Azərbaycan respubliKA


təşkilatçılıq və iradi-emosional qabiliyyətlər



Yüklə 214,7 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix14.10.2017
ölçüsü214,7 Kb.
#4584
1   2   3   4   5   6   7

 

 

                        təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur. 

 

 Akademik qabiliyyət  -    geniş və dərin biliyə malik olmaqda, elmin son   

                                          nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda     

                                          ifadə olunur. 

 Didaktik qabiliyyət  -        bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa    

                                          yiyələnməkdə özünü göstərir. 



 Müəllimdə ünsiyyət  -     (kommunikativ) qabiliyyəti - uşaqlarla, öz həmkarları və  

                                          valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik   

                                          ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma   

                                          bacarığında ifadə olunur 



Konstruktiv qabiliyyət  -   isə özünün və uşaqların (kollektivin) fəaliyyətini   

                                          düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən   

                                          duyub, onları aradan qaldırmağa hazır olmaqla ifadə         

                                                           

olunur 

İradi-emosional qabiliyyət  - müəllimin özünü, hisslərini düzgün idarə etməkdə,       

                                               mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli             

                                               olmaqla ifadə olunur 

Pedaqoji qabiliyyətlər   -       insana hazır verilmir; onları gündəlik fəaliyyətdə,   

                                               gərgin əməklə qazanmaq olar.  

      

Müəllimlik işinin xüsusiyyətlərindən danışarkən isə aşağıdakıları qeyd etmək olar : 

 

 1)  Müəllim  yüksək  əqidə,  məslək  sahibi,  müəllim  —  Vətəndaş  olmalıdır.  O, 

xalqın, Vətənin problemləri ilə yaşamalı, gəncliyi də bu ruhda yetişdirməlidir. Xalq 

şairi  B.Vahabzadə  vaxtilə  orta  məktəbdə  ədəbiyyat  müəlliminin  necə  Hüseyn 

Cavid  və  onun  ağır  həyatı  haqqında  ürək  yanğısı  ilə,  hətta  ağlayaraq  dərs 

keçməsini xatırlayır danışırdı. 



2) Müəllim yüksək mədəniyyətə və mənəviyyata malik olmalıdır. O, özündə zahiri 

və  daxili  mədəniyyəti,  nəcib  əxlaqi  keyfiyyətləri  (düzlük,  ədalətlilik,  xeyirxahlıq, 

humanizm,  sadəlik  və  b.)  cəmləşdirməlidir.  Müəllim  tərbiyə  işinə  özündən 

başlamalıdır, çünki özündə olmayan keyfiyyəti başqalarına verə bilməz. 



3)  Müəllim  dərin  biliyə,  erudisiyaya  malik  olmalıdır.  Bilik  müəllimin  əsas 

silahıdır.  Y.A.Komenski  biliksiz  müəllimi  işıqsız  lampaya,  susuz  bulağa 

bənzədirdi. Belə " müəllim " uşaqlara dərin bilik verə bilməz. Zəif müəllim zəif də 

şagird, tələbə yetişdirər.  



4)  Müəllim  fənnini,  peşəsini  və  uşaqları  sevməlidir.  L.N.Tolstoya  görə,  öz  işini 

sevən müəllim yaxşı müəllimdir, bununla yanaşı uşaqları və fənnini sevən müəllim 




 

 

isə  əla  müəllimdir.  Pedaqogika  tarixində  uşaqları  öz  övladı  kimi  sevən,  onlara 



ürəyini  verən  müəllimlər  az  olmamışdır  Y.Korçak,  V.A.Suxomlinski, 

A.S.Makarenko, Y.Talıbov, və b. belə müəllimlərdən biri olmuşdur 



5)  Müəllim  yüksək  nüfuz  sahibi  və  uşaqlara  nümunə  olmalıdır.  Dərin  bilik, 

mədənilik,  mənəviyyat  nümunəsi  olan  müəllimin  nüfuzu  da  yüksək  olur.  Nüfuzu 

qazanmaq çətin, itirmək isə asandır: yersiz hərəkət, ədalətsiz münasibət, ehtiyatsız 

söz  müəllimi  nüfuzdan  sala  bilər.  Buna  görə  də,  hər  bir  müəllim  sözlərinə  və 

hərəkətlərinə məsuliyyətlə yanaşmalı, öz nüfuzunun keşiyində durmalıdır.   

Müəllim  sözü  müqəddəs  deyil  müqəddəs  olan  müəllimlikdir.Yəni  müqəddəs 

olanlar  öz  vəzifələrini  layiqincə  yerinə  yetirən  insanlardır.  Müəllim  gənc  nəslin 

formalaşmasında böyük rol oynayır. Uşaq ikən bizə qələm tutub yazmağı öyrədən, 

hər il keçdikcə öz bildiklərini bizimlə bölüşən dəyəli varlıqlardır müəllimlər.   

  Beləliklə  əziz  uşaqlar  bu  gün  sizinlə  şərəfli  peşə  olan  əsl  müəllimin 

xüsusiyyətlərini  öyrəndik.  Birdaha  müəllimlərimizi  gəlin  təbrik  edək,  onlara  can 

sağlığı  arzulayaq.  Sonra  kitabxanaçı  uşaqlarla    sual-cavab  edir.  Əvvəlcədən 

hazırladığı sorğunu  onlara təqdim edir.  Kitabxanada keçirilən kütləvi tədbirlərin 

ən  maraqlısı  sual-cavab  gecələri  və  viktorinalardır.  Bu  cur  tədbirlər  canlı  olaraq 

sual-cavab şəklində təşkil edilir. Bu da oxucu marağının üzə çıxmasına səbəb olur. 

 

                                                                                                                                                                                                                                                                                                                                        



Sual:      Müəllimlik niyə şərəfli işdir; 

 

Cavab:  Çünki o, öz həyatını xalqın gələcəyinə həsr edir; 



Sual:      Müəllimlik niyə məsuliyyətli işdir;  

Cavab: Çünki o, ən qiymətli kapital olan insanla işləyir, bu işdə isə səhvə yol   

              vermək olmaz



Sual:     Müəllimlik niyə çətin və mürəkkəb işdir;  

Cavab:  Çünki müəllimin fəaliyyət obyekti olan insan özü mürəkkəb və dəyişkən,  

              pedaqoji proses isə çoxcəhətli və çətindir; 



Sual:     Müəllimlik niyə yaradıcı işdir;  

Cavab: Çünki o, hazır göstərişlərlə, reseptlərlə işləyə bilməz. Hər bir konkret   

              halda vəziyyəti düzgün təhlil edib, uğurlu çıxış yolu tapmaq, məsələlərə   

              müstəqil və yaradıcı yanaşmaq, qeyri-standart qərarlar qəbul etmək tələb   

              olunur.   

              Müəllim şəxsiyyəti 

 Sual:    Müəllimin başlıca şəxsi keyfiyyətləri dedikdə nə başa düşülür: 

     

 

Kitabxanada  uşaqlar  arasında    ―  Mənim  sevimli  müəllimim  ‖  ;  Mənim  ilk 



müəllimim  ―  adlı  inşa  -  yazı  müsabiqəsinin    keçirilməsi  və  sonda  qalib  uşaqları 

kitabxana 

tərəfindən 

mükafatlandırılması  uşaqların  yazı  qabiliyyətinin 




Yüklə 214,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə