerinə 
yetirilmədi.  Tiflis  mətbuatı  isə  Bakının  Azərbaycan  “başı 
pozuq” qüvvəsi ilə gerialmaya qarşı “vaqeyi-irticaiyyə” – deyə 
protesto  etdi.  Nəhayət,  “türk  təhlükəsi  varkən  bolşeviklərə 
müxasim (zidd  olmaq) ola bilmərik”  – deyə aldıqları  bu qərib 
vəziyyəti əcaib izah etdilər. 
Bu sırada “Seym”dəki erməni qisminin hərəkət xəttini izah 
etməyə ehtiyac varmıdır? 


Azərbaycan  mühacirət irsi 
 
 
25 
Müsəlmanların  intiqamından,  Tiflisin  yardımından 
qorxan  üsyankar  Bakı  bolşevikləri  əvvəlcə  müdafiə 
vəziyyəti  aldıqları  halda,  bu  dəfə  cəsarət  edib  təcavüzə 
keçmişdilər.  Başda  Amazasi,  Avetisov  kimi  erməni  fədailəri 
və  Petrov  kimi  rus  topçuları  olduğu  halda,  Gəncəyə  doğru 
yürüyən  bu  təcavüzkar  qüvvədən  əvvəl  əmrlə  Şamaxı 
mütəzərrər oldu (zərər çəkdi). Qədim Şirvanşahların bu qədim 
paytaxtı  bir  həmlədə  atəşə  tutulub,  məşhur  tarixi  məscid 
dağılana  qədər  davam  etdi.  Yalnız  erməni  məhəlləsi  salamat 
buraxıldı.  Axırda  müqabil  təcavüz  edən  Gəncə  müdafiə 
qəzasının  şəhərə  girib-çıxması  üçün  salamat  qalmış  olan  bu 
məhəllə də yandı. Yanmayan yalnız 2 kilsə idi. 
Şamaxının düçar olduğu  təcavüzə Lənkəran, Salyan, Quba, 
Nəvahi  və  Kürdəmir  kimi  qəza,  şəhər  və  qəsəbələri  də  məruz 
qaldı.  Bu  təcavüzlər  əsnasında  yaxılan  xanimanların,  qıyılan 
ərz və namusların, kəsilən qarı-qocaların, yağmaya gedən mal-
qaranın təsviri qeyri-qabili-təsəvvür bir faciə təşkil edir. 
Təhlükə artıq Gəncəyə gəlmişdi. Bir tərəfdən Gəncə məc-
buriyyətdə ikən, digər tərəfdən də Qarabağ erməniləri Bakı bol-
şevikləri ilə birləşmək üçün plan tərtib edirdilər. Azərbaycanın 
atəş ilə qılıncdan keçirilməsi planı! Məlum Şaumyanın qəzetəsi 
“muxtariyyat deyil, xarabazar alacaqsınız” – deyirdi. 
Belə  bir  təhlükə  qarşısında  milləti  müdafiə  edəcək  yalnız 
bir  Gəncə  qalmışdı.  Gəncə  öhdəsinə  düşən  bu  ağır  vəzifəni 
təkbaşına  davam  etdirə  bilməzdi.  Müdafiə  günləri  uzandıqca 
işlərin idarəsi əldən çıxır, bolşevik əlinə keçməyən yerlərdə də 
böyük bir itaətsizlik və anarxiya yaranırdı.  
Bu  yolla  həyat  üçün  yaranmış  bir  təhlükəyə  qarşı 
hakimiyyətini qəbul etdiyi Tiflis hökumətindən laqeydlik görən 
Azərbaycan  ictimai fikrində təbii olaraq bir inam yaranırdı. Bu 
çətin vəziyyətdən milləti qurtaracaq yeganə bir çarə vardı: 
Türkiyə! 


Azərbaycan  mühacirət irsi 
 
 
26 
Ümidlər  ancaq  oraya  yönəlmişdi:  “O  qardaş  millət 
gələcək,  bizi  düşmən  əlindən  qurtaracaq!”  Xalqın  bundan 
başqa bir ümidi qalmamışdı.  
Halbuki məsafə bu qədər də bəsit deyildi. Özünü Rusiyadan 
ayrı,  felən  müstəqil  bir  halda  idarə  etməkdə  olan  Cənubi-
Qafqaz  Türkiyə  ilə  sülh  yaratmaq  istədiyi  halda,  məqsədinə 
daha müvəffəq ola bilmirdi. Türkiyə Cənubi-Qafqaz hökuməti 
naminə Trabzona gəlmiş, 1914-cü il hərbindən əvvəlki  Qafqaz 
hüdudunun  müstəqiliyini  istəmək  üçün  gələn  heyətə  Brest-
Litovsk  müqaviləsinin  tamamilə  qəbulunu  təklif  edirdi.  Bu 
təklifə  görə  Cənubi-Qafqaz  hökuməti  vaxtilə  türklərdən  hərbi 
təzminata müqabil olaraq alınan Qars, Ərdəhan və Batumdan əl 
çəkməlidir.  Bu  vilayətləri  bolşevik  hökuməti  Brest-Litovsk 
müqaviləsi ilə tərk etmişdi. Vəziyyət bu hala çatanda Trabzon 
müzakirəsi olduqca ciddiləşirdi. Ermənilərlə gürcülər “hərb et-
mədən Türkiyəyə təslim  olmarıq” deyirdilər. Bir tərəfdən bol-
şevizmin,  digər  tərəfdən  də  erməni  və  gürcü  cəfəngiyyatı  ara-
sında qalan müsəlmanlar çətin bir vəziyyətə düçar olmuşdular. 
Bu vəziyyətin ciddiliyini dərk edən Trabzon heyəti erməni, gür-
cü və türk üzvlərinin birgə səyilə Türkiyə ultimatumunun qəbu-
luna  qərar  verdiyi  zaman  “Seym”  məclisi  gürcü  menşevikləri 
ilə erməni daşnaklarının əksəriyyətilə hərbə qərar vermişdilər.  
Konfrans yarımçıq qalmış, hərb başlamış, heyət Tiflisə get-
mişdi. Fəqət heyət Tiflisə gələnə qədər hərb də artıq bitmiş, Ba-
tum süqut etmiş, Qars mühasirəyə alınmışdı. 
Artıq davam gətirmək mümkün deyildi, hərb dayanma-
lı,  sülh  yaradılmalı,  Cənubi-Qafqaz  istiqlalı  rəsmən  elan 
edilməlidir. Yoxsa biz ayrılır, öz başımızın çarəsinə baxırıq 
–  deyə  “Seym”dəki  müsəlman  üzvləri  son  çarəyə  əl  atmış-
dılar. 
Yanlış  macəraya  qapıldıqlarını  və  Cənubi-Qafqaz  xalqının 
belə bir hərbə qətiyyən hazır olmadığını dərk edən gürcülər də 
bundan başqa bir çarə qalmadığına qane oldular. Cəfəng Qekçi-
qori  hökumətini  susdurub,  yerinə  sülhçü  Çengeli  kabinəsini 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə