Azərbaycan Respublikası Dövlət Neft Fondu İLLİk hesabat



Yüklə 364,74 Kb.
səhifə5/6
tarix04.04.2018
ölçüsü364,74 Kb.
#35862
1   2   3   4   5   6



Xərclər

2011-ci ildə Dövlət Neft Fondunun büdcəsinin xərcləri proqnoza (9 939,9 milyon manat) nisbətən 96,6% icra olunaraq 9 606,6 milyon manat təşkil etmişdir, o cümlədən xərc maddələri üzrə:


Qaçqınların və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin maliyyələşdirilməsi

Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin icrası çərçivəsində il ərzində bu tədbirlərin maliyyələşdirilməsinə ümumilikdə 140 milyon manat vəsait ayrılmışdır. Bu xərc maddəsi Fondun büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitə nisbətən (140 milyon manat) 100% səviyyəsində icra olunmuşdur.


Azərbaycan Respublikasının 2011-ci il üzrə dövlət büdcəsinə transfert

2011-ci ildə Dövlət Neft Fondunun büdcə xərclərinin mühüm hissəsini (93,7%) dövlət büdcəsinə transfert ödənişləri təşkil etmişdir. 2011-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 9 milyard manat məbləğində vəsait köçürülmüşdür. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məlumatına əsasən 2011-ci il üzrə dövlət büdcəsinə proqnozla nəzərdə tutulduğundan əlavə vəsaitin daxil olması təmin olunduğundan, bu maddə üzrə xərclər Fondun 2011-ci il üzrə büdcəsində nəzərdə tutulana (9,2 milyard manat) nisbətən 203,3 milyon manat az və yaxud 97,8% səviyyəsində icra edilmişdir.


Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsinin maliyyələşdirilməsi

2011-ci ildə Dövlət Neft Fondunun 32,6 milyon manat məbləğində vəsaiti “Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi” layihəsinin maliyyələşdirilməsinə yönəldilmiş və 2011-ci ildə Neft Fondu tərəfindən bu layihənin maliyyələşdirilməsi başa çatmışdır. Layihənin icraçısı olan Azərsu ASC-nin sifarişlərinə əsasən 2011-ci ildə Neft Fondundan ayrılmış vəsaitin 1,4 milyon manatı məsləhətçi xidmətlərinin həyata keçirilməsinə, 1,8 milyon manatı şüşəlifli poliestr boru və boru məmulatlarının təchizatına, 20,8 milyon manatı boru kəmərinin layihələndirilməsi və tikintisinə, 3,4 milyon manatı sugötürücü qovşağın tikintisinə, 3,9 milyon manatı quyuların qazılması və tikintisinə, 1,2 milyon manatı elektrik şəbəkəsinin tikintisinə yönəldilmişdir. Bu maddə üzrə xərclər Fondun büdcəsində nəzərdə tutulana (33,4 milyon manat) nisbətən 97,5% icra olunmuşdur.


Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

2011-ci ildə Dövlət Neft Fondunun 200 milyon manat məbləğində vəsaiti Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir və bu maddə üzrə Fondun xərcləri büdcədə nəzərdə tutulana nisbətən (200 milyon manat) 100% səviyyəsində yerinə yetirilmişdir.


Layihənin sifarişçisi olan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişlərinə əsasən 2011-ci ildə ayrılmış vəsaitin 54,5 milyon manatı Taxtakörpü su anbarının Su Elektrik Stansiyası ilə birgə tikintisinə, 90,0 milyon manatı Taxtakörpü-Ceyranbatan kanalının tikintisinə, 52,5 milyon manatı Vəlvələçay-Taxtakörpü kanalının tikintisinə, 2,7 milyon manatı Taxtakörpü Ceyranbatan kanalının tikintisi ilə bağlı torpaq sahələrinin ayrılmasına, mülkiyyətçilərə dəyən ziyana və itkilərə görə kompensasiya ödənişlərinə, 0,3 milyon manatı layihə işçi qrupunun saxlanılmasına ayrılmışdır.
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

2011-ci ildə Dövlət Neft Fondu tərəfindən 161,9 milyon manat Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə yönəldilmiş və bu maddə üzrə Neft Fondunun xərcləri Fondun büdcəsində nəzərdə tutulana nisbətən (260,8 milyon manat) 62,1% səviyyəsində icra olunmuşdur.


Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramının maliyyələşdirilməsi

2011-ci ildə Dövlət Neft Fondu tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 15 milyon manat vəsait yönəldilmişdir. Bu xərc maddəsi büdcədə nəzərdə tutulana nisbətən 100% icra olunmuşdur. 2011-ci ildə layihənin sifarişçisi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişlərinə əsasən, Dövlət Neft Fondundan ayrılmış vəsaitlərin 9,9 milyon manatı yaşayış, 4,4 milyon manatı təhsil, 0,4 milyon manatı yol, 0,1 milyon manatı tibbi sığorta, 0,05 milyon manatı viza və qeydiyyat, 0,1 milyon manatı isə Dövlət proqramı çərçivəsində Azərbaycan gənclərinin xaricdə təhsilini təşkil etmək məqsədilə Təhsil Nazirliyinin əməkdaşlıq etdiyi beynəlxalq tərəfdaş qurumların idarəetmə və təşkilati xərclərinin ödənilməsinə yönəldilmişdir.


Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri

2011-ci ildə Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri Fondun təsdiq edilmiş smeta xərclərinə nisbətən (87,5 milyon manat) 65,3% yerinə yetirilərək 57,1 milyon manat təşkil etmişdir.


Smeta xərclərinin büdcədə nəzərdə tutulana nisbətən aşağı faizlə yerinə yetirilməsi Fondun yeni inzibati binasının tikintisi, eləcə də xarici menecerlərin idarəetmə haqlarının ödənilməsi üçün ayrılan xərclərdən il ərzində aşağı səviyyədə istifadə olunması ilə izah edilir.
Büdcədənkənar xərclər

2011-ci il ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan mənfi fərq üzrə Neft Fondunun 749,8 milyon manat məbləğində əlavə xərcləri yaranmışdır.


Cədvəl 7.2. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il üzrə xərc istiqamətləri



Xərc İstİqamətlərİ


Xərclərİn məbləğİ

(mİlyon manat)

İcra faİzİ

təsdiq olunmuş

faktiki

Qaçqınların və məcburi köçkünlərin sosial məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

140,0

140,0

100,0

Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə transfert

9 203,2

9 000,0

97,81

Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsinin maliyyələşdirilməsi

33,4

32,6

97,47

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

200,0

200,0

100,0

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

260,8

161,9

62,1

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi

15,0

15,0

100,0

Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

87,5

57,1

65,3

Cəmİ gəlİrlər

9 939,9

9 606,6

96,65

Büdcədənkənar xərclər




749,8




Yüklə 364,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə