Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 383,44 Kb.
Pdf görüntüsü
səhifə11/15
tarix08.10.2017
ölçüsü383,44 Kb.
#4131
1   ...   7   8   9   10   11   12   13   14   15

41 

 

39. m.Cəmalə  Fazil qızı Həsənova - İngilis dili kafedrası - üzv 



40. m.Səidə Vəli qızı Qabilova- İngilis dili kafedrası - üzv 

41. dos.Faida Davud qızı İsayeva - İngilis dili və onun tədrisi metodikası kafedrası- 

üzv 

42. dos.Jalə Adil qızı Bəşirova - İngilis dili və onun tədrisi metodikası kafedrası- üzv 



43. dos.əvəzi Ülviyyə Davud qızı Hacıyeva- İngilis dili və onun tədrisi metodikası 

kafedrası- üzv 




42 

 

 



FİLOLOGİYA FAKÜLTƏSİNİN İXTİSAS KAFEDRALARI 

 

Müasir  Azərbaycan  dili  kafedrası.  Azərbaycan  Dövlət  Pedaqoji 

Universitetinin aparıcı kafedralarından biri “Müasir Azərbaycan dili” kafedrasıdır. 

Ölkəmizdə  analoqu  olmayan  bu  kafedra  filologiya  elmləri  doktoru,  professor 

Həsən  Mirzəyevin  təşəbbüsü  və  təklifi  ilə  1989-cu  ilin  iyun  ayında  universitetin 

“Azərbaycan dilçiliyi” kafedrasının bazası əsasında yaradılmışdır.  

Kafedranın  formalaşdırılması,  professor-müəllim  heyətinin  seçilməsi 

filologiya  elmləri  doktoru,  professor  Həsən  İbrahim  oğlu  Mirzəyevə  həvalə 

edilmişdir.  1989-cu  ilin  iyun  ayında  filologiya  elmləri  doktoru,  professor  Həsən 

İbrahim  oğlu  Mirzəyev  “Müasir  Azərbaycan  dili”  kafedrasına  kafedra  müdiri 

seçilmişdir. 2015-ci ilin fevral ayında o, vəfat etmişdir. Həmin ilin dekabr ayından 

kafedraya  filologiya  üzrə  fəlsəfə  doktoru,  dosent  Mahirə  Nağı  qızı  Hüseynova 

müdir təyin edilmişdir. 

1989-cu  ilin  iyun  ayında  filologiya  elmləri  doktoru,  professor  H.Mirzəyev 

“Müasir Azərbaycan dili” kafedrasına kafedra müdiri seçilmişdir. 

Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinin  rektorunun  əmri  ilə  filologiya 

üzrə  fəlsəfə  doktoru    Mahirə  Nağı  qızı  Hüseynova    2015/2016-cü  tədris  ilindən 

etibarən “Müasir Azərbaycan dili” kafedrasının müdiri təyin edilmişdir. 

“Müasir  Azərbaycan  dili”  kafedrası  ali  təhsilin  bakalavriat  və  magistratura 

pillələrində   “Azərbaycan dili” istiqaməti üzrə əsas aparıcı ixtisas kafedrasıdır. 

Kafedra,  müasir  təhsilimizim  ehtiyacı  olan  yüksək  ixtisaslı  müəllimlərin 

hazırlanması üçün bir çox sahələri əhatə edən bir  çox müxtəlif fənlərin tədrisini 

həyata keçirir. 

Tədris  olunan  fənlər  üzrə  tədrisin  keyfiyyətini  artırmaq,  tədris  prossesinin 

səmərəliliyini  yüksəltmək,  o  cümlədən,  tələbələrimizin  müxtəlif  sahələr  üzrə 

nəzəri  biliklərlə  yanaşı,  həm  də  təcrübi  vərdişlərini  artırmaq  məqsədi  ilə 

mütəmadi olaraq elmi seminarlar keçirilərək onlara təhsil müddətində öyrənmiş 

olduqları  biliklərin  real  həyatda  istifadəsi  öyrədilir.  Bu  mənada  tədris 



43 

 

metodikamızda  nəzəriyyə  və  praktika  arasında  qurmağa  çalışdığımız  körpü  və 



tarazlıq kafedramızın qeyd edilməyə dəyər ən önəmli özəlliyidir. 

 

 

Azərbaycan  dilçiliyi  kafedrası. 

Azərbaycan  Dövlət  Pedaqoji 

Universitetinin  Azərbaycan  dilçiliyi  kafedrası  1943-cü  ildə  təşkil  olunmuşdur. 

1943-cü  ildən    1979-cu  ilə  qədər  Azərbaycan  dilçiliyi  kafedrasının  müdiri, 

prof.Ə.Dəmirçizadə,  1979-cu  ildən  2009-cu  ilə  kimi  prof.A.Qurbanov,  2010-cu 

ildən  kafedraya    prof.Nizami  Mənaf  oğlu  Xudiyev  müdir  təyin  edilmiş  və  hal-

hazıra kimi rəhbərlik edir. 

Azərbaycan  dilçiliyi    kafedrası  ali  təhsilin  bakalavriat  və  magistratura 

pillələrində “Ümumi dilçilik” istiqaməti üzrə əsas aparıcı ixtisas kafedrasıdır. 

Kafedra,  müasir  təhsil  sisteminin  tələblərinə  uyğun  olan  yüksək  ixtisaslı 

mütəxəssislərin  hazırlanması  dilçilik   elminin  müxtəlif  sahələrini  əhatə  edən    10-

dan çox fənnin tədrisini həyata keçirir. 

Kafedranın  tədris  etdiyi  fənlər  yüksək  ixtisaslı  professor-müəllim  heyəti  

tərəfindən Azərbaycan dilində tədris olunur.  



44 

 

Tədris  olunan  fənlər  üzrə  tədrisin  keyfiyyətini  artırmaq,  tədris  prosesinin 



səmərəliliyini yüksəltmək, o cümlədən, tələbələrimizin müxtəlif sahələr üzrə nəzəri 

biliklərlə yanaşı, həm də təcrübi vərdişlərini artırmaq məqsədi ilə mütəmadi olaraq 

respublikanın    tanınmış  mütəxəssislərinin  iştirakı  ilə  elmi  seminarlar  keçirilərək, 

onlara  təhsil  müddətində  öyrənmiş  olduqları  biliklərin  real  həyatda  istifadəsi 

öyrədilir.  Bu  mənada  tədris  metodikamızda  nəzəriyyə  və  praktika  arasında 

qurmağa  çalışdığımız  körpü  və  tarazlıq  kafedramızın  qeyd  edilməyə  dəyər  ən 

önəmli  özəlliyidir.  Azərbaycan  dilçiliyi  kafedrasının  professor-müəllim  heyətinin 

tərkibi və kafedranın ümumi dərs yükü aşağıdakı kimidir: 

 

 

Azərbaycan  və  dünya  ədəbiyyatı  kafedrası.  Universitetin  yaşıdı  olan  



(1921)  Azərbaycan  və  dünya  ədəbiyyatı  kafedrası  bütün  dövrlərdə  böyük-böyük 

uğurlara  imza  atmışdır.  Azərbaycan  elminin,  ictimai  mühitinin  ən  böyük  simaları 

burada  yetişmiş,  həyatlarının  mühüm  bir  hissəsini  bu  universitetlə  bağlamışdır. 

A.Şaiq,  Ü.Hacıbəyov,  Ə.Haqverdiyev,  M.S.Ordubadi,  H.Cavid,  H.Zeynallı, 

B.Çobanzadə,  V.Xuluflu,  Y.V.Çəmənzəminli,  Ə.Nazim,  M.A.Dadaşzadə, 

Ə.Sultanlı,  H.Araslı,  M.H.Təhmasib,  Ş.Qurbanov,  C.Xəndan,  M.Rəfili, 




45 

 

F.Qasımzadə,  İ.Şıxlı,  Ə.Hüseynov,  P.Əfəndiyev,  M.Məmmədov,  X.Məmmədov, 



M.Həkimov, A.Hacıyev, M.Mustafayev, T.Xalisbəyli, H.Qasımov, Z.Xəlilov və s. 

onlarla  görkəmli  alimlər  həyatlarını  bu  kafedra  ilə  bağlamışlar.  Pedaqoji 

universitetin  tarixində,  eləcə  də  Azərbaycan  elmi  mühitində  bu  kafedranın  xüsusi 

çəkisi  olmuşdur.  Təkcə  onu  demək  kifayətdir  ki,  bu  kafedranın  əməkdaşı 

Ə.Sultanlının  “Antik  ədəbiyyat  tarixi”  (1957)  dərsliyi  60  (altmış)  ildi  ki, 

bütünlükdə  Azərbaycan  mühitində  olan  universitet  auditoriyalarında  şəriksiz 

dərslik  kimi  istifadə  olunmaqdadır.  M.Rəfilinin  “Ədəbiyyat    nəzəriyyəsinə  giriş” 

(1958)  dərsliyi  59  ildir  ki,  əsaslı  mənbədir.  Eləcə  də  Akademik  F.Qasımzadənin 

“XIX  əsr  Azərbaycan  ədəbiyyatı”  (1966)  dərsliyi  əlli  ildən  çoxdur  ki, 

universitetlərin  auditoriyalarındadır.  Əməkdar  elm  xadimi,  prof.  P.Əfəndiyevin 

“Azərbaycan şifahi xalq ədəbiyyatı” (1970) dərsliyi qırx yeddi ildir əvəzsiz dərslik 

kimi  tələbələrin  ixtiyarındadır.  İ.Şıxlının  “XVIII  əsr  Avropa  ədəbiyyatı”  (1978) 

“XIX əsr Avropa ədəbiyyatı”  (1979) dərsliyi universitet auditoriyalarının stolüstü 

kitabıdır. Bu dərsliklər nəinki Azərbaycan auditoriyasında, həm də Azərbaycandan 

kənarında  da  universitet  auditoriyasında  işləkdir.  Məsələn,  prof.  P.Əfəndiyevin 

“Azərbaycan  şifahi  xalq  ədəbiyyatı”  dərsliyindən    Türkiyənin,  Kiprin, 

Türkmənistanın, Özbəkistanın universitetlərində əsaslı mənbə kimi istifadə olunur. 

Azərbaycan  şifahi  xalq  ədəbiyyatına,  XIX  əsr  Azərbaycan  ədəbiyyatına,  Antik 

ədəbiyyata,  Ədəbiyyat  nəzəriyyəsinə,  XIX  əsr  Avropa  ədəbiyyatına  aid  ilk 

dərsliklər  bu kafedrada yaranmışdır.  

 



Yüklə 383,44 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə