Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə4/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   2   3   4   5   6   7   8   9   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
11 
edildi.  Müsavat  Partiyasının  Varşavada  keçirilən  konfransının 
qərarı  ilə  yazılıb  çap  olunan  bu  kitabda  mühacirət  tariximiz  
haqqında  çox  geniş  məlumatlar  vardır.  Xüsusən,  mühacirətin 
fəaliyyət  istiqamətləri  və  “Yeni  Qafqaziya”nın    nəşri  ilə  bağlı 
ilk dəfə olaraq tədqiqat aparılmışdır. 
1938-ci  ildə  M.  Ə,  Rəsulzadənin  Almaniyada  almanca  çap 
olunan “Azərbaycan problemi” əsərinin də  mühacirət  tarixinin  
öyrənilməsində rolu böyükdür. Həmin kitab sonradan Ankarada 
“Azərbaycan Kültür Dərnəyi” yayınları olaraq çap olunmuşdur. 
Azərbaycan legionu tarixinin öyrənilməsində dəyərli məlu-
matlarla  zəngin  olan  digər  tədqiqat  əsərinin  müəllifi  isə  tanın-
mış  alman  alimi  İohaim  Hofmandır.  Görkəmli  araşdırıcı  olan 
Hofmanın  1976-cı  ildə  Almaniyanın  Freyburq  şəhərində  nəşr 
edilən “Şərq  legionerlərinin tarixi” əsəri oxucularda böyük ma-
raq  doğurdu.  Kitabda  Krım  Tatarlarının  Azərbaycan  legio-
nerlərinin  fəaliyyəti elmi dövriyyəyə  gətirilmişdir. Əsərdə mü-
hacir-legionerlərin təşkilati quruluşlarına da toxunulmuşdur. 
Hofmanın “Vlasov ordusunun tarixi” əsəri də əhəmiyyətli-
dir. Alman tədqiqatçısının bu əsəri tanınmış yazıçı A. İ. Solje-
nitsının ümumi redaktorluğu ilə nəşr edilmişdir. 
Azərbaycan legionerlərinin  mətbu fəaliyyətinin ciddi öyrə-
nilməsi məqsədi ilə onların həmin dövrdə Almaniyada nəşr et-
dikləri  mətbuat  nümunələrini  də  əldə  edib  Azərbaycana  gətir-
dik. Legionerlərin nəşr etdikləri “Azərbaycan” qəzeti bu baxım-
dan  olduqca  əhəmiyyətli  mənbədir.  Çətinliklə  əldə  etdiyimiz 
“Azərbaycan”  qəzetinin  bütün  sayları  Milli    Arxiv  idarəsinə 
verilmişdir. 
Eyni  zamanda  Almaniyanın  Münhen  şəhərində  çap  olun-
muş  “Azərbaycan”  jurnalının  müəyyən  saylarını  da  toplayıb 
gətirmişik. 


Azərbaycan  mühacirət irsi 
 
 
12 
Azərbaycan Milli Birliyinin orqanı olan bu dərgi həm Azər-
baycan, həm də rus dilində nəşr olunurdu. Jurnalda Ə. Düdən-
ginskinin, C. Hacıbəylinin və başqalarının çoxlu sayda dəyərli 
yazıları çap edilmişdir. Legionerlərin fəaliyyətinin tədqiqi baxı-
mından jurnalda çap olunan müxtəlif xatirə yazılarının da əhə-
miyyəti dəyərlidir.  
Polşada  nəşr  edilən  kitab  və  məqalələr.  M.  Ə.  Rəsulza-
dənin  Polşada  Varşava  şəhərində  polyak  dilində  nəşr  edilən 
kitabı  belə  adlanır:  “Azərbaycan  müstəqillik  uğrunda  mü-
barizədə”.  Polyak  dilində  nəşr  edilən  bu  kitab  Polşa  oxucula-
rına Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar vermiş-
dir. Azərbaycan mühacirəti və Polşa ilə mədəni-kültürəl, siyasi 
münasibətlərin tarixinin öyrənilməsində əsərin qiyməti əvəzsiz-
dir. 
Bundan əlavə o, Varşavada çap olunan “Roçnik Tatarskiy” 
məcmuəsində,  “Şimali  Qafqaz”  jurnalında  (türk  və  rus  dillə-
rində) da maraqlı məqalələr çap etdirmişdir.  
Qafqaz  xalqlarının  mühacirət  mətbuatında,  eləcə  də 
“Prometey”,  “Roçnik  Tatarstvo”,  “Dərgi”  jurnallarında 
Azərbaycan  milli  istiqlalı  ilə  bağlı  yazılar.  1926-cı  ildən 
Parisdə sovet əsarəti altında olan xalqların orqanı olaraq “Pro-
metey” jurnalı nəşr edilməyə başladı. Jurnalda bolşevizm əley-
hinə  yazılara,  xalqların  azadlığı  problemlərinə  daha  çox  toxu-
nulurdu. Jurnalda azərbaycanlı mühacirlərdən M. Ə. Rəsulzadə, 
Miryaqub Mehdiyev və digərlərinin məqalələri çap olunurdu. 
Varşavada  ötən əsrin otuzuncu illərinin əvvəllərindən əsa-
sən  şimali  qafqazlıların  orqanı  kimi  iki  dildə  (rus  və  azərbay-
can)  çap  edilən  “Şimali  Qafqaz”  jurnalında  da  Azərbaycan 
istiqlalı ilə bağlı müəyyən yazılara rast gəlmək mümkündür. 
1953-cü ildə Almaniyanın Münhen şəhərində ABŞ-ın yarat-
dığı  SSRİ-ni  Öyrənmə  İnstitutu  tərəfindən  “Dərgi”  jurnalı  çap 


Azərbaycan  mühacirət irsi 
 
 
13 
edilməyə  başladı.  Jurnalda  M.  B.  Məmmədzadə,  M.  Əmircan 
çıxış edərək milli müstəqillik problemi ilə bağlı məqalələr çap 
edirdilər. 
Türkiyə  Cümhuriyyətinin  arxivləri.  Qeyd  edək  ki  mü-
hacirlərimizlə  bağlı  Türkiyə  Cumhuriyyətindəki  arxivlərdə  
çoxlu  sənədlər    saxlanılır.  Belə  ki,  Türkiyədə  Cumhurbaşkan-
lığı arxivində və Ankarada Milli Kitabxanada  Azərbaycandan, 
ümumilikdə isə Qafqazdan olan mühacirlərə aid çoxlu sənədlər 
saxlanılır.  
Polşa Respublikasının arxivləri. Qeyd edək ki, Polşa Res-
publikasının  arxivlərindəki  sənədlər  də  çox  dəyərlidir.  Bundan 
ötrü  Polşada  ezamiyyətdə  olmuş,  Varşavadakı  “Yeni  Aktlar 
Arxivi”ndə,  “Foto  Sənədlər  Arxivi”ndə,  Polşa  Respublikası 
Müdafiə Nazirliyinin Xüsusi Arxivində, Varşava kitabxanasın-
da saxlanılan materiallarla tanış olmuşuq. Qeyd edək ki, burada 
azərbaycanlıların  Polşadakı  fəaliyyətlərinə  aid  çox  zəngin  sə-
nədlər  saxlanılır.  Azərbaycanlıların  -  M.  Ə.  Rəsulzadənin,  Ə. 
Topçubaşovun, M. Vəkillinin Pilsudski hökuməti ilə yazışmala-
rı, Polşa dövlətinin mühacirlərə dəstəyini təsdiqləyən sənədlər, 
Qafqazdan, o cümlədən Azərbaycandan olan hərbçilərin müqa-
vilə əsasında Polşa Silahlı Qüvvələrinə qəbulunu göstərən  ar-
xiv  materialları  böyük  maraq  doğurur.  Qeyd  edək  ki,  2004-cü 
ilin  iyul  ayının  15-də  Polşa  Respublikasının  Dövlət  Arxivi  ilə 
Azərbaycan  Respublikasının  Dövlət  Arxivi  arasında  bağlanan 
əməkdaşlıq  müqaviləsi  buradan  sənədlər  əlavə  etməyimizə 
şərait yaratdı. 
Polşa  arxivlərində  saxlanılan  sənədlər  sırasında,  Sovetlər 
rejimi təsirində yaşayan Azərbaycandakı hadisələrə ciddi diqqət 
yetirilməsini  xüsusi  qeyd  etməliyik.  Arxiv  sənədlərində  bu 
mövzu ilə bağlı diqqəti cəlb edən məlumatlar çoxdur. 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə