Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   66   67   68   69   70   71   72   73   ...   163

 
 
 
144 
qradientin yaranmasına xidmət edən H
+
-nasoslarının sürəti sortun populyasiyası daxilində diskret 
bioqrupların  morfofizioloji  qiymətləri  ilə  eynilik  təşkil  edir.  Göstərilir  k  H
+
-nasoslarının 
energetik  imkanları  qocalma  və  yaşama  imkanlarını  nəzərə  almaqla  toxumların  məhsuldarlıq 
keyfiyyətlərinə böyük təsir göstərir. H+-nasoslarının aktivliyi ilə bağlı alınmış nəticələr göstərir 
ki,  yüksək  məhsuldar  sort  olan  "Əzəmətli-95",  məhsuldar  "Qaraqılçıq-2"  sortuna  nisbətən 
mühitin daha çox turşulaşmasına səbəb olur. Sonuncu yerdə isə aşağı məhsuldarlığa malik olan 
"Гырмызы  бугда"  sortu  dayanır.  Yarpaqların  böyümə  sürətinə  gəldikdə  isə  məhsuldar 
"Qaraqılçıq-2" sortu bu 3 sort arasında ən aşağı nəticə göstərmişdir. 
Açar sözlər: Н
+
-nasos; buğda genotipləri; duzluluq; davamlılıq; məhsuldarlıq 
H.G. Babayev  

EFFECT OF THE SALINITY ON THE ACTIVITY OF ROOT SYSTEM H
+
- PUMPS 
AND ON THIS BASIS  COMPARATIVE STUDY OF THE SUSTAINABILITY AND 
POTENTIAL PRODUCTIVITY OF WINTER WHEAT VARIETIES OF THE 
AZERBAIJAN BREEDING 
 
Institute of Botany ANAS 
 
Kinetics  of  the  active  H

-  outflow  in  the  root  system  of  3-9-day-old  seedlings  of  winter 
wheat  varieties  of  Azerbaijan  breeding  –  “Azamatli-95”,  “Garagilchig-2”,  “Girmrzi  Bugda” 
differing  by  productivity,  tolerance  and  photosynthesis  intensity  has  been  studied  to  determine 
functional parameters of seed quality. The rate of H

- pumps, which created H
+
-  gradient, was 
compared  with  the  morphophysiological  parameters  of  discreet  biogroups  within  population. 
Energetic  capacity  of  H
+
  -  pumps  was  found  to  have  a  great  effect  on  seed  productivity, 
considering  their  aging  and  viability.  Data  on  the  capacity  of  H
+
-  pumps  testified  that  highly 
productive  “Azamatli-95”  caused  more  acidification  compared  to  “Garagilchig-2”  and  low 
productive “Girmrzi Bugda”, which showed the least capacity of H
+
- pumps among the studied 
varieties.  The  lowest  level  for  the  rate  of  leaf  growth  was  observed  in  productive  variety 
“Garagilchig-2”. 
 
Key words:  Н
+
-pumps; wheat genotypes; salinity; tolerance; productivity 
 
 
UOT 633.11:633.112 
 
QURAQLIQ STRESİNİN YUMŞAQ BUĞDA GENOTİPLƏRİNİN BƏZİ FİZİOLOJİ 
PARAMETRLƏRİNƏ TƏSİRİ 
 
T.İ.ALLAHVERDİYEV, A.A.ZAMANOV 
Biologiya üzrə fəlsəfə doktorları 
 
Azərbaycan Elmi- Tədqiqat Əkinçilik İnstitutu, Bakı ş., AZ1098, Pirşağı q., Sovxoz-  2 
      
 
    
Quraqlıq  şəraitində  yumaşaq  buğda  genotiplərinin  yelkən  yarpağının  assimilyasiya  səth 
sahəsi,  quru  biokütləsi,  ağızcıq  keçiriciliyi,  traspirasiya  sürəti  azalır.  Assimilyasiya  səth 
sahəsinin və quru biokütlənin daha çox azalması Qırmızı gül 1 və Qobustan genotiplərində aşkar 
olunmuşdur. Xlorofilin ən yüksək miqdarı Qiymətli 2/17 genotipində aşkar olunmuşdur. Yarpaq 
sahəsi  böyük  olan  genotiplərdə  xlorofilin  daha  çox  toplanması  aşkar  olunmuşdur.  Havanın  və 
bitki  örtüyünün  yüksək  temperatur  fərqi  4
th
FEFWSN№50,  12
nd
FAWWON№97,  Tale  38, 


 
 
 
145 
Əzəmətli  95  genotiplərində  aşkar  olunmuşdur.  Bu  həmin  genotiplərin  yelkən  yarpağının  daha 
uzun müddət yaşıl qalması ilə izah oluna bilər.   
Sahə  şəraitində  mədəni  bitkilərin  böyüməsi  və  inkişafı  zamanı  məruz  qaldığı  əsas  stres 
faktoru quraqlıqdır. İnkişaf etməkdə olan ölkələrdə buğda əkinlərinin təxminən 32%-i vegetasiya 
müddətində quraqlıq stresinə məruz qalır [1]. Quraqlıq bitkilərdə morfoloji, fizioloji, biokimyəvi 
və molekulyar proseslərə təsir edir, nəticədə böyümənin məhdudlaşması, ağızcıqların qapanması 
hesabına  transpirasiyanın  məhdudlaşması,  xlorofilin  miqdarının  azalması  və  fotosintezin 
zəifləməsi  baş  verir  [2].  Su  çatışmazlığı  şəraitində  böyüyən  dənli  bitkilərin  məhsuldarlığı 
potensial  məhsuldarlığın    təxminən  üçdə  birini-  2-3  t/ha  təşkil  edir  [3].  Bitkilərin  su  stresinə 
cavabı müəyyən genetik variasiyalar göstərir [4]. 
Yumşaq  buğda  genotiplərinin  fizioloji  əlamətləri-yarpaqların  qaz  mübadiləsi 
parametrləri, assimilyasiya səth sahəsi, quru biokütlə, nisbi su tutumu, xlorofilin miqdarı, bitki 
örtüyünün  temperaturu  dən  məhsulunun  formalaşmasına  təsir  edir.  Yarpağın  morfoloji 
quruluşuna görə genotiplər arasında fərq vardır. Yarpağın orientasiyası (dik və ya asılı), sahəsi, 
yaşıl qalma müddəti, mum örtüyü, burulması  genotiplərin quraqlığa adaptasiyasında əhəmiyyət 
kəsb edir, dən məhsuluna təsir edir. Müəyyən olunmuşdur ki, dik yarpaqlara malik bərk buğda 
genotiplərinin  dən məhsulu asılan  yarpaqlara malik  genotiplərlə  müqayisədə  9,4%  yüksək  olur 
[5].  Maksimal  qaz  mübadiləsi  dik  yarpaqlı  genotiplərin  yarpaq  sahəsi  4m
2
/m
2
,  asılan  yarpaqlı 
genotiplərin  yarpaq  sahəsi  8m
2
/m
2
  olduğda  baş  verir  [6].  Dik  yarpaqlar  az  işığı  tutmaqla 
şüalanmadan daha effektiv istifadə edirlər [7]. Hələ 50 il əvvəl müəyyən olunmuşdur ki, mədəni 
bitkilərin  məhsuldarlığındakı  fərq  fotosintezin  sürətinin  deyil,  davametmə  müddətinin 
müxtəlifliyinin  nəticəsidir  [8],  ona  görə  də  yarpağın  qocalmasının  ləngiməsi  (yaşıl  qalma 
fenotipi)  dənli  bitkilərin  seleksiyasında  arzu  olunan  əlamət  hesab  olunur.  Genotipin  yüksək 
osmotik  tənzimləmə  imkanları  yarpağın  uzun  müddət  yaşıl  qalmasını,  fotosintetik  aktivliyini 
saxlamasını təmin edir. Suvarılan və quraqlıq şəraitində becərilən buğda genotiplərində xlorofilin 
miqdarı,  fotosintezin  sürəti  və  məhsuldarlıq  arasında  güclü əlaqə  olduğu  müəyyən  olunmuşdur 
[9]. 
Bitkinin örtüyünün temperatur depresiyası (canopy temperature depression)- havanın və 
bitkinin  örtüyünün  temperaturu  arasındakı  fərq-  bitki  havadan  sərin  olduqda  müsbət  olur  və 
buğda  genotiplərinin  quraqlıq  stresinə  reaksiyasının  qiymətləndirilməsində  istifadə  edilir  [10]. 
Hava  ilə  müqayisədə  buğda  bitkisinin  daha  sərin  olması  ağızcıqların  keçriciliyi  [11]  və 
fotosintetik  ferment  aktivliyi  [12]  ilə  əlaqəlidir.  Səhra  bitkilərinin  yarpaqlarının  sərin  qalması 
yüksək transpirasiya sürəti və  yarpağın küçük ölçüsü ilə əlaqəlidir [13]. Yarpağın orientasiyası 
soyanın  [14]  və  torpaqdakı  suyun  miqdarı    düyünün  [15]  temperaturuna  təsir  edir.  Müəyyən 
olunmuşdur  ki,  suvarılan  və  quraqlıq  şəraitlərdə  bitkinin  temperatur  depresiyasının  böyük 
qiyməti buğdanın yüksək məhsulu ilə əlaqəlidir və quraqlığa tolerantlıq üçün seleksiya kriterisi 
kimi irəli sürülmüşdür [16]. 
Tədqiqatın  məqsədi  quraqlıq  stresinin  yumşaq  buğda  genotiplərinin  bəzi  fizioloji 
əlamətlərinə  (yarpaqlarının  assimilyasiya  sahəsi,  quru  biokütlə,  xlorofilin  miqdarı,  qaz 
mübadiləsi parametrləri, bitki örtüyü temperaturu) təsirinin öyrənilməsi olmuşdur. 
Tədqiqatın materialı kimi ET Əkinçilik İnstitutunun Abşeron YTT sahəsində 10 m
2
-də 2 
təkrarda  becərilən,  vegetasiya  müddətində  vaxtaşırı  suvarılan  (nəzarət)  və  suvarılmayan 
(təcrübə)  7  yumşaq  buğda  genotipləri-  Qobustan,  Qiymətli-2/17,  Əzəmətli-95,  Qırmızı  gül-1, 
Tale-38,  12
nd
  FAWWON№97,  4
th
  FEFWSN№50  seçilmişdir.  Yarpağın  assimilyasiya  sahəsi 
“AAC-400” avtomatik sahə ölçəndən (“Hayashi” Delkon Co LTD, Japan), xlorofilin miqdarı və 
CCM-  200  plus  (Opti-  Sciences,  İnc.  Hudson,  ABŞ)  istifadə  etməklə  ölçülmüşdür.  Xlorofilin 
miqdarı-  xlorofil  miqdarı  indeksi  (XMİ)  vahidləri  ilə-  931  nm  (infra-qırmızı)  və  653  nm 
(xlorofil)  dalğa  uzunluqlarında  optiki  udmanın  nisbəti  kimi  təyin  edilir.  Bitki  örtüyünün 
temperaturu  Spectrum  Technologies,  İnc.  (USA),  havanın  temperaturu  və  rütubəti  PTH  8708 
Thermo-  Hygrometer  (China)  istifadə  etməklə  ölçülmüşdür.  Yelkən  və  yelkənaltı  ağızcıqların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə